Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1350/2023 23.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X12 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili X17 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payın müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X24 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0492 ha həyətyanı torpaq sahəsinin miras olaraq onun tərəfindən faktiki qəbulu faktının müəyyən olunması və payının bütün miras kütləsi olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, X3 ünvan 1 ünvanında adına 0.0492 ha həyətyanı torpaq sahəsi xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində ********** nömrə ilə qeydiyyata alınmaqla Hüquqların X38 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmışdır. X62 Rusiya Federasiyasında yaşamış, orada ailə qurmuş və 07 iyul 1999- cu il tarixdə vəfat etmişdir. Qardaşı hələ sağlığında Qaraxanbəyli kəndində yerləşən torpaq sahəsini ona vermiş, oradan bütün vaxtı o istifadə etmişdir. Lakin adına sənədləşmə işlərini aparmamışdır. Qardaşının arvadı - X29, qızı- X37, qızı- X47 adlı vərəsələri vardır. Qardaşının vərəsələri ərizə verərək mirası qəbul etmədiklərini onun adına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə heç bir etirazlarının olmadığını bildirmişdilər. X3 2-ci növbəli vərəsələri qardaşı -İddiaçı, qardaşı -X32 (vəfat edib), qardaşı - X54 (vəfat edib), bacısı -X39, qardaşı- Cavabdeh, bacısı Məmmədova (Abbasova) Gülyanaq Qasım qızıdır. X4 28 iyun 1988-ci ildə vəfat etmişdir və arvadı X13 (vəfat edib), qızı- X18, oğlu- X33, qızı- X25 adlı vərəsələri vardır. Vərəsələrin üçü də ərizə verərək mirası qəbul etmədiklərini bildirmişlər. X9 29 may 1991-ci ildə vəfat etmişdir. Onun arvadı - X26, oğlu - X55, oğlu - X40, oğlu - X44 adlı vərəsələri vardır. Vərəsələrin hamısı ərizə verərək miras qalmış əmlakı qəbul etmədiklərini heç bir tələblərinin olmayacaqlarmı bildirmişlər. X5 və Abbasova ( Məmmədova) Gülyanaq Qasım qızı ərizə verərək mirası qəbul etmədiklərini gələcəkdə heç bir tələblərinin olmayacaqlarını bildirmişlər. Vərəsələrdən yalnız qardaşı Cavabdeh münasibəti məlum deyil. Qardaşı X2 torpağı ona verdiyi üçün həmin torpaq sahəsindən o istifadə edirdi, onun vəfatından sonra da torpaq sahəsi yenə onun istifadəsində olub. Qardaşının ailəsi də bunu bildiklərindən həmin mirasla bağlı münasibətlərini bildiriblər. Mirasın onun tərəfindən qəbul edilməsi və payının müəyyən olunması barədə Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinə ünvanladığı ərizəyə cavab verilərək müvafiq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. 23 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X24 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0492 ha həyətyani torpaq sahəsinin miras olaraq onun tərəfindən faktiki qəbulu faktının müəyyən olunması və payının bütün miras kütləsi olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, haliyədə iddianın “payın bütün miras kütləsi olması” hissəsini geri götürdüyünü qeyd edərək həmin hissədə iddianın baxılmamış saxlanılmasını, iddiaçının mirasın faktiki qəbul faktının müəyyən olunması tələbi daxilində baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1350/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payın müəyyən olunması tələbinə dair iddia ərizəsinin iddiaçının payın bütün miras kütləsi olmasını tələb etməsinə dair hissədə baxılmamış saxlanılması qərara alınmışdır. Mülki iş üzrə keçirilmiş məhkəmə iclasları zamanı İddiaçı iddia ərizəsində qeyd edilənlərə əlavəsinin olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə keçirilmiş məhkəmə iclasında izahat verən iddiaçının vəkili X41 izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı mərhum X24 ikinci növbə vərəsəsi olduğunu, X24 birinci növbə vərəsələrinin ərizə göndərərək miras əmlakdan imtina etdiklərini, bu səbəbdən də ikinci növbə vərəsə olan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, miras əmlakın ünvan 1 ünvanında yerləşən 0.0492 ha həyətyanı torpaq sahəsi olduğunu, həmin torpaq sahəsindən İddiaçı istifadə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə keçirilmiş məhkəmə iclasında izahat verən Cavabdeh izahatında X7 öldükdən sonra ünvan 1 ünvanında yerləşən həyətyani torpaq sahəsindən qardaşı İddiaçı istifadə etdiyini, iddiaya etirazının olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X68 ifadəsində Qaraxanbəyli kəndində yaşadığını, İddiaçı ilə qonşu olduğunu, X45 öldükdən sonra həmin torpaq sahəsindən İddiaçı istifadə etdiyini, həmin torpaq sahəsində başqa heç kimi görmədiyini, torpaq sahəsinin hasarlı olduğunu, açarının da İddiaçı olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X56 ifadəsində Qaraxanbəyli kəndində yaşadığını, X45 öldükdən sonra ondan miras qalan torpaq sahəsindən İddiaçı istifadə etdiyini, həmin torpaq sahəsini əkib-becərdiyini, hasar çəkdirdiyini bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, mərhum X24 İddiaçı qardaşı, X10, X16, X30 mərhum X24 vərəsələri olması, iddiaçı və cavabdehin mərhumun ikinci növbə vərəsələri olması, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın X24 mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş 26 noyabr 2021-ci il tarixli, A-01666 nömrəli arayışın tərcümə edilmiş surətindən X45 və X22 arasında 20 avqust 1982-ci il tarixdə nikahın bağlanması; -iddia ərizəsinə əlavə olunmuş və Mariinsk şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş İİ-ЛO seriyalı, 319944 nömrəli ölüm haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən X24 xx.xx.1999-cu il tarixdə avtomobil qəzası zamanı alınan ağır travmalar, orqanların zədəsi və parçalanması ilə çoxsaylı skelet sümüklərinin sınığı səbəbi ilə Rusiya, Kemerovo vilayəti, İjmorskiy şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 445 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş NMR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X38 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş surətindən ünvan 1 ünvanında olan 0.0492 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə X24 adına Daşınmaz əmlakın dövlət reyestrində 16/28 nömrəli reyestr kitabının 5204 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 883 nömrəli arayışdan X24 Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olması və X29, X37, X47 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 882 nömrəli arayışdan X14 Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olması və X13 (vəfat edib), X18, X33, X25 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 881 nömrəli arayışdan X34 Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olması və X26, X55, X40, X44 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 880 nömrəli arayışdan X24 Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olması və İddiaçı, X32 (vəfat edib), X54 (vəfat edib), X39, Cavabdeh, X19 adlı 2-ci növbəli vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Savedabad kənd İcra nümayəndəliyi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş V-ЖГ seriyalı, 258654 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X34 xx.xx.1991-ci il tarixdə miokart infarkt səbəbi ilə Qaraxanbəyli kəndində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Savedabad kənd soveti tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 404235 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X14 xx.xx.1988-ci il tarixdə Qaraxanbəyli kəndində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 702598 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X8 xx.xx.2017-ci il tarixdə kəskin böyrək çatışmamazlığı səbəbi ilə Qaraxanbəyli kəndində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 118 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş 27 sentyabr 1972-ci il tarixli, A3 seriyalı, 212372 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X54 və X15 arasında 27 sentyabr 1972-ci il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş 25 iyun 1974-cü il tarixli, A3 seriyalı, 281315 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X32 və X8 arasında 25 iyun 1974-cü il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 7 nömrə ilə qeyd edilməsi; -iş materiallarında olan və Qaraxanbəyli kənd soveti tərəfindən təkrar verilmiş 08 iyun 1962-ci il tarixli, A3 seriyalı, 082298 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X46 və X35 birgə nikahından xx xxxxxxxx 1943-cü il tarixdə İddiaçı adlı övladlarının doğulması; -iş materiallarında olan və Qaraxanbəyli kənd soveti tərəfindən təkrar verilmiş 21 iyun 1965-ci il tarixli, A3 seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X46 və X35 birgə nikahından 09 iyul 1947-ci il tarixdə X39 adlı övladlarının doğulması; -iş materiallarında olan və Qaraxanbəyli kənd soveti tərəfindən verilmiş 05 may 1962-ci il tarixli, A3 seriyalı, 164823 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X46 və X35 birgə nikahından 16 aprel 1962-ci il tarixdə X19 adlı övladlarının doğulması; -iş materiallarında olan 01 sentyabr 1956-cı il tarixli, ИЖ seriyalı, 422730 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X46 və X35 birgə nikahından 29 iyun 1945-ci il tarixdə X54 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli, 514171 nömrəli çıxarışdan X46 və X35 birgə nikahından xx xxxxxx 1958-ci il tarixdə Cavabdeh adlı övladlarının doğulması; -iş materiallarında olan və YUQRA Surqut şəhər administrasiyasının VVAQ idarəsi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən X45 və X1 birgə nikahından 22 sentyabr 1982-ci il tarixdə, X6 adlı övladlarının doğulması; -iş materiallarında olan və Mariinsk şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 14 avqust 1987-ci il tarixli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən X45 və X1 birgə nikahından 22 iyul 1987-ci il tarixdə, X20 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 890 nömrəli arayışdan İddiaçı Naxçıvan şəhər, Qaraxanbəyli kəndində qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 891 nömrəli arayışdan Cavabdeh Naxçıvan şəhər, Qaraxanbəyli kəndində qeydiyyatda olması aydın olur. İddia ərizəsinə əlavə olunmuş X31 tərəfindən 29 noyabr 2021-ci il tarixdə verilmiş ərizənin tərcümə edilmiş surətində 07 iyul 1999-cu il tarixində vəfat edən X24 ölümündən sonra mirasın açılmasının ona məlum olduğu, Rusiya Federasiyası Mülki Məcəlləsinin 1157 və 1158-ci maddələrinin məzmununun notarius tərəfindən ona izah olunduğu və aydın olduğu, Rusiya Federasiyası Mülki Məcəlləsinin mirasdan imtinanın dəyişdirilə və ya geri çağırıla bilməməsi, mirasdan qeyd-şərtlərlə və ya şərtlə imtinaya yol verilməməsi, mirasın bir hissəsindən imtinaya yol verilməməsi haqqında 1157 və 1158-ci maddələrinin məzmununun notarius tərəfindən ona izah olunduğu və aydın olduğu, mirası qəbul etmədiyi və ona iddia etmədiyi, sağ qalmış həyat yoldaşı payına malik olmadığı, miras qalan əmlakın idarəçiliyinə faktiki olaraq daxil olmadığı, vərəsəlik hüququ haqqında şəhadətnamənin İddiaçı tərəfindən alınmasına heç bir etiraznın olmadığı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X37 tərəfindən 09 dekabr 2021-ci il tarixdə verilmiş ərizənin tərcümə edilmiş surətində 07 iyul 1999-cu il tarixində vəfat edən atası X24 ölümündən sonra mirasın açılmasının ona məlum olduğu, Rusiya Federasiyası Mülki Məcəlləsinin 1157 və 1158-ci maddələrinin məzmununun notarius tərəfindən ona izah olunduğu və aydın olduğu, Rusiya Federasiyası Mülki Məcəlləsinin mirasdan imtinanın dəyişdirilə və ya geri çağırıla bilməməsi, mirasdan qeyd-şərtlərlə və ya şərtlə imtinaya yol verilməməsi, mirasın bir hissəsindən imtinaya yol verilməməsi haqqında 1157 və 1158-ci maddələrinin məzmununun notarius tərəfindən ona izah olunduğu və aydın olduğu, mirası qəbul etmədiyi və miras əmlakın ona çatası payına dair iddiasının olmadığı, miras qalan əmlakın idarəçiliyinə faktiki olaraq daxil olmadığı, vərəsəlik hüququ haqqında şəhadətnamənin İddiaçı tərəfindən alınmasına heç bir etiraznın olmadığı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X47 tərəfindən 12 yanvar 2022-ci il tarixdə verilmiş ərizənin tərcümə edilmiş surətində 07 iyul 1999-cu il tarixində vəfat edən atası X24 ölümündən sonra mirasın açılmasının ona məlum olduğu, mirasın qəbulu üçün müddəti buraxdığını, Rusiya Federasiyası Mülki Məcəlləsinin 1157 və 1158-ci maddələrinin məzmununun notarius tərəfindən ona izah olunduğu və aydın olduğu, mirasın qəbulu üçün müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini, miras qalan əmlakın idarəçiliyinə faktiki olaraq daxil olmadığı, vərəsəlik hüququ haqqında şəhadətnamənin İddiaçı tərəfindən alınmasına heç bir etiraznın olmadığı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X27 tərəfindən 03 avqust 2023-cü il tarixdə verilmiş ərizədə X7ndan miras qalmış əmlakı qəbul etmədiyi, gələcəkdə bu miras əmlaka dair heç bir tələbi olmayacağı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X39 tərəfindən 24 iyun 2023-cü il tarixdə verilmiş ərizədə X7ndan miras qalmış əmlakı qəbul etmədiyi, gələcəkdə bu miras əmlaka dair heç bir tələbi olmayacağı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X36 tərəfindən 03 avqust 2023-cü il tarixdə verilmiş ərizədə X21 miras qalmış əmlakı qəbul etmədiyi, gələcəkdə bu miras əmlaka dair heç bir tələbi olmayacağı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X55 tərəfindən 14 avqust 2023-cü il tarixdə verilmiş ərizədə əmisi X21 miras qalmış əmlakı qəbul etmədiyi, gələcəkdə bu miras əmlaka dair heç bir tələbi olmayacağı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X40 tərəfindən 11 avqust 2023-cü il tarixdə verilmiş ərizədə əmisi X21 miras qalmış əmlakı qəbul etmədiyi, gələcəkdə bu miras əmlaka dair heç bir tələbi olmayacağı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X44 tərəfindən 10 avqust 2023-cü il tarixdə verilmiş ərizədə əmisi X21 miras qalmış əmlakı qəbul etmədiyi, gələcəkdə bu miras əmlaka dair heç bir tələbi olmayacağı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X28 tərəfindən 25 iyul 2023-cü il tarixdə verilmiş ərizədə əmisi X21 miras qalmış əmlakı qəbul etmədiyi, gələcəkdə bu miras əmlaka dair heç bir tələbi olmayacağı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X33 tərəfindən 14 avqust 31 iyul 2023-cü il tarixdə verilmiş ərizədə əmisi X21 miras qalmış əmlakı qəbul etmədiyi, gələcəkdə bu miras əmlaka dair heç bir tələbi olmayacağı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X42 tərəfindən 03 avqust 2023-cü il tarixdə verilmiş ərizədə əmisi X21 miras qalmış əmlakı qəbul etmədiyi, gələcəkdə bu miras əmlaka dair heç bir tələbi olmayacağı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinə Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 03 sentyabr 2023-cü il tarixli, 479 nömrəli cavab məktubunda vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə mirasın vərəsə tərəfindən qəbul edilmiş sayıldığı, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutun vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər ola biləcəyi, bu sənədlər olmadıqda mirasın faktiki qəbulunun məhkəmə tərəfindən təyin olunduğu, müvafiq məhkəməyə müraciət etməyinin tövsiyə olunduğu qeyd olunmuşdur. İddiaçı Cavabdeh qarşı miras əmlakın onun tərəfindən faktiki qəbul faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. İddia ərizəsinə əlavə olunmuş və Mariinsk şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.2000ci il tarixdə verilmiş İİ-ЛO seriyalı, 319944 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X45 xx.xx.1999-cu il tarixdə avtomobil qəzası zamanı alınan ağır travmalar, orqanların zədəsi və parçalanması ilə çoxsaylı skelet sümüklərinin sınığı səbəbi ilə Rusiya, Kemerovo vilayəti, İjmorskiy şəhərində vəfat etmişdir. Qeyd olunan hala əsasən iddiaçının ünvan 1 ünvanında yerləşən 0.0492 ha həyətyani torpaq sahəsindən ibarət miras əmlakı faktiki olaraq qəbul etməyi faktının müəyyən edilməsi tələbi miras qoyanın öldüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X45 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu vərəsəliyin açıldığı yer sayılır. Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 530- cu maddəsinə əsasən miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar qanun üzrə vərəsələr sayılır. Həmin Məcəllənin 532-ci maddəsinin mahiyyətinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 533-cü maddəsinə əsasən birinci növbəli vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə ölənin bacı-qardaşları habelə onun həm ata həm ana tərəfindən babası və nənəsi ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölmüşsə qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi X29, X37, X47 mərhum X24 birinci növbə vərəsələridir. İş materiallarından da göründüyü kimi onlar miras qoyandan qalmış mirası qəbul etməmişlər. Həmçinin qeyd olunan normalardan göründüyü kimi İddiaçı, X32, X54, X39, Cavabdeh və X19 isə X24 ikinci növbə vərəsələridir. Qanunvericiliyin tələbindən də göründüyü kimi X24 birinci növbə vərəsələri mirası qəbul etmədiyindən onun ikinci növbə vərəsələri həmin miras əmlakı vərəsə qismində qəbul edə bilərlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan iddianı qaldırmağa subyektiv hüququ vardır. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən maddi hüquq normasından görünür ki, Azərbaycan Respublikasının qüvvədən düşən mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal– faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. İddia tələbinin məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçı qardaşından qalan mirası qeyri-formal üsulla qəbul etmişdi. Yəni o, mirasa həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə qəbul edib. Bu fakt həm işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatları ilə, həm də məhkəmədə dindirilmiş şahid ifadələri, həmçinin digər sübutlarla öz təsdiqini tapır. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mərhum X24 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən Cavabdeh izahatında İddiaçı mirası qəbul etməsini qeyd etməsini də nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; -X24 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0492 ha həyətyanı torpaq sahəsinin miras olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -iddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. X24 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0492 ha həyətyanı torpaq sahəsinin miras olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-1350/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1350/2023
23.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver