Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-177/2024 06.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi, ərizəçinin vəkili Vəkil və Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 28 aprel 1949-cu ildə doğulmuş qardaşı X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirmişdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs- X12 onun qardaşıdır. 28 aprel 1949-cu ildə doğulmuş qardaşı X12 uşaqlıqdan əlildir. Nəcəfin səhhəti ağırlaşdığından xx.xx.1966-cı il tarixdən Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 “Şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatdadır. xx.xx.1989-cu ildən ömürlük İ qrup əlildir. O özünü idarə edə bilmir. X3 xx.xx.2012-ci il tarixdə, anası X14 xx.xx.1987-ci ildə vəfat edib. Anasının vəfatından sonra qardaşı ilə o maraqlanıb. Nəcəf psixi qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlamır və öz hərəkətlərini idarə edə bilmir. Heç nə başa düşmür, özü istədiyini başa sala bilmir, əqli zəifliyindən əziyyət çəkir. O, fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə onun himayəçisi olaraq ərizəçi, lazım olan sənədləşmə işlərini apara bilər. Buna görə də qardaşının fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən ərizəçinin vəkili Vəkil ərizəçinin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə psixiatrik ekspertizasının rəyinə görə X1 onun məhkəmə iclasında iştirakına imkan vermədiyindən o, məhkəmə iclaslarına dəvət olunmamış və dindirilməmişdir. Məhkəmə iclası zamanı dindirilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X15 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələri fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs 28 aprel 1949-cu ildə doğulmuş X6 yaşadığı yerə baxış keçirmişdir. X6 yaşadığı mənzil istismar idarəsindən və qonşulardan alınan məlumata görə X12 ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmir. S.Vəliyev araşdırma nəticəsində X6 xəstə olduğunu, bu səbəbdən onun ailə həyatı qurmadığını, hazırda ərizəçinin yanında yaşadığını və onun qayğısının ərizəçi tərəfindən çəkildiyini bildirmiş və qeyd etmişdir ki, komissiya belə nəticəyə gəlmişdir ki, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmaması müəyyən olunmuşdur Məhkəmənin qiymətləndirməsi: xx.xx.1965-ci il tarixdə təkrar verilmiş evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə Heydərova (Bayramova) Rübabə Vəli qızı arasında xx.xx.1946-cı il tarixdə nikah bağlanmış və bu barədə 4 nömrəli akt qeydi icra edilmişdir. xx.xx.1968-ci il tarixdə təkrar verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 ilə X9 xx.xx.1949-cu il təvəllüdlü X12 adlı övladları vardır. xx.xx.1953-cü il tarixdə verilmiş İE seriyalı 842311 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 ilə X9 xx.xx.1953-cü il təvəllüdlü Ərizəçi adlı övladları vardır. Mülki işin materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 493790 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X13 durğunluq pnevmoniyası diaqnozu ilə xx.xx.2012-ci ildə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm kitabının 449-cu səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş İİİ-JQ seriyalı 361765 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X20 miokard infarkt diaqnozu ilə xx.xx.1987-ci ildə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm kitabının 121-ci səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X11 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1702 nömrəli məktubda qeyd edilmişdir ki, X12 xx.xx.1966-cı il tarixdən “Şizofreniya paranoid forma” diaqnozu ilə Dispanserdə qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2966 nömrəli arayışa əsasən X2 şəhəriŞəhriyar 1/6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1997-ci il tarixdə verilmiş 080039 nömrəli vəsiqənin surətindən məlum olur ki, X12 ömürlük İ qrup əlildir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin, onun vəkilinin və müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin izahatını dinləyib, eyni zamanda iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki,məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarından Ərizəçi X6 bacısı olması, həmçinin X6 hazıradək ailə qurmaması müəyyən olunmuşdur. Həmin Məcəllənin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(078)-1790/2023 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəməpsixiatriya ekspertizası təyin edilmiş, Naxçıvan MR Səhyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 verdiyi 08 yanvar 2024-cü il tarixli 4 nömrəli Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəyindən məlum olmuşdur ki, X7 “Şizofreniya paranoid forma Qüsurlu vəziyyət” xəstəliyi aşkar olunur, onda öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə toplanmış digər sübutlardan məlum olmuşdur ki, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Ərizəçi qardaşı üzərində qəyyum təyin olunmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və ona izah olunmuşdur ki, həmin şəxs üzərində onun qəyyum təyin olunması üçün müvafiq məhkəmənin qətnaməsi olmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı 28 aprel 1949-cu il təvəllüdlü X6 həqiqətən ağıl zəifliyinin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi müəyyən olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi hazırda X6 bacısı, yəni Ərizəçi himayəsində yaşayır, eyni zamanda onun bütün növ tələbatları ərizəçi tərəfindən qarşılanır. Mülki işin məhkəmə araşdırması zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X8 məhkəməyə verdiyi izahatından məlum olmuşdur ki, Ərizəçi tərəfindən X6 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 28 aprel 1949-cu ildə anadan olmuş X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 28 aprel 1949-cu ildə anadan olmuş X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-177/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-177/2024
06.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver