Məhkəmə qərarları › İş №2(078)-1432/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1432/2023

05.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1432/2023 05.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçı-cavabdeh İddiaçı, iddiaçı-cavabdehin vəkili Vəkil və cavabdeh-iddiaçı Cavabdeh2 iştirakı ilə, iddiaçı-cavabdeh İddiaçı cavabdehlər Erden (İbrahimova) Minurə İbrahim qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və cavabdeh-iddiaçı Cavabdeh2 qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi və cavabdeh-iddiaçı Cavabdeh2 iddiaçı-cavabdeh İddiaçı və cavabdehlər Erden (İbrahimova) Minurə İbrahim qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı Erden (İbrahimova) Minurə İbrahim qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 ölümündən sonra ünvan 1 ünvanında 829.83 kv.m torpaq sahəsində yerləşən A və B tikililərdən ibarət, 1 mərtəbəli, 8 otaqlı, 185.40 kv.m yaşayış, — kv.m qeyri yaşayış, 99.85 kv.m köməkçi sahədən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 İddiaçı, Erden (İbrahimova) Minurə İbrahim qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 ölümündən sonra miras qalmış ünvan 2 ünvanında yerləşən ev və torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qərardadı ilə, qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuşdur. İddiaçı-cavabdeh İddiaçı məhkəmə hazırlıq iclasında ərizə yazaraq, iddia ərizəsini geri götürdüyünü, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh-iddiaçı Cavabdeh2 məhkəmə hazırlıq iclasında ərizə yazaraq, iddia ərizəsini geri götürdüyünü, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehlər Erden (İbrahimova) Minurə İbrahim qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə hazırlıq iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Cavabdeh7 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə hazırlıq iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə hazırlıq iclası cavabdehlərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddiaçı-cavabdehin və cavabdeh-iddiaçının ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh2 ərizəsi nəzərə alınmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər və qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Odur ki, iddiaçı-cavabdeh İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 26 sentyabr 2023-cü il tarixli, 5680 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat və cavabdeh-iddiaçı Cavabdeh2 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 11 oktyabr 2023-cü il tarixli, 22907 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı Erden (İbrahimova) Minurə İbrahim qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh2 qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər və Cavabdeh2 İddiaçı, Erden (İbrahimova) Minurə İbrahim qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 26 sentyabr 2023-cü il tarixli, 5680 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Cavabdeh2 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 11 oktyabr 2023-cü il tarixli, 22907 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar