Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-159/2023 05.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli, 1/1-1070 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında, Maraqlı şəxs ilə birgə nikahlarından doğulmuş 19 yanvar 2007-ci il təvəllüdlü X4, 06 iyul 2009-cu il təvəllüdlü X2 və 18 sentyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs hər ayın 30-dan gec olmayaraq təqdim etdiyi bankomat kart hesabı vasitəsi ilə ona 450 manat ödənilməsi barədə Naxçıvan Mediasiya təşkilatında 05 noyabr 2022-ci il tarixdə Maraqlı şəxs ilə qarşılıqlı razılığa gələrək barışıq sazişi imzaladıqlarını, barışıq sazişinin 5-ci bəndinə əsasən sazişin imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalı olduğunu, lakin barışıq sazişinin imzalandığı tarixdən 2 ay vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs götürdüyü öhdəliyi yerinə yetirmədiyini, mediyasiya prosesi zamanı aliment tələbinə əsasən araşdırma olduğunu, qarşı tərəfin 450 manat ödəməsi bildirildiyindən müqavilənin təsdiqləndiyini, həmin vaxtı əmək haqqı barədə arayış alınmadığını, müqavilənin könüllü olaraq razılıq əsasında bağlandığını, hazırki halda Maraqlı şəxs sazişi könüllü olaraq icra etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, bunları nəzərə alaraq, onunla Maraqlı şəxs arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli, 1/1-1070 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs izahatında, ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, barışıq sazişini icra edə bilmədiyini, belə ki, müqavilə bağlanarkən iki yerdə işlədiyindən əmək haqqının yüksək ***-**** manat olduğunu, mediyasiya prosesində saziş təklifi gəldiyində qazancı barədə bildirdikdə hesablanıb uyğun ödəmə məbləğinin 450 manat olduğunu bildirdiklərindən razılaşdığını, əmək haqqı barədə arayış tələb olunmadığını, 01 dekabr 2022-ci il tarixdən bir iş yerindən çıxdığını, hazırda bir işdə işlədiyini, əmək haqqının 400 manat olduğunu, bu səbəbdən müqaviləni icra edə bilmədiyini, əlavə olaraq krediti olduğundan banka hər ay 335 manat ödədiyini, bir ailədə yaşadıqlarından bu günə kimin aliment ödəmədiyini, barışıq sazişinin qazancına uyğun olmadığından ərizəni əsaslı hesab etmədiyini, ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: Doğum haqqında şəhadətnamənin surətinə əsasən, iş üzrə tərəflərin 19 yanvar 2007-ci il tarixdə X7 adlı uşaqları doğulmuşdur. AZ-İİ seriyalı, 339968 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, iş üzrə tərəflərin 06 iyul 2009-cu il tarixdə X6 adlı uşaqları doğulmuşdur. AZ-İİİ seriyalı, 959379 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, iş üzrə tərəflərin 18 sentyabr 2017-ci il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli, 1/1-1070 nömrəli barışıq sazişinə əsasən, 1.“Tərəflər” aliment ödənişi ilə əlaqəli aşağıdakı şərtlər daxilində razılığa gəlirlər: -“ikinci tərəf” “birinci tərəfə” birgə nikahdan 19 yanvar 2007-ci il təvəllüdlü X4, 06 iyul 2009-cu il təvəllüdlü X2 və 18 sentyabr 2017-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatana kimi hər ay 450 manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür; -alimentin hər ayın 30-dan gec olmayaraq “birinci tərəfin” təqdim edəcəyi bankomat kart hesabı vasitəsilə ödənilməsi razılığına gəlirlər; -ilk aliment ödənişinin oktyabr ayının 15-dən başlanması razılığına gəlinir. 2.Uşaqların yaşayış yerinin müəyyən olunması ilə əlaqəli hər iki tərəf 19 yanvar 2007-ci il təvəllüdlü X4, 06 iyul 2009-cu il təvəllüdlü X2 və 18 sentyabr 2017-ci il təvəllüdlü X5 Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayə Komissiyası”nın 02 noyabr 2022-ci il tarixli, 44 saylı rəyini nəzərə alaraq “birinci tərəfin” yanında qalması razılığına gəlirlər. 2.Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. 3.Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir.
4. Bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 5.Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. 6.Tərəflər sazişdən irəli gələn öhdəliklərininpozulmasına görə, o cümlədən, sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla, qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. 7.Sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 8.Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 9.Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
10. Tərəflər razılığa gəlirlər ki, tərəflərin birinin yazılı razılığı olmadan sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə, tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.
11. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır.
12. Tərəflər razılaşırlar ki, hazırki sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanunazidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.
13. Əgər tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
14. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı tərəflər şahid qismində iştirak edə bilməzlər.
15. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 15.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 15.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 15.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 15.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə);
16. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir. 17.Tərəflər bu sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 18.Sazişin 18-ci bəndində göstərilən səbəblərdən sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
19. Fors-major hallarının təsirinə məruz qalan tərəf digər tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq, yazılı surətdə xəbərdar etməlidir.
20. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən tərəf saziş üzrə öhdəliklərini icra edə bilmədikdə, fors-major hallarına istinad etmək hüququnu itirir.
21. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
22. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır. 23.Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.
24. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla,mediatorda və tərəflərdə saxlanılır (tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli və Ərizəçi ilə Maraqlı şəxsarasında 05 noyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Belə ki: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2.barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiqedilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 05 noyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.“Tərəflər” aliment ödənişi ilə əlaqəli aşağıdakı şərtlər daxilində razılığa gəlirlər: -“ikinci tərəf” “birinci tərəfə” birgə nikahdan 19 yanvar 2007-ci il təvəllüdlü X4, 06 iyul 2009-cu il təvəllüdlü X2 və 18 sentyabr 2017-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatana kimi hər ay 450 manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür; -alimentin hər ayın 30-dan gec olmayaraq “birinci tərəfin” təqdim edəcəyi bankomat kart hesabı vasitəsilə ödənilməsi razılığına gəlirlər; -ilk aliment ödənişinin oktyabr ayının 15-dən başlanması razılığına gəlinir. 2.Uşaqların yaşayış yerinin müəyyən olunması ilə əlaqəli hər iki tərəf 19 yanvar 2007-ci il təvəllüdlü X4, 06 iyul 2009-cu il təvəllüdlü X2 və 18 sentyabr 2017-ci il təvəllüdlü X5 Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayə Komissiyası”nın 02 noyabr 2022-ci il tarixli, 44 saylı rəyini nəzərə alaraq “birinci tərəfin” yanında qalması razılığına gəlirlər. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.
Hakim Qabil Məmmədov.