Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1177/2024 09.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 19 fevral 2024-cü il tarixdə X1 bağlanmış və MSN/24-A00204 nömrəli barışıq sazişi ilə qeydiyyatdan keçirilmiş aliment ödənilməsinə dair barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 19 fevral 2024-cü il tarixdə X1 Maraqlı şəxs ilə aralarında 2 azyaşlı uşağının saxlanılması üçün aliment ödənilməsinə dair MSN/24- A00204 nömrəli barışıq sazişi bağlamışlar. Həmin sazişə əsasən o əvvəldən alimentdən qalan borcunu və iki uşağa görə alimentin artırılaraq 320 manat olması ilə razılaşmışdır. Barışıq sazişi bağlandığı müddətdən bu günə kimi borclu Maraqlı şəxs alimenti ödəməyib. Bu müddət ərzində onun 1500 manatdan artıq borcu yaranıb. Onunla əlaqə saxlamaq olmur, könüllü olaraq alimentini ödəmək istəmir. Ona görə də barışıq sazişinin məcburi icrası üçün məhkəmə tərəfindən təsdiq olunmasını istəyir. Ərizəçi məhkəmə hazırlıq iclasında ərizə ilə eyni məzmunlu izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, 19 fevral 2024-cü il tarixdə mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə Ərizəçi, Maraqlı şəxs və mediator X2 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən tərəflər aşağıdakı şəkildə razılaşmışlar: 1-ci tərəfin şərtləri: Mən, Ərizəçi və Maraqlı şəxs ilə razılaşdıq ki, birgə nikahdan olan övladlarımız-X5 və X9 üçün ödənilməyən, qalıq borc kimi qalan 480 (dörd yüz səksən) manat aliment pulunun 280 (iki yüz səksən) manatını fevral ayının 25-də ödəsin. 200 (iki yuz) manatını isə artırılan və mart ayından ödəniləcək 320 (üç yuz iyirmi) manat aliment puluna əlavə olunmaqla ödəsin. 2-ci tərəfin şərtləri. Mən, Maraqlı şəxs öhdəlik olaraq üzərimə götürürəm ki, X3 ilə birgə nikadan olan övladlarımız-X11 və X14 üçün ödənilməyən 480 (dörd yüz on səksən) manat aliment pulunun 280 (iki yüz səksən manatını fevral ayının 25-də, qalan 200 (iki yüz) manat aliment pulunu isə artırılan və mart ayında veriləcək 320 (üç yüz iyirmi) manat aliment puluna əlavə olunmaqla ödəyəcəyəm. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011ci il tarixdə verilmiş AZ-İİ seriyalı 661856 nömrəli və, Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 081551 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, Maraqlı şəxs ilə Ərizəçi nikahlarından 02 sentyabr 2011-ci il təvəllüdlü X6 və 11 iyul 2014-cü il təvəllüdlü X7 adlı övladları vardır. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 221467 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Maraqlı şəxs ilə Ərizəçi arasındakı nikah qetdi xx.xx.2018-ci il tarixdə pozulmuş və bu barədə 06 nömrəli qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Naxçıvan şəhər 2 nömrəli SİƏDN tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 1137 nömrəli arayışa əsasən Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 19 fevral 2024-cü il tarixdə mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə Ərizəçi, Maraqlı şəxs və mediator X2 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən tərəflər öhdəliklər götürsə də, saziş ailə qanunvericiliyinin normalarına uyğun olmamış, alimentin hansı məbləğdən hansı məbləğə artırılması, hər bir uşağa görə hansı məbləğdə müəyyən edilməsi, alimentin tutulmasının əvvəlinin hansı vaxtdan hesablanmalı olması müəyyən edilməmiş, 480 manat aliment borcunun iki ay müddətinə ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə də məhkəmə hesab edir ki, barışıq sazişi qanunvericiliyin tələbinə uyğun olmadığından 19 fevral 2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilməsindən imtina edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi Maraqlı şəxs qarşı 19 fevral 2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilməsindən imtina edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1177/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1177/2024
09.08.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver