Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-262/2025 21.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1937-ci il tarixdə doğulmuş Nuriyev Əkbər Nəcəfqulu oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında, Nuriyev Əkbər Nəcəfqulu oğlunun 18 may 1937-ci il tarixdə Babək rayon, Nehrəm kəndində doğulduğunu Nuriyev Əkbər Nəcəfqulu birinci qrup əlil olduğunu və əlillik vəsiqəsində də onun əlilliyi müddətsiz olaraq qeyd olunduğunu, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər qəbul şöbəsinin arayışında da qeydinə, əsasən, X8 yaşa görə əmək pensiyası və 1-ci dərəcə (orqanizminin lUnksiy alarının 81-100 faiz pozulması) əlilliyə görə 200 manat Prezident təqaüdü və 608 manat isə əmək pensiyası aldığını, təyinatın bitmə tarixinin müddətsiz olmasını, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial ekspertiza və realibitasiya agentliyinin publik hüquqi şəxsin 03 dekabr 2024-cü il tarixli arayışına əsasən 08 oktyabr tarixindən müddətsiz orqanizminin funksiyalarını 100 % pozulması ilə əlaqədar əlillik təyin olunmasını, Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 11 dekabr 2024-cü il tarixli arayışa, əsasən, Naxçıvan şəhəri İstiqlal 77,mənzil 22 qeydiyyatda olan 1937-ci il təvəllüdlü Nuriyev Əkbər Nəcəfqulu oğlu, həqiqətən Naxçıvan MR X3 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığını, onun kənar şəxsin qulluğuna ehtiyacı olduğunu, Nuriyev Əkbər Nəcəfqulu oğlunun özünü idarə etmək qabiliyyətində olmamasını, bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzasının lazım olduğunu, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən ərizəçinin həmin hüquqlarını həyat keçirə bilmədiyini bildirərək, məhkəmədən atası 18 may 1937-ci il tarixdə doğulmuş Nuriyev Əkbər Nəcəfqulu oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə-psixiatrik ekspertizasının rəyinə görə Nuriyev Əkbər Nəcəfqulu oğlunun səhhəti onun məhkəmə iclasında iştirakına imkan vermədiyindən, o, məhkəmə iclaslarına dəvət olunmamış və dindirilməmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayə Komissiyası”na məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayə Komissiyası”nın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-sosial Ekspertiza və X2 MR Tibbi-sosial Ekspert Komissiyasının xx.xx.2024cü il tarixli qərarına əsasən, Nuriyev Əkbər Nəcəfqulu oğluna 08 oktyabr 2024-cü il tarixdən müddətsiz orqanizmin funksiyalarının 100% pozulması ilə əlaqədar əlillik təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin 03 dekabr 2024-cü il tarixli məktubuna əsasən, şəxsin əlillik vəziyyəti Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 2 mart tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq göndəriş vermək hüququ olan dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik vəziyyəti Naxçıvan şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş G00225848SVM nömrəli göndəriş əsasında müvafiq olaraq 2024-cü il 8 oktyabr tarixində Tibbi-Sosial Ekspertiza və X9 üzərindən imtina edilmişdir. Müvafiq elektron sistem üzərindən əlilliyin təyin olunmasından imtina edilən şəxslər müraciət etdikləri halda əyani müayinəyə dəvət olunurlar. Müraciət əsasında 2024-cü il 16 noyabr tarixində yaşadıqları mənzildə Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə aparılmış və tibbi sənədlərə baxılmışdır. Əyani müayinə zamanı obyektiv müayinənin nəticələri və təqdim edilmiş tibbi sənədlər əsas götürülməklə, 2024-cü il 8 oktyabr tarixindən müddətsiz orqanizmin funksiyalarının 100% pozulması ilə əlaqədar Nuriyev Əkbər Nəcəfqulu oğluna əlillik təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər vətəndaş qəbulu şöbəsinin 16 dekabr 2024-cü il tarixli arayışına əsasən, Nuriyev Əkbər Nəcəfqulu oğlu (FİN 0ZSJB32) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” və “Sosial ödənişlər” alt sisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə əmək pensiyası və 1-ci dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulması) əlilliyə görə Prezident təqaüdü alır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 24 dekabr 2024-cü il tarixli arxiv arayışına əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi-VVAQ şöbəsinin Babək rayon Nehrəm kəndi üzrə 1937-ci ilə dair doğum akt qeydi kitabında Nuriyev Əkbər Nəcəfqulu oğlunun xx.xx.1937-ci il tarixdə Babək rayon Nehrəm kəndində anadan olması qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək rayon Qeydiyyat şöbəsinin 11 dekabr 2024-cü il tarixli arayışına və 11 dekabr 2024-cü il tarixli çıxarışa əsasən, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Nuriyev Əkbər Nəcəfqulu oğluna aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. xx.xx.1969-cu ildə Nuriyev Əkbər Nəcəfqulu oğlu ilə X5 arasında nikah bağlanmış, X5 xx.xx.2018-ci ildə ölmüşdür. Naxçıvan Muxtar Respublikası X4 19 dekabr 2024-cü il tarixli arayışına əsasən, Nuriyev X6 MR X3 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, eyni zamanda, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarından Ərizəçi Nuriyev Əkbər Nəcəfqulu oğlunun övladı olması, həmçinin Nuriyev Əkbər Nəcəfqulu oğlunun həyat yoldaşının ölümündən sonra hazıradək ailə qurmaması müəyyən olunmuşdur. Həmin Məcəllənin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq Naxçıvan Şəhər Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2(078)-262/2025 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 17 fevral 2025-ci il tarixli, 76 nömrəli rəyinə əsasən, Nuriyev Əkbər Nəcəfqulu oğlunda “Damar demensiyası” psixi xəstəliyi var. Nuriyev Əkbər Nəcəfqulu oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Nuriyev Əkbər Nəcəfqulu oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə toplanmış digər sübutlardan məlum olmuşdur ki, Nuriyev Əkbər Nəcəfqulu oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Ərizəçi qızının üzərində qəyyum təyin olunmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və ona izah olunmuşdur ki, həmin şəxs üzərində onun qəyyum təyin olunması üçün müvafiq məhkəmənin qətnaməsi olmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı 18 may 1937-ci il təvəllüdlü Nuriyev Əkbər Nəcəfqulu oğlunun həqiqətən ağıl zəifliyinin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi müəyyən olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi, hazırda Nuriyev Əkbər Nəcəfqulu oğlu övadı, yəni Ərizəçi himayəsində yaşayır, eyni zamanda onun bütün növ tələbatları ərizəçi tərəfindən qarşılanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 18 may 1937-ci ildə anadan olmuş Nuriyev Əkbər Nəcəfqulu oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 18 may 1937-ci ildə anadan olmuş Nuriyev Əkbər Nəcəfqulu oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-262/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-262/2025
21.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver