Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1210/2024 29.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X3rşı yaşayış və istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X6 4000 (dörd min) manat kompensasiya verilməklə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh onun oğludur. Yola gedə bilmirlər. Cavabdehi dəfələrlə polisə şikayət edib. Bütün bunlara görə o həyat yoldaşı ilə bir müddət kirayə çıxıb. Daşınmaz əmlakın naturada bölgüsü yoxdur. Yoldaşı ona evi satmağı təklif edib. O da razılaşıb. Lakin Ravil 40000 manat pul istəyir. Özü xəstədir. Cavabdehin təklif etdiyi məbləği qarşılamağa imkanı yoxdur. Ravil onu öldürmək istədiyi üçün polis çağırıb. 6 ay olar ki, cavabdeh evdən çıxıb. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsini və cavabdehə 4000 (dörd min) manat kompensasiya ödənilməklə onun mənzildən yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zaman izahat verən cavabdeh X2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, neçə illər həmin evdə yaşayıb. Bütün kommunal xərcləri ödəyib. Evin bazarlığını edib. Onu evdən iddiaçı qovub. İndi də pul istəyir. İddiaçı onu polisə şikayət etdiyi üçün o da məcbur qalıb bu söz-söhbətə son qoymaq üçün 6 ay olar kirayə çıxıb. Lakin iddiaçı onlara rahat yaşamağa imkan vermədiyindən anası bir müddətdir Bakı şəhərinə qızının yanına gedərək orada yaşayır. Özü də 2024-cü ilin aprel ayından evdən çıxıb kirayə yaşayır. 300 manat kirayə haqqı verir. Bir övladı var, yetkinlik yaşına çatıb. 1000 manat əmək haqqı alır. Heç bir əmlakı yoxdur. Nə anası, nə də o evin satılmasını istəmir. Qeyd etdiklərinə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki,hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin məhkəmə araşdırması zamanı tərəflərin məhkəməyə verdiyi izahatlardan, eyni zamanda İddiaçı məhkəməyə sübut qismində təqdim etdiyi Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların X5 Dövlət Reyestrindən Çıxarışla müəyyən edilir ki, Naxçıvan şəhəri, 10-cu küçə, döngə 3-də istifadədə olan 0.0745 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 72.1 kv.m olan 4 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına ½ hissə, X1 adına ½ hissə ilə daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 2429 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 31.1 və 31.2-ci maddələrinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünəkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Mülki Məcəllənin 152.5-ci mаddəsinə əsаsən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər... İş materiallarından da məlum olur ki, mübahisəli mənzil paylı mülkiyyət hüququ əsasında iddiaçı və onun həyat yoldaşının adına qeydiyyata alınıb. Lakin paylı mülkiyyətçilərin paylı natura formasında ayrılmayıb və tərəflərin evin ½ hissəsinin konkret olaraq hansı hissədən ibarət olması müəyyənləşdirilməyib. Belə olan halda hazırki mübahisəyə baxılması mümkün deyil. Ona görə ki, əmlak naturada ayrılmadan iddiaçının məhz ona məxsus olan yaşayış evinin hissəsində cavabdehin istifadə hüququnun mövcudluğu müəyyən edilmədən yarı hissədə mülkiyyət hüququnun tanınması ona hazırki iddianı qaldırmağa əsas verməmişdir. Əmlakın digər hissədə mülkiyyətçisi isə iddia qaldırmamış, eyni tələblə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: -İddiaçı cavabdeh X3rşı yaşayış və istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh X3rşı yaşayış və istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1210/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1210/2024
29.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver