Məhkəmə qərarları › İş №2(078)-140/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-140/2023

16.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-140/2023 16.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakda payın müəyyən olunması tələbinə dair işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı1 və iddiaçıların vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum bibisi X5 mülkiyyətində olmuş ünvan 1 ünvanında 0.197 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 115.76 kv.m təşkil edən fərdi yaşayış evindən ibarət miras əmlakı atası X11 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi faktı müəyyən edildiyindən onun ½ payının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X10 cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddanı onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında 0.197 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 115.76 kvm -dən ibarət olan fərdi yaşayış evi 28 noyabr 2018-ci il tarixdə iddiaçıların bibiləri X5 adına qeydiyyata almmışdır. Nubar Məmiyeva 03 mart 2003-cü il tarixdə vəfat etmişdir. X25 3 vərəsəsi: qardaşı-X10, qardaşı-X11 və Cavabdeh olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(078)-464/2019-cu il nömrəli qətnaməsi ilə Cavabdeh ünvan 2 ünvanında yerləşən mərhum X2 miras qalan fərdi yaşayış evinin qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə qəbul edilərkən X10 xx.xx.2019-cu il tarixli notarial qaydasında təsdiq olunmuş ərizəsini məhkəməyə göndərərək mərhum bacısı X5 ölümündən sonra miras qalmış əmlakı faktiki olaraq qəbul etməmiş, etmir və gələcəkdə bu işlə əlaqədar heç bir iddia ilə məhkəməyə müraciət etməyəcəyi qeyd olunmuşdur. Qəbul olunmuş qətnamə əsasında Naxçıvan şəhər 4 saylı Notariat ofisi 14 iyun 2019-cu il tarixdə X12 adına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirməklə X25 vərəsəsinin olması qeyd olunmuşdur. Rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında həmin əmlak xx.xx.2019-cu il tarixdə Cavabdeh adına Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyata almmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(078)-650/2021 nömrəli qətnaməsi ilə 03 mart 2003-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 3 ünvanında yerləşən miras əmlakın mərhum X16 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilmiş, Cavabdeh adına Naxçıvan şəhər 1 saylı Notariat Ofisində qeydiyyata alınmış 2/V-55 nömrəli, xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi qismən etibarsız hesab edilmiş, həmin şəhadətnamə əsasında 27 iyun 2019-cu il tarxidə Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində Cavabdeh adına aparılmış qeydiyyat qismən ləğv edilmişdir. X5 adına qeydiyyata alınmış ünvan 4 ünvanında yerləşən miras əmlakın faktiki olaraq Cavabdeh və X17 tərəfindən qəbul edildiyi məhkəmə qətnamələri ilə müəyyən edildiyindən və X5 digər vərəsəsi olan X3 mirası qəbul etmədiyi barədə ərizəsini nəzərə alarkən məhkəmə qətnamələri ilə mirası qəbul edən vərəsələr müəyyən edildiyindən vərəsələrin payları bərabər olmaqla müəyyən edilir. X13 payını müəyyən etməklə adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ünvan 5 ünvanlanan ərizəyə müsbət cavab verilməyərək məhkəməyə müraciət etmək bildirilmişdir. Qeyd edilənlərə əsasən atası mərhum X6 payının ½ hissədə müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçıların vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Həqiqətən miras əmlak bacısı Nübar Məmiyevadan qalmışdır. Bacısı Nübar ailə həyatı qurmamış və ölənə qədər onunla yaşamışdır. Doğrudur ki, torpaq sahəsində iki yaşayış evi vardır. Həmin evlərin birində o, ailəsi və bacısı yaşamış, digərində isə o, qardaşı Salmanın və ailəsinin oraya köçürtdüb yaşamalarına icazə vermişdir. Bacısının vəfatından sonra da əvvəlki kimi hər kəs öz evində yaşamağa davam etmişdir. 2018-ci ildə qardaşı Salman xəstəlikdən vəfat etmişdir. Qardaşı öldükdən sonra övladları Türkiyəyə getmişdirlər. Ondan sonra arabir evə gəlib baxıb gedirlər. Evin açarları da onlarda idi. O vaxt dövlət tərəfindən qardaşı Salmana ayrı bir ev verilmişdi. Övladları həmin evi satdılar. İndi də yaşadığı həyətdən paylarını tələb edirlər. Salman vəfat edib, digər qardaşı Oqtay da öz payından onun xeyrinə imtina edibdir. Buna görə də iddia qaldırıb və bacısından qalan mirasın onun tərəfimdən qəbul edilməsi barədə qətnamə çıxıbdır. Həmin qətnaməni notariusa aparmış və şəhadətnamə almış, daha sonra evin qeydiyyatını əldə etmişdir. Hazırda qardaşı uşaqları onunla razılaşmaq üçün deyirlər ki, torpağı iki hissəyə böl, üstündəki evi də ver. Təbii ki, o, bununla razılaşa bilməz. Dəfələrlə qardaşı uşaqlarına bildirib ki, gəlsinlər əvvəlki kimi yaşasınlar, ancaq nə evin satılmasına, nə də bölünməsinə razı deyil. Torpaq da, üstündəki tikililər də hazırda ona məxsusdur. Məhkəmə qətnaməsinə əsasən sənədlərini hazırlayıb veriblər. O, qeyri-qanuni iş görməyib. Cavabdeh sonda qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında akt qeydindən Çıxarışdan aydın olur ki, İddiaçı2 xx.xx.1994-cü ildə Babək rayon Şıxmahmud kəndində doğulmuş, anası X20, atası X14r. İş materiallarında olan doğum haqqında akt qeydindən Çıxarışdan aydın olur ki, İddiaçı1 xx.xx.1992-ci ildə Babək rayon Cavidabad kəndində doğulmuş, anası X20, atası X14r. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışdan aydın olur ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 115.76 kv.metr olan fərdi yaşayış evi və 0.197 ha ölçüdə olan torpaq sahəsi tam mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixdə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 18/34 nömrəli reyestr kitabının 6714 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-464/2019 nömrəli 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə ünvan 7 ünvanında yerləşən X1 miras qalan fərdi yaşayış evinin Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan 14 iyun 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən aydın olur ki, 2(078)-464/2019 nömrəli 24 aprel 2019-cu il tarixli Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2003-cü il tarixdə vəfat etmiş X8 vərəsəsi qardaşı Cavabdehdur. Şəhadətnamə verilən əmlak Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X9 verilmiş **********81-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2-də 0.197 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 115.76 kv.m, yaşayış sahəsi 81.33 kv.m, yardımçı sahəsi 34.43 kv.m olan 3 otaqlı A və B tikililərindən ibarət fərdi yaşayış evindən ibarətdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-650/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən aydın olur ki, iddiaçılar Məmiyeva (Konyar) Təranə Salman qızının və İddiaçı2 Cavabdeh qarşı 03 mart 2003-cü il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 8 ünvanında yerləşən miras əmlakın X16 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, Naxçıvan şəhər 1 saylı notariat ofisində qeydiyyata alınan 2/V-55 nömrəli xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və şəhadətnamədən doğan hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilərək 03 mart 2003-cü il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 8 ünvanında yerləşən miras əmlakın mərhum X16 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməsi, Cavabdeh adına Naxçıvan şəhər 1 saylı notariat ofisində qeydiyyata alınan 2/V-55 nömrəli xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi qismən etibarsız hesab edilməsi, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 27 iyun 2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh adına aparılmış qeydiyyat qismən ləğv edilməsi qət edilmişdir. Naxçıvan Şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 308 nömrəli məktubun surətindən aydın olur ki, vərəsələr arasında mübahisə olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi qeyd edilmişdir. ünvan 9 xx.xx.2022-ci il tarixli 2157 nömrəli arayışdan aydın olur ki, Məmiyev X21 şəhəri Qaraçuq kəndi, 5-ci küçə döngə 1, ev 11 ünvanında qeydiyyatdadır. ünvan 9 xx.xx.2022-ci il tarixli 2159 nömrəli arayışdan aydın olur ki, Məmiyeva X18 şəhəri Qaraçuq kəndi, 5-ci küçə döngə 1, ev 11 ünvanında qeydiyyatdadır. ünvan 9 xx.xx.2022-ci il tarixli 2158 nömrəli arayışdan aydın olur ki, Məmmədov X15 şəhəri Qaraçuq kəndi, 5-ci küçə döngə 1, ev 11 ünvanında qeydiyyatdadır. ünvan 10diyyatda olan X10 tərəfindən notariat ofisinə verilmiş 05 yanvar 2019-cu il tarixli ərizədə qeyd edilmişdir ki, bacısı X4 miras qalmış əmlakı faktiki olaraq qəbul etməmişdir, etmir və gələcəkdə bu işlə əlaqədar heç bir iddia ilə məhkəməyə mrüciət etməyəcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-650/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 464/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Tərəflərin miras qoyan X2 miras qalan əmlakın Cavabdeh və mərhum X11 tərəfindən sağlığında qəbul edilməsi yuxarıda qeyd edilən qətnamələrdə əks edilmiş, qiymətləndirilmiş fakt və hallar olduğundan məhkəmə həmin qətnamə ilə müəyyən edilmiş halların hazırki iş üzrə məcburi xarakter daşıdığını tərəflərin diqqətinə çatdırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Burada nəzərə alınmalıdır ki, bu öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin faktiki qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 05 oktyabr 2012-ci il tarixli Qərarında qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə məhkəmə miras qoyanın bütün vərəsələrinin mirasın qəbul edib-etməməsi məsələsini araşdıb, hesab edir ki, ünvan 1 ünvanında 0.197 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 115.76 kv.m təşkil edən fərdi yaşayış evindən ibarət miras əmlakın mərhum X11 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi faktı və Cavabdeh tərəfindən qəbul edilməsi faktı müvafiq qətnamələrlə müəyyən edildiyindən, digər vərəsə X3 mirası qəbul edilməsi sübuta yetirilmədiyindən, eyni zamanda notarial qaydada ərizə verərək mirası qəbul etmədiyini bildirdiyindən mərhum X6 miras payı miras əmlakın ümumi kütləsinin ½ hissəsində müəyyən olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı1 tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC Naxçıvan filialına 2836 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 miras qalan ünvan 1 ünvanında olan 0.197 ha həyətyanı torpaq sahəsində və ümumi sahəsi 115.76 kv.m təşkil edən fərdi yaşayış evində mərhum X6 payı ½ hissədə müəyyən olunsun. İddiaçı1 tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC Naxçıvan filialına 2836 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar