Məhkəmə qərarları › İş №2(078)-1239/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1239/2023

20.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1239/2023 20.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payın müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 noyabr 1991-cı il tarixdə vəfat etmiş nənəsi X15 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0954 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 37.4 kv.m olan fərdi yaşayış evindən ibarət bütün miras əmlakın X7 tərəfindən və onun vəfatından sonra atasından qalan əmlakın faktiki olaraq onun tərəfindən qəbulu faktının müəyyən olunması və payının bütün miras kütləsi olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi 0.0954 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 37.4 kvm təşkil edən fərdi yaşayış evi mərhum nənəsi X24 adına 07 sentyabr 2015-ci il tarixdə, Naxçıvan Muxtar Respublikası Daşınma Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində ********** nömrə ilə qeydiyyata alınmaqla hüquqların X35 Daşınmaz Əmlakın Dövlət reysetrindən çıxarışla rəsmiləşdirilmişdir. Nənəsinin həyat yoldaşı 1957-ci ildə vəfat etdiyindən o Kolxozda işlədiyindən hazırda yaşadıqları yerdə böyük torpaq sahəsi ona verilmişdir. O övladlarını evləndirərək həmin torpaq sahəsində ev inşa edərək ayırmışdır. Sonra atası Abasət özünə həmin həyətdə ayrıca yaşayış evi tikmişdir. Nənəsi də onlarla birlikdə yaşamışdır. Torpaq sahəsi nənəsinin adına olduğundan atası tərəfindən inşa edilmiş və yaşadıqları fərdi yaşayış evi X54nın adına qeydiyyata alınmışdır. X54 19 noyabr 1991-ci il tarixdə vəfat etmişdir. Nənəsinin əri-X16 (xx.xx.1957-ci ildə vəfat edib), oğlu - X36 (19 mart 2015-ci ildə vəfat edib), oğlu-X42 (22 yanvar 2014-cü ildə vəfat edib) və oğlu- X25 (vəfat edib) adlı vərəsələri vardır. Əmisi X1 07 may 2011-ci il tarixdə Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunda ərizə verərək mərhum anası X11 miras qalan ünvan 2 ünvanındakı əmlaka olan payı qəbul etmədiyindən, tələbinin olmadığını ona çatan paydan qardaşının oğlu İddiaçı xeyrinə imtina etdiyini göstərmişdir. X2 arvadı- X37, oğlu- X38, oğlu-X31, oğlu- Nümayəndə, oğlu- X39, oğlu- X40, qızı- X26, qızı- X18 və oğlu- İddiaçı adlı vərəsələri vardır. Atasının bütün vərəsləri ərizə verərək mirası qəbul etmədiklərini, gələcəkdə heç bir mübahisə açmayacaqlarını bildirmişdirlər. X4 arvadı - X32 (27 aprel 2020-ci il tarixdə vəfat edib), oğlu - X33 (ərizə verərək miras əmlakı qəbul etmədiyini gələcəkdə heç bir mübahisəsinin olmayacağını bildirmişdir), oğlu - X43 (22 sentyabr 2017-ci il tarixdə ərizə verərək mirası qəbul etmədiyini, heç bir tələbinin olmadığını bildirmişdir- vəfat edib), qızı- Cavabdeh1 və qızı- Cavabdeh2 adlı vərəsələri vardır. Demək olar ki, bütün vərəsələr onun mirası qəbul etməyinə razıdırlar. Yalnız Aydın əmisinin qızları olan X28 və Cavabdeh2 ilə əlaqə yarada bilməyib onların münasibətlərini aydınlaşdıra bilməmişdir. 1991-ci ildə X54nın vəfatından sonra həmin evdə atası ailəsi ilə yaşamışdır. Mirası o qəbul və idarə etmişdir. Bütün kommunal xərclər onun tərəfindən ödənilmişdir. O ailənin sonuncu övladı olduğu üçün valideynlərinin yanında o qalmışdır. Sonra o, ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Evdə atası ilə anası qalmışdır. O mütəmadi olaraq onlara baş çəkmişdir. Dolanışıqlarına maddi köməklik göstərmişdir. X7 19 mart 2015-ci ildə vəfat etmişdir. Atası vəfat edəndə o Bakı şəhərindən gəlib yasında iştirak etmişdir. Bütün bacı qardaşları, anası evin onun adına keçməsini istəyirdilər. Bununla bağlı müəyyən sənədlərlə hazırlayıb ona vermişdirlər. O həmin vaxtı Bakı şəhərindən pul göndərib evin bütün xərclərini ödəyirdi. Anası həmin evdə yaşasa da evin onun adına keçirilməsini istəmişdir. 20 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək ərizəsində İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 noyabr 1991-cı il tarixdə vəfat etmiş nənəsi X15 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0954 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 37.4 kvm olan fərdi yaşayış evindən ibarət bütün miras əmlakın X7 tərəfindən və onun vəfatından sonra atasından qalan əmlakın faktiki olaraq onun tərəfindən qəbulu faktının müəyyən olunması və payının bütün miras kütləsi olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, haliyədə iddianın “payın bütün miras kütləsi olması” hissəsini geri götürdüklərini qeyd edərək həmin hissənin baxılmamış saxlanılmasını, iddiaçının mirasın faktiki qəbul hissəsində baxılmasını və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(078)-1239/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payın müəyyən olunması tələbinə dair iddia ərizəsi iddiaçının payın bütün miras kütləsi olmasını tələb etməsinə dair hissədə baxılmamış saxlanılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki iş üzrə 20 noyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə Cavabdeh1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə keçirilmiş məhkəmə iclasları zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanların nəzərə alınmasını istədiyini bildirərək əlavə olaraq izahatında atasının ölümündən sonra iddiaçı tərəfindən evin təmir edildiyini, həyətə hasar çəkildiyini, həmin xərclərin hamısının iddiaçı tərəfindən çəkildiyini, onun pul göndərdiyini özünün və digər qardaşlarının da həmin pulla təmir və digər xərcləri qarşıladığını, evin bütün kommunal xərclərinin iddiaçının göndərdiyi pulla ödənildiyini qeyd edib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə keçirilmiş məhkəmə iclasında izahat verən iddiaçının vəkili Vəkil izahatında torpağın iddiaçının nənəsinin adına olduğunu, iddiaçının nənəsinin ölümündən sonra ondan miras qalmış evdə iddiaçının atasının yaşadığını, bunu Cavabdeh1 da etiraf etdiyini, atasının ölümündən sonra isə həmin mirası iddiaçının qəbul etdiyini, iddiaçının atasının ölümündən sonra evi təmir etdirdiyini, həyətə hasar çəkdirdiyini, evin bütün kommunal xərclərinin iddiaçı tərəfindən ödənildiyini, iddiaçının Bakı şəhərində yaşasa da Naxçıvanda yerləşən evə gəlib getdiyini, gələndə orada qaldığını, cavabdehlərdən başqa digər vərəsələrin ərizə verərək miras əmlakdan imtina etdiklərini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 09 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında izahat verən Cavabdeh1 izahatında mübahisəli əmlakın nənəsi X34 məxsus olduğunu, nənəsinin ölümündən sonra əmisigilin orada yaşadığını, özünün 25 il həmin həyətdə yaşadığını, lakin evin ünvanının ayrı olduğunu, ancaq onlara torpaq verilmədiyini, bütün hər şeyin Əhrəmana qalmalı olmadığını, İlqarla əvvəllər evli olduğunu, hal-hazırda kirayədə yaşadığını, İlqarla nikahlarının pozulduğunu, Əhrəmanın 1996-cı ildən həmin evdən çıxdığını, orada yaşamadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X41 ifadəsində X24 təxminən 1991-ci ildə vəfat etdiyini, o öldükdən sonra o evdə Abasət, Fatma və uşaqlarının yaşadıqlarını, 2015-ci ildə Abasətin vəfat etdiyini eşitdiyini, Abasət öləndə özünün Bakıda olduğunu, Abasətin ölümündən sonra evdə Fatmanın uşaqları ilə yaşadığını, Əhrəmanın atası öləndən sonra evin hamam və sanitar qovşağını evin içinə saldığını, hasar çəkdirdiyini, anasıgilin hər zaman Əhrəmanın yaxşı övlad olduğunu dediklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X29 ifadəsində nənəsi X24 1991-ci ildə vəfat etdiyini, nənəsinin o torpağın əsl sahibi olduğunu, həmin torpağın bölündüyünü, sonra həmin həyətdə nənəsi ilə birlikdə mərhum Abasətin yaşadığını, orada onun öz ailə üzvləri ilə birlikdə yaşadığını, əsas işləri Abasətin gördüyünü, hal-hazırda evdə əmcanısının yaşadığını, anasının saxlanılmasına həmçinin evin idarə olunmasına Əhrəmanın köməklik etdiyini, Abasət öldükdən sonra Əhrəmanın təmir işləri gördüyünü, hamamı təmir etdirdiyini bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, mərhum X24 İddiaçı nənəsi olması, X5, X17, X27 və X8 mərhum X24 vərəsələri olması, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın X24 mülkiyyətində olması, X19, X20, X12, Nümayəndə, X21, X22, X9, X6 və İddiaçı X17 vərəsələri olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 06 may 2015-ci il tarixli, 236 nömrəli arayışdan X16 və X44 arasında nikah akt qeydinin tapılmaması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 257746 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X24 xx.xx.1991-ci il tarixdə xroniki bronxit səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 60 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş ******* nömrəli NMR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X35 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş surətindən ünvan 3 ünvanında olan 0.0954 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 34.4 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X24 adına Daşınmaz əmlakın dövlət reyestrində 18/23 nömrəli reyestr kitabının 4452 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 885 nömrəli arayışdan X24 ünvan 2 ünvanında qeydiyyatda olması və X16, X36, X42, X25 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 886 nömrəli arayışdan X17 ünvan 2 ünvanında qeydiyyatda olması və X37, X38, X31, Nümayəndə, X39, X40, X26, X18 və İddiaçı adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 914 nömrəli arayışdan X27 ünvan 4 ünvanında qeydiyyatda olması və X32, X33, X43, Cavabdeh1 və Cavabdeh2 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 554877 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X17 xx.xx.2015-ci il tarixdə durğunluq pnevmaniyası səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 117 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışdan X27 xx.xx.2014-cü il tarixdə bronxların və ağciyərin bədxassəli yeni törəməsi səbəbi ilə Şahbuz rayonunda vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 749498 nömrəli çıxarışdan X23 xx.xx.2020-ci il tarixdə kəskin ürək çatışmamazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 161 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş arayışdan X5 xx.xx.1957-ci il tarixdə miakart infarkt səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 197 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş 30 dekabr 1958-ci il tarixli, İ-ИE seriyalı, 139703 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X36 və X30 arasında 30 dekabr 1958-ci il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 322 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 139003 nömrəli çıxarışdan X42 və X23 arasında 15 sentyabr 1959-cu il tarixdə nikahın bağlanması və bu barədə 15 sentyabr 1959-cu il tarixli, 210 nömrəli akt qeydinin tərtib olunması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 356994 nömrəli çıxarışdan X42 və X13 arasında 06 fevral 1985-ci il tarixdə nikahın pozulması və bu barədə 06 fevral 1985-ci il tarixli, 06 nömrəli akt qeydinin tərtib olunması; -iş materiallarında olan və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 27 noyabr 1979-cu il tarixli, İV-ЖГ seriyalı, 277938 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X36 və X19 birgə nikahından xx xxxxxxx 1979-cu il tarixdə İddiaçı adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan rayon Zaks bürosu tərəfindən verilmiş 10 mart 1965-ci il tarixli, A3 seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X36 və X19 birgə nikahından 14 mart 1964-cü il tarixdə Nümayəndə adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 032890 nömrəli çıxarışdan X42 və X13 birgə nikahından 02 noyabr 1965-ci il tarixdə X45 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 088237 nömrəli çıxarışdan X42 və X23 birgə nikahından 23 iyun 1961-ci il tarixdə X33 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 297632 nömrəli çıxarışdan X42 və X13 birgə nikahından xx xxxxxxx 1974-cü il tarixdə Cavabdeh2 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 032889 nömrəli çıxarışdan X42 və X13 birgə nikahından xx xxxxxxxx 1967-ci il tarixdə Cavabdeh1 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş AR DİN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan İddiaçı ünvan 5 ünvanında, qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 965 nömrəli arayışdan Cavabdeh1 ünvan 6 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı mənzilistismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1-2263 nömrəli arayışdan Cavabdeh2 ünvan 8 ünvanında qeydiyyatda olması; İddia ərizəsinə əlavə olunmuş X25 tərəfindən 24 iyul 2015-ci il tarixdə verilmiş ərizədə mərhum anası X11 miras qalmış ünvan 2 ünvanda əmlaka olan payını qəbul etmədiyi və heç bir tələbinin olmadığı, həmin mülkdən vərəsəlik yolu ilə ona çatan paydan qardaşı oğlu İddiaçı xeyrinə imtina etdiyi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X43 tərəfindən 22 sentyabr 2017-ci il tarixdə verilmiş ərizədə mərhum nənəsi X11 miras qalmış ünvan 2 ünvanda əmlaka olan payını qəbul etmədiyi və heç bir tələbinin olmadığı, həmin mülkdən vərəsəlik yolu ilə ona çatan paydan əmisi oğlu İddiaçı xeyrinə imtina etdiyi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X37 tərəfindən 21 yanvar 2016-cı il tarixdə verilmiş ərizədə vəfat etmiş mərhum X14 miras qalmış əmlaklardan ona düşən payı qəbul etmədiyi, qəbul etmək istəmədiyi, gələcəkdə müddətin buraxılması ilə əlaqədar məhkəməyə müraciət etməyəcəyi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X38 tərəfindən 15 noyabr 2015-ci il tarixdə verilmiş ərizədə xx.xx.1992-ci ildə vəfat etmiş anası-mərhum X15 qalan əmlakdan ona düşən miras payını qəbul etmədiyi, etmək niyyətində olmadığı və gələcəkdə onun əmlakına dair heç bir iddia və tələbinin olmayacağı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X31 tərəfindən 21 yanvar 2016-cı il tarixdə verilmiş ərizədə vəfat etmiş mərhum X14 miras qalmış əmlaklardan ona düşən payı qəbul etmədiyi, qəbul etmək istəmədiyi, gələcəkdə müddətin buraxılması ilə əlaqədar məhkəməyə müraciət etməyəcəyi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş Nümayəndə tərəfindən 01 dekabr 2015-ci il tarixdə verilmiş ərizədə xx.xx.1992-ci ildə vəfat etmiş mərhum nənəsi X15 qalan əmlakdan ona düşən miras payını qəbul etmədiyi, etmək niyyətində olmadığı və gələcəkdə onun əmlakına dair heç bir iddia və tələbinin olmayacağı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X39 tərəfindən 15 noyabr 2015-ci il tarixdə verilmiş ərizədə xx.xx.1992-ci ildə vəfat etmiş anası-mərhum X15 qalan əmlakdan ona düşən miras payını qəbul etmədiyi, etmək niyyətində olmadığı və gələcəkdə onun əmlakına dair heç bir iddia və tələbinin olmayacağı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X40 tərəfindən 01 dekabr 2015-ci il tarixdə verilmiş ərizədə xx.xx.1992-ci ildə vəfat etmiş mərhum nənəsi X15 qalan əmlakdan ona düşən miras payını qəbul etmədiyi, etmək niyyətində olmadığı və gələcəkdə onun əmlakına dair heç bir iddia və tələbinin olmayacağı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X26 tərəfindən 21 yanvar 2016-cı il tarixdə verilmiş ərizədə vəfat etmiş mərhum X14 miras qalmış əmlaklardan ona düşən payı qəbul etmədiyi, qəbul etmək istəmədiyi, gələcəkdə müddətin buraxılması ilə əlaqədar məhkəməyə müraciət etməyəcəyi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X18 tərəfindən 15 noyabr 2015-ci il tarixdə verilmiş ərizədə xx.xx.1992-ci ildə vəfat etmiş anası-mərhum X15 qalan əmlakdan ona düşən miras payını qəbul etmədiyi, etmək niyyətində olmadığı və gələcəkdə onun əmlakına dair heç bir iddia və tələbinin olmayacağı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X33 tərəfindən 21 iyul 2023-cü il tarixdə verilmiş ərizədə xx.xx.1992-ci ildə vəfat etmiş atasının anası-mərhum X15 qalan əmlakdan ona düşən miras payını qəbul etmədiyi, etmək niyyətində olmadığı və gələcəkdə onun əmlakına dair heç bir iddia və tələbinin olmayacağı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş İddiaçı 17 iyul 2023-cü il tarixli ərizəsinə Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli, 258/2023 nömrəli cavab məktubunda vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə mirasın vərəsə tərəfindən qəbul edilmiş sayıldığı, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutun vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər ola biləcəyi, bu sənədlər olmadıqda mirasın faktiki qəbulunun məhkəmə tərəfindən təyin olunduğu, müvafiq məhkəməyə müraciət etməyinin tövsiyə olunduğu qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Sukanalizasiya idarəsi Naxçıvan Regional "ASAN xidmət" mərkəzi tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli arayışdan qeyd olunmuşdur ki, ünvan 9 ünvana həqiqətən 12 oktyabr 2017-ci il tarixdə 35858 mexaniki tipli su sayğacı müqaviləsi X36 adına bağlanmışdır. Həmin tarixdən su ödənişləri tam ödənilib və sayğac göstəricisi 677 m3 borcu yoxdur. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı nənəsi X15 miras qalan əmlakın X7 tərəfindən qəbul edilməsi və ondan miras qalan miras əmlakın özü tərəfindən qəbul faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin iddiaçının nənəsindən qalan miras əmlakın atası tərəfindən qəbul edilməsi faktının tanınmasına dair mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1992ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 257746 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X44 xx.xx.1991-ci il tarixdə xroniki bronxit səbəbi ilə Naxçıvan şəhərində vəfat etmişdir. Qeyd olunan hala əsasən iddiaçının atasının ünvan 3 ünvanında 0.0954 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 34.4 m2 olan fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki olaraq qəbul etməyi faktının müəyyən edilməsi tələbi miras qoyanın öldüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X44 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu vərəsəliyin açıldığı yer sayılır. Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 530-cu maddəsinə əsasən miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar qanun üzrə vərəsələr sayılır. Həmin Məcəllənin 532-ci maddəsinin mahiyyətinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Qeyd olunan normaların tələbindən də göründüyü kimi X16, X36, X42, X25 mərhum X24 birinci növbə vərəsələridir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən maddi hüquq normasından görünür ki, Azərbaycan Respublikasının qüvvədən düşən mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. İddia tələbinin məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçının atası anasından qalan mirası qeyri-formal üsulla qəbul etmişdi. Yəni o, mirasa həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə qəbul edib. Bu fakt həm işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatları ilə, həm də məhkəmədə dindirilmiş şahid ifadələri, həmçinin digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, X36 mərhum X24 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə mirası qəbul etmişdir. İşin digər mübahisəli halının, yəni X17 ölümündən sonra onun mərhum X15 qəbul etdiyi miras əmlakın İddiaçı qəbul etməsinin hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinin tələbini nəzərə alan məhkəmə qeyd edir ki, iddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X36 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi X37, X38, X31, Nümayəndə, X39, X40, X26, X18 və İddiaçı X17 qanun üzrə vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi prinsipi öz əksini tapmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. İşin məhkəmədə araşdırılması zamanı X17 anasından miras qalan əmlakı qəbul etməsi öz təsdiqini tapdığından və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından X14 anasından miras qaydasında qəbul etdiyi daşınmaz əmlak miras qalmışdır. Məhkəmə yuxarıda məzmunu qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1246-cı maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarını, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsini və “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mərhum X17 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; -19 noyabr 1991-ci il tarixdə ölən X15 miras qalmış ünvan 3 ünvanında olan 0.0954 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 34.4 m2 olan fərdi yaşayış evinin X36 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -19 mart 2015-ci il tarixdə ölən X14 miras qalmış miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -iddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. 19 noyabr 1991-ci il tarixdə ölən X15 miras qalmış ünvan 3 ünvanında olan 0.0954 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 34.4 m2 olan fərdi yaşayış evinin X36 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. 19 mart 2015-ci il tarixdə ölən X14 miras qalmış miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar