Məhkəmə qərarları › İş №2(078)-1218/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1218/2024

28.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1218/2024 28.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək övladı 14 aprel 1997-ci il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirmişdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs- X11 onun qızıdır. X11 14 aprel 1997-ci ildə Naxçıvan şəhərində anadan olub. X21 Respublikası Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan MR X4 xx.xx.2024-cü il tarixli, 1356 saylı arayışına əsasən 26 oktyabr 2011-ci il tarixdən ona “Anadangəlmə əqli zəiflik. İmbesillik formada. Davranış pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatına alınmışdır, həmçinin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 1-ci dərəcəli əlilliyə görə 270 (iki yüz yetmiş) AZN məbləğində sosial müavinət və 200 (iki yüz) AZN məbləğində Prezident təqaüdü alır. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. X3 özünü idarə etmək qabiliyyətində deyildir. Yəni onun sayəsində özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən qızı Lamiyənin həmin hüquqlarını həyat keçirə bilmir. Buna görə də qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə psixiatrik ekspertizasının rəyinə görə X1 onun məhkəmə iclasında iştirakına imkan vermədiyindən o, məhkəmə iclaslarına dəvət olunmamış və dindirilməmişdir. Məhkəmə iclası zamanı dindirilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X14 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələri fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs 14 aprel 1997-ci il tarixdə doğulmuş X5 yaşadığı yerə baxış keçirmişdir. X5 yaşadığı mənzil istismar idarəsindən və qonşulardan alınan məlumata görə X11 ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmir. A.Vəliyev araşdırma nəticəsində X5 və X6 xəstə olduğunu, bu səbəbdən onların ailə həyatı qurmadığını, hazırda ərizəçinin yanında yaşadığını və onların qayğısının ərizəçi tərəfindən çəkildiyini bildirmiş və qeyd etmişdir ki, komissiya belə nəticəyə gəlmişdir ki, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmaması müəyyən olunmuşdur Məhkəmənin qiymətləndirməsi: Mülki işin materiallarında olan xx.xx.1994-cü il tarixdə Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X12 ilə Abdullayeva (Novruzova) Fatma Fərəc qızı arasında həmin tarixdə nikah bağlanmış və bu barədə 186 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş XX-JQ seriyalı 387374 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X12 ilə Ərizəçi 14 aprel 1997-ci il təvəllüdlü X11 adlı övladları vardır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF phş Naxçıvan şəhər şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, X11 orqanizmin funksiyasının 81-100 % pozulmasına görə 270 (iki yüz yetmiş) AZN məbləğində sosial müavinət və 200 (iki yüz) AZN məbləğində Prezident təqaüdü alır. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X10 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 1356 nömrəli məktubda qeyd edilmişdir ki, X11 26 oktyabr 2011-ci il tarixdən ona “Anadangəlmə əqli zəiflik. İmbesillik formada. Davranış pozuntusu” diaqnozu ilə Dispanserdə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə verilmiş 095654 nömrəli vəsiqənin surətindən məlum olur ki, X11 İ qrup əlildir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli SİƏDN tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 1693 nömrəli arayışa əsasən X2 şəhər 35-ci məhəllə ev 102 ünvanında qeydiyyatdadır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin və müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin izahatını dinləyib, eyni zamanda iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki,məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarından Ərizəçi X5 anası olması, həmçinin X5 hazıradək ailə qurmaması müəyyən olunmuşdur. Həmin Məcəllənin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq Naxçıvan Şəhər Məhkəməsinin 20 avqust 2024-cü.il tarixli, 2(078)-1218/2024 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəməpsixiatriya ekspertizası təyin edilmiş, Naxçıvan MR Səhyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X4 verdiyi xx.xx.2024-cü il tarixli 363 nömrəli Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəylərindən məlum olmuşdur ki, X7 “Anadangəlmə əqli zəiflik. İmbesillik formada” psixi xəstəliyi aşkar olunur, onda öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə toplanmış digər sübutlardan məlum olmuşdur ki, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Ərizəçi övladı üzərində qəyyum təyin olunmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və ona izah olunmuşdur ki, həmin şəxs üzərində onun qəyyum təyin olunması üçün müvafiq məhkəmənin qətnaməsi olmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı 14 aprel 1997-ci il tarixdə doğulmuş X5 həqiqətən ağıl zəifliyinin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi müəyyən olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi hazırda X5 anası, yəni Ərizəçi himayəsində yaşayır, eyni zamanda onun bütün növ tələbatları ərizəçi tərəfindən qarşılanır. Mülki işin məhkəmə araşdırması zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X9 məhkəməyə verdiyi izahatından məlum olmuşdur ki, Ərizəçi tərəfindən X5 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 14 aprel 1997-ci il tarixdə doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 14 aprel 1997-ci il tarixdə doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar