Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1580/2025 25.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi) Hаkim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X3 iclas kаtibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Zeynalova Dürdanə Rəhim qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 31 avqust 1985-ci ildə Naxçıvan şəhərində anadan olmuş həyat yoldaşı Zeynalova Dürdanə Rəhim qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Zeynalova Dürdanə Rəhim qızı 31 avqust 1985-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O İ qrup əlildir və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Naxçıvan şəhər şöbəsində 1-ci dərəcə əlilliyi olan şəxs kimi qeydiyyatda dayanmaqla pensiya alır. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Zeynalova Dürdanə Rəhim qızı özünü idarə etmək qabiliyyətində deyildir. Yəni həyat yoldaşının sayəsində özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzası lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən həyat yoldaşı Zeynalova Dürdanə Rəhim qızı həmin hüquqlarını həyat keçirə bilmir.
3. Ərizəçi iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, yoldaşı 20 ilə yaxındır bu xəstəlikdən əziyyət çəkir. 7-8 il olar yoldaşının vəziyyəti daha da ağırlaşmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
7. İş materiallarında olan AZ-İ seriyalı 101869 saylı Nikah haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 ilə Ərizəçi xx.xx.2004-cü il tarixdə Naxçıvan Şəhər VVADQ şöbəsində rəsmi nikah qeydiyyatdan keçməklə ailə həyatı qurmuşlar və bu nikah 263 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.
8. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2025-ci il tarixli, 10475 nömrəli Arayışa əsasən, Zeynalov X5 MR X2 psixi və narkoloji xəstə kimi dispanserdə qeydiyyatda dayanmır.
9. İş materiallarında olan, xx.xx.2012-ci il tarixli, 074475 nömrəli, Naxçıvan şəhər ƏSMM tərəfindən verilmiş vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Zeynalova Dürdanə Rəhim qızı ömürlük İ dərəcə əlildir.
10. İş materiallarında olan, Naxçıvan MR Y.Budaqov adına X1 xx.xx.2026-cı il tarixli 6 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən, Zeynalova Dürdanə Rəhim qızı "Damar demensiyası" psixi xəstəliyindən əziyyət çəkir. Zeynalova Dürdanə Rəhim qızı öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Zeynalova Dürdanə Rəhim qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
11. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
12. Maddə 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
15. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
16. Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.
17. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.
18. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi:
19. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır.
20. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Zeynalova Dürdanə Rəhim qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir.
21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 11 dekabr 2025-ci il tarixli qərardadla məhkəməpsixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Zeynalova Dürdanə Rəhim qızının sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur.
22. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 08 yanvar 2026-cı il tarixli, 6 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Zeynalova Dürdanə Rəhim qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Zeynalova Dürdanə Rəhim qızını məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir.
23. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir.
24. Beləliklə, Zeynalova Dürdanə Rəhim qızının əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Zeynalova Dürdanə Rəhim qızı əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.
25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
27. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda nəticəyə gəlir ki, ərizə təmin olunmalı 31 avqust 1985-ci ildə Naxçıvan şəhərində anadan olan Zeynalova Dürdanə Rəhim qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. 31 avqust 1985-ci ildə Naxçıvan şəhərində anadan olan Zeynalova Dürdanə Rəhim qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov