Məhkəmə qərarları › İş №2(078)-1812/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1812/2024

27.12.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1812/2024 27.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, X1 və Maraqlı şəxs iştirakı ilə, X1 Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: X2 ərizə ilə məhkəməyə müraciət edərək, MŞN/24-A-01560 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X5 iştirakı ilə onunla Maraqlı şəxs arasında 20 noyabr 2024-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs ilə aralarında bağlanmış nikah Naxçıvan Şəhər Məhkəməsində pozulmuş, övladları 18 dekabr 2013-cü ildə doğulmuş X9 və 31 yanvar 2017-ci ildə doğulmuş X10 onun yanında saxlanılmışdır. Uşaqların saxlanılması üçün alimentdən imtina etmişdir. Lakin Maraqlı şəxs bu günə qədər götürdüyü öhdəliyi icra edilməmişdir. X2 qeyd etmişdir ki, 20 noyabr 2024-cü ildə barışıq sazişi imzalanmışdır. 2024-cü il dekabr ayının 4 ya 5-i tam xatırlamadığı tarixdə Maraqlı şəxs ona zəng vuraraq 100 manat ödəyəcəyini, gələn ay isə qalanını ödəyəcəyini bildirmişdir. Afiqə cavab olaraq bildirmişdir ki, “Gələn ay sən başqa vəzifəyə keçirsən?, bu ay ödəyə bilmirsən, gələn ay necə ödəyəcəksən?”. Maraqlı şəxs isə “Mən ödəməyəcəm” cavabını vermişdir. Ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə baxışı iclasında həqiqətən onunla X6 arasında saziş bağlandığını, lakin öhdəliklərinin yerinə yetirilmə vaxtını tam anlamadığını, əmək haqqını hər ayın sonu aldığını, dekabr ayının sonu ödəniş edəcəyini və buna görə də öhdəliklərini yerinə yetirə bilmədiyini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, 20 noyabr 2024-cü il tarixdə mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə X3, Maraqlı şəxs və mediator X5 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən Maraqlı şəxs 18 dekabr 2013-cü il təvəllüdlü X9 və 31 yanvar 2017-ci ildə doğulmuş X7 X6 yanında saxlanılmasına və hər ay stabil olaraq hər uşağa 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat alimenti ödənilməsinə dair öhdəlik götürmüşdür. Həmin sazişin 3-cü bəndi ilə tərəflər razılaşmışlar ki, sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İlİ seriyalı 750559 nömrəli doğum haqqında şəhadətnamənin surətindən və xx.xx.2024-cü il tarixdə Naxçıvan “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 4292 nömrəli arayışdan məlum olmuşdur ki, Maraqlı şəxs ilə X3 nikahlarından 18 dekabr 2013cü il təvəllüdlü X9 və 31 yanvar 2017-ci il təvəllüdlü X10 adlı övladları vardır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-613/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs ilə X8 arasında 20 fevral 2013-cü il tarixdə Şərur rayon Xanlıqlar kənd İƏDN-də bağlanmış 03 nömrəli nikah pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahlarından doğulmuş 31 yanvar 2017-cü il təvəllüdlü X10 anası X4 yanında saxlanılmış, eyni zamnda 18 dekabr 2013-cü il təvəllüdlü X9 atası Maraqlı şəxs alınaraq anası X4 himayəsinə verilərək onun yanında saxlanılması qət edilmişdir. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı 434147 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, Maraqlı şəxs ilə X6 arasında həmin tarixdə nikah pozulmuş və bu barədə 178 nömrəli akt qeydi icra edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 20 noyabr 2024-cü il tarixdə mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə X3, Maraqlı şəxs və mediator X5 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs 18 dekabr 2013-cü il təvəllüdlü X9 və 31 yanvar 2017-ci ildə doğulmuş X7 X6 yanında saxlanılmasına və hər ay stabil olaraq hər uşağa 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat alimenti ödənilməsinə dair öhdəlik götürmüşdür. Ərizəçi qeyd edilən barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə də məhkəmə hesab edir ki, barışıq sazişi qanunvericiliyin tələbinə uyğun olduğundan, barışıq sazişinin icra edilməsi müddəti keçdiyindən və ərizə təmin edilməli və 20 noyabr 2024-cü il tarixli MŞN/24-A-01560 nömrəli Barışıq Sazişi təsdiq edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X6 ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış 20 noyabr 2024-cü il tarixli MŞN/24-A-01560 nömrəli Barışıq Sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar