Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1593/2025 04.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, Ərizəçi Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X12 iştirakı ilə, Ərizəçi Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının Səfərov Abbas Surxay oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyası ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1990-cı ildə Naxçıvan şəhərində doğulmuş Səfərov Abbas Surxay oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini əsaslandıraraq qeyd etmişdir ki, Şərur rayonu, Çomaxtur kənd sakini X1 Şəhər İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”na müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olan mərhum bacısının övladı Səfərov Abbas Surxay oğlunun 1-ci qrup əlil olduğunu, valideynlərinin vəfatından sonra sağlamlıq imkanları məhdud olduğuna görə ona özünün baxdığını, ona məxsus pensiya kartını alan zaman çətinliklərlə üzləşdiyini bildirərək Abbas Səfərovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Təqdim olunan sənədlərə baxış zaman məlum olmuşdur ki, Səfərov Abbas Surxay oğlu 16 dekabr 1990-cı il tarixdə Naxçıvan şəhərində doğulub və o, 11 sentyabr 2025-ci il tarixdən “Orta dərəcəli əqli gerilik. Davranış pozuntusu” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X6 qeydiyyata durur. Həmçinin Naxçıvan Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 10 mart 2009-cu il tarixli, 098974 nömrəli vəsiqədə uşaqlıqdan 1-ci (birinci) qrup əlil olduğu göstərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq X17 Surxay oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı qətnamə qəbul olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 27 noyabr 2025-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Səfərov Abbas Surxay oğlunun sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X7 23 dekabr 2025-ci il tarixli, 629 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Səfərov Abbas Surxay oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Səfərov Abbas Surxay oğlunu məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X15 izahatında X2 Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına müraciət edərək Səfərov Abbas Surxay oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün köməklik göstərilməsini xahiş etdiyini, Səfərov Abbas Surxay oğlunun X4 ilə birlikdə Naxçıvan şəhərində yaşadığını, Səfərov Abbas Surxay oğlunun hər iki valideynini itirdiyini, onun birinci dərəcəli qohumu olmadığı üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən Səfərov Abbas Surxay oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət edildiyini, X8 sorğu verdildiyini, Səfərov Abbas Surxay oğlunun həqiqətən də X6 qeydiyyatda olduğunun müəyyən edildiyini, ekspert rəyi ilə tam razı oldruqlarını, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istədiklərini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Səfərov Abbas Surxay oğlunun 16 dekabr 1990-cı il tarixdə ünvan 2 ünvanında yaşaması, Səfərov Abbas Surxay oğlunun birinci dərəcəli əlilliyi olması, Səfərov Abbas Surxay oğlunun yaxın qohumlarının vəfat etməsi mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -ərizəyə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən Səfərov Surxay Abbas oğlunun xx.xx.1991-ci il tarixdə qırtlağın blastoması səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 299 nömrə ilə qeyd aparılması; -ərizəyə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən X5 xx.xx.2015-ci il tarixdə diabetik koma səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 262 nömrə ilə qeyd aparılması; -ərizəyə əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X14 tərəfindən verilmiş 29 oktyabr 2025-ci il tarixli, 3- 28-34-4/2-2682/2025 nömrəli məktubdan ünvan 3 ünvanda qeydiyyatda olan 16 dekabr 1990-cı il təvəllüdlü Səfərov Abbas Surxay oğlunun xx.xx.2025-ci il tarixdən "Orta dərəcəli əqli gerilik. Davranış pozuntusu" diaqnozu ilə dispanserdə qeydiyyatda olması; -ərizəyə əlavə olunmuş Naxçıvan Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 10 mart 2009-cu il tarixli, 098974 nömrəli vəsiqənin surətindən Səfərov Abbas Surxay oğlunun uşaqlıqdan 1-ci (birinci) qrup əlilliyinin olması; -ərizəyə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar idarəsi tərəfindən verilmiş 15 oktyabr 2025-ci il tarixli, 7834 nömrəli arayışdan Səfərov Abbas Surxay oğlunun Naxçıvan şəhəri, H.Əliyev, ev 33, mənzil 5 ünvanında qeydiyyatda olması aydın olur. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 27 noyabr 2025-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X7 23 dekabr 2025-ci il tarixli, 629 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Səfərov Abbas Surxay oğlu “Orta dərəcəli əqli gerilik. Davranış pozuntusu" psixi xəstəliyindən əziyyət çəkir. Səfərov Abbas Surxay oğlu öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Səfərov Abbas Surxay oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi Naxçıvan Şəhər İcra Hakimiyyəti Səfərov Abbas Surxay oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Səfərov Abbas Surxay oğlunun əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin nümayəndəsinin izahatları ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Səfərov Abbas Surxay oğlunun əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -16 dekabr 1990-cı il tarixdə Naxçıvan şəhərində anadan olan Səfərov Abbas Surxay oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 16 dekabr 1990-cı il tarixdə Naxçıvan şəhərində anadan olan Səfərov Abbas Surxay oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1593/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1593/2025
04.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver