Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1470/2023 21.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 33.6 m2 olan fərdi yaşayış evindən və 0.0167 ha torpaq sahəsindən ibarət miras əmlakın mərhum atası X17 tərəfindən və onun ölümündən sonra onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 33.6 m2 olan fərdi yaşayış evinin və 0.0167 ha torpaq sahəsinin mərhum babası X3 miras qaldığını, mərhum babasının 28 aprel 1943-cü il tarixdə vəfat etdiyini, onun vərəsələrinin: 1. X18 vəfat edib; 2. X17 vəfat edib; 3. X24 vəfat edib; 4. X25 vəfat edib- olduğunu, mərhum atası X6 17 fevral 1976-cı il tarixdə vəfat etdiyini, nənəsi X10 10 fevral 1955-ci il tarixdə vəfat etdiyini, mərhum X24 ilə X4 nikahlarının olmadığını, X7 Ordubad rayonunun Əylis kəndində yaşadığını və 05 avqust 2016-cı il tarixdə vəfat etdiyini, onunla X19 nikahlarının 20 iyul 1954-cü il tarixdə Ordubad rayonunun Dəstə kənd İcra Nümayəndəliyində 19 sayla qeydə alındığını, Ordubad Rayon İcra Hakimiyyətinin 18 may 2023-cü il tarixli, 23 saylı arayışından mərhum X7 Yuxarı Əylis kəndində yaşadığının, 05 avqust 2016-cı il tarixdə vəfat etdiyinin göründüyünü, mərhumun vərəsələrinin: 1. həyat yoldaşı X34 15 dekabr 2021-ci il tarixdə vəfat edib; 2. oğlu X35 07 iyun 1955-ci il təvəllüdlü; 3. oğlu X11 25 mart 2001-ci il tarixdə vəfat edib; 4. oğlu X41 02 noyabr 2021-ci il tarixdə vəfat edib; 5. qızı X29 30 iyun 1960-cı il təvəllüdlü; 6. oğlu X36 26 iyun 1962-ci il təvəllüdlü; 7. qızı Cavabdeh1 xx xxxxx 1968-ci il təvəllüdlü- olduğunu, atası X6 vərəsələrinin: 1. X20 arvadı vəfat edib; 2. X30 oğlu vəfat edib; 3. X26; 4. X21 oğlu vəfat edib; 5. X31 qızı 1956-cı il təvəllüdlü; 6. Cavabdeh2 qızı 1963-cü il təvəllüdlü; 7. X22 qızı 1965-ci il təvəllüdlü; 8. X32 qızı 1969-cu il təvəllüdlü; 9. İddiaçı oğlu 1960-cı il təvəllüdlü- olduğunu, atası X17 ilə anası X13 nikahlarının 21 mart 1956-cı il tarixdə Naxçıvan şəhər Nikah Evində 62 sayla qeydə alındığını, mərhum babasının ölümündən sonra həmin miras əmlakda atasının yaşadığını, onun ölümündən sonra isə həmin əmlaka özünün sahiblik etdiyini, bütün kommunal xərcləri ödədiyini, miras əmlakın onun adına keçməsi üçün cavabdehlərin-bacısı Cavabdeh2 və bibisinin qızı olan Cavabdeh1 razılıq verməməsi səbəbindən miras hüquqlarını əldə edə bilmədiyini, həmin mülkiyyətə hal-hazırda özünün sahiblik etdiyini, bununla bağlı Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə müraciət etdiyini, müraciətinə cavab olaraq “vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır” deyə bildirildiyini göstərərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 33.6 m2 olan fərdi yaşayış evindən və 0.0167 ha torpaq sahəsindən ibarət miras əmlakın mərhum atası X17 tərəfindən və onun ölümündən sonra onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində fikirlərinin əsaslandırıldığını, əlavə olaraq uzun illərdir ki, həmin evdə yaşadığını, hazırda vərəsələrdən Minayənin bacısı, Məlahətin isə bibisi qızı olduğunu, onlarında iddia tələbini qəbul etdiklərini, miras əmlakın atası tərəfindən qəbul olunduğunu, atasından da onun qəbul etdiyini göstərərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 33.6 m2 olan fərdi yaşayış evinin və 0.0167 ha torpaq sahəsinin iddiaçının mərhum babası X3 miras qaldığını, mərhum babasının 28 aprel 1943-cü il tarixdə vəfat etdiyini, onun vərəsələrinin:
1. X18 vəfat edib; 2. X17 vəfat edib; 3. X24 vəfat edib; 4. X25 vəfat edib- olduğunu, mərhum atası X6 17 fevral 1976-cı il tarixdə vəfat etdiyini, nənəsi X10 10 fevral 1955-ci il tarixdə vəfat etdiyini, mərhum X24 ilə X4 nikahlarının olmadığını, X7 Ordubad rayonunun Əylis kəndində yaşadığını və 05 avqust 2016-cı il tarixdə vəfat etdiyini, onunla X19 nikahlarının 20 iyul 1954-cü il tarixdə Ordubad rayonunun Dəstə kənd İcra Nümayəndəliyində 19 sayla qeydə alındığını, Ordubad Rayon İcra Hakimiyyətinin 18 may 2023-cü il tarixli, 23 saylı arayışından mərhum X7 Yuxarı Əylis kəndində yaşadığının, 05 avqust 2016-cı il tarixdə vəfat etdiyinin göründüyünü, mərhumun vərəsələrinin: 1. həyat yoldaşı X34 15 dekabr 2021-ci il tarixdə vəfat edib; 2. oğlu X35 07 iyun 1955-ci il təvəllüdlü; 3. oğlu X11 25 mart 2001-ci il tarixdə vəfat edib; 4. oğlu X41 02 noyabr 2021-ci il tarixdə vəfat edib; 5. qızı X29 30 iyun 1960-cı il təvəllüdlü; 6. oğlu X36 26 iyun 1962-ci il təvəllüdlü; 7. qızı Cavabdeh1 xx xxxxx 1968-ci il təvəllüdlü- olduğunu, atası X6 vərəsələrinin: 1. X20 arvadı vəfat edib; 2. X30 oğlu vəfat edib; 3. X26; 4. X21 oğlu vəfat edib; 5. X31 qızı 1956-cı il təvəllüdlü; 6. Cavabdeh2 qızı 1963-cü il təvəllüdlü; 7. X22 qızı 1965-ci il təvəllüdlü; 8. X32 qızı 1969-cu il təvəllüdlü; 9. İddiaçı oğlu 1960-cı il təvəllüdlüolduğunu, atası X17 ilə anası X13 nikahlarının 21 mart 1956-cı il tarixdə Naxçıvan şəhər Nikah Evində 62 sayla qeydə alındığını, mərhum babasının ölümündən sonra həmin miras əmlakda iddiaçının atasının yaşadığını, onun ölümündən sonra isə həmin əmlaka iddiaçının özünün sahiblik etdiyini, bütün kommunal xərcləri ödədiyini, miras əmlakın onun adına keçməsi üçün cavabdehlərin-bacısı Cavabdeh2 və bibisinin qızı olan Cavabdeh1 razılıq verdiyini, həmin mülkiyyətə hal-hazırda iddiaçının özünün sahiblik etdiyini, iddia tələbində fikirlərini qeyd edib sübutları təqdim etdiklərini, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə notarial təsdiqli ərizə təqdim edərək, iddia tələbini qəbul etdiklərini, məhkəmə iclasını iştirakları olmadan keçirib tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə baxış iclası cavabdehlərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X57, iddiaçı ilə qonşu olduğunu, qohumluq və ədavətinin olmadığını, yaşadığı məhəllədə doğulub böyüdüyünü, uşaqlıqadan Mübarizi həmin evdə görüb tanıdığını, bu günədək orada yaşadığını, qardaş bacılarının böyüyüb həmin evdən getdiyini, lakin Mübarizin qaldığını, həmin evin kimə məxsus olduğunu bilmədiyini, Mübarizin atasını gördüyünü, uzun illər əvvəl vəfat etdiyini, Mübarizin atasının həmin evdə yaşadığını, uşaqlarının ailə qurub hamısının köçdüyünü, tək olaraq Mübarizin həmin evdə qaldığını bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X42, iddiaçı ilə qonşu olduğunu, qohumluq və ədavətinin olmadığını, yaşadığı məhəlləyə 1982-ci ildə ailə qurub gəldiyini, Mübarizin valideyinlərini görmədiyini, həmin məhəlləyə gələndən həmin evdə Mübarizi və ailəsini yaşayan gördüyünü, başqa kimisə görmədiyini bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X27, iddiaçı ilə eyni məhəllədə olduqlarını, qohumluq və ədavətinin olmadığını, yaşadığı məhəllədə doğulub böyüdüyünü, Mübarizin həmin evdə doğulub böyüdüyünü, bu günədək orada yaşadığını, qardaş bacılarının böyüyüb həmin evdən getdiyini, lakin Mübarizin qaldığını, həmin evin kimə məxsus olduğunu bilmədiyini, hazırda eşitdiyinə görə babasının olduğunu bildiyini, Mübarizin atasını gördüyünü, Mübarizin atasının həmin evdə yaşadığını, uşaqlarının ailə qurub hamısının köçdüyünü, tək olaraq Mübarizin həmin evdə qaldığını bildirdi. İş materiallarına əlavə olunmuş: 25 avqust 2023-cü il tarixli çıxarışa əsasən, X34 ilə X18 arasında 20 iyul 1954-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Məmmədova" soyadı verilmişdir. 016592 nömrəli, 18 avqust 2023-cü il tarixli çıxarışa əsasən, X17 ilə X37 arasında 21 mart 1956-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Məhərrəmova" soyadı verilmişdir. İ-JQ seriyalı, 323431 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X17 02 fevral 1976-cı il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı, 871287 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X21 17 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. 164092 nömrəli, 04 avqust 2023-cü il tarixli çıxarışa əsasən, X20 30 sentyabr 2006cı il tarixdə vəfat etmişdir. 09 avqust 2023-cü il tarixli çıxarışa əsasən, X14 09 mart 1964-cü il tarixdə vəfat etmişdir. 433729 nömrəli, 08 avqust 2023-cü il tarixli çıxarışa əsasən, X24 06 iyun 1967-ci il tarixdə vəfat etmişdir. AZ 323431 nömrəli, 04 avqust 2023-cü il tarixli çıxarışa əsasən, X17 02 fevral 1976-cı il tarixdə vəfat etmişdir. 031987 nömrəli, 04 avqust 2023-cü il tarixli çıxarışa əsasən, X23 27 aprel 1943-cü il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı, 333192 nömrəli, 21 avqust 2023-cü il tarixli çıxarışa əsasən, X30 25 sentyabr 2009-cu il tarixdə vəfat etmişdir. 175851 nömrəli, 04 avqust 2023-cü il tarixli çıxarışa əsasən, X28 04 fevral 1955-ci il tarixdə vəfat etmişdir. 597320 nömrəli, 16 may 2023-cü il tarixli çıxarışa əsasən, X18 05 avqust 2016-cı il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli, 2496 nömrəli arayışa əsasən, X6 aşağıdakı vərəsələri vardır:
1. X20 arvadı vəfat edib;
2. X30 oğlu vəfat edib;
3. X26 vəfat edib;
4. X21 oğlu vəfat edib;
5. X31 qızı 1956-cı il təvəllüdlü;
6. Cavabdeh2 qızı 1963-cü il təvəllüdlü;
7. X22 qızı 1965-ci il təvəllüdlü;
8. X32 qızı 1969-cu il təvəllüdlü;
9. İddiaçı oğlu 1960-cı il təvəllüdlü. Ordubad Rayon İcra Hakimiyyəti Əylis kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 18 may 2023-cü il tarixli, 23 nömrəli arayışa əsasən, mərhum X2 Əylis kəndində yaşamış və 05 avqust 2016-cı il tarixdə vəfat etmişdir. Mərhumun aşağıdakı vərəsələri vardır:
1. həyat yoldaşı X34 15 dekabr 2021-ci il tarixdə vəfat edib;
2. oğlu X35 07 iyun 1955-ci il təvəllüdlü;
3. oğlu X11 25 mart 2001-ci il tarixdə vəfat edib;
4. oğlu X41 02 noyabr 2021-ci il tarixdə vəfat edib;
5. qızı X29 30 iyun 1960-cı il təvəllüdlü;
6. oğlu X36 26 iyun 1962-ci il təvəllüdlü;
7. qızı Cavabdeh1 xx xxxxx 1968-ci il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli, 2397 nömrəli arayışa əsasən, X8 aşağıdakı vərəsələri vardır:
1. X18 qızı 05 avqust 2016-cı il tarixdə vəfat edib;
2. X17 oğlu 02 fevral 1976-cı il tarixdə vəfat edib;
3. X24 oğlu 06 iyun 1967-ci il tarixdə vəfat edib;
4. X25 qızı 12 mart 1964-cü il tarixdə vəfat edib. Naxçıvan MR-in Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 33.6 m2, yaşayış sahəsi 24.8 m2, yardımçı sahəsi 8.8 m2, torpaq sahəsinin ölçüsü 0.0167 ha olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 18/20 nömrəli reyestr kitabının 3810 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********61-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014). Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 10 avqust 2023-cü il tarixli arayışa əsasən, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X15 aid 10 avqust 2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. H.Məhərrəmov öldüyü 06 iyun 1967-ci il tarixədək subay olmuşdur. Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli arayışa əsasən, Şahbuz rayon Qeydiyyat şöbəsi üzrə 1941-1964-cü ilə aid X5 Şahbuz rayon Qeydiyyat şöbəsində və Şahbuz rayon Qeydiyyat şöbəsi arxivində nikah akt qeydiyyatı tapılmamışdır. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 31 iyul 2023-cü il tarixli, 507 nömrəli arayışa əsasən, nikah haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X12 aid 04 avqust 2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin 08 may 2023-cü il tarixli, 247 nömrəli məktubuna əsasən, X16 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Məhkəmə iddia ərizəsini, izahatları, şahid ifadələrini və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Mülki işin tədqiq olunan faktiki hallarından və mülki işə əlavə edilmiş sənədlərdən məlum olur ki, mərhum X3 qalmış miras əmlak onun ölümündən sonra vərəsələrdən oğlu X17, mərhum X6 ölümündən sonra isə oğlu İddiaçı tərəfindən daha öncə sadalanan hərəkətlər həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə izahatlar, şahid ifadələri və iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Beləliklə, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 33.6 m2, yaşayış sahəsi 24.8 m2, yardımçı sahəsi 8.8 m2, torpaq sahəsinin ölçüsü 0.0167 ha olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evindən ibarət olan miras əmlakın X17 tərəfindən və mərhum X6 ölümündən sonra isə İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, mərhum X3 qalmış miras əmlak onun ölümündən sonra vərəsələrdən oğlu X17, mərhum X6 ölümündən sonra isə oğlu İddiaçı orada yaşamaqla mirası qəbul etmiş, İddiaçı Notariat Ofisinə müraciət edərək, həmçinin miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla, mirası qəbul etdiklərini şəksiz nümayiş etdirərək qəbul etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia təmin edilsin. X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 33.6 m2, yaşayış sahəsi 24.8 m2, yardımçı sahəsi 8.8 m2, torpaq sahəsinin ölçüsü 0.0167 ha olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evindən ibarət olan miras əmlakın X17 tərəfindən və mərhum X6 ölümündən sonra isə İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.