Məhkəmə qərarları › İş №2(078)-1359/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1359/2025

18.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1359/2025 18.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, Ərizəçi X1 X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəni nəzərdən keçirib, müəyyən etdi:

1. Ərizəçi X4 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu ildə Naxçıvan şəhərində doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır.

3. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi geri qaytarılır.

4. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.

5. Həmin Məcəllənin 19-cu maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər.

6. Məhkəmə qeyd edir ki, ərizəçi X4 qohumluq münasibətləri baxımından(əmisi qızı) X2 yaxın qohumları dairəsinə daxil olmadığından X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malik deyildir.

7. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi tərəfindən təqdim edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, qeyd edilən əmlak paylı mülkiyyət hüququ əsasında 1/4 hissədə X2 3/4 hissədə isə Nəcəfzadə(Hüseynova) Vüsalə Fərman qızının adına qeydiyyata alınmışdır.

8. Belə olan halda məhkəmə hesab edir ki, hazırki işdə ərizəçinin məhkəməyə müraciəti X2 hüquqlarının pozulması ilə nəticələnə bilər və maraqların toqquşması baxımından da ərizəçi belə bir müraciəti etmək hüququna malik deyildir.

9. Məhkəmə ərizəçiyə izah edir ki, qeyd edilən məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanına (Naxçıvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına) müraciət etmək hüququ var və müvafiq icra hakimiyyəti orqanının məhkəməyə müraciət etmək səlahiyyəti qanunda təsbit edilmişdir.

10. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

11. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə X4 tərəfindən "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumu ərizəçi X3 geri qaytarılmalıdır.

12. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Ərizəçi X1 X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi X1 "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödədiyi 101 (yüz bir) manat dövlət rüsumu ərizəçi X3 geri qaytarılsın. Ərizəçiyə qeyd edilən məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanına (Naxçıvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına) müraciət etmək hüququ Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hаkim Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar