Məhkəmə qərarları › İş №2(078)-269/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-269/2021

22.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-269/2021 22.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında "Qəyyumluq və Himayə Komissiyası”nın nümayəndəsi X3 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Məmmədova Mətanət Cəlil qızının və Məmmədova Firəngiz Cəlil qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında ərizəçi qismində izahat verən Ərizəçi ərizəni müdafiə edərək, mərhum atası X6 ilə anası X4 ailə həyatı qurduqlarını, birgə nikahdan səkkiz övladlarının olduğunu, bunlardan Məmmədova Mətanət Cəlil qızı və Məmmədova Firəngiz Cəlil qızı psixi xəstə olduğu üçün birinci qrup əlillik verildiyini, digər qardaş-bacılarının hamısının ailə həyatı qurub ayrıldıqlarını, özünün həm 90 yaşında anasına baxdığını, anasının hər iki gözlərinin görmədiyini, bundan əlavə iki xəstə birinci qrup əlil bacılarına baxdığını, bacıları Firəngiz və Mətanətin özlərini normal olaraq idarə edə bilmədiklərini, yuyunmalarının, ayaq yoluna getmələrinin onun iştirakı ilə mümkün olduğunu, Firəngizlə Mətanəti evdə tək qoyub harasa getmək olmadığını, çünki özlərindən asılı olmayan hərəkətlər etdiklərini, Firəngizlə Mətanətin bütün hərəkətlərinin onun iştirakı ilə mümkün olduğunu, hal-hazırda hər iki bacısını saxlayaraq onlara qulluq göstərdiyini, bununla əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətinə şifahi olaraq müraciət edərək Firəngizlə Mətanətin onun himayəsinə (qəyyumluğuna) verilməsinə köməklik edilməsini bildirdiyini, ona şifahi olaraq ilk öncə qəyyumluğa verilməsi üçün onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məqsədilə məhkəməyə müraciət edilməli olduğunu bildirdiklərini, bu səbəbdən Məmmədova Mətanət Cəlil qızının və Məmmədova Firəngiz Cəlil qızının fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəməyə müraciət etdiyini bildirərək, Məmmədova Mətanət Cəlil qızının və Məmmədova Firəngiz Cəlil qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında "Qəyyumluq və Himayə Komissiyası”nın nümayəndəsi X5 izahatında, müvafiq araşdırılma aparıldığını, ərizəçinin ərizəsinin təmin olunmasına etirazlarının olmadığını, qanunauyğun olduğunu göstərərək, qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx xxxxx 2021-ci il tarixli, 20 saylı rəyinə əsasən, Məmmədova Mətanət Cəlil qızında “Anadangəlmə əqli zəiflik. İmbesillik səviyyəsində” psixi xəstəliyi var. Məmmədova Mətanət Cəlil qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Məmmədova Mətanət Cəlil qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx xxxxx 2021-ci il tarixli, 21 saylı rəyinə əsasən, Məmmədova Firəngiz Cəlil qızında “Anadangəlmə əqli zəiflik. İmbesillik səviyyəsində” psixi xəstəliyi var. Məmmədova Firəngiz Cəlil qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Məmmədova Firəngiz Cəlil qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan MR X2 xx xxxxxx 2021-ci il tarixli, 38 nömrəli məktubuna əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan 1958-ci il təvəllüdlü Məmmədova Firəngiz Cəlil qızı xx xxxxxx 1980-ci il tarixdən "Anadangəlmə əqli zəiflik. İmbesillik formasında" diaqnozu ilə və ünvan 2 ünvanında qeydiyyatda olan 1967-ci il təvəllüdlü Məmmədova Mətanət Cəlil qızı xx xxxx 1972-ci il tarixdən "Anadangəlmə əqli zəiflik. İmbesillik səviyyəsində" diaqnozu ilə Yaqub Budaqov adına Naxçıvan MR Xəstəliklər Dispanserində dispanser qeydiyyatda dayanır. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ərizəçinin və Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında "Qəyyumluq və Himayə Komissiyası”nın nümayəndəsinin izahatlarını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ərizədən məlum olur ki, Məmmədova Mətanət Cəlil qızının və Məmmədova Firəngiz Cəlil qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxslər üzərində qəyyum təyin olunması üçün lazımdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx xxxxx 2021-ci il tarixli, 20 və 21 saylı rəylərinə əsasən, Məmmədova Mətanət Cəlil qızında və Məmmədova Firəngiz Cəlil qızında “Anadangəlmə əqli zəiflik. İmbesillik səviyyəsində” psixi xəstəliyi var. Məmmədova Mətanət Cəlil qızı və Məmmədova Firəngiz Cəlil qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Məmmədova Mətanət Cəlil qızının və Məmmədova Firəngiz Cəlil qızının sağlamlıq vəziyyəti onların məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Yuxarıda göstərilənlər nəzərə alınmaqla, Məmmədova Mətanət Cəlil qızı və Məmmədova Firəngiz Cəlil qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edib bu nəticəyə gəlir ki, Məmmədova Mətanət Cəlil qızı və Məmmədova Firəngiz Cəlil qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Məmmədova Mətanət Cəlil qızı və Məmmədova Firəngiz Cəlil qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar