Məhkəmə qərarları › İş №2(078)-1281/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1281/2024

13.09.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1281/2024 13.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi X3 və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi X3 Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi X4 məhkəməyə müraciət edərək 25 dekabr 2023-cü il tarixdə Naxçıvan Mediasiya X1 ilə Maraqlı şəxs arasında bağlanmış və H-1862 nömrə ilə qeydiyyatdan keçirilmiş barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 13 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclası zamanı ərizəçi X4 məhkəməyə ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi X3 ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi X4 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixli 14512 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi X3 Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi X4 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixli 14512 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar