Məhkəmə qərarları › İş №2(078)-125/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-125/2021

16.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-125/2021 16.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1, Cavabdeh1 vəkili və nümayəndəsi X3, cavabdehlər Cavabdeh3, Naxçıvan şəhər 2 saylı Notariat Ofisinin xüsusi notariusu X4 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Naxçıvan şəhər 2 saylı Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun doğurduğu bütün hüquqi nəticələrin ləğvi və payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə müraciət edərək

1. Naxçıvan şəhər 2 saylı Notariat Ofisində xx xxxx 2020-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh3 arasında rəsmiləşdirilmiş 4Ə-136 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməsi;

2. Həmin bağışlama müqaviləsi əsasında Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Cavabdeh3 adına aparılmış qeydiyyat ləğv edilməsi;

3. Naxçıvan Bələdiyəsinin xx.xx.2011 -ci il tarixli, 58 nömrəli qərarı ilə bələdiyyə ərazisindən Naxçıvan şəhəri, 60-cı məhəllə, 72 ünvanında birgə nikah dövrü əldə etdikləri 2560.0 kv.metr torpaq sahəsinə birgə mülkiyyət hüququn tanınıb, ona catacaq 1/2 hissədə payının ayrılıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti cavabdeh qismində məhkəmə prosesinə cəlb olunmuşlar. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında Cavabdeh1 ilə 2003-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduğunu, həmin nikahdan iki övladının doğulduğunu, birgə nikahda olduqları bir neçə əmlak əldə etdiklərini, həmin əmlaklardan birinin də Naxçıvan Bələdiyəsinin xx.xx.2011-ci il tarixli, 58 nömrəli qərarı ilə bələdiyyə ərazisindən birgə nikah dövrü əldə etdikləri 2560.0 kv.metr torpaq sahəsi olduğunu, bütün əmlaklardan pay hüququnun tanınması barədə məhkəmədə iddia qaldırdığını, həmin vaxt məhkəmə qətnaməsi ilə bütün əmlak bölünsə də bələdiyyədən alınan torpaq daşınmaz əmlakda sənədləşdirilmədiyindən iddia həmin hissədə baxılmamış saxlanılmışdır. Lakin cavabdeh Əli Əliyev iş məhkəmədə olanda həmin torpağı sənədləşdirib qardaşına bağışlamışdır. Cavabdeh1 ilə nikahda olarkən həmin torpağı pul verib almışdırlar Cavabdeh1 xx xxxx 2020-ci il tarixdə Naxçıvan Bələdiyyəsi ərazisindən birgə nikah dövrü əldə etdikləri 2560.0 kv.metr torpaq sahəsini Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********14 reyestr və ********** qeydiyyat nömrəli çıxarışı ilə adına rəsmiləşdirib, Naxçıvan şəhər 2 saylı Notariat Ofisinin xx xxxx 2020- ci il tarixli, 4Ə-136 nömrəli bağışlama müqaviləsi əsasında onun xəbəri və razılığı olmadan qardaşı Cavabdeh3 bağışlamışdır. Cavabdeh3 da həmin əsasda Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində xx xxxx 2020-ci il tarixdə, ********** qeydiyyat və **********14 reyestr nömrəli çıxarış almışdır. Dəfələrlə vəkil və nümayəndəsi vasitəsilə Hüseyndən bələdiyyə ərazisindən birgə nikah dövrü əldə etdikləri Naxçıvan şəhəri, 60-cı məhəllə, 72 ünvanında yerləşən 2560.0 kv.metr torpaq sahəsindən ona catacaq 1/2 hissədə payının ayrılıb verilməsini tələb etsə də o, birmənalı olaraq bundan imtina etmiş və bu səbəbdən də o, məcbur qalaraq məsələnin həlli üçün məhkəməyə müraciət etmişdir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi, eyni zamanda nümayəndəsi olduğu şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda iddianın təmin olunması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 iddianı rədd edərək verdiyi izahatında bildirmişdir ki, sözügedən torpaq sahəsi onun ailəsinə məxsus olmuş, uzun illər ailəsinin istifadəsində olmuş, daha sonra bələdiyyənin qərarı ilə satın almışdır. Həmin torpaq sahəsi anasının vəsiyyəti olmuşdur və ondan sonra qardaşına bağışlamışdır. Birgə nikah dövründə alınsa da torpaq sahəsi onun ailəsindən qalmışdır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh1 vəkili və nümayəndəsi X7 hüquqlarını müdafiə etdiyi, eyni zamanda nümayəndəsi olduğu şəxsin izahatını təsdiqlədiyini, daşınmaz əmlakda hüquqlar nikah pozulduqda sonra yaranmış, ona görə də cavabdeh öz əmlakı üzərində sərəncam hüququnu həyata keçirmişdir. Ona görə də iddianın rədd olunması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı digər Cavabdeh3 iddianı rədd edərək verdiyi izahatında hazırda sözügedən torpaq şahısının mülkiyyətçisi olduğunu, həmin torpaq sahəsinin uzun müddət onların istifadəsində olduğunu, özü dövlət orqanında işlədiyi üçün qardaşı Cavabdeh1 pul verərək bələdiyyədən onun adına satın alındığını, son vaxtlar isə Hüseynin sənədləşdirib ona bağışladığını və öz adına çıxarış alındığını, həmin torpaq sahəsinin Hüseynin və yoldaşının birgə nikahları zamanı bələdiyyədən alınsa da onların birgə qazancı hesabına alınmadığını bildirib buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh təşkilat Naxçıvan şəhər 2 saylı Notariat Ofisinin xüsusi notariusu X10 iddianı rədd edərək verdiyi izahatında bağışlama müqaviləsi bağlanılarkən qanunvericiliyini və Təlimatın tələblərinə düzgün riayət edildiyini, Cavabdeh1 subaylıq arayışı əsasında hər hansı tərəfdən razılıq alınmadığını, torpaq sahəsinin alınmasının bir nikah dövründə olmasının onlar tərəfindən araşdırıla bilinməyəcəyini bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X5 verdiyi izahatında bildirmişdir ki, Xidmət tərəfindən bütün sənədləşmə işləri notariat ofisin müvafiq sənədləri əsas götürülərək aparılmışdır. R.Məmmədov qeyd olunanları nəzərə alınaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünəkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(078)-262/2019 nömrəli qətnaməsinin surətindən aydın olur ki, iddiaçı X6 ilə Cavabdeh1 arasında Naxçıvan şəhər VVADQ şöbəsində xx xxxxxxx 2003-cü il tarixdə bağlanmış 234 nömrəli nikah pozulmuş, nikahın pozulmasından sonra xx xxxxxx 2004-cü il təvəllüdlü X8 və xx xxxx 2011-ci il təvəllüdlü X12 anası Əliyeva (Hacıyeva) Ruhəngiz Ehtibar qızının yanında saxlanılmaqla, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla xx xxxxxx 2004-cü il təvəllüdlü X8 və xx xxxx 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment tutularaq Əliyeva (hacıyeva) Ruhəngiz Ehtibar qızının xeyrinə ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(108)-157/2019 nömrəli qərardadının surətindən aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(078)-262/2019 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti üzrə cavabdehin apellyasiya şikayətindən imtinası nəzərə alınaraq apellyasiya icraatına xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Naxçıvan Bələdiyyəsinin xx xxxxxx 2011-ci il tarixli 58 nömrəli Qərarından aydın olur ki, Naxçıvan şəhəri 60-cı məhəlləsində yerləşən torpaq sahəsinin Cavabdeh1 tərəfindən uzun illər istifadə edilən və baxış zamanı dəqiqləşdirilmiş ölçülərə əsasən 2560 kvadrat metr torpaq shaəsi həyətyanı torpaq sahəsi kimi “Bələdiyyə torpaqlarının İdarə Edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4.0.2-ci yarımbəndinə 16-cı maddəsinin 16.3 və 16.4-cü bəndlərinə əsasən vətəndaş Cavabdeh1 mülkiyyətinə verilmişdir. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş A seriyalı 023354 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən məlum olur ki, Naxçıvan şəhəri 60-cı məhəllə, 7/2 ünvanında 2560 kv.m həyətyanı torpaq sahəsi Cavabdeh1 adına qeydə alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum də məlum olur ki, Naxçıvan şəhəri, Naxçıvan şəhəri 60-cı məhəllə, 7/2 ünvanında yerləşən ümumi sahəsi 2560 kv.m torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 16/23 nömrəli reyestr kitabının 4349 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx xxxx 2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən aydın olur ki, Əliyev X13 MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Naxçıvan şəhəri 60-cı məhəllə, 7/2 ünvanında yerləşən ümumi sahəsi 2560 kv.m torpaq sahəsini qardaşı Cavabdeh3 bağışlamışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli 445 nömrəli məktubundan aydın olur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına Naxçıvan Bələdiyyəsinin xx xxxxxx 2011-ci il tarixli 58 nömrəli Qərarı əsasında xx.xx.2020-ci il tarixdə Naxçıvan şəhəri 60-cı məhəllə, 7/2 ünvanında 2560 kv.m həyətyanı torpaq sahəsi qeydə alınmışdır. xx.xx.2020-ci il tarixdə Naxçıvan şəhər 2-ci Notariat Ofisində qeydiyyata alınan 4ə-136 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh1 torpaq sahəsini Cavabdeh3 bağışlamışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli 422 nömrəli məktubundan aydın olur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına xx.xx.2016-cı il tarixdə Culfa Rayon DNK-nın xx.xx.2015-ci il tarixli 4ə-89 nömrəli alqı-satqı müqaviləsi əsasında Culfa rayon Əbrəqunus kəndində 1024 kv.m və xx.xx.2020-ci il tarixdə Naxçıvan şəhər 2 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli 4ə-136 nömrəli bağışlama müqaviləsi əsasında Naxçıvan şəhəri 60-cı məhəllə, 7/2 ünvanında 2560 kv.m həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib edilmiş A seriyalı 012892 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən məlum olur ki, Culfa rayon Əbrəqunus kəndində 0.10 ha həyətyanı torpaq sahəsi Cavabdeh3 adına qeydə alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum də məlum olur ki, Naxçıvan şəhəri, Naxçıvan şəhəri 60-cı məhəllə, 7/2 ünvanında yerləşən ümumi sahəsi 2560 kv.m torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 16/23 nömrəli reyestr kitabının 4349 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(078)-10/2020 nömrəli iddia ərizəsinin hissəvi baxılmamış saxlanılması barədə qərardadından məlum olur ki, həmin qərardadla iddiaçı-cavabdeh X2 cavabdeh-iddiaçı Cavabdeh1 qarşı mülkiyyətində olan Naxçıvan şəhəri, 11-ci məhəllə, ev 195-dən məcburi qaydada çıxarılması, birgə nikah dövründə əldə edilmiş ünvan 4 mənzil 28 ünvanında ümumi sahəsi 40.4 metr olan mənzilə dair uşaqların onun yanında qalmaları nəzərə alınmaqla payının müəyyən edilməsi və Naxçıvan Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 58 nömrəli qərarı ilə bələdiyyə ərazisindən verilmiş 2560 kv.metr torpaq sahəsinə birgə mülkiyyət hüququnun tanınıb uşaqların onun yanında qalmaları nəzərə alınmaqla payların bölünməsinə dair iddia tələbi Naxçıvan Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 58 nömrəli qərarı ilə Cavabdeh1 bələdiyyə ərazisindən verilmiş 2560 kv.metr torpaq sahəsinə birgə mülkiyyət hüququnun tanınıb uşaqların onun yanında qalmaları nəzərə alınmaqla payların bölünməsinə dair hissədə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. “İnsan Hüquqlarının Ümumi Bəyannəməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını tədqiq edib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Naxçıvan Bələdiyyəsinin xx xxxxxx 2011-ci il tarixli 58 nömrəli qərarı ilə Cavabdeh1 mülkiyyətinə verilmiş 2560 kvadrat metr torpaq sahəsi İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilmişdir. Cavabdeh1 həmin torpaq sahəsinin bələdiyyə qərarı ilə adına verilməsi üçün 2000 manat banka pul ödədiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə görə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddia predmeti olan torpaq sahəsinin uzun illər öz ailələrinin istifadəsində olduğunu və sənədləşmə ilə bağlı bütün xərcin, alıq-satqı müqaviləsinin bağlanması üçün bələdiyyə orqanına köçürülməli olan məbləğin birgə qazancdan deyil Cavabdeh3 öz vəsaiti olduğunu və Cavabdeh1 verərək əmlakı sənədləşdirdiklərini bildirsələr də öz arqumentlərinin təsdiqi üçün mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdirlər. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, iddia predmeti olan torpaq sahəsi iddiaçı ilə Cavabdeh1 birgə nikahları dövründə əldə edildiyindən həmin əmlak üzərində sərəncam hüququ həyata keçirilən zaman İddiaçı notarial qaydada təsdiq edilmiş razılığının alınması zəruri olmasına baxmayaraq belə bir razılıq ərizəsi mövcud olmamışdır. Belə olan halda sözügedən torpaq sahəsi alınan zaman 2011-ci ildə tərəflər ər-arvad olmaqla rəsmi nikah qeydiyyatları mövcud olmuş, həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan onun barəsində iddiaçının razılığı olmadan bağlanmış bağışlamaq müqaviləsi etibarsız hesab edilməklə, həmin müqavilənin bağlanmasından irəli gələn hüquqi nəticələr də ləğv edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.4-cü maddəsinə görə məhkəmə ərarvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qeyd edilənlər əsasən məhkəmə belə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahları dövründə əldə edilmiş Naxçıvan Bələdiyyəsinin xx xxxxxx 2011-ci il tarixli 58 nömrəli qərarı ilə Cavabdeh1 mülkiyyətinə verilmiş və xx xxxx 2020-ci il tarixdə Naxçıvan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində adına qeydiyyata alınmış Naxçıvan şəhəri, 60-cı məhəllə, 7/2 ünvanında yerləşən 2560 kvadrat metr torpaq sahəsi üzərində iddiaçının payı ½ hissədə müyyən edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Naxçıvan Şəhər 2 saylı Notariat Ofisində xx xxxx 2020-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh3 arasında rəsmilədirilmiş 4Ə-136 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməli, bağışlama müqaviləsi əsasında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Cavabdeh3 adına aparılmış qeydiyyat ləğv edilməli, Naxçıvan Bələdiyyəsinin xx xxxxxx 2011-ci il tarixli 58 nömrəli qərarı ilə Cavabdeh1 mülkiyyətinə verilmiş və xx xxxx 2020-ci il tarixdə Naxçıvan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində adına qeydiyyata alınmış Naxçıvan şəhəri, 60-cı məhəllə, 7/2 ünvanında yerləşən 2560 kvadrat metr torpaq sahəsi İddiaçı və Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş mülkiyyəti sayılmaqla paylar bərabər qaydada müəyyən olunmalı və ½ hissə Cavabdeh1 mülkiyyətində saxlanılmaqla, ½ hissə İddiaçı mülkiyyətinə verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Naxçıvan Şəhər 2 saylı Notariat Ofisində xx xxxx 2020-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh3 arasında rəsmilədirilmiş 4Ə-136 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Bağışlama müqaviləsi əsasında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Cavabdeh3 adına aparılmış qeydiyyat ləğv edilsin. Naxçıvan Bələdiyyəsinin xx xxxxxx 2011-ci il tarixli 58 nömrəli qərarı ilə Cavabdeh1 mülkiyyətinə verilmiş və xx xxxx 2020-ci il tarixdə Naxçıvan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində adına qeydiyyata alınmış Naxçıvan şəhəri, 60-cı məhəllə, 7/2 ünvanında yerləşən 2560 kvadrat metr torpaq sahəsi İddiaçı və Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş mülkiyyəti sayılmaqla paylar bərabər qaydada müəyyən olunsun və ½ hissə Cavabdeh1 mülkiyyətində saxlanılmaqla, ½ hissə İddiaçı mülkiyyətinə verilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar