Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1467/2025 26.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı, cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yanında X10 Teatrının nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yanında X10 Teatrına və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə qarşı əməkhaqqı və artıq iş saatlarına görə əməkhaqqının ödənişi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yanında X10 Teatrında 2017-ci ildən etibarən istrahət günləri işlədildiyi üçün ala bilmədiyi artıq iş saatlarına görə əməkhaqqlarının alnıb iddiaçıya verilməsini, pozulmuş əmək hüquqlarının bərpasının təmin etməyini göstərən qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli 2(078)-1467/2025 qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yanında X3rşı əməkhaqqı və artıq iş saatlarına görə əməkhaqqının ödənişi tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş vəkilin prosesdə dövlət hesabına iştirakı barədə ərizəsi təmin edilməsi, İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsi üçün vəkillə təmin edilməsi barədə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına müraciət edilməsinə qərar verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 19 yanvar 2026-cı il tarixli 2(078)-1467/2025 qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yanında X3rşı əməkhaqqı və artıq iş saatlarına görə əməkhaqqının ödənişi tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş başqa cavabdehin cəlb olunması barədə ərizəsi təmin olunmuş, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi hazırki mülki iş üzrə prosesə cavabdeh qismində cəlb edilməsinə qərar verilmişdir. Belə ki, İddiaçı məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, müəssisəyə yeni rəhbər X4 təyin olunmuşdur və həmin şəxsə görə iddia ərizəsinin baxılmamış olaraq saxlanılmasının təmin edilməsini xahiş etmişdir. Həmin ərizə də müvafiq iddia ərizəsi üzrə məhkəmə baxışı təyin edilməsi barədə qərardad çıxarılana qədər məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, müvafiq olaraq, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə məsrəflərinə münasibətdə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X5 İddiaçı dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 5 saat üçün 55 (əlli beş) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Naxçıvan Şəhər Asan Vəkil Bürosunun hesabına ödənilməlidir. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 İddiaçı dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 5 saata görə 55 (əlli beş) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.2,170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yanında X3rşı əməkhaqqı və artıq iş saatlarına görə əməkhaqqının ödənişi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X5 İddiaçı dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 5 saat üçün 55 (əlli beş) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Naxçıvan Şəhər Asan Vəkil Bürosunun hesabına ödənilsin. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 İddiaçı dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 5 saat üçün 55 (əlli beş) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına ödənilsin. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1467/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1467/2025
26.01.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver