Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-207/2021 27.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı-cavabdeh, eyni zamanda iddiaçı-cavabdeh İddiaçı2 nümayəndəsi İddiaçı1, iddiaçı-cavabdeh İddiaçı1 vəkili Vəkil, cavabdeh-iddiaçı eyni zamanda X11 və X12 qanuni nümayəndəsi Cavabdeh və cavabdeh-iddiaçı Cavabdeh vəkili X15 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ünvan 1 ünvanında Cavabdeh mülkiyyətində olan daşınmaz əmlakın (mənzilin) X30 ilə Cavabdeh birgə nikah nikah dövründə qazanılmış əmlak hesab olunması, həmin əmlakda X16 ½ payının müəyyən olunması və həmin ½ paydan İddiaçı2 və İddiaçı1 miras paylarının müəyyən olunması, mərhum atası X13 miras qalmış Naxçıvan şəhəri, Şahtaxtınski küçəsi 6 ünvanında yerləşən daşınmaz əmlakın (fərdi yaşayış evinin) 7/10 hissəsində İddiaçı2 və İddiaçı1 miras paylarının müəyyən olunması, həmçinin Naxçıvan şəhəri, Atatürk prospekti 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 4 saylı qeyri-yaşayış sahəsi olan əmlakın X3 qalmış miras əmlak kimi tanınması tələbinə dair iddiasına, cavabdeh, eyni zamanda X11 və X12 qanuni nümayəndəsi Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı 28 fevral 2020-ci il tarixdə vəfat etmiş X13 miras qalmış ünvan 2 ünvanda yerləşən 628.9 kv.metr torpaq sahəsinin və ümumi sahəsi 49.3 kv.metr olan fərdi yaşayış evinin 7/10 hissəsinin və Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 91, 4 saylı mənzildən X20 düşən payın faktiki olaraq onun və qızları X24 və X25 tərəfindən qəbulu faktının müəyyən oluması, paylarının müəyyən olunması, mərhum Yusif Şirzad oğlunun xəstəliyi dövründə ona sərf edilmiş pulun 10000 (on min) manatının İddiaçı1 və 10000 (on min) manatının İddiaçı2 alınıb ona verilməsi barədə qarşılıqlı iddiası üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında Cavabdeh mülkiyyətində olan daşınmaz əmlakın (mənzilin) X30 ilə Cavabdeh birgə nikah nikah dövründə qazanılmış əmlak hesab olunması, həmin əmlakda X16 ½ payının müəyyən olunması və həmin ½ paydan İddiaçı2 və İddiaçı1 miras paylarının müəyyən olunması, mərhum atası X13 miras qalmış Naxçıvan şəhəri, Şahtaxtınski küçəsi 6 ünvanında yerləşən daşınmaz əmlakın (fərdi yaşayış evinin) 7/10 hissəsində İddiaçı2 və İddiaçı1 miras paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. 15 fevral 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdeh, eyni zamanda X11 və X12 qanuni nümayəndəsi Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 fevral 2020-ci il tarixdə vəfat etmiş X13 miras qalmış ünvan 2 ünvanda yerləşən 628.9 kv.metr torpaq sahəsinin və ümumi sahəsi 49.3 kv.metr olan fərdi yaşayış evinin 7/10 hissəsinin və Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 91, 4 saylı mənzildən X20 düşən payın faktiki olaraq onun və qızları X24 və X25 tərəfindən qəbulu faktının müəyyən oluması, paylarının müəyyən olunması, mərhum Yusif Şirzad oğlunun xəstəliyi dövründə ona sərf edilmiş pulun 10000 (on min) manatının İddiaçı1 və 10000 (on min) manatının İddiaçı2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmənin 15 fevral 2021-ci il tarixli 2(078)-207/2021 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. 05 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 ərizə təqdim edərək Naxçıvan şəhəri, Atatürk prospekti 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 4 saylı qeyri-yaşayış sahəsi olan əmlakın mərhum atası X13 qalmış miras əmlak kimi tanınması barədə iddia tələbinə əlavə edərək qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(078)-207/2021 nömrəli qərardadı ilə ərizə nəzərə alınaraq mülki iş üzrə ilkin iddia tələbinə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ünvan 1 ünvanında Cavabdeh mülkiyyətində olan daşınmaz əmlakın (mənzilin) X30 ilə Cavabdeh birgə nikah nikah dövründə qazanılmış əmlak hesab olunması, həmin əmlakda X16 ½ payının müəyyən olunması və həmin ½ paydan İddiaçı2 və İddiaçı1 miras paylarının müəyyən olunması, mərhum atası X13 miras qalmış Naxçıvan şəhəri, Şahtaxtınski küçəsi 6 ünvanında yerləşən daşınmaz əmlakın (fərdi yaşayış evinin) 7/10 hissəsində İddiaçı2 və İddiaçı1 miras paylarının müəyyən olunması, həmçinin Naxçıvan şəhəri, Atatürk prospekti 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 4 saylı qeyri-yaşayış sahəsi olan əmlakın X3 qalmış miras əmlak kimi tanınması çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə iclası zamanı iş üzrə iddiaçı-cavabdeh, eyni zamanda iddiaçı-cavabdeh İddiaçı2 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, atası mərhum Yusif Hüseynov 28 fevral 2020-ci il tarixdə vəfat etmişdir. Atası ilə anası hələ o və qardaşı Əhməd balaca olanda boşanmışlar və onları anası X21 böyüdüb saxlamışdır. Atası anası ilə boşandıqdan sonra cavabdeh Afət xanımla evlənərək iki övladları doğulmuşdur. Atası bir müddət onlarla maraqlanmamış, aliment belə ödəməmişdir. Heç vaxt ata kimi onların qayğısına qalmamışdır. Boşandıqdan sonra anası ilə Bakı şəhərində yaşamışlar. Anası müəllim əmək haqqısı ilə onları saxlamışdır. Hazırda anası və qardaşı Bakı şəhərində yaşayır, o isə ailə qurub Naxçıvana gəlmişdir və burada yaşayır. Anasının ikinci ailəsindən iki qız övladı olduğunu bilir və həmişə bacılarını axtarmaq istəmişdir. Atasının xəstəliyi vaxt onunla görüşmüş, lazım olan dərmanları alıb vermişdir. Atasının yasında da iştirak etmişdir. Özünün və qardaşının adından notariat kontoruna ərizə təqdim edərək atasından qalan mirası qəbul etmişdir. Bilir ki, atası dərzi işləmiş və maddi imkanı yaxşı olmuşdur. Naxçıvan şəhərində bir neçə evi, obyekti vardır, hamısını da ikinci yoldaşı Afət xanımın qohumlarının adına sənədləşdirmişdir. Özünün dərzi olaraq işlətdiyi dükanı belə öz dayısı oğlunun adına sənədləşdirmiş, bildiyinə görə dildə demişdir ki, vəfatından sonra dükanı Afət xanımın adına keçirtsin. Ona görə də atasının vəfatından sonra dükan Afət xanımın adına keçirilmiş və aptek kimi icarəyə verilmişdir. Atası bütün qazancını ikinci ailəsinə və qızlarına xərcləyib. Atasının böyrək xəstəliyindən əziyyət çəkdiyini bilmişdir və tez-tez ona baş çəkmişdir. Atasının böyrək əməliyyatına və müalicəsinə çəkdiyi xərc də onun öz pulu olubdur. Çünki atasının maddi cəhətdən imkanı yaxşı olubdur. Onun yetəri qədər əmlakı və pulu oubdur. Lakin bütün əmlaklarını başqalarının adına sənədləşdiribdir. Sadəcə özünə aid iki əmlak qalıbdır. Onlardan biri Afət xanımın adına olsa da birgə nikah dövründə alındığından atasının ½ hissədə payı vardır. Digəri isə atasını ata həyəti olubdur və orada 7/10 hissədə atasını payı qeydiyyata alınıbdır. Həmin evdə hazırda cavabdeh və uşaqları yaşayır. O özünə və qardaşına çatan payı tələb edir. Çünki onlar da mərhum Yusif Hüseynovun övladlarıdır, miras əmlakda onların da payı vardır. Cavabdehin və onun övladlarının miras əmlakda paylarının olduğunu qəbul edir. Sadəcə olaraq xəstəliyə görə çəkilmiş xərcə etirazını bildirir. Çünki onlar uşaq olarkən atası onları atmış və maraqlanmamışdır. Atası işləyib qazanmış, həm ikinci ailəsinə, həm də xəstəliyinə pul xərcləmişdir. Buna görə öz iddiasını müdafiə edir və təmin edilməsini, qarşılıqlı iddia üzrə qanuni və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə digər İddiaçı2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bununla bağlı məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə İddiaçı2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı iş üzrə iddiaçı-cavabdeh İddiaçı1 vəkili Vəkil iddianı müdafiə edərək iddiaçının izahatını təsdiq etdiyini, mərhum Yusif Hüseynovun birinci ailəsindən boşandıqdan sonra cavabdeh Afət xanımla ailə qurduğunu, həmin evlilikdən iki övladlarının doğulduğunu, birinci evliliyindən də iki övladı doğulduğunu, lakin birinci ailəsindən olan övladları ilə maraqlanmadığını, onlara aliment belə ödəmədiyini, bu gün mərhum Yusifin adına bir vərəsə evinin, bir birgə nikahda əldə edilmiş əmlak olduğunu, digər yaşayış və qeyri-yaşayış sahələrini cavabdehin qohumlarının adına saldırdığını, lakin yenə də uşaqların ata mirasında, ata payında haqqı olduğunu, ilkin iddianın təmin edilməsini xahiş etdiyini, qarşılıqlı iddiada əlavə xərclərin miras kütləsi olaraq bölünməsini qəbul etmədiyini, çünki Yusifin sağlığında öz qazancı, əmək haqqısı ilə xərcləri çəkdiyini, həmin xərci, nə iddiaçının, nə də cavabdehin çəkmədiyini, buna görə də pay müəyyən edilməsi ilə bağlı tələbin əsassız olduğunu, Yusifin Bakı şəhərinə müalicəyə gedəndə qardaşı Əmirin evində qaldığını, qəbir daşını da digər qardaşının götürdüyünü bildirib qarşılıqlı iddianın xəstəlik xərcinə münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdeh, eyni zamanda X11 və X12 qanuni nümayəndəsi Cavabdeh izahatında göstərmişdir ki, ilkin iddianı qismən qəbul edir. X8 ilə 2005-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur və evlilikdən iki qız övladı vardır. Uşaqlar 2007-ci il və 2010-cu il təvəllüdlüdürlər və yetkinlik yaşına çatmamışlar. Yoldaşı onunla ailə qurduqdan sonra onun birinci ailəsindən olan uşaqları atalarını axtarmamışdır. 2018-ci ildə Yusif əməliyyat olundu və o öz böyrəni Yusifə vermişdir. Yusifin əməliyyatına 15000 manat pul xərcləmişdirlər. Əlavə olaraq xeyli müalicə alıb və dərmanlar qəbul edibdir. Mərhum yoldaşının adına üç ev bir obyekt olmuş, obyekti dərzi dükanı olmuş və sağlığında dayısı oğlu Mehmanın adına sənədləşdirilmişdi. Hazırda həmin obyekti Mehmandan satın almış, onun adınadır və aptek kimi icarəyə verir. İki azyaşlı qızı vardır və kirayə verib dolanır. Özü heç yerdə işləmir. Mərhum yoldaşının xəstəliyinə görə 50000 (əlli min) manat pul xərcləmişdirlər. Əgər onun övladları miras əmlakdan pay tələb edirlərsə onda xəstəliyinə görə xərclənmiş 50000 manat pul 5 vərəsə arasında bərabər qaydada bölünməli və iddiaçıların hər biri ona 10000 manat pul ödəməlidirlər. Bununla bağlı notariat kontoruna ərizə versə də, iş məhkəmədə olduğundan notarius ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Yusifin xəstəliyi ilə bağlı müalicə xərclərini qohum-qardaşdan borc alıb ödəmişdir. Yusif sağlığında qızı Sevil ərə gedən zaman ona cehiz vermiş, bir neçə iri həcmli əşyalarını almışdır. Vaxtı-vaxtında uşaqlara aliment ödəmişdir. Qızı Sevil ona dərman alıb gətirəndə artqılaması ilə onun pulu qaytarıb vermişdir. Uşaqlar heç vaxt atalarına qayğı göstərməmişdirlər. Bir otaqlı bina evini onun qardaşları ona alıb vermiş, nikah dövründə alqı-satqı aparılmışdır. Həmin evi hazırda kirayə verir. Digər vərəsə evi nəmişlik, baxımsız vəziyyətdədir. Körpə uşaqlarının qarşısında iddiaçıların bu cür iddia qaldırması ona pis təsir edir. Aptek onun mülkiyyətindədir, ona görə də onun Yusifin əmlakı ilə heç bir bağlılığı yoxdur, ona dair hissədə iddianı qəbul etmir. Lakin vərəsə evindən və öz adına olan evdən iddiaçılara pay verilməsinə etiraz etmir. Qeyd edilənlərə əsasən qanuni və ədalətli qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı iş üzrə cavabdeh-iddiaçı Cavabdeh vəkili X31 iddianı müdafiə edərək Cavabdeh izahatını təsdiq etdiyini, iki əmlak üzrə iddiaçılara pay verilməsinə heç bir etiraz olmadığını, lakin miras qoyanın hələ sağlığında satdığı qeyriyaşayış sahəsinin miras kütləsinə daxil edilməsinə etiraz etdiklərini, cavabadeh Afət xanımın bu halda mülkiyyət hüququna müdaxilə edildiyini, eyni zamanda Afət xanım və iki azyaşlı uşaqlarının miras əmlakı faktiki qəbul etdiklərini, onların da miras paylarının müəyyən edilməli olduğunu və miras qoyanın xəstəliyi dövründə çəkilmiş xərclərin miras kütləsinə daxil edilməklə hesablanaraq ümumi xərcin 50000 manat olması nəzərə alınaraq beş vərəsə arasında bölünməsi əsası ilə iddiaçıların hər birindən 10000 (on min) manat alınıb cavabdehə ödənilməsi barədə qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı-cavabdehin-eyni zamanda digər iddiaçı-cavabdehin nümayəndəsinin, iddiaçı-cavabdehin vəkilinin, cavabdeh-iddiaçının, onun vəkilinin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi və qarşılıqlı iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan nikahın bağlanması haqqında akt qeydindən çıxarışdan aydın olur ki, X30 ilə X17 08 noyabr 1994-cü il tarixdə nikah bağlamışlar. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən aydın olur ki, X30 ilə X9 nikahlarından xx xxxxxxxx 1995-ci ildə X32, xx xxxxxx 1997-cü ildə İddiaçı2 doğulmuşdur. Mülki işin materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 02 aprel 2002-ci il tarixli qətnaməsindən çıxarışdan aydın olur ki, X30 ilə X21 arasında Naxçıvan şəhər VVADQ şöbəsində qeydə alınmış 08 noyabr 1994-cü il tarixli olan nikah ləğv edilmişdir. Mülki işin materiallarında olan 07 oktyabr 2020-ci il tarixli nikahın pozulması haqqında akt qeydindən çıxarışdan aydın olur ki, X30 ilə X17 arasındakı nikahın pozulması barədə nikahın pozulması kitabının 03.07.2008-ci ildə 23-cü səhifəsində qeyd aparılmışdır. Mülki işin materiallarında olan 18 avqust 2006-cı il tarixli Naxçıvan Şəhər Məhkəməsinin məhkəmə əmrindən aydın olur ki, X16 aylıq qazancının 1/3 hissəsi lakin respublikada müəyyən olunmuş minimum əmək haqqının 3/5 hissəsindən hər uşaq üçün az olmamaq şərti ilə xx xxxxxxxx 1995-ci ildə doğulmuş X18 və xx xxxxxx 1997-ci ildə doğulmuş İddiaçı2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X14 verilməsi əmr edilmişdir. Mülki işin materiallarında olan nikah haqqında akt qeydindən çıxarışdan və nikah haqqından şəhadətnamədən aydın olur ki, X30 ilə X26 arasında 22.11.2005-ci il tarixində Culfa rayon Göydərə kənd İcra Nümayəndəliyində 11 nömrəli akt qeydi tərtib olunmuşdur. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən aydın olur ki, X30 ilə Cavabdeh nikahlarından 03 iyul 2007-ci ildə X24 və 08 aprel 2010-cu ildə X25 doğulmuşdur. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X30 xroniki böyrək çatışmazlığı səbəbindən 28 fevral 2020-ci ildə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabında 02 mart 2020-ci il tarixdə 89 səhifəsində qeydiyyat aparılmışdır. Mülki işin materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan aydın olur ki, mərhum X6 şəhəri, Əzizbəyov küçəsi ev 13 ünvanında yaşayıb aşağıdakı ailə üzvləri vardır. 1.Cavabdeh-həyat yoldaşı-1971 2.X32-qızı-1995 3.İddiaçı2-oğlu-1997 4.X24-qızı-2007 5.X25-qızı-2010 Mülki işin materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan aydın olur ki, Cavabdeh Naxçıvan şəhəri, Şahtaxtınski küçəsi ev 6-dayaşayı və aşağıdakı ailə üzvləri vardır. 1.X30-həyat yoldaşı-vəfat edib 2.X24-qızı-2007 3.X25-qızı-2010 Mülki işin materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 22 may 2021-ci il tarixli 187 nömrəli məktubda göstərilmişdir ki, Naxçıvan şəhər 1-ci DNK-nın 19.09.2012-ci il tarixli 2/v-01-670 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 58.9 kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 49.3 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evinin 7/10 hissəsi Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində 22.10.2012-ci il tarixdə X16 adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 03 iyul 2021-ci il tarixli 254 nömrəli məktubda göstərilmişdir ki, Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində 24 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhər 1-ci DNK-nın 07.09.2016-cı il tarixli 4-ə-467 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına ünvan 1 ünvanında ümumi sahəsi 31.90 kvadrat metr olan 1 otaqlı mənzil qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 04 may 2021-ci il tarixli 04/288 nömrəli məktubda göstərilmişdir ki, Naxçıvan şəhəri, Atatürk küçəsi 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 4 saylı qeyri-yaşayış sahəsi X16 adına olmuşdur. 30.12.2009-cu il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan4/ə-2ə545 nömrəli alqı-satqı müqaviləsi əsasında Yusif Hüseynov həmin əmlakı X2. 07.09.2020-ci il tarixdə Naxçıvan şəhər 1 saylı notariat ofisində qeydiyyata alınan 4-ə-268 nömrəli alqı-satqı müqaviləsi əsasında Mehman Quliyev qeyri-yaşayış sahəsini Cavabdeh satmışdır. Mülki işin materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri, Atatürk küçəsi bina 14/4-də yerləşən qeyri-yaşayış sahəsi 15 sentyabr 2020-ci ildə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2/1 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan ərizələrdən aydın olur ki, İddiaçı2 etibarnaməsi əsasından onun adından və şəxsən öz adından X32 27 aprel 2020-ci il tarixdə Naxçıvan şəhəri 1 saylı notariat ofisininə müraciət edərək 28 fevral 2020-ci il tarixində vəfat etmiş mərhum atası X16 ölümündən sonra onun harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan çatan payı qəbul etmişlər. Mülki işin materiallarında olan Naxçıvan şəhər 1 saylı notariat ofisi tərəfindən İddiaçı1 verilmiş 19 noyabr 2020-ci il tarixli 246 nömrəli cavab məktubundan aydın olur ki, qanun üzrə vərəsəlik şəhadətnaməsi alınması ilə bağlı tələb olunan sənədləri təqdim edə bilmədiyindəm şəhadətnamə verilməsindən imtina edilərək müvafiq məhkəməyə müaciət etmək tövsiyyə olunmuşdur. Mülki işin materiallarında olan Cavabdeh müraciəti əsasında Naxçıvan Şəhər 1 saylı notariat ofisi tərəfindən verilən 08 fevral 2020-ci il tarixli 25 nömrəli məktubdan aydın olur ki, X16 əmlakı siyahıya alınmadığından və mirasdan payların müəyyən olunması ilə bağlı məhkəmədə iş olduğundan müvafiq məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Mülki işin materiallarında olan tibbi xidmət müqavilələrindən aydın olur ki, 04.01.2018-ci il tarixdə qara ciyər və böyrək trasplotasiyası xəstələri ilə bağlı X30 ilə 3549 nömrəli müqavilə, 06.05.2018-ci il tarixdə 4753 nömrəli müqavilə bağlanmışdır. Mülki işin materiallarına əlavə edilməsi üçün cavabdeh-iddiaçı tərəfindən xəstə ödəniş vərəqələri, ödəniş qəbzləri, xəstə məlumat formaları, xidmət çek siyahıları təqdim edilmişdir. Məhkəmə ilkin iddianı və qarşılıqlı iddianı qismən təmin edərkən gəldiyi nəticəni yuxarıda qeyd olunan işin faktiki halları ilə əlaqəli şəkildə əsaslandırmaqla ilkin iddia tələbinin və qarşılıqlı iddia tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda qiymət verir. Belə ki, ilkin iddia tələbinin ilk hissəsi ünvan 1 ünvanında Cavabdeh mülkiyyətində olan daşınmaz əmlakın (mənzilin) X30 ilə Cavabdeh birgə nikah nikah dövründə qazanılmış əmlak hesab olunması, həmin əmlakda X16 ½ payının müəyyən olunması və həmin ½ paydan İddiaçı2 və İddiaçı1 miras paylarının müəyyən olunması tələbidir. Həmçinin qarşılıqlı idda tələbinin ilki hissəsi Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 91, 4 saylı mənzildən X20 düşən payın faktiki olaraq onun və qızları X24 və X25 tərəfindən qəbulu faktının müəyyən oluması, paylarının müəyyən olunması tələbidir. Məhkəmə ilkin iddia tələbinin və qarşılıqlı iddia tələbinin həmin hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki işin materiallarında da göründüyü kimi X30 ilə X26 arasında 22.11.2005-ci il tarixində Culfa rayon Göydərə kənd İcra Nümayəndəliyində 11 nömrəli akt qeydi tərtib olunmuşdur. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 03 iyul 2021-ci il tarixli 254 nömrəli məktubda göstərilmişdir ki, Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində 24 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhər 1-ci DNK-nın 07.09.2016-cı il tarixli 4-ə-467 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına ünvan 1 ünvanında ümumi sahəsi 31.90 kvadrat metr olan 1 otaqlı mənzil qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünəkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki və hüquqi hallarını qarşılıqlı şəkildə təhlil edib hesab edir ki, ilkin iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, mübahisəli yaşayış evinin alqı-satqı müqaviləsi əsasında X30 ilə Cavabdeh birgə nikahda olduqları müddətdə alınması iş materialları ilə tam sübuta yetirilir. Belə olan halda birgə nikah dövründə qazanılmış ünvan 1 ünvanında yerləşən yaşayış evi X30 ilə Cavabdeh birgə mülkiyyəti olduğundan mərhum X19 payı ½ hissədə müəyyən olunmalıdır. Məhkəmə ünvan 1 ünvanında yerləşən X3 miras qalmış mənzilin ½ hissəsinin və ünvan 58.9 kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 49.3 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evinin 7/10 hissəsi onun vərəsələri iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 tərəfindən qəbul edilməsi ilə bağlı iddia tələbini müzakirə edib həmin hissədə ilkin iddianın əsaslı olması qənaətinə gələrək təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 05 oktyabr 2012-ci il tarixli Qərarında qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Məhkəmə hesab edir ki, X8nun vəfatından sonra ondan qalan miras əmlakı övladları İddiaçı1 və İddiaçı2 notarial qaydada ərizə verməklə qəbul etmişdir. Belə olan halda X3 miras qalan ünvan 58.9 kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 49.3 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evinin 7/10 hissəsinin və ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsinin onun vərəsələri İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edildiyindən onların həmin miras əmlaklarda payının ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsində hər birinin miras payının 1/2 :5=1/10 hissədə (yəni ½ hissədə miras əmlak beş vərəsə arasında bölünməklə) müəyyən olunmasını, ünvan 58.9 kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 49.3 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evinin 7/10 hissəsində vərəsələrin hər birinin miras payının 7/10:5=7/50 hissədə (yəni 7/10 hissədə miras əmlak beş vərəsə arasında bölünməklə) müəyyən olunmasını düzgün hesab edir. Məhkəmə ilkin iddia tələbinin Naxçıvan şəhəri, Atatürk prospekti 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 4 saylı qeyri-yaşayış sahəsi olan əmlakın mərhum atası X13 qalmış miras əmlak kimi tanınması barədə hissəsini iş üzrə toplanmış sübutlarla əhatəli şəkildə tədqiq edib həmin tələbin rədd edilməsi nəticəsinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Mülki işin materiallarından aydın olur ki, Naxçıvan şəhəri, Atatürk küçəsi 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 4 saylı qeyri-yaşayış sahəsi X16 adına olmuş, 30.12.2009-cu il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan4/ə-2ə545 nömrəli alqı-satqı müqaviləsi əsasında Yusif Hüseynov həmin əmlakı X5, 07.09.2020-ci il tarixdə Naxçıvan şəhər 1 saylı notariat ofisində qeydiyyata alınan 4-ə-268 nömrəli alqı-satqı müqaviləsi əsasında Mehman Quliyev qeyri-yaşayış sahəsini Cavabdeh satmış, sözügedən əmlak Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı əsasında 15 sentyabr 2020-ci ildə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2/1 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71). Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə 29 mart 2010-cu il tarixli qərar, § 83). İşin yuxarıda şərh olunmuş hallarından aydın olur ki, X8 vəfatından xeyli müddət əvvəl-2009-cu il tarixdə mülkiyyətində olan sözügedən qeyri-yaşayış sahəsini X7 və bununla öz mülkiyyəti barəsində müstəqil şəkildə sərəncam hüququnu həyata keçirmişdir. Həmin əmlakın reallıqda mərhumun mülkiyyətində olmasa da onun öz əmlakı olması ilə bağlı məhkəmə iddiaçı-cavabdeh tərəfin bildirdiyi arqumetləri əsaslı hesab etmir. Belə ki, iddiaçı-cavabdeh tərəfindən mübahisəli əmlak barəsində bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında verilmiş daşınmaz əmlakın qeydiyyat sənədi mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə Naxçıvan şəhəri, Atatürk küçəsi 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 4 saylı qeyri-yaşayış sahəsinin miras əmlak hesab edilməsinə dair iddia tələbini əsassız hesab edir. Məhkəmə qarşılıqlı iddia tələbinin sözügedən miras əmlakların cavabdeh-iddiaçı eyni zamanda X11 və X10 qanuni nümayəndəsi X35 tərəfindən faktiki olaraq qəbul edilməklə, həmin əmlaklarda paylarının müəyyən edilməsi barədə hissəsini müzakirə edib qarşılıqlı iddianın həmin hissədə əsaslı olması qənaətinə gələrək təmin edilməsi nəticəsinə gəlir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini, açıq-aşkar təsdiqləyir və sübut edir. bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: 1.Miras əmlaka sahiblik etmə üsulu. 2.Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq, vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və. s. Məhkəmə hesab edir ki X8nun vərəsələri Cavabdeh və onun övladları X24 və X4 şəhəri, Şahtaxtınski küçəsi 6 ünvanında 628.9 kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 49.3 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evində yaşamaqla və Cavabdeh ünvan 1 ünvanında ümumi sahəsi 31.90 kvadrat metr olan 1 otaqlı mənzili kirayə verməklə həm mirasa sahiblik etmiş, həm də əmlakı faktiki idarə etmişdir. Belə olan halda X3 miras qalan ünvan 58.9 kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 49.3 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evinin 7/10 hissəsinin və ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsinin onun vərəsələri Cavabdeh və onun övladları X24 və X25 tərəfindən faktiki olaraq qəbul edilməsi nəticəsinə gəlir. Məhkəmə qarşılıqlı iddia tələbində qeyd edilmiş adları yuxarıda göstərilən əmlaklardan vərəsələrin pay hüququnun müəyyən edilməsi hissəsi ilə bağlı tələbin təmin olunması qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, işin yuxarıda şərh olunmuş hallarından aydın olduğu kimi ünvan 58.9 kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 49.3 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evinin 7/10 hissəsi və ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsi ünvan 4 ev birgə nikah dövründə mülkiyyət hüququ üzrə X8na məxsusdur. X16 vəfatından sonra onun beş vərəsəsi- İddiaçı1, İddiaçı2, Cavabdeh və onun övladları X24 və X25 mirası qəbul etmişlər. Məhkəmə X3 qalan ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsində vərəsələrin hər birinin miras payının 1/2 :5=1/10 hissədə (yəni ½ hissədə miras əmlak beş vərəsə arasında bölünməklə) müəyyən olunmasını, ünvan 58.9 kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 49.3 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evinin 7/10 hissəsində vərəsələrin hər birinin miras payının 7/10:5=7/50 hissədə (yəni 7/10 hissədə miras əmlak beş vərəsə arasında bölünməklə) düzgün hesab edir. Məhkəmə qarşılıqlı iddia tələbinin digər hissəsinə- X8nun xəstəliyi dövründə ona sərf edilmiş pulun 10000 (on min) manatının İddiaçı1 və 10000 (on min) manatının İddiaçı2 alınıb ona verilməsi barədə hissəsini mülki işin materialları ilə araşdırıb hüquqi qiymət verərək həmin hissənin rədd edilməsi qənaətinə gəlir və öz nəticəsini aşağıdakılarla əsaslandırır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddənin məzmunundan da aydın olduğu kimi miras kütləsi özündə şəxsin öldüyü vaxta qədər malik olduğu hüquq və vəzifələrini ehtiva edir. İş materiallarına əlavə edilən və sübut qismində təqdim edilən xəstəlik epikrizləri, ödəniş qəbzlərindən aydın olur ki, təqdim edilmiş bütün sənədlərdə miras qoyan X1 müalicə alması ilə bağlı müxtəlif müalicə müəssisələrinə ödənilmiş ödəniş haqları öz əksini tapmışdır. Bütün qəbzlərdə müəyyən məbləğlərdə pulun ödənilməsi təsdiqini tapır. Belə olan halda hələ sağ ikən X16 xəstəliyi ilə bağlı özü tərəfindən ödənilən xərclərin miras kütləsi hesab edilməsi vərəsəlik institutunun mahiyyəti ilə uzlaşmır. Ona görə ki, miras qoyan sağlığında müalicə xərclərini çəkmiş və çəkilmiş xərclər qəbzlərdə əksini tapmışdır. Bununla yanaşı cavabdeh-iddiaçı Cavabdeh ödənilən məbləğlərin borc olaraq alınmasını qeyd etsə də miras qoyan X16 çəkilən müalicə xərcləri ilə bağlı borclu olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, X8nun xəstəliyi ilə bağlı çəkilmiş və sağlığında ödənilmiş xərclər hazırki vəziyyətdə miras kütləsi hesab edilmədiyindən qarşılıqlı iddia tələbi həmin hissədə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ünvan 1 ünvanında Cavabdeh mülkiyyətində olan daşınmaz əmlakın (mənzilin) X30 ilə Cavabdeh birgə nikah nikah dövründə qazanılmış əmlak hesab olunması, həmin əmlakda X16 ½ payının müəyyən olunması və həmin ½ paydan İddiaçı2 və İddiaçı1 miras paylarının müəyyən olunması, mərhum atası X13 miras qalmış Naxçıvan şəhəri, Şahtaxtınski küçəsi 6 ünvanında yerləşən daşınmaz əmlakın (fərdi yaşayış evinin) 7/10 hissəsində İddiaçı2 və İddiaçı1 miras paylarının müəyyən olunması, həmçinin Naxçıvan şəhəri, Atatürk prospekti 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 4 saylı qeyri-yaşayış sahəsi olan əmlakın X3 qalmış miras əmlak kimi tanınması tələbinə dair iddiası qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh ilə X16 birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla həmin əmlakda X16 ½ payı müəyyən olunsun. X3 miras qalan əmlak onun vərəsələri İddiaçı1 və İddiaçı2 tərəfindən formal olaraq qəbul edildiyindən ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsində onların miras payları 1/10 hissədə və ünvan 58.9 kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 49.3 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evinin 7/10 hissəsində miras payları 7/50 hissədə müəyyən edilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh-eyni zamanda X11 və X12 qanuni nümayəndəsi Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı 28 fevral 2020-ci il tarixdə vəfat etmiş X13 miras qalmış ünvan 2 ünvanda yerləşən 628.9 kv.metr torpaq sahəsinin və ümumi sahəsi 49.3 kv.metr olan fərdi yaşayış evinin 7/10 hissəsinin və Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 91, 4 saylı mənzildən X20 düşən payın faktiki olaraq onun və qızları X24 və X25 tərəfindən qəbulu faktının müəyyən oluması, paylarının müəyyən olunması, mərhum Yusif Şirzad oğlunun xəstəliyi dövründə ona sərf edilmiş pulun 10000 (on min) manatının İddiaçı1 və 10000 (on min) manatının İddiaçı2 alınıb ona verilməsi barədə qarşılıqlı iddiası qismən təmin edilsin. X3 miras qalan ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsinin və ünvan 58.9 kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 49.3 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evinin 7/10 hissəsinin onun vərəsələri X24 və X25 və Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X3 miras qalan ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsində X11, X12 və Cavabdeh hər birinin miras payları 1/10 hissədə və ünvan 58.9 kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 49.3 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evinin 7/10 hissəsində hər birinin miras payları 7/50 hissədə müəyyən edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. İlkin iddia və qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-207/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-207/2021
27.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver