Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1799/2023 08.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçılar X5, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan Regional “ASAN XİDMƏT" Mərkəzində Birinci Notariat Ofisi və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, mirasın faktiki qəbulu və miras əmlakda payların müəyyən olunması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçılar X12, İddiaçı2 və Bədəlova X20 Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan “ASAN XİDMƏT” Mərkəzinin notariat ofisinin 22 noyabr 2023-cü il tarixli, 848/2023 saylı məktubunun əsassız sayılması, İddiaçı1 və İddiaçı2 X13 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlaka dair qanunla müəyyən olunmuş müddət daxilində miras əmlakın qəbuluna dair ərizələr nəzərə alınmaqla Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh notariat ofisinin üzərinə qoyulması və İddiaçı3 X13 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlaka dair mirasın qəbulu faktının təsdiq olunması və miras əmlakda payların (faktiki qəbul və notariat ərizələr nəzərə alınmaqla) müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-1/2023 saylı qətnaməsində qeyd olunmuşdur ki, məhkəmə ilkin və ikinci iddia tələbinin hər birini ümumiləşdirib belə nəticəyə gəlir ki, ilk tələb üzrə iddia qismən təmin edilməli, ilk tələb və ikinci tələb üzrə ünvan 2 ünvanında yerləşən və mərhum X14 adına olan fərdi yaşayış evindən mərhum X15 və mərhum X14 ½ (bərabər) paylarda mülkiyyət hüququ tanınmalı, ilk tələb üzrə ünvan 2 ünvanında yerləşən və mərhum X14 mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın 1/6 hissəsinin mərhum oğlu X1 qəbulu faktı müəyyən olunmalı, mərhum X3 miras qalan ünvan 2 ünvanında yerləşən əmlakın 1/6 hissəsinin X12, İddiaçı2 və İddiaçı3 tərəfindən qəbulu faktı təsdiq olunmalı, hər irinin 1/24 hissədə payı müəyyən edilməli, mərhum X15 ümumi mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın mərhum X6 çatacaq miqdarda övladları X12 və İddiaçı2 tərəfindən notarial qaydada qəbulu faktı təsdiq olunması hissəsində iddia əsassız olduğundan rədd edilməlidir. İkinci tələb qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakda X14 ½ payının X25 və Cavabdeh2 tərəfindən faktiki olaraq qəbulu fakı müəyyən edilməli və hər birinin payı 1/6 hissədə müəyyən edilməli, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakda X14 ½ payının X7 tərəfindən faktiki qəbuluna dair hissədə tələb əsassız olduğundan rədd edilməli, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakda X3 qalmış miras payının anası mərhum X25 tərəfindən faktiki qəbulu faktı müəyyən edilməli və həmin hissədə 1/24 pay müəyyən edilməli, X15 vəfatından sonra onun miras payının X10, X21, X8 və Cavabdeh2 tərəfindən notarial qaydada qəbulu faktının təsdiq edilməsi tələbinə dair hissədə iddia əsassız olduğundan rədd edilməlidir". Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-1/2023 saylı qətnaməsindən məlum olur ki, İddiaçı3, X12 və İddiaçı2 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən və X14 adına olan fərdi yaşayış evinin mərhum arvadın (X25) və ərin (X22) ümumi ½ (bərabər) paylarda mülkiyyət hüququnun tanınması, ünvan 2 ünvanında yerləşən və mərhum qaynatasının (X22) ümumi mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın 1/3 hissəsinin mərhum oğlu X1 qəbulu faktının təsdiqi, mərhum X11 tərəfindən faktiki qəbul edilmiş ünvan 2 ünvanında yerləşən miras əmlakın mərhum qaynata-X16 aid hissəsinin irsi transmissiya ilə 1-ci növbə vərəsələri övladları X12, İddiaçı2 və həyat yoldaşı İddiaçı3 tərəfindən qəbulu faktının təsdiqi, mərhum X15 ümumi mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın mərhum X6 çatacaq miqdarda övladları X12 və İddiaçı2 tərəfindən notarial qaydada qəbulu faktının təsdiqi və qəbul etdiyi hissədə payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. X2, X8, X21 və Bədəlov Cavabdeh2 Elmira Həsən qızına, X9 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən və X14 mülkiyyətində olan daşınmaz əmlakın X22 və X15 birgə nikah dövründə qazanmış əmlakı olduğundan 1/2 paylarda mülkiyyət hüquqlarının tanınması, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakda X14 1/2 payının X25, Cavabdeh2 və X10 tərəfindən faktiki qəbulu faktının təsdiqi, X4 vəfatından sonra onun miras payının anası X25 tərəfindən faktiki qəbulu faktının təsdiqi və X15 vəfatından sonra onun miras payının X10, X21, X8 və Cavabdeh2 tərəfindən notarial qaydada qəbulu faktının təsdiqi və qəbul etdikləri hissədə payların müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qeyd olunan qətnamədə göstərilmişdir ki, X15 birinci növbəli vərəsəsi olan X11 anasından təxminən iki il əvvəl vəfat etdiyindən qüvvədə olan mülki qanunvericiliyin vərəsəlik institutunun normalarını tələbinə görə artıq o anasının vərəsəsi hesab edilmir və belə olan halda onun vərəsələri X15 birinci növbəli vərəsələri olmadığından ondan qalan miras əmlakı tələb etmək üçün subyektiv hüquqa malik deyildirlər. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-1/2023 saylı qətnaməsi ilə hüquqi qiymət verildiyindən iddiaçının “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, mirasın faktiki qəbulu və miras əmlakda payların müəyyən olunması” tələbi ikinci dəfə məhkəmə araşdırmasının predmeti ola bilməz. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 21 noyabr 2023-cü il tarixli, 30711 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1, 153.3, 153.4, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçılar X5, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan Regional “ASAN XİDMƏT" Mərkəzində Birinci Notariat Ofisi və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, mirasın faktiki qəbulu və miras əmlakda payların müəyyən olunması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə rəsmi qaydada iddiaçıya verilsin. İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 21 noyabr 2023-cü il tarixli, 30711 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1799/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1799/2023
08.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver