Məhkəmə qərarları › İş №2(078)-1452/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1452/2023

22.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1452/2023 22.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X18 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 22 yanvar 1992-ci il tarixdə anadan olmuş X7 və 05 may 1997-ci il tarixdə anadan olmuş X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxslər 22 yanvar 1992-ci il tarixdə anadan olmuş X14 və 05 may 1997-ci il tarixdə anadan olmuş X23 onun övladıdır. O, X19 ilə 12 mart 1987-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurub. X6 xx.xx.1992-ci ildə anadan olub. O, "Anadangəlmə əqli zəiflik. Debillik səviyyəsində" diaqnozu ilə dispanser qeydiyyatında dayanır. X9 xx.xx.1997-ci il tarixdə anadan olub. Ona da Babək rayon ƏSMM tərəfindən ömürlük birinci qrup əlillik vəsiqəsi verilib. Onların daima kənar şəxsin qulluğuna ehtiyacı vardır. Pünhanə və Heydər özünü idarə etmək qabiliyyətində deyildir. Yəni onun sayəsində özlərini idarə edirlər. Bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onların öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onların fəaliyyət qabiliyyətinin olmaması səbəbindən Pünhanənin və Heydərin sözügedən hüquqlarını həyat keçirə bilmir. Ərizəçi sonda qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə psixiatrik ekspertizasının rəyinə görə X7 və X1 onun məhkəmə iclasında iştirakına imkan vermədiyindən o, məhkəmə iclaslarına dəvət olunmamış və dindirilməmişdir. Məhkəmə iclası zamanı dindirilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X24 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələri fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs 22 yanvar 1992-ci il tarixdə anadan olmuş X7 və 05 may 1997-ci il tarixdə anadan olmuş X12 yaşadığı yerə baxış keçirərək müayinə aktı tərtib edilmişdir. X7 və X12 yaşadığı mənzil istismar idarəsindən və qonşulardan alınan məlumata görə P.Novruzova və H.Novruzov ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmir. S.Vəliyev araşdırma nəticəsində X7 və X12 xəstə olduğunu, bu səbəbdən onların ailə həyatı qurmadığını, hazırda ərizəçinin yanında yaşadığını və onların qayğısının ərizəçi tərəfindən çəkildiyini bildirmiş və qeyd etmişdir ki, komissiya belə nəticəyə gəlmişdir ki, 22 yanvar 1992-ci il tarixdə anadan olmuş X7 və 05 may 1997-ci il tarixdə anadan olmuş X12 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmaması müəyyən olunmuşdur. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan Babək rayon Cavidabad kənd XDS İK tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş V-JQ seriyalı 378470 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X19 ilə Haqverdiyeva (Novruzova) Gözəl Sabir qızı arasında xx.xx.1987-ci tarixdə nikah bağlanmış və bu barədə 17 nömrəli akt qeydi icra edilmişdir. xx.xx.1992-ci il tarixdə verilmiş XVİ-JQ seriyalı 333579 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X19 ilə Ərizəçi 22 yanvar 1992-ci il təvəllüdlü X14 adlı övladları vardır. xx.xx.1997-ci il tarixdə verilmiş XX-JQ seriyalı 386870 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X19 ilə Ərizəçi 05 may 1997-ci il təvəllüdlü X23 adlı övladları vardır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Naxçıvan şəhəri Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1693 nömrəli arayışa əsasən Ərizəçi Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Naxçıvan şəhəri Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1691 nömrəli arayışa əsasən X2 şəhəri, Qaraçuq kəndində qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Naxçıvan şəhəri Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1692 nömrəli arayışa əsasən X4 şəhəri, Qaraçuq kəndində qeydiyyatdadır. Babək rayon ƏSMM tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 279296 nömrəli vəsiqənin surətindən məlum olur ki, X3 İ qrup əlil olaraq müddətsiz qeydiyyatdadır. Babək rayon ƏSMM tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 115240 nömrəli vəsiqənin surətindən məlum olur ki, X5 İ qrup əlil olaraq müddətsiz qeydiyyatdadır. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X22 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olan 1992-ci il təvəllüdlü X14 “Anadangəlmə əqli zəiflik. Debillik səviyyəsində” diaqnozu ilə dispanser qeydiyyatında dayanır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin və müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin izahatını dinləyib, eyni zamanda iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki,məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarından Ərizəçi X8 anası olması, həmçinin X7 və X12 hazıradək ailə qurmaması müəyyən olunmuşdur. Həmin Məcəllənin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq Naxçıvan Şəhər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(078)-1452/2023 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəməpsixiatriya ekspertizası təyin edilmiş, Naxçıvan MR Səhyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X10 verdiyi xx.xx.2023-cü il tarixli 367 nömrəli Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəyindən məlum olmuşdur ki, X14 xx.xx.2007-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına X11 qeydiyyata alınıb. P.Novruzovaya “Ağır dərəcəli əqli gerilik. Davranış pozuntusu” diaqnozu qoyulub. Onda öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Naxçıvan MR Səhyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X10 verdiyi xx.xx.2023-cü il tarixli 368 nömrəli Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəyindən məlum olmuşdur ki, X13 “Dərin əqli gerilik” xəstəliyi aşkar olunur, onda öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə toplanmış digər sübutlardan məlum olmuşdur ki, X7 və X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Ərizəçi övladları üzərində qəyyum təyin olunmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və ona izah olunmuşdur ki, həmin şəxs üzərində onun qəyyum təyin olunması üçün müvafiq məhkəmənin qətnaməsi olmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı 22 yanvar 1992-ci il tarixdə anadan olmuş X7 və 05 may 1997-ci il tarixdə anadan olmuş X12 həqiqətən ağıl zəifliyinin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi müəyyən olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi hazırda X7 və X12 anası, yəni Ərizəçi himayəsində yaşayır, eyni zamanda onların bütün növ tələbatları ərizəçi tərəfindən qarşılanır. Mülki işin məhkəmə araşdırması zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X18 məhkəməyə verdiyi izahatından məlum olmuşdur ki, Ərizəçi tərəfindən X7 və X12 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 28 aprel 1996-cı il tarixdə anadan olmuş X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 22 yanvar 1992-ci il tarixdə anadan olmuş X14 və 05 may 1997-ci il tarixdə anadan olmuş X23 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar