Məhkəmə qərarları › İş №2(078)-1258/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1258/2024

09.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1258/2024 09.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh və cavabdehin vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikası X28 İdarəsində onunla Cavabdeh arasında bağlanmış 04 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, 04 iyul 2024-cü il tarixdə Cavabdeh istifadə etdiyi ** BF *** qeydiyyat nömrəli, FORD FUSİON minik markalı avtomaşını 18.000 (on səkkiz min) manata satmışdır. 04 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası DYP idarəsində nəqliyyat vasitəsinin alqı-satqısını həyata keçirmişlər. 2023-cü ilin sentyabr ayında keçmiş iş yoldaşı Yaşar vasitəsi ilə onun qardaşı Ağazadə Toğrulu tanımışdır. Həmin vaxtdan Toğrulla onun yoldaşlıq münasibəti yaranmışdır. 2023-cü il tarixdə Toğrulun özünə zəng vuraraq Türkiyədən gələn nişanlısını gəzdirmək üçün özünə məxsus X23, 2017-ci il buraxılış **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ondan 3-4 günlük götürmək istəmişdir. Həmin vaxt özü avtomobili ona vermək istəməmişdir, lakin o çox məcbur etdiyindən imtina edə bilməmişdir. Maşını ondan götürəndən təxmini 1-2 gün sonra onun özünə zəng vuraraq bildirmişdir ki, maşının tormoz sistemi xarab olub və nasazlığı aradan qaldırmaq üçün ustaya aparacaqdır. Həmin vaxt özü ona etibarnamə verməmişdir, o avtomobili etibarnaməsiz idarə etmişdir. Bu hadisədən 1-2 gün sonra Toğrul Ağazadə onun avtomobili ilə Culfaya gələcəyini və onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün günorta saatlarda Toğrul ona zəng vurub “maşının remeni qırılıb və yolda qalmışam, evakuator çağırmışam ki, avtomobili Naxçıvan şəhərinə ustaya aparam” demişdir. Bu hadisənin üstündən 2 saat keçəndən sonra Toğrul yenidən ona zəng vurmuş və ustanın yanında olduğunu, avtomobilin motorunun dağıldığını, təmirinə 1700-2000 manat arası xərc tələb olunduğunu, həmin xərcləri Toğrulun özü qarşılayacağını bildirmişdir. Həmin gün axşam onunla Naxçıvan şəhərində görüşmüşlər. Toğrul ona “hazırkı maşından daha yeni (2018) modeli satışda var, əgər istəyirsənsə həmin maşını sataq, onun pulunu mən götürüm (Toğrul), göndərim Bakı şəhərinə və onun əvəzinə yuxarıda qeyd etdiyim 2018-ci ilin buraxılışı olan Ford Fusion avtomobilini gətizdirərək sənin adına rəsmiləşdirim” demişdir. O Toğrulla razılaşmışdır. Səhərisi günü Toğrul ona zəng vurub “gəl sənin avtomobilinə müştəri tapmışam, gəl onu sataq” demişdir. Özü də işdən icazə alaraq Culfadan Naxçıvan şəhərinə gəlmişdir. Toğrul ona avtomobili almaq istəyən şəxsə etibarnamə verməli olduğunu bildirmişdir. O izah etdiyi qaydada onunla telefonla danışaraq, onun dediyi qaydada ona şəxsiyyət vəsiqəsini atdığı şəxsə Kəlbəcərdən Online etibarnamə vermişdir. Toğrul Ağazadə ona “Xıdır adlı şəxsdən 10000 pul alacağam (pulun alıbalınmaması barədə hər hansı məlumatı yoxdur) əlavə öz cibimdən 6500 (altı min beş yüz) manat pul qoyub 2018-ci il buraxılış X23 avtomobilin alınması üçün Bakı şəhərinə göndərəcəyəm” demişdir. Bakıdakı avtomobili uzağı 1 həftəyə Naxçıvana gətirilərək özünün adına rəsmiləşdiriləcəyini bildirmişdir. Ondan sonra “Bakıdan gələn avtomobil mənim adıma rəsmiləşdirəcək, sən də öz avtomobilini Xıdırın adına rəsmiləşdirəcəksən ki, mən Xıdırdan mənə məxsus 6500 (altı min beş yüz) manat pulumu alım” demişdir. Özü də hərbi xidmətdə olduğu üçün həmin gecə hərbi hissəyə həyəcan siqnalı verildiyi üçün, gecə ilə hərbi hissəyə getmişdir. 3-4 gün hərbi hissədə hazırlıqlar getmiş və o hərbi hissədən çıxa bilməmişdir. Daha sonra onları Bakı şəhərinə, daha sonra isə Kəlbəcər Ağdərə istiqamətində 2023-cü ilin sentyabr ayında Ali Baş Komandan X24 ilə Antiterror Əməliyyatlarında iştirak etmişdir. Özü Kəlbəcərdə olanda Toğrulla telefon əlaqəsi yaratmışdır (yuxarıda qeyd etdiyi hadisələrdən 5 gün-1 həftə sonra). Toğrul ona 2018-ci il buraxılış Ford Fusion avtomobilin hələ Naxçıvana gəlmədiyini, lakin qısa bir müddətdə gələcəyini bildirmişdir. Özü Kəlbəcərdə 1 həftə olmuş və Toğrul Ağazadə ona zəng vuraraq “2018-ci il buraxılış Ford Fusion avtomobili gəlibdir Naxçıvana, hazırda Culfa şəhərindəyəm, avtomobillin yanındayam, şəxsiyyət vəsiqəni və sürücülük vəsiqəsini mənə göndər, sənin iştirakın olmadan avtomobili 640 manat vəsait müqabilində sənin adına rəsmiləşdirəcəm” demişdir. Özü də anasına və bacısına həmin vəsaiti Toğrula vermələrini tapşırmışdır. Anası Toğrula zəng vuraraq pulu avtomobili gördükdən sonra verəcəyini bildirmişdir. Lakin Toğrul buna razı olmadığını, pulu taksi şoferi vasitəsi ilə çatdırılmağı tələb etmişdir. Bundan sonra anası və bacısı narahat olaraq Culfa şəhərinə getmiş, Ağazadə Toğrula zəng vuraraq Culfada olduqlarını bildirmişdirlər. Onlar Toğruldan avtomobili gətirilməsi və onların adına rəsmiləşdirilməsini tələb etmişlər. Lakin Toğrul həmin vaxtdan sonra nə onların nə də özünün mobil telefonunu açmamışdır. Daha sonra anası və bacısı Toğrul Ağazadənin dələduz olduğunu artıq başa düşərək birbaşa Culfa rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Culfa rayon şöbəsində anasıgilin şikayətini qəbul edərək, Toğrul Ağazadənin axtarışda olduğunu bildirmişlər. Culfa rayon polis şöbəsində özünün Toğrul Ağazadəyə verdiyi ümumi etibarnaməni ləğv edib etmədiyini soruşmuşlar. Polis anasıgilə dərhal verdiyi etibarnaməni elə onlayn qaydada xitam verməyini tövsiyə etmişdir. Özü də Xıdıra verdiyi etibarnaməni xitam elətdirmişdir. Culfa rayon polis şöbəsi tərəfindən ona məxsus X23, 2017-ci il buraxılış **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil axtarışa verilmişdir. Sözügedən avtomobil tapılaraq X19 Polisi idarəsinə yerləşdirilmişdir. Daha sonra bacısı və anası Naxçıvan Muxtar Respublikası X14 qəbulunda olmuş və Toğrul Ağazadədən şikayət etmişdilər. DİN tərəfindən istintaq aparılmış və o döyüşdən qayıdaraq istintaqın rəisinin qəbulunda olmuşdur. Rəis araşdırılmanın davam etdirilməsini və axtarış müsbət nəticə verdiyi təqdirdə Toğrul Ağazadənin məsuliyyətə cəlb olunacağı bildirmişdir. Özünə avtomobil 4 aydan sonra DİN tərəfindən qaytarılmışdır. Avtomobili götürəndən sonra o 7000 manata yaxın pul vəsaiti xərcləyərək avtomobili Naxçıvan şəhərində avtobus parkının yanındakı servisdə Sərxan ustanın yanında düzəltdirmişdir. Ailə vəziyyətinə görə (anası 1-ci qrup əlildir) işdən çıxmaq məcburiyyətində qalmışdır və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Anasını Türkiyəyə müalicəyə aparmaq üçün avtomobili satışa çıxarmış və bununla bağlı elan paylaşmışdır. Elanın sahibi ona zəng vuraraq bir nəfərin onun avtomobilini almaq istədiyini bildirmiş, onun avtomobilinin əvəzində ona E-CLASS, 1994-cü ilin buraxılışı olan mersedes markalı avtomobil verəcəyini və üzərində 7500 manat pul verəcəyini söyləmişdir. Lakin o bununla razılaşmamışdır. Üstündən 3-4 gün keçəndən sonra Səid adlı şəxs ona zəng vuraraq avtomobilini almaq istədiyini bildirmişdir. Onunla görüşüb avtomobili servisdə yoxlatdırmışlar və yaranmış xırda nasazlıqların xərcini hamısını (320 manat) özü çəkmişdir. Səid adlı şəxs pulun yarısını özü tərəfindən, yerdə qalan yarısını lizinqə saldıracağını bildirmişdir. Onunla Culfa şəhərində bir ərzaq dükanının qarşısında Rza adlı lizinqlə məşğul olan şəxsi gözləmişdir, Rza adlı şəxs gəlib maşına baxmışdır. O “sənə avtomobil üçün pulu mən verəcəyəm, səhər gedək avtomobili rəsmiləşdirək” demişdir. Rza ona “avtomobili mən öz adıma keçirəcəyəm, Səid adlı şəxsin adına o mənim pulumu tam qaytardıqdan sonra keçirəcəyəm” demişdir. 04 iyul 2024-cü il tarixdə onlar Naxçıvan şəhər X27 idarəsinə getmiş, avtomobili Rzanın adına deyil, Rzanın xahişi ilə dostu Ramin adlı şəxsin adına rəsmiləşdirmişlər. Lakin o pulu verməyərək, avtomobildə olduğunu bildirmişdir. Aralarındakı alqı-satqı DYP-də bitdikdən sonra o Rza və Səidlə birlikdə avtomobilə yaxınlaşmışdır. Rza ona verməli olduğu 18000 manat pul vəsaitinin avtomobildə deyil, dostunda olduğunu bildirmiş və onlar avtomobilə oturaraq onun dediyi ünvana birlikdə getmişlər. Gedəndən sonra həmin yerdə Rza və Səid ona pul verməmişlər, bu maşının sahibinin X7 olduğunu bildirmişlər. Orada onlar özünü çevrəyə alaraq hədələməyə başlamışlar. Orada maşını adına rəsmiləşdirdiyi Ramin, onu hədələyərək “bu maşın bizimdir, bir il öncə almışıq. Pulunu biz vermişik. Məhkəmə desə ki, mən haqsızam sənə pulunu verəcəyəm” demişdir. Lakin onlara heç birisini, Ramini o cümlədən Xıdırı belə tanımadığını bildirmiş, məlum hadisələr zamanı antiterror əməliyyatlarında olduğunu bildirmişdir. Yəni Naxçıvanda yox Kəlbəcərdə olduğunu bildirmişdir. Onlar telefonla video çəkərək özünə 4500 manat pul vermişlər. Lakin pulun qalanını verməmişlər, məhkəmədə verəcəklərini söyləmişlər. Həmin videonu ərizəyə əlavə etmişdir. Yekun olaraq Cavabdeh adına alqı-satqı etdiyi 18.000 (on səkkiz min) manat dəyərində ** BF *** qeydiyyat nömrəli, FORD FUSİON minik markalı avtomaşının cəmi 4500 manatını ödəmiş, yerdə qalan 13500 manatı ödəməmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində alqı-satqının tərəfi kimi iradəsi zədələnmiş və nəticə etibarı ilə alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Mülki iş üzrə 09 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında Ağazadə Toğrulun ona zəng etdiyini, “Xıdırın şəxsiyyət vəsiqəsini atıram ona etibarnamə ver, o aparsın avtomobili Türkiyədə düzəltdirsin, alıcı var alacaq 10000 manat verəcək Bakıdan sənə 2018 model gətirəcəm” dediyini, həmin vaxt özünün Kəlbəcərdə döyüşdə olduğunu, Ağazadə Toğrulun ona zəng etdiyini, “Bakıdan gələcək olan avtomobil gəlib, Culfadadır, 600 manat lazımdır ki, saldırım sənin adına” dediyini, anasına zəng etdiyini, pulu Ağazadə Toğrula vermələrini dediyini, onların da “özümüz gedək” dediyini, Ağazadə Toğrulun bununla razılaşmadığını, gec olacağını dediyini, sonra xalası Culfada olduğu üçün onun adına sənədləşdirmək istədiyini Ağazadə Toğrula dediyini, Ağazadə Toğrulun bununla da razılaşmadığını, Ağazadə Toğrulun 2 saat telefonu açmadığını, sonra telefonu açdığını, ona avtomobili anasıgilə göstərməsini, nigaran olduqlarını dediyini, Ağazadə Toğrulun yenə telefonlarını açmadığını, anasıgilin gedib Culfa rayon Polis şöbəsinə şikayət etdiklərini, polisin onlara “Toğrul dələduzun yekəsidi” dediyini, ona etibarnaməyə xitam verməsini dediklərini, özünün də etibarnaməyə xitam verdiyini, sonra avtomobil barəsində axtarış verildiyini, polis şöbəsinin həyətinə aparıb qoyulduğunu, istintaq prosesinin davam etdiyini, həmin vaxt işi ilə əlaqədar olaraq Türkiyə Respublikasına kursa getdiyini, oradan qayıtdıqdan sonra işinin həll olunduğunu, avtomobili götürə biləcəyinin deyildiyini, avtomobil bir neçə müddət polis şöbəsinin həyətində qaldığı üçün 300-400 manat da əlavə pul ödədiyini, sonra işləyib pul yığdığını, 7000 manat xərc çəkib avtomobilini düzəltdirdiyini, anasının vəziyyətinin yaxşı olmadığını, maaşı az olduğu üçün işdən çıxdığını, anasını müalicə etdirmək üçün avtomobili satmaq qərarına gəldiyini, daha ucuz avtomobil alıb taksi sürücüsü kimi işləmək qərarına gəldiyini, hərbiçi olduğu üçün anasını istədiyi vaxt Türkiyə Respublikasına apara bilmədiyindən işdən çıxdığını, avtomobili elan səhifələrinə qoyduğunu, ona zəng gəldiyini, avtomobili almaq istəyən bir nəfər olduğunun deyildiyini, Səid adlı şəxslə görüşdüklərini, onun avtomobili dəyişməyi üzərində də pul verəcəyini dediyini, Səidlə razılaşmadığını, sonra Səidin ona zəng vuraraq avtomobilini satdığını, qalan pulu da lizinqlə verəcəyini dediyini, onunla razılaşdığını, sonra Rza adlı şəxsin gəlib avtomobilə baxdığını, lizinq üçün qiymət müəyyən etdiyini, Səidlə avtomobili yoxlatdırdıqlarını, ustada 500 manat xərci də özünün çəkdiyini, Səidin pulu göstərdiyini, gedib adına qeydiyyata aldırdıqdan sonra pulu verəcəyini dediyini, sonra avtomobili Rzanın dostu Raminin adına saldıracağını dediyini, beləcə qeydiyyata aldırdıqlarını, sonra ona “pul maşındadı gedək pulu verim” dediyini, getdikdən sonra Səidin pulu Rzanın verəcəyini dediyini, servisə getdiklərini, Rzanın “pulu verin” dediyini, onların da “maşını biz almışıq, 1 il bundan qabaq pulunu vermişik” dediklərini, onlara “mən sizi tanımıram” dediyini, Ağazadə Toğrulla danışdıqlarını dediklərini, onu hədələdiklərini, avtomobilin tapılarkən öz adında olduğunu, Əsgərgilin servisində qardaşı Raminin də orada olduğunu, həmin vaxt onlara “anam xəstədi onu müalicə etdirəcəyəm pulu verin” dediyini, vermədiklərini, DİN-ə şikayət etdiyini, Cinayət Axtarış İdarəsini rəisi Vüqar müəllimin Raminlə qardaşı Əsgəri çağırdığını, onlara gedib avtomobili gətirmələrini dediyini, taksi çağırdıqlarını, yolda gedərkən Raminin taksi sürücüsünə hadisəni danışdığını, ona “mən dedim ki mənim adıma keçirin, mən bilirəm nə edəcəyimi” dediyini, ona “4500 manat veririk, qalan pulu vermirik, məhkəmə verməli olduğumu desə verəcəm” dediyini, özünün aylardır Türkiyə Respublikasında, Bakı şəhərində işlədiyini, anasını müalicə etdirmək üçün avtomobilini satdığını, ona qurma qurduqlarını, lizinq müqaviləsinin nə olduğunu bilmədiyini, lizinq müqaviləsi də bağlanmadığını, Rzanın pulu Raminin verəcəyini dediyini, DİN-ə müraciət etdiyini, şifahi olaraq məhkəməyə müraciət etməsinin deyildiyini, ona alqı-satqı müqaviləsi bağlanmadan əvvəl pulun verilməcəyini, əvvəl pulun Toğrula verildiyi ilə bağlı heç nə deyilmədiyini, cavabdehlə aralarında əvvəlcədən danışıqları olmadığını, tanımadığını, əlaqələri də olmadığını, müştəri kimi ona inandığını, X15 adlı şəxsin şəxsiyyət vəsiqəsini atdığını, onun adına etibarnamə verdiyini, Ağazadə Toğrulun özünü aldatdığını, özünün də gedib onu şikayət etdiyini, avtomobilin xərcini çəkməsini istədiyini, rəisin ona “Ağazadə Toğrul tutulub da, bundan o tərəfi var?” dediyini, müqavilə bağlanarkən avtomobilin texniki pasportunun olmadığını bilmədiyini, avtomobildə olduğunu düşündüyünü, sonra tapa bilmədiyini, itdiyini düşündüyü üçün polisə müraciət etdiyini, “avtomobili düzəltdir gəl verək” dediklərini, özünün də düzəltdirib texniki pasportu aldığını, cavabdeh tərəfin 10000 manat pulu Ağazadə Toğrula verdiklərini bildirdikləri halda pulu niyə ondan tələb etdiklərini bilmədiyini, özünün heç kimə “pulu Toğrula verin” demədiyini, Ağazadə Toğrulun sadəcə olaraq ona “etibarnamə ver maşını aparsın Türkiyəyə təmir etdirsin sonra sataq” dediyini, ona Ağazadə Toğrulun hər hansı bir pul vermədiyini, 2023-cü ildə Ağazadə Toğrulu DİN-ə şikayət etdiyini, həmin vaxt haqlı olduğu üçün avtomobilinin özünə qaytarıldığını, özünün Xıdırı görmədiyini, avtomobili Cavabdeh satdığını, onun da avtomobili ələ keçirib pulunu vermədiyini, anasını müalicə etdirmək üçün borca düşdüyünü, 04 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsini istədiyini, Raminin onu aldatdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddiaçının bildirdiklərinə əlavə olaraq 04 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqısı barədə müqavilənin tərəfinin Cavabdeh olduğunu, ona görə də həmin şəxsin cavabdeh kimi qoyulduğunu, başqa şəxslərin müqavilə tərəfi olmadığı üçün 04 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə tələb üzrə tərəf ola bilməyəcəklərini, işin mülki mübahisə olduğunu, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş izahatların əlaqəsiz olduğunu, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli olduğunu, çünki hər bir halda vicdanlılıq və qanunilik baxımından Cavabdeh hüquq yaratmaq yaxud da hüquq nizama salmaq kimi səlahiyyətləri olmadığını, əgər cavabdehin hüququ pozulmuşdusa müvafiq orqanlara müraciət edərək qanun çərçivəsində tədbirlər görülməsini istəyə biləcəyini, başqa yollara əl atmağın düzgün olmadığını, alqı-satqı müqaviləsi ilə iddiaçının hüquqlarının zədələndiyini, cavabdeh tərəfin özünün belə bir məsələni bu formada həll etməyə hüququ olmadığını, Konstitusiya Məhkəməsinin Plenum qərarında da tərəfin aldadılaraq bağlanılan əqdin etibarsız hesab edildiyinin göstərildiyini, iddianın tam əsaslı olduğunu, 04 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməli olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında özünün maşın sexi, rentacar sahibi olduğunu, ona görə avtomobil alqı-satqısı ilə məşğul olan biri olduğunu, onlara zəng gəldiyini, Toğrul adlı şəxsin zəng etdiyini, avtomobil satdıqlarını dediyini, qardaşı ilə gedib avtomobilə baxdıqlarını, Toğrulun 12500 manat dediyini, kimin olduğunu soruşduqlarını, onun da qardaşının dostunun olduğunu dediyini, avtomobilin motorunun sökülmüş olduğunu, 300 manat bunun üçün ustaya pul verdiklərini, 9000 manat pulu da Toğrula verdiklərini, sonra 1500 manat pulu da verdiklərini, sonra avtomobili sexə gətirdiklərini, rəngləndiyini, İddiaçı pulu Ağazadə Toğrula vermələrini dediyini, ona görə pulu ona verdiklərini, avtomobilin bir müddət özlərinin servisində qaldığını, sonra polislərin gəlib həmin avtomobilin axtarışda olduğunu dediklərini, avtomobili apardıqlarını, özlərinin də verdikləri pulun geri qaytarılması üçün məhkəməyə müraciət etdiklərini, əslində maşın alınması üçün pulun Toğrula Xıdır tərəfindən verildiyini, pulu Xıdır verdiyi üçün onun Ordubad rayon Məhkəməsinə müraciət etdiyini, sonradan iddiaçının avtomobili polis şöbəsindən götürdüyünü, düzəldib 17000 manata elanlarda satdığını gördüyünü, iddiaçının DİN-də özünə “səni tanımıram” dediyini, Ağazadə Toğrulun da “mən pulu vermişəm Namiqə” dediyini, pulu gedənin özü olduğunu, avtomobili gedənin də iddiaçı olduğunu, ortada Toğrulun adının çəkilmədiyini, iddiaçının maşının satılması barədə elanı Ordubad rayonundan Rza adlı şəxsin özünə atdığını, onlarən Xıdırın pul verərək aldığı maşın olduğunu dediyini, həmin vaxt avtomobilin açarının, texniki pasportunun özündə olduğunu, elana qoyulan maşının onlardan alınaraq iddiaçıya qaytarılan maşın olduğunu əvvəlcədən bildiyini, həmin maşını da qalan pulu verməklə adına keçirmək istədiyini, iddiaçıya elanda göstərilən 17000 manat məbləğində pulu vermək niyyətinin olmadığını, çünki X12 əvvəlcədən pul verdiyini, alqı-satqı müqaviləsinə özünün gedib imza çəkdiyini, iddiaçının onlara “maşın mənimdi” dediyini, iddiaçının avtomobili 17000 manata satdığını, Xıdırın verdiyi 11500 manat pulu Namiqə verməsi üçün Toğrula verdiyini, 300 manat pulu da ustaya verdiyini, iddiaçının satdığı məbləğdən 4500 manat ödənilməmiş pul qaldığını, onu da Namiqə verdiyini, onun da “Toğrul məni aldadıb” dediyini, özünün Ağazadə Toğrulun pulu Namiqə verməsini görmədiyini, sadəcə Toğrulla danışdığını, Toğrulun “pulu Namiqə vermişəm” dediyini, Namiqi hədələmədiklərini, onların sexə gəldiklərini, çay içdiklərini, sexdə hər yerdə kamera olduğunu, hədələmə olsa Namiqin gedib DİN-ə şikayət edə biləcəyini, onu dövriyyəyə alıb hədələmədiklərini, Namiqin “2000 manat verin 7000 manata məsələ bitsin” dediyini, özünün Namiqlə əlaqəsi olmadığını, qardaşı Əsgərin Namiqlə danışdığını, özü günahkardırsa pulu ödəməyə hazır olduğunu, müqavilə bağlamağa ustanı göndərdiyini, pulu ustaya özünün verdiyini, sənədləşmədən sonra müqaviləyə özünün imza çəkdiyini, alqı-satqı müqaviləsi bağlanana kimi Namiqə özünün həmin avtomobili aldığını, pulunu Toğrula verdiyini, hətta avtomobilin texniki pasportunun və açarının özündə olduğunu demədiyini, əvvəlcədən iddiaçıya Rza vasitəsilə 17000 manat pul verib avtomobili alacağını dediyini, əslində isə ona 17000 manat vermək fikri olmadığını, müqavilə bağlandıqdan sonra dediyi pulu vermədiyini, iddiaçı pulu istədiyi zaman “pulu vermişəm” dediyini, Namiqə əvvəlcədən niyəti ilə bağlı heç nə deməməsinin səbəbinin savaşmaqla heç nəyin həll olmaması olduğunu, özlərinin də hüququnun pozulduğunu, məcbur qalıb belə etdiyini, Xıdır maşının pulunu versə də onların birlikdə işləməsi ilə bağlı özünün Namiqə yalandan pul verəcəm deməklə müqavilə bağladığnı bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Rəcəbov X18 rayon Məhkəməsinin qətnaməsi hüquqi qüvvəyə minmədiyi üçün ona istinad edilə bilməyəcəyini, avtomobilin hüquqverici sənədinin texniki pasport olduğunu, həmin sənəd olmadan alqı-satqı müqaviləsinin bağlana bilməyəcəyini, Ağazadə Toğrulu iddiaçının yaxşı tanıdığını, onun adının niyə çəkilmədiyini bilmədiklərini, avtomobil cavabdehin sexindən götürüldükdən sonra avtomobilin mülkiyyətçisi Namiq olduğu üçün ona qaytarıldığını, məhkəməyə təqdim etdikləri izahatların predusial əhəmiyyətli olduğunu, belə ki, ilkin araşdırma materialları əsas verərsə cinayət işinin başlana biləcəyini, həmin materiallar barədə şikayət verilmədiyi üçün də onların predusial əhəmiyyətli olduğunu, 10000 manat pulu cavabdehdən Ağazadə Toğrulun aldığını, Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən vicdanlılıq məsələsinin reallığı əks etdiməli olduğunu, hər bir detalın nəzərə alınmalı olduğunu, DİN-də bağlanan alqı-satqı müqaviləsinin əsas olmadığını, işin əvvəlinin 1 il əvvələ dayandığını, qarşı tərəfin aldadıldığının nəzərə alınaraq əqdin etibarsız hesab edilməsini tələb etməsi həmin əqdin etibarsız hesab olunması üçün əsas olmadığını, həmçinin hər bir halın hüquq çərçivəsində həll edilə bilməyəcəyini, hər şeyin hüquq mühafizə orqanları tərəfindən həll edilməli olmadığını, müqavilə bağlanmadan əvvəl cavabdeh tərəfindən pul verib avtomobili aldığını, həmçinin texniki pasportunun özündə olması kimi hallar deyilmiş olsaydı müqavilənin bağlanmayacağını, iddia ərizəsində Namiqin avtomobilin Toğrulda olduğunu, avtomobildə problem yarandığını, demək ki bir müddət keçdiyini, Namiqin burada da aldatmağı seçdiyinin göründüyünü, belə ki, etibarnamənin 1 sentyabr tarixinə verildiyini, iddiaçının məhkəməyə yanlış məlumat verdiyini, həmçinin iddiaçının DİN-ə verdiyi izahatında 1 həftə antiterror əməliyyatlarında iştirak etdiyini, əgər antiterror əməliyyatlarında iştirak edirdisə onun smartfon telefon istifadə edə bilmədiyini, ancaq etibarnaməni ləğv edib hətta bacısına da etibarnamə verdiyini, bunların iddiaçının iddianı əsaslandırmaq üçün nə qədər yalana getdiyini göstərdiyini, alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının yalanı seçdiyini, “avtomobilin texniki pasportunu itirmişəm” dediyini, buna görə də Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən sadəcə iradənin özü deyil iradənin formalaşma şəraitinin də nəzərə alınmalı olduğunu, tərəflərin öhdəlikləri vicdanla yerinə yetirməyə borclu olduqlarını, tərəf aldatma yolu ilə hərəkət etdikdə əqdin etibarsız hesab oluna biləcəyini, ancaq indiki vəziyyətdə İddiaçı əqdin etibarsız hesab olunmasını tələb etmək hüququna malik olmadığını, ona görə Konstitusiya Məhkəməsinin mövqeyinin özlərinin mövqeyi ilə üst-üstə düşdüyünü, tərəfin dövlət səlahiyyətini mənimsəyə bilməyəcəyini bildiyini, peşəkar hüququn belə yanılmaya yol verdiyini, ancaq cavabdehin atdığı addımda yanlış nəsə olmadığını, Konstitusiya Məhkəməsinin Plenum qərarında vicdanlılığın nəzərə alınmalı olduğunun göstərildiyini, cavabdehin mülkiyyətini təmsil edən pul kütləsindən məhrum olduğunu, iddiaçının da cavabdehi aldatmağı seçdiyini, iddia ərizəsinin əsassız olduğunu, iddiaçının aldatma yolunu seçdiyinə görə müqavilənin əsassız hesab edilərək ləğv edilməməli olduğunu bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində evakuator sürücüsü olduğunu, ona Əsgər ustanın zəng etdiyini, Elsevər restoranının yanında X23 avtomobil olduğunu, onu götürüb gəlməsini dediyini, gedib motorunun sökülmüş vəziyyətdə olduğunu gördüyünü, 300 manat ustaya ödənildiyini, sonra da avtomobili götürüb gəldiyini, Əsgər ustaya təhvil verdiyini, hadisənin təxminən 1 il əvvəl olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində Toğrulun sexə gəldiyini, Elsevər restoranının yanındakı ustada avtomobil olduğunu dediyini, Əsgər ustanın gedib baxdığını, Xıdır əmidən pul götürdüklərini, motorun sökülmüş olduğunu, buna görə ustanın avtomobili vermədiyini, zəhmət haqqını istədiyini, onun haqqını ödədiklərini, sonra da sexə gətirdiklərini, 1 ay keçdikdən sona polislərin gəldiyini, avtomobilin axtarışda olduğunu dediklərini, avtomobili aparıb polis şöbəsinin həyətinə qoyduqlarını, sonradan etibarnamənin ləğv edildiyini bildiklərini, sonra da alqı-satqı məsələsi olduğunu, sexə gəldikdən sonra həmin avtomobil olduğunu bildiklərini, 11500 manat əvvəldən verdiklərini, 1000 manat avtomobilə xərc çəkildiyini, Namiqin gəlib pulu istədiyini, ona 12500 manat verdiklərini dediklərini, onun da 17000 manata satdığını dediyini, 4500 manat da verdiklərini, sonra çıxıb getdiyini, alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etmədiklərini, həmin vaxt onun avtomobilin əvvəl aldıqları avtomobil olduğunu bilmədiyini, Raminin yəqin ki bildiyini, özünün bilmədiyini, Ağazadə Toğrulun “mən pulu Namiqə vermişəm” dediyini, pulun verilməsini özünün görmədiyini, özünün yanında Namiqlə danışıq olmadığını, etibarnamənin onlayn verildiyini, pulu Ağazadə Toğrula verdiklərini, Namiqi tanımadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində keçən il sentyabr ayının 1-i özünə zəng gəldiyini, Ağazadə Toğrulun zəng vurduğunu, avtomobil satdığını dediyini, avtomobilin motorunun tökdüyünü, onun dediyi qiymətlə razılaşmadığını, 11500 manata razılaşdıqlarını, 10000 manat bir dəfə, 1500 manat da bir dəfə Ağazadə Toğrula pul verdiyini, etibarnamə verildiyini, etibarnamənin Xıdırın adına verildiyini, açarın və texniki pasportun verildiyini, avtomobili kəndə apardıqlarını, avtomobili rənglətdiklərini, yeni motor gələcəyini, DYP tərəfindən zəng vurduqlarını, həmin avtomobil barəsində axtarış olduğunu, avtomobili polis şöbəsinin həyətinə qoymalarının deyildiyini, aparıb qoyduqlarını, sonra məhkəməyə verdiklərini, özlərinin işinin avtomobil alıb-satmaq olduğunu, avtomobil elanı gördüklərini, təsadüfən alıb gətirdikdən sonra avtomobilin həmin avtomobil olduğunu gördüyünü, Namiqə “pul sənə verilməyibsə niyə etibarnamə vermisən” dediyini, Ağazadə Toğrulun “pulu vermişəm” dediyini, pulu Namiqin dediyi adama verdiyini, Toğrulun da Namiqin qohumu olduğunu, avtomobil özlərindən alındıqdan sonra vəkilin pul tələbi barədə iddia qaldırmalarını dediyi üçün elə etdiklərini, Rzanı tanıdığını, onun da avtomobil alveri ilə məşğul olduğunu, həmin avtomobilin satılmasını özünə Rzanın dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində 2023-cü ilin sentyabr ayının 1-də Əsgərin “avtomobil var almaq istəyirəm ancaq pulum çatmır” dediyini, avtomobilə baxdığını, avtomobilin özünün xoşuna gəlmədiyini, ancaq razı olduğunu, 10000 manat Əsgərə pul verdiyini, Namiqin özünə etibarnamə verdiyini, gedib avtomobili Elsevər restoranının yanından Əli ustadan götürdüklərini, ustanın da pulunu ödədiklərini, Şərura apardıqlarını, rənglətdiklərini, avtomobilin açarının, texniki pasportunun özündə olduğunu, avtomobil özlərindən alındıqdan sonra, pulunu istədiyini, Ordubad rayon Məhkəməsində iddia qaldırdığını, sonra iddiaçının avtomobili satdığını, avtomobili sonra Raminin aldığını, Raminin adına saldıqlarını, Raminlə dost olduqlarını, aralarında “sənin-mənim” söhbəti olmadığını, özünün başqa prosesləri bilmədiyini, özlərinin onsuzda pulu verdiklərini, 10000 manat pulu da Əsgərə borc kimi verdiyini, etibarnaməni Namiqin niyə ləğv etdiyini bilmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X27 İdarəsinin 09 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Ordubad rayon Tivi kənd sakini İddiaçı mülkiyyətində olmuş “Ford Fusion” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh adına qeydiyyatda alınaraq **-BM-*** dövlət qeydiyyat nişanı verilmişdir. İş materiallarına əlavə olunmuş 04 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Ordubad rayon, Tivi kəndində qeydiyyatda olan Erdoğan X9 şəhəri, 10-cu küçə, döngə 3, ev 12 ünvanında qeydiyyatda olan Cavabdeh 04 iyul 2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətində olan “Ford Fusion minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı avtomobili 18000 (on səkkiz min) manat qarşılığında satmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinə ezam olunmuş təhqiqatçısı, polis mayoru X1 15 noyabr 2023-cü il tarixli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarın təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan şəhər sakini yaşayan X11 ərizə ilə Naxçıvan Şəhər Polis icarəsinə müraciət edərək X2 onu aldadaraq Bakı şəhərində olan daha yeni avtomobili ilə dəyişəcəyi adı altında '‘Ford Fusion’' markalı avtomobilini ondan alıb sonra onun avtomobilini nasaz vəziyyətinə gətirməsi və dəymiş zərəri ödəməməsi barədə etdiyi müraciət əsasında müvafiq qaydada araşdırma aparılmış və 15 noyabr 2023-cü il tarixli qərarla X6 şikayət ərizəsi əsasında toplanmış HKpi-809/23 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iş materiallarını təhlil edib, işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1 və 389.2-ci maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Həmçinin həmin qərarda qeyd olunmuşdu ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir... Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı iddia ərizəsində 04 iyul 2024-cü il tarixində İddiaçı ilə Cavabdeh arasında Naxçıvan Muxtar Respublikası X28 İdarəsində bağlanılmış “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsini istədiyini qeyd etmişdir. Həmçinin iddiaçı iddia ərizəsində və məhkəməyə verdiyi izahatlarında alqı-satqı müqaviləsində göstərilmiş və “Ford Fusion minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 18.000 (on səkkiz min) manat pulun 4500 manatının cavabdeh tərəfindən özünə verildiyini, qalan 13500 manat pulun isə ödənilmədiyini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf verdiyi izahatında həmin halı təsdiq edərək İddiaçı 4500 manat pul verdiyini, qalan məbləğdə pulu əvvəl Ağazadə Toğrula İddiaçı verməsi üçün verdiklərindən müqavilə bağlandıqdan sonra qalan pulu İddiaçı vermədiyini bildirmişdir. Həmçinin İddiaçı izahatında Cavabdeh tərəfindən alqı-satqı müqaviləsi bağlanmadan əvvəl pulun verilməcəyini, əvvəl pulun Toğrula verildiyi ilə bağlı heç nə deyilmədiyini, müqavilə bağlandıqdan sonra həmin halların deyildiyini bildirmiş, Cavabdeh izahatında həmin halı təsdiq edərək alqı-satqı müqaviləsi bağlanana kimi Namiqə özünün həmin avtomobili aldığını, pulunu Toğrula verdiyini, hətta avtomobilin texniki pasportunun və açarının özündə olduğunu demədiyini, müqavilənin dəyəri olan pulu Namiqə ödəyəcəyini dediyini, cavabdehin vəkili isə Cavabdeh bu halları İddiaçı deməməsinin səbəbi kimi müqavilə bağlanmadan əvvəl cavabdeh tərəfindən pul verib avtomobili aldığını, həmçinin texniki pasportunun özündə olması kimi hallar deyilmiş olsaydı müqavilənin bağlanmayacağını, bu səbəbdən deyilmədiyini bildirərək Cavabdeh əvvəlcədən müqavilənin dəyəri olan pulu İddiaçı ödəmək niyyəti olmadan müqavilə bağlamasını təsdiq edir. Həmçinin məhkəmədə ifadə verən şahidlər də həmin halları ifadələrində təsdiq etmişlər. Göstərilənlərə əsasən məhkəmə belə qeyd edir ki, 04 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar yəni müqavilənin qiymətinə münasibətdə cavabdehin iddiaçını aldadaraq müqavilə bağlaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də İddiaçı ilə Cavabdeh arasında Naxçıvan Muxtar Respublikası X28 İdarəsində bağlanılmış 04 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, Cavabdeh tərəfin məhkəmədə verdiyi izahatında avtomobilin pulunun İddiaçı Ağazadə Toğrula verilməsini dediyi üçün pulu Ağazadə Toğrula verdiklərini, onun da pulu İddiaçı verdiyini desə də iddiaçı həmin halları izahatında inkar etmiş, cavabdeh həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da həmin hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yekunda məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında Naxçıvan Muxtar Respublikası X28 İdarəsində bağlanılmış 04 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -İddiaçı ilə Cavabdeh arasında Naxçıvan Muxtar Respublikası X28 İdarəsində bağlanılmış 04 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli; -iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətеtdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Naxçıvan Muxtar Respublikası X28 İdarəsində bağlanılmış 04 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar