Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-210/2024 30.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X11 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Naxçıvan ASAN Xidmət Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Naxçıvan “ASAN xidmət” Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan “ASAN xidmət” notariat ofisinin xx.xx.2023-cü il tarixli qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnaməsinin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, atası X22 2017-ci il tarixdə rəhmətə getmişdir. Onların ayrı bir evləri olmuşdur. Atası öz evində rəhmətə getmişdir. Atası 2000-ci ildən həmin ata həyətindən çıxmışdır. İlk vaxt Bakıya köçüb orada yaşamışdır. Sonra da gəlib Naxçıvan şəhərində başqa bir evdə yaşamışdır. Həmin həyətdə atasının ayrı tikilisi var idi. Sonra o həyətdə hasar çəkib, salon tikmişdir. O həmin tikililəri 2009-cu ildə tikməyə başlamışdır və 2019-cu ildə tam başa çatdırmışdır. Yasin əmisi həmin torpağı ona vermiş və bu tikilidən onun da, oğlunun da xəbəri var. Onun, anası Məlahət, qardaşı Xaliqin və bacıları Nurlana ilə Şövkətin mərhum atasına münasibətdə həmin həyətdə vərəsə kimi payı var. Onların orada ata mülkü var. O ailəsi ilə birlikdə 2022-ci ilə qədər həmin evə gedib gəlmişdir. Onun həm ata evində, həm də öz tikdiyi 5x10 metr ölçüdə olan salonda əşyaları var. Hal-hazırda da ona məxsus olan əşyalar o evdədir. Atasına məxsus olan bir çox maşın ehtiyat hissələri də satılıb. Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 126.32 kvm, yaşayış sahəsi 71.86 kvm, yardımçı sahəsi 54.46 kvm olan üç otaqlı fərdi yaşayış evi X12 mülkiyyəti hesab olunmuşdur. Naxçıvan Asan Xidmət Notariat Ofisinin xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsində ünvan 2 ünvanında 0.1699 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 167.84 kvm, 4 otaqlı olan fərdi yaşayış evi X9 mülkiyyəti hesab olunmuşdur. xx.xx.2023-cü il tarixli Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələri üzrə Dövlət Xidmətinin Dövlət reyestrindən çıxarışla ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 167.8 kvm olan fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(078)-978/2022 nömrəli qətnaməsi ilə X1 miras qalan Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 6, ev 11 ünvanında yerləşən əmlakın iddiaçı Cavabdeh1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Lakin qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilən zaman həmin torpaq sahəsində üç yaşayış evinin olması, həmin evdə yaşamağı, mirası qəbul etməyi nəzərə alınmamış, miras bütünlüklə Cavabdeh1 adına işlənmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 cavabdehin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə 30 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2nə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə 30 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X16 və X10 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X13 və X6 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Tağıyev X31 şəhəri, Xətai məhəlləsi, döngə 6, ev 11 ünvanında yerləşən torpaq sahəsinin babasının olduğunu, sonra nənəsinin adına rəsmiləşdirildiyini, həmin torpaq sahəsində yerləşən yaşayış evini atasının tikdiyini, həmin torpaq sahəsində özünün də tikinti apardığını, həmin tikdiyi otağa banka, avtomobilin hissələri, material kimi əşyalar yığdığını, həmin tikilinin də söküldüyünü, materiallarının onun icazəsi olmadan satıldığını, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 6, ev 11 ünvanında yerləşən miras əmlakın cavabdeh tərəfindən qəbul edilməsinə dair işə baxılarkən məhkəmədə etirazını bildirdiyini, apellyasiya şikayəti verdiyini, sonra işinə apellyasiya instansiyası məhkəməsində baxılmalı olmadığını dediklərini, buna görə də şikayətindən imtina etdiyini, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 izahatında Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-978/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən X1 miras qalan Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 6, ev 11 ünvanında yerləşən əmlakın iddiaçı Cavabdeh1 tərəfindən qəbul edilməsi faktının müəyyən edildiyini, həmin qətnamədə miras kütləsinin konkret müəyyən edilmədiyini, həmin torpaq sahəsində ümumi sahəsi 167.8 m2 olan fərdi yaşayış evi olduğunu, iddiaçının da həmin yaşayış evinin onlar tərəfindən tikildiyini bildirdiklərini, vərəsəlik hüququ haqqında şəhadətnaməyə torpaq sahəsi ilə yanaşı fərdi yaşayış evinin də daxil olduğunu, bu səbəbdən vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini istədiklərini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil1 izahatında iddia tələbini qəbul etmədiklərini, iddianın əsassız olduğunu, X9 14 may 2009-cu il tarixdə rəhmətə getdiyini, o öldükdən sonra iddiaçı da daxil bütün vərəsələr tərəfindən miras əmlakdan imtina edildiyini, sonra cavabdeh tərəfindən miras əmlakın qəbulu ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, iddiaçı və digər cavabdehlərin miras əmlakın Cavabdeh1 tərəfindən qəbul edilməsinə razılıq verdiklərini, həmin əmlakda bir ədəd 2 mərtəbəli ev olduğunu, həyətdə əldamı deyilən bir ədəd balaca otaq da olduğunu, onun qeydiyyata alınmadığını, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 6, ev 11 ünvanında yerləşən miras əmlaka məhkəmə tərəfindən baxış keçirildiyini, bundan sonra məhkəmə qətnaməsi çıxarıldığını, həmin məhkəmə qətnaməsi əsasında vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X20 izahatında Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 6, ev 11 ünvanında yerləşən miras əmlakda qardaşı X12 ikimərtəbəli evi olduğunu, özünün miras əmlakdan imtina etmədiyini, miras əmlakdan imtina etməsinə dair heç bir sənədə imza çəkmədiyini, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini istədiyini bildirmişdir. Keçirilmiş əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi X23 izahatında Cavabdeh1 miras əmlakı qəbul etmək üçün Cavabdeh2nə müraciət etdiyini, bir sıra sənədlər təqdim etdiyini, həmçinin Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi olduğunu, həmin qətnamə əsasında vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini bildirmişdir. Keçirilmiş əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X24 izahatında Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 6, ev 11 ünvanında yerləşən miras əmlakda qardaşı X12 ikimərtəbəli evi olduğunu, özünün miras əmlakdan imtina etmədiyini, miras əmlakdan imtina etməsinə dair heç bir sənədə imza çəkmədiyini, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini istədiyini bildirmişdir. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 6, ev 11 ünvanında 0.1699 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 167.8 m2 olan fərdi yaşayış evinə Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi işin mübahisəsiz halıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların X29 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 20 iyun 2023-cü il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 6, ev 11 ünvanında 0.1699 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 167.8 m2 olan fərdi yaşayış evi Cavabdeh1 adına Daşınmaz əmlakın dövlət reyestrində 18/45 nömrəli reyestr kitabının 8810 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən verilmiş 29 may 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-978/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il tarixdə vəfat etmiş X9 vərəsəsi Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 6, ev 11 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlakın Naxçıvan MR DƏTMDX tərəfindən xx.xx.2021-ci il tarixdə X14 verilmiş **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında 0.1699 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 167.84 m2, 4 otaqlı olan fərdi yaşayış evindən ibarət olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların X29 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 6, ev 11 ünvanında 0.1699 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 167.84 m2 olan fərdi yaşayış evi X9 adına Daşınmaz əmlakın dövlət reyestrində 18/45 nömrəli reyestr kitabının 8810 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1925 nömrəli arayışdan görünür ki, mərhum X2 şəhəri, Xətai məhəlləsi, döngə 6, ev 11 ünvanında yaşamış və onun X25, X17, X24, Cavabdeh1, X20, X26, X22 və X27 adlı vərəsələri var. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 152 nömrəli arayışdan görünür ki, mərhum X3 şəhəri, Çənlibel məhəlləsi, ev 8/21 ünvanında yaşamış və onun X4, İddiaçı, X34, X30 və X28 adlı vərəsələri var. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 24 noyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, X15 ilə X25 arasında 14 sentyabr 1948-ci il tarixdə nikahın bağlanmış, həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 143 nömrə ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra iddiaçının özünə cavabdehin soyadını yəni “Tağıyeva” soyadını seçmişdir. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ seriyalı, 332910 nömrəli çıxarışdan görünür ki, X21 xx.xx.2009cu il tarixdə miokard infarkt səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 165 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X25 xx.xx.1990-cı il tarixdə elektrik vurması səbəbi ilə Naxçıvan şəhər, Sovetabad kəndində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ seriyalı, 702694 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X22 xx.xx.2017-ci il tarixdə xroniki böyrək çatmamazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 209 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-978/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, X1 miras qalan Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 6, ev 11 ünvanında yerləşən əmlakın iddiaçı Cavabdeh1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Hazırda iddiaçının Naxçıvan “ASAN xidmət” notariat ofisinin xx.xx.2023-cü il tarixli qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnaməsinin ləğv edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. İş materiallarını araşdıraraq işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-978/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, X1 miras qalan Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 6, ev 11 ünvanında yerləşən əmlakın iddiaçı Cavabdeh1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədə Cavabdeh1 miras əmlakda payı müəyyən edilməmiş və həmin qətnamə ilə mirasın yalnız onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməmişdir. Göründüyü kimi həmin qətnamə ilə onun yalnız mirası qəbul etməsi faktı tanınmışdır. Bütün bu qeyd olunanlara baxmayaraq Cavabdeh2 tərəfindən verilmiş 29 may 2023cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalı olması, şəhadətnamə verilən miras əmlakın Naxçıvan MR DƏTMDX tərəfindən xx.xx.2021-ci il tarixdə X14 verilmiş **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında 0.1699 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 167.84 m2, 4 otaqlı olan fərdi yaşayış evindən ibarət olduğu qeyd olunmuşdur. Halbuki qanunvericiliyin tələbinə uyğun olaraq Cavabdeh1 onun mirasda payı müəyyən edilmədən mirası qəbul etməsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli idi. Buna baxmayaraq qeyd olunan vərəsəlik hüququ haqqında şəhadətnamədə onun payı bütün miras əmlakı olaraq qeyd olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəli vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh1 mirası qəbul etməsi və vərəsə olmasına dair hissədə qüvvəsində saxlanılmalı digər hissədə yəni miras kütləsinin tam hissəsinə dair onun payı müəyyən edildiyi hissədə isə həmin vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar. O da qeyd olunmalıdır ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir. Həmçinin həmin Qərarda qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Lakin nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Qeyd olunan mübahisələrin həll edilməsi səlahiyyəti notariat orqanlarının qanunvericiliklə müəyyən edilmiş təyinat və funksiyasından kənar olmaqla hüquqi mübahisələrin həlli yeri kimi məhkəmələrə aiddir. Əks yanaşma qanunvericiliyin mövcud sistemi ilə uzlaşmamaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllində qeyri-müəyyənliyin yaranmasına gətirib çıxara bilər. Bu baxımdan Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir müddəasını nəzərdə tutan Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsaslanmaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi kimi mübahisələrin həllinin notariat orqanlarına həvalə edilməsi qanunvericiliyin təməl prinsiplərinə uyğun gəlmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Qeyd olunanlardan da göründüyü kimi notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən vərəsələrin payına dair hissədə mübahisə olubolmaması araşdırılmadan yalnız mirasın qəbulu faktının tanınmasına dair qətnaməyə istinad edilməklə mirasda Cavabdeh1 tam hissədə payı müəyyən edilməklə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməli vərəsəlik hüququ haqqında şəhadətnamə mirasda Cavabdeh1 tam hissədə payının müəyyən edilməsinə dair hissədə ləğv edilməlidir. Miras əmlakın Cavabdeh1 tərəfindən qəbul edilməsi və onun vərəsə sayılmasına dair hissədə isə vərəsəlik hüququ haqqında şəhadətnamə əsaslı olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - Naxçıvan “ASAN xidmət” notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə "Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır" hissəsində ləğv edilməli; - iddia qalan hissədə əsaslı olmadığından rədd olunmalı; - İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan “ASAN xidmət” notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə "Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır" hissəsində ləğv edilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-210/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-210/2024
30.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver