Məhkəmə qərarları › İş №2(078)-1261/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1261/2024

27.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1261/2024 27.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X4 və X5 qarşı miras əmlakın qəbul edilməklə payın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X4 və X5 qarşı miras əmlakın qəbul edilməklə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0418 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 54.8 kv.metr fərdi yaşayış evinin, miras əmlakda özünün payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, atası X10 12 avqust 1993-cü il, anası X7 isə 14 yanvar 2016-cı il tarixlərdə ölmüşlər. Onlar arasında 04 noyabr 1955-ci il tarixdə bağlanmış nikahlarından onunla bərabər 8 nəfər uşaqları doğulmuşdur. Hazırda İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X8 və X9 adlı vərəsələri vardır. Mərhum atası X10 12 avqust 1993-cü il tarixdə öləndən sonra onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0418 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 54.8 kv.metr fərdi yaşayış evi mülkiyyət hüququ üzrə miras qalmışdır. Mərhum atası X6 ölümündən sonra mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0418 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 54.8 kv.metr fərdi yaşayış evini Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə 27 sentyabr 2023-cıi il tarixdə müraciət edib, ********** qeydiyyat və **********27-10301 reyestr nömrəli çıxarış almışdır. İstər valideynlərinin sağlığında, istərsə də onların ölümündən sonra həmin evdə yaşamaqla bütün miras əmlakı faktiki olaraq qəbul edib, sahiblənərək ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Evdə yaşadığı bu müddətdə torpaq sahəsini əkib becərməklə əlavə tikililər tikib, təmir etmişdir. İstifadə etdiyi kommunal xidmətlərə və əmlak vergisinə görə bütün ödənişlər onun tərəfindən aparılmışdır, bu günə heç bir borcu yoxdur. Hal-hazırda bacıqardaşlarından Məmmədəli, Hüseyn, Rübabə, və Sevinc notarial qaydada mirasın qəbulundan imtina barədə ərizə verib, digər bacı-qardaşı Qurban, Şaban və Səkinə öz fikirlərini bildirmədiklərinə görə xüsusi icraat qaydasında “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair” Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən həmin şəxslər maraqlı şəxs qismində məhkəməyə dəvət olunmuşlar və həmin vaxt qardaşı Qurban ilə Şaban buna öz etirazlarını bildirdiyinə görə mülki iş Naxçıvan Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(078)-895/2024 saylı qərardadı ilə baxılmamış saxlanılıb, sənədlər ona geri qaytarıldığından iddia qaldırmaq məcburiyyətində qalmışdır və istəyir ki, məhkəmə qaydasında öz həllini tapsın. Miras əmlakı faktiki olaraq qəbul etdiyi üçün adına rəsmiləşdirmək istəmişdir. Buna görə də mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan Regional “Asan Xidmət'” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Naxçıvan Regional “Asan Xidmət'” Mərkəzində Notariat Ofisinin 16 mart 2024-cü il tarixli, 341/2024 nömrəli məktubunda mirasın faktiki qəbulu məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 27 noyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh3, X4 və X5 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2 və X3 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 27 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə iclasında cavabdehlər iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazları olmadığını bildirmişlər. İddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X4 və X5 qarşı miras əmlakın qəbul edilməklə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 15 avqust 2024-cü il tarixli, 11273 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X4 və X5 qarşı miras əmlakın qəbul edilməklə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 15 avqust 2024-cü il tarixli, 11273 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar