Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1362/2021 25.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı iddiacı İddiaçı Cavabdeh qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın Əsgərova (Qasımova) Aidə İbrahim qızı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyünü araşdırarkən müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli 2(078)-661/2020 nömrəli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər X4, X6, Əkbərova (Qasımova) Adilə İbrahim qızına, Əsgərova (Qasımova) Aidə İbrahim qızına və Cavabdeh qarşı mərhum X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının tanınmaqla pay müəyyən edilməsi tələbinə dair iddiası təmin edilərək mərhum X2 qalan ünvan 2 ünvanında yerləşən miras əmlakın X8 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi, ünvan 2 ünvanında yerləşən miras əmlakda X5 payının 1/3 hissə olması müəyyən olunması qət edilmiş, sözügedən qətnamədən narazı qalan iddiaçı X8 apellyasiya şikayəti vermiş Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli 2(108)- 66/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli 2(078)-661/2020 nömrəli qətnaməsi iddiaçı X5 apellyasiya şikayətinə münasibətdə ünvan 1 ünvanında yerləşən miras əmlakda X5 payının 1/3 hissə olmasının müəyyən edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçı X1 MR Ali Məhkəməsinin mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli 2(108)- 66/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş və iddia ərizəsi verən zaman texniki səhvlik nəticəsində mərhum X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən miras əmlak olaraq fərdi yaşayış evinin göstərildiyini, halbuki atasından miras qalan torpaq sahəsi və evdən mirasın qəbul edilərək payının müəyyən edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 21 sentyabr 2021-ci il tarixli 2(102)-4730/2021 nömrəli qərarı ilə iddiaçı X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli 2(108)-66/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasına qərar verilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə əsasən yolverilməzliyə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Adları yuxarıda qeyd edilən qətnamələrin məzmununa nəzər saldıqda aydın olur ki, qanuni qüvvədə olan qətnamələrlə sözügedən miras əmlak üzrə paylar müəyyən edildiyindən bütün vərəsələrin o cümlədən İddiaçı mirası faktiki qəbul edib-etməməsi araşdırılmış və hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul edilməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 26.10.2021-ci il tarixdə, 27286 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.6, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər rəsmi qaydada İddiaçı vəkili və nümayəndəsi Vəkil verilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 26.10.2021-ci il tarixdə, 27286 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1362/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1362/2021
25.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver