Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-215/2021 06.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh1 və cavabdeh və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Əsgərova (Muradova) Ruhəngiz Yaqub qızının iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Muradov İddiaçı Arzu Yaqub qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X9 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X11 iş üzrə cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, mərhum atası X9 mərhum anası X13 ilə xx xxx 1961-ci il tarixdə ailə həyatı qurduqlarını, həmin evlilikdən beş övladlarının olduğunu, mərhum anası X5 xx xxxxxx 1999-cu il tarixdə vəfat etdiyini, mərhum atası X9 xx xxxxxx 2013-cü il tarixdə vəfat etdiyini, mərhum atası X9 ölümündən sonra ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və onun üzərindəki yaşayış evinin miras qaldığını, mərhum atası X9 ölümündən sonra həmin mirasda faktiki olaraq ailə üzvləri ilə yaşadığını və hal-hazırda həmin mirasda yaşamaqla özünün qəbul etdiyini, cavabdehlərin, yəni bacıları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ailə həyatı qurub hərəsinin öz evində yaşadığını, atasının ölümündən sonra həmin mülkdə yaşamadıqlarından mirası faktiki qəbul etmədiklərini, mərhum atası X9 vərəsələrinin- İddiaçı; 2. Cavabdeh1; 3. Cavabdeh2; 4. Cavabdeh3; 5. Cavabdeh4 olduğunu, mərhum atası X9 ölümündən həm əvvəl, həm də sonra yaşamaqla mirası faktiki olaraq qəbul etdiyini, mərhum atası X9 ölümündən sonra yas mərasimini özünün yola saldığını, mərhum atası X9 ilinə bir neçə gün qalmış qəbrini öz vəsaiti hesabına götürdüyünü, atasından miras qalmış evdə yaşadığından özünə bunları borc bildiyini, evin bütün kommunal xərclərini ödədiyini, 2020-ci il tarixdə mərhum atası X9 adına olan ünvan 1 ünvanında yerləşən miras əmlakı adına keçirmək istədiyini, bundan sonra ünvan 2 Notariat Ofisinə müraciət etdiyini, digər vərəsələrin razılıq ərizələrinin tələb olunduğunu, cavabdehlərlə əlaqə saxlasa da, hərəsinin bir bəhanə gətirdiyini, bundan sonra 1 saylı Notariat Ofisinin vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduğunu tövsiyyə etdiyini, atasının ölümündən sonra həmin mülkü idarə edərək, komunal xidmətlərin haqqını ödədiyini, həmin mülkün abadlaşması işlərini gördüyünü, yarım tikilini abadlaşdırdığını, atasının ikinci arvadı X4 həmin evdə təxminən bir il qaldığını, sonra həmin evdən çıxıb getdiyini, həmin mülkdə doğulduğunu, atasının yas mərasiminin məhəllədə olduğunu, yas mərasimini oğlan olaraq özünün idarə etdiyini, atasının yığdığı pul və bacılarının və özünün pulları ilə yasın xərcinin çəkildiyini, atasından qalan evin köhnə olduğunu, bu səbəbdən evə birləşik yeni ev tikməyə başladığını, lakin atası öləndə yarımçıq olduğunu, evi təmir etmək istəyəndə əşyaları atasının qaldığı evin balkonuna yığdıqlarını, bu səbəbdən Cəvahir Əliyevanın narazılıq etməsi səbəbindən sözləri olduğunu, Cəvahir Əliyevanın evi tərk edərək qardaşının evinə getdiyini, atasının 2005-ci ildə notarial qaydada vəsiyətnamə qoyaraq iki otaq və yeddi sot torpaq sahəsini ona vəsiyyət etdiyini, lakin bilmədiyindən vəsiyyətnaməni icra etmədiyini, ondan başqa digər vərəsələrin həmin mülki idarə etmədiklərini, 2015-ci ildə oğlunun əsgəri xidmətdən qayıtdığı zamanı arvadının söhbət əsnasında torpaq sahəsindən satıb oğluna ev almağı dedikdə bacılarının narazılıq edərək ata mülkünə dəymək olmaz dediklərin göstərərək, mərhum atası X9 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi qismində izahat verən Əsgərova (Muradova) Ruhəngiz Yaqub qızı iddianı qəbul etməyərək 2001-ci ildə ailə qurduğunu, həmin mülkdən getdiyini, qardaşının və ailəsinin atalarına baxmadığını, qardaşının ailəli olaraq ayrı evində, atasınında ayrı evində qaldıqlarını, qardaşının atasına baxmadığından Mənsumə adlı bacısının baxdığını, ümumiyyətlə dörd bacının atalarına baxdığını, sonra atasını C.Əliyeva ilə evləndirdiklərini, atasının ölümündən sonra C.Əliyevanı iddiaçının ailəsi ilə birlikdə yola vermədiklərini, məcbur etdiklərindən evi tərk etdiyini, özlərinin həmin mülkə daimi gedib gəldiklərini, 2015ci ildə qardaşının işi olmadığından onlara müraciət edərək atasının evini kirayə vermək istədiyini bildirdiyini, etiraz etmədiklərini, qardaşının daima atası ilə mübahisə etdiyini, atasına daima sən mənə heç bir şərait yaratmamısan dediyini, atasından qalan evi söküb oğluna ev tikmək fikrini daimi dediyini, bacılarımı evə yaxın buraxmaram fikrini daima işlətdiyini, daima sərxoşluqla məşğul olduğunu, Mənsumun arvadının daima onlarla mübahisə etdiyini, son zamanlar eşitdiyinə görə atasının evini mətbəx kimi istifadə etdiklərini, həmin mülkə gedə bilmədiklərini, onları həmin evə buraxmadıqlarını, evə ehtiyacları olsada İddiaçı onları uzaqlaşdırdığını, bacısının və özünün övladları kirayə qaldığı halda İddiaçı atalarının evini başqa şəxslərə kirayə verdiyini, İddiaçı qaldığı evin ailə üzvülərinin vəsaiti hesabına tikildiyini, atasının ölümündən sonra Mənsumun atasının evinin yanında olan öz evində qaldığını, torpaq sahəsinin atasına məxsus olduğunu, İddiaçı qaldığı evində həmin torpaq sahəsində yerləşdiyini, İddiaçı qalmağa başqa evinin olmadığını, doğulandan idiyə kimin həmin ünvanda yaşadığını, onlarında vərəsə olduqlarını, İddiaçı onlarında payını verməli olduğunu, həmin mülkdə başqa ünvanlar olduğunu, atasının həmin torpaq sahəsini ağaclar ilə ayırdığını, iddiaçının atasına aid evdə yox özünə aid evdə qaldığını, qardaşının onların xəbəri olmadan gedib atasının adına çıxarış aldığını, komunal xidmətlərin müqaviləsinə əsasən atasının və İddiaçı ünvanlarının ayrı olduğunu, miras əmlakın qəbulu ilə əlaqədar notariat kontoruna müraciət etmədiklərini, iddiaçıdan və notariat kontorundan rəsmi məktub almadıqlarını, iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh1 iddianın qəbul etməyərək izahatında mərhum atası X9 mərhum anası X13 ilə ailə həyatı qurduqlarını, həmin evlilikdən beş övladlarının olduğunu, mərhum anası X5 vəfat etdiyini, mərhum atası X9 xx xxxxxx 2013-cü il tarixdə vəfat etdiyini, mərhum atası X9 ölümündən sonra ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və onun üzərindəki yaşayış evinin miras qaldığını, mərhum atası X9 ölümündən sonra İddiaçı həqiqətən həmin torpaq sahəsində özlərinə aid evdə ailə üzvləri ilə yaşadığını və hal-hazırda həmin ünvanda yaşadıqlarını, hazırdada yaşamaqda davam etdiklərini, digər vərəsələr olaraq başqa yaşayış evləri olmalarına baxmayaraq həmin mülkə gəlib getdiklərini, atasının yas mərasimində iştirak etdiklərini, atasının ikinci arvadı X4 həmin evdə qaldığını, atasının yas mərasiminin xərcini iddiaçının çəkmədiyini, atasının yığdığı pulların yasda xərcləndiyini, cavabdehlərin ailə həyatı qurub hərəsinin öz evində yaşadığını, atasının ölümündən sonra həmin mülkdə yaşamasalar da gəlib getdiklərini, qardaşının və ailəsinin atalarına baxmadığını, qardaşının ailəli olaraq ayrı evində, atasınında ayrı evində qaldıqlarını, qardaşının atasına baxmadığından Mənsumə adlı bacısının baxdığını, sonra atasını C.Əliyeva ilə evləndirdiklərini, atasının ölümündən sonra C.Əliyevanı iddiaçının ailəsi ilə birlikdə yola vermədiklərini, məcbur etdiklərindən evi tərk etdiyini, özlərinin həmin mülkə daimi gedib gəldiklərini, qardaşının daima atası ilə mübahisə etdiyini, atası ilə yaxşı münasibətinin olmadığını, daima sərxoşluqla məşğul olduğunu, Mənsumun arvadının daima onlarla mübahisə etdiyini, həmin mülkə gedə bilmədiklərini, onları həmin evə buraxmadıqlarını, atasının ölümündən sonra Mənsumun atasının evinin yanında olan öz evində qaldığını, torpaq sahəsinin atasına məxsus olduğunu, İddiaçı qaldığı evində həmin torpaq sahəsində yerləşdiyini, İddiaçı qalmağa başqa evinin olmadığını, doğulandan idiyə kimin həmin ünvanda yaşadığını, onlarında vərəsə olduqlarını, İddiaçı onlarında payını verməli olduğunu, həmin mülkdə başqa ünvanlar olduğunu, komunal xidmətlərin müqaviləsinə əsasən atasının və İddiaçı ünvanlarının ayrı olduğunu, 2020-ci ildə onların xəbəri olmadan gedib atasının adına çıxarış aldıqlarını, iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar məhkəmə baxış iclaslarına gəlməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşlar. Məhkəmə baxış iclası cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan keçirilmişdir. Cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 xx xxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan keçirilmişdir. Məhkəmənin xx xxxx 2021-ci il tarixli baxış iclasında cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən X11 izahatında, 2006-cı ildə Yaqub Muradovla ailə qurduğunu, 2013-cü ildə Y.Muradovun vəfat etdiyini, bir həyətdə İddiaçıla ayrı-ayrı evlərdə qaldıqlarını, Y.Muradovun ölümündən sonra bir il həmin evdə qaldığını, İddiaçı və ailəsinin təzyiqləri nəticəsində evi tərk etdiyini, yoldaşının yas mərasiminin xərcini yığdığı pullar və qızlarının çəkdiyini, yoldaşının qızlarının onun yanına tez-tez gəldiklərini, il mərasiminə kimin gəlib orada qalmaqla hazırlıqlar gördüklərini, ona hörmət qoyulmadığından həmin mirasdan tələbinin olmadığını, miras əmlakın qəbul edilməsi ilə əlaqədar müraciətinin olmadığını, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X16 ifadəsində mərhum Yaqub Muradovla qonşuluqda yaşadığını, Y.Muradovun övladlarını tanıdığını, İddiaçı həmin ünvanda yaşadığını, atasının vəfatından sonra İddiaçı həmin ünvanda yaşadığını, İddiaçı həmin torpaq sahəsində özünə ev tikdiyini, atasının sonradan ailə qurduğunu, atasının ölümündən sonra bir müddət həmin qadının orada yaşadığın, sonradan görmədiyini, atasının ölümündən sonra İddiaçı ailəsi ilə birlikdə həmin mülkdə qalmaqla idarə etdiyini, İddiaçı yarımçıq tikilini bitirdiyindən yaxın münasibətləri olduğundan ailəsi ilə birlikdə ev görüşünə də getdiklərini, sonradan İddiaçı oğlunu evləndirib həmin evə yerləşdirdiyini bildiyini, İddiaçı bacılarının həmin evdə yaşamasını görmədiyini bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X14, ifadəsində mərhum Yaqub Muradovla qonşuluqda yaşadığını, İddiaçıla sinif yoldaşı olduğunu, Y.Muradovun övladlarını tanıdığını, İddiaçı həmin ünvanda yaşadığını, atasının vəfatından sonra İddiaçı həmin ünvanda yaşadığını, İddiaçı həmin torpaq sahəsində özünə yarımçıq ev tikdiyini, həmin torpaq sahəsində iki yaşayış evinin olduğunu, aralı qonşu olduqlarını, lakin uşaqlıqlarının bir yerdə olduğunu, həmin həyətə getdiyini, atasının ölümündən sonra İddiaçı ailəsi ilə birlikdə həmin mülkdə qalmaqla idarə etdiyini bildirdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.91 kv.m, torpaq sahəsinin ölçüsü 0.12 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 18/41 nömrəli reyestr kitabının 8053 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********76-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020). Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 01/1679 nömrəli, xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən, mərhum X3 şəhəri, Xətai məhəlləsi, döngə 14, ev 7 ünvanında yaşamış və aşağıdakı vərəsələri vardır:
1. İddiaçı oğlu 1968-ci il təvəllüdlü;
2. Cavabdeh1 qızı 1963-cü il təvəllüdlü;
3. Cavabdeh2 qızı 1965-ci il təvəllüdlü;
4. Cavabdeh3 qızı 1971-ci il təvəllüdlü;
5. Cavabdeh4 qızı 1975-ci il təvəllüdlü. xx xxxxxxx 2015-ci il tarixli çıxarışa əsasən, X17 ilə X15 arasında xx xxx 1961-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikah bağlanmış və nikah bağlandıqdan sonra qadına “Muradova” soyadı verilmişdir. AZ-İ seriyalı, 700298 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, X17 xx xxxxxx 2013-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 352 nömrə ilə qeyd edilmişdir. 258693 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli çıxarışa əsasən, X13 xx xxxxxx 1999cu il tarixdə vəfat etmiş və bu barədə 01 nömrə ilə qeydiyyat aparılmışdır. AZ-İ seriyalı, 174981 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, X17 ilə X11 arasında xx xxxx 2006-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 147 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Əliyeva” soyadı verilmişdir. Naxçıvan şəhər 1 nömrəli X8 xx xxxxxx 2020-ci il tarixli, 825 nömrəli məktubuna əsasən, İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət edə biləcəyi göstərilmişdir. Məhkəmə iddia ərizəsini, izahatları, şahid ifadələrini və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Mülki işin tədqiq olunan faktiki hallarından və mülki işə əlavə edilmiş sənədlərdən məlum olur ki, mərhum X7 qalmış miras əmlak vərəsələrdən oğlu İddiaçı tərəfindən daha öncə sadalanan hərəkətlər həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə izahatlar, şahid ifadələri və iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Belə ki, iş materiallarında olan komunal xidmətlərin haqqının ödənilməsi qəbzlərindən görünür ki, X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mülkə dair xərclər onun ölümündən sonra İddiaçı tərəfindən ödənilmişdir. Həmçinin iş materiallarında olan komunal xidmətlərin göstərilməsinə dair müqavilələrdən görünür ki, ünvan 1 ünvanında yerləşən mülkə dair xidmətlərin göstərilməsi müqavilələri İddiaçı ilə bağlanmışdır. İş materiallarında olan arayışlardan görünür ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 14 ev 7d, 14 ev 7b, 14 ev 7a, 14 ev 7, ünvanında yerləşən mülkə dair xidmətlərin göstərilməsi müqavilələri İddiaçı ilə bağlanmışdır. Məhkəmə cavabdehlərin miras əmlakı onlar tərəfindən qəbul edilməsi fikrinə münasibət bildirərək qeyd edir ki, cavabdehlər miras əmlakı qəbul etdiklərini bildirsələrdə bununla əlaqədar mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 miras əmlakdan tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.91 kv.m, torpaq sahəsinin ölçüsü 0.12 ha olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, mərhum X17 xx xxxxxx 2013-cü il tarixdə vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.91 kv.m, torpaq sahəsinin ölçüsü 0.12 ha olan fərdi yaşayış evində oğlu İddiaçı yaşamaqla mirası qəbul etmiş, Notariat Kontoruna müraciət edərək, həmçinin miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla, mirası qəbul etdiyini şəksiz nümayiş etdirərək qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.91 kv.m, torpaq sahəsinin ölçüsü 0.12 ha olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.