Məhkəmə qərarları › İş №2(078)-1603/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1603/2023

06.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1603/2023 06.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçı X7 cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3, Naxçıvan şəhər 1 №li Mənzil İstismar İdarəsi və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı özəlləşdirmənin, Naxçıvan 1 saylı dövlət notariat kontorunda və 1 saylı Bakı “Asan xidmət” mərkəzində bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı X13 iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhəri, Atabəylər məhəlləsi 7 saylı evin ümumi sahəsi 58.0 kv/m, yaşayış sahəsi 38.42 kv/m olan üçotaqlı 26-cı mənzildə pasport qeydiyyatı olmayan və yaşamayan X4 adına Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərədindən verilmiş çıxarışın, X8 verilmiş və Naxçıvan birinci dövlət notariusu tərəfindən xx.xx.2004-cü il tarixdə təsdiq edilmiş və 4Ə-856 nömrə ilə dövlət reyestrində qeydə alınmış evin bəxşiş müqaviləsinin, X8 həmin mənzildə mülkiyyət hüququnu təsdiq edən çıxarışın, X11 ilə Cavabdeh3 arasında xx.xx.2019-cu ildə Naxçıvan şəhər 1 saylı notariat ofisində bağlanmış və reyestrdə 4Ə-116 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin və ona verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir: İddiaçı X7 məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdeh qismində Cavabdeh1, X12, Cavabdeh3, Naxçıvan şəhər 1 №li Mənzil İstismar İdarəsi və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi göstərilmişdir. Həmin cavabdehlərdən X12 iddia ərizəsində “mərhum X6 varisi” kimi qeyd olunmuşdur. X2 ölməsini təsdiq edən hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. X1 X6 vərəsəsi olmasını təsdiq edən sənəd də iddia ərizəsinə əlavə olunmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, X6 ölməsini və X9 onun vərəsəsi olduğunu müəyyənləşdirmək mümkün olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X3 cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3, Naxçıvan şəhər 1 №li Mənzil İstismar İdarəsi və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı özəlləşdirmənin, Naxçıvan 1 saylı dövlət notariat kontorunda və 1 saylı Bakı “Asan xidmət” mərkəzində bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, iddiaçı X10 tərəfindən Hökumət ödəniş portalı vasitəsilə 18 oktyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu X5 qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı X3 cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3, Naxçıvan şəhər 1 №li Mənzil İstismar İdarəsi və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı özəlləşdirmənin, Naxçıvan 1 saylı dövlət notariat kontorunda və 1 saylı Bakı “Asan xidmət” mərkəzində bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı X10 tərəfindən Hökumət ödəniş portalı vasitəsilə 18 oktyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı X5 izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar