Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1270/2025 03.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, M-00129 nömrəsi ilə qeydiyyatdan keçmiş mediatorun iştirakı ilə X7 ilə aralarında bağlanmış 18 iyun 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, Maraqlı şəxs ilə 24 fevral 2015-ci il tarixdə, 55 nömrəli qeydlə Naxçıvan Şəhər Nikah evində nikaha daxil olmaqla nikahlarını rəsmiləşdirmişlər. Naxçıvan şəhər Məhkəməsinin qətnaməsinə əsasən onunla Maraqlı şəxs arasında nikah pozulmuş, 13 noyabr 2023-cü il tarixli, 138 saylı nikahın pozulması haqqında şəhadətnamə əldə edilmişdir. Birgə nikahda yaşadıqları dövrdə 08 avqust 2015-ci il təvəllüdlü X6 adlı bir övladları doğulmuşdur. M-00129 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X4 iştirakı ilə Maraqlı şəxs ilə 18 iyun 2025-ci il tarixdə barışıq sazişi imzalamışlar. Barışıq sazişinin şərtlərinə əsasən qızı 08 avqust 2015-ci il təvəllüdlü X1 üçün atası Maraqlı şəxs hər ay 250 (iki yüz əlli) manat məbləğində vəsaitin Ərizəçi ödəyəcəyini öhdəsinə götürməklə tərəflər razılığa gəlmişlər. Ərizəçi məhkəmə baxış iclasında aliment tələb etdiyini, barışıq sazişi bağladıqlarını, ancaq Maraqlı şəxs həmin barışıq sazişini icra etmədiyini, uşağın 5-ci sinifdə oxuduğunu, özünün günü 10 manata xadimə işlədiyini, barışıq sazişinin 18 iyun 2025-ci il tarixdə bağlandığını, Maraqlı şəxs ümumiyyətlə ödəniş etmədiyini, Maraqlı şəxs alimenti vaxtlıvaxtında ödəməsini istədiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə baxış iclasında 18 iyun 2025-ci il tarixdə barışıq sazişi bağladıqlarını, heç bir ödəniş etmədiyini, kart hesabı açılmasını gözlədiyini, özünün 900 manat əmək haqqı aldığını, 2 banka kredit borcu olduğunu, onları ödədiyini, çatdıra bilmədiyini, maddi imkanının zəif olduğunu, bu səbəbdən ödəniş etmədiyini, 18 iyun 2025-ci il tarixdən etibarən ümumiyyətlə ödəniş etmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, tərəflərin izahatını qiymətləndirən məhkəmə müəyyən edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış nikahın pozulması, həmin nikahdan 08 avqust 2015-ci il təvəllüdlü X6 adlı övladlarının olması, ərizəçi ilə maraqlı şəxsin arasında barışıq sazişinin imzalanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarına əlavə edilmiş Şərur rayon İbadulla kənd İnzibati ərazi dairəsi tərəfindən verilmiş 01 sentyabr 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 304549 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından 08 avqust 2015-ci il təvəllüdlü X6 adlı övladlarının olması; -İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli, AZ-İ seriyalı, 402659 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi və Maraqlı şəxs nikahlarının Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1161/2023 saylı qətnaməsinə əsasən pozulması və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 138 nömrə ilə qeyd aparılması; -İş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 18 iyun 2025-ci il tarixli barışıq sazişindən tərəflərin X2 nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbi ilə bağlı 27 iyul 2023-cü il tarixdə Mediasiya Sessiyası keçirildiyini və övladları 08 avqust 2015-ci ildə doğulmuş X5 ananın yanında qalması və uşağın saxlanılması üçün Leyla İbrahimova yetkinlik yaşına çatana kimi hər ay Maraqlı şəxs tərəfindən 300 (üç yüz) manat məbləğində aliment ödənilməsi razılığına gəldikləri barədə İ-1010 saylı Barışıq Sazişi imzalamaları, Maraqlı şəxs razılığa gəldikləri 300 (üç yüz) manat məbləğində alimenti qazancı az olduğuna görə ödəməkdə çətinlik çəkdiyini və alimentin miqdarının 50 (əlli) manat azaldılaraq stabil 250 (iki yüz əlli) manat məbləğinə endirilməsini qarşı tərəfdən xahiş etməklə alimentin hər ay aldığı pensiyasından ödəmək istədiyini və bunun üçün müvafiq sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edəcəyini bildirməsi, qarşı tərəf Ərizəçi təklifi qəbul etdiyini və aliment miqdarının 50 (əlli) manat azaldılaraq 300 (üç yüz) manatdan stabil 250 (iki yüz əlli) manata endirilməsinə ətiraz etmədiyini, alimentin ardıcıl olaraq hər ay ödənilməsinin təmin olunması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu vasitəsilə ödənilməsinə razı olduğunu bildirməsi, beləliklə tərəflər Ərizəçi və Maraqlı şəxs X2 Nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbi ilə bağlı 27 iyul 2023-cü il tarixdə keçirilmiş Mediasiya Sessiyası zamanı birgə nikahdan doğulmuş övladları 08 avqust 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Maraqlı şəxs tərəfindən Ərizəçi ödəniləcək 300 (üç yüz) manat məbləğində alimentin 50 (əlli) manat azaldılaraq 300 (üç yüz) manatdan stabil 250 (iki yüz əlli) manata endirilməsi, alimentin ardıcıl olaraq hər ay ödənilməsinin təmin olunması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu vasitəsilə 18 iyun 2025-ci il tarixdən Ərizəçi təqdim edəcəyi bank hesabına ödənilməsi haqqında qarşılıqlı razılığa gəlmişlər. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs alimentin ödənilməsinə dair barışıq sazişinin könüllü icrasından boyun qaçırdığı müəyyən olunmuşdur. Maraqlı şəxsə ərizənin surətinin göndərilməsinə baxmayaraq tələbə qarşı etirazı və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin müvafiq bəndlərinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanunazidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Tərəflər aralarında bağlanmış barışıq sazişində alimentin 18 iyun 2025-ci il tarixdən ardıcıl olaraq hər ay ödəniləcəyi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə barışıq sazişinin bağlanmasından sonra könüllü icra müddətində icra edilmədiyini, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün əsasların mövcud olmadığını, barışıq sazişinin qanuna zidd olmadığını, uşağın yüksək mənafeyinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 18 iyun 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli, 18 iyun 2025-ci il tarixli barışıq sazişi əsasında Maraqlı şəxs 08 avqust 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat məbləğində aliment 18 iyun 2025-ci il tarixdən tutularaq uşağın anası Ərizəçi ödənilməli, tələb alimentə dair hissədə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə ərizə təmin edilməli olduğundan ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunmalı; -Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 18 iyun 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli; -Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs 08 avqust 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat məbləğində aliment 18 iyun 2025-ci il tarixdən tutularaq uşağın anası Ərizəçi ödənilməli; -Qətnamə alimentə dair hissədə dərhal icraya yöndəldilməli; -Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 18 iyun 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs 08 avqust 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat məbləğində aliment 18 iyun 2025-ci il tarixdən tutularaq uşağın anası Ərizəçi ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icraya yöndəldilsin. Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1270/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1270/2025
03.09.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver