Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-199/2024 02.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləvğ edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri 1 saylı Notariat ofisində bağlanmış reyestrdə 4Ə-408 nömrə ilə qeydə alınmış xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin adına olan çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 02 aprel 2024-cü il tarixdə saat 14:15-də keçirilən məhkəmə baxış iclası zamanı iddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək cavabdehlə gediş-gəliş yolu ilə bağlı razılığa gəldiklərini, buna görə də iddiadan imtina etdiyini bildirmiş və mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsi X1 iş üzrə icraata xitam verilməsi haqqında ərizəsini müzakirə edib belə nəticəyə gəlir ki, işdə imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də iddiaçının nümayəndəsi X1 iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC Naxçıvan filialına 1016 nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilmsi və çıxarışın ləvğ edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC Naxçıvan filialına 1016 nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-199/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-199/2024
02.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver