Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1646/2023 14.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız sayılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anaları X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan 1/3 miras payına onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən Cavabdeh imtinasının əsassız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq İddiaçı1 və İddiaçı2 tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl edilmədən verilmişdir. İddiaçı1 və İddiaçı2 tələblərini konkret ifadə etməmişlər. Belə ki, şəxs mülki qaydada notariat hərəkətlərinin aparılması və ya aparılmasından imtina ilə bağlı şikayət formasında və xüsusi icraat qaydasında (mübahisə varsa, iddia icraatı qayasında) şikayət verə bilər. Lakin məhkəməyə daxil olan materiallardan aydın olur ki, İddiaçı1 və İddiaçı2 notariat hərəkətinin mübahisələndirilərək notariusun bu barədə qərarı olmadan, onun qərarının əsassızlığını mübahisələndirmədən iddia qaldırmışlar. Onlar tələblərində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız sayılmasını tələb etmiş, tələblərini Cavabdeh 01 oktyabr 2023-cü il tarixli, 587/2023 nömrəli imtina məktubu ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etdiyini bildirməklə və müvafiq sənədləri əlavə etməklə əsaslandırmışlar. Halbuki İddiaçı1 və İddiaçı2 müraciətlərinə dair Cavabdeh qərar formasında imtina etməli idi və İddiaçı1 və İddiaçı2 Cavabdeh həmin qərarından şikayət verə bilərdilər. Həmçinin iddia ərizəsi İddiaçı1 tərəfindən imzalanmışdır. Lakin verilmiş etibarnamədə iddia ərizəsinin İddiaçı2 adından imzalanması səlahiyyətinin İddiaçı1 həvalə olunması öz əksini tapmadığından iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması nəticəsini yaratmışdır. Ona görə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1, 152.1.1 və 152.1.2-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi qaytarıldığına görə, İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 28 oktyabr 2023-cü il tarixli, 13606 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Çünki Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı1 və İddiaçı2 izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız sayılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 28 oktyabr 2023-cü il tarixli, 13606 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçı1 və İddiaçı2 izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət eməyə mane olmur. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1646/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1646/2023
14.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver