Məhkəmə qərarları › İş №2(078)-274/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-274/2020

10.12.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-274/2020 10.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı vəsiyyətnamənin, özəlləşdirmənin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, onların doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: X4 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, H.Əliyev prospekti 24/13 ünvanında yerləşən 3 otaqlı mənzilə dair X14 xx xxxxx 2009-cu il tarixdə Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunda 2V-55 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamənin, həmin mənzilin Hüseyn Hüseynovun adına özəlləşdirilməsinin etibarsız sayılması və bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə X4 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı vəsiyyətnamənin və özəlləşdirmənin etibarsız hesab edilməsi, onların doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə vəsiyyətnamənin etibarsız hesab edilməsi, onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə, yəni “Naxçıvan şəhəri, H.Əliyev prospekti 24/13 ünvanında yerləşən 3 otaqlı mənzilə dair X14 xx xxxxx 2009-cu il tarixdə Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunda 2V-55 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamənin etibarsız sayılması və hüquqi nəticələrin ləğv edilməsi tələbi”nə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı vəsiyyətnamənin və özəlləşdirmənin etibarsız hesab edilməsi, onların doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair işin məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından X1 hüquqi varisi İddiaçı1 verdiyi şikayətə apellyasiya qaydasında baxılan zaman Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(108)-189/2019 nömrəli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və vəsiyyətnaməyə münasibətdə onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi” hissəsində ləğv edilmiş, ləğv edilmə əsası həmin qərardadla vəsiyyətnamənin etibarsızlığı tələbinə dair hissədə təkrar iş üzrə icraata xitam verilməsinin göstərilməsi olmuş, qərardad qalan hissədə-mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsinin məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qərardadından verilmiş kassasiya şikayətinə baxılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-8072/2019 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş və yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(108)-52/2020 nömrəli qərardadından aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilərək iş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Mülki işə məhkəmədə baxılan zaman X1 hüquqi varisi İddiaçı1 iddia tələbindən biri olan vəsiyyətnamənin və onun doğurduğu nəticələrin etibarsız hesab edilməsinə dair məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadından şikayət vermişdir. Məhkəmənin xx xxx 2020-ci il tarixli 2(078)-274/2020 nömrəli qərardadı ilə təmin edilərək, sözügedən qərardad ləğv edilmişdir. Mülki iş məhkəmənin icraatında olan zaman xx xxxx 2020-ci il tarixdə X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin həcmini artırmaq barədə ərizə verərək Naxçıvan Şəhər Xalq Deputatları Məclisinin İcraiyə Komitəsinin xx xxxxxx 1991-ci il tarixli 645 saylı qərarının Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 24 saylı binanın 13-cü mənzilinin X14 şəxsi mülkiyyətinə verilməsi hissəsində etibarsız sayılması və hüquqların qeydiyyatı haqqında 02/54 nömrəli Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin həcminin artırılmasına dair X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizəsi məhkəmə tərəfindən qəbul edilməmişdir. Həmin qərardaddan X1 hüquqi varisi İddiaçı1 verdiyi şikayət Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyası tərəfindən baxılaraq xx xxxxxx 2020-ci il tarixli 2(108)- 143/2020 nömrəli qərardadla şikayət təmin edilməmiş, iş baxılması üçün məhkəməyə qaytarılmışdır. İşə məhkəmədə baxılan zaman X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmənin ünvanına xx xxxxxx 2020-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizə göndərmiş, X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin həcminin artırılması barədə ərizənin nəzərə alınaraq iddia tələbinə “Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən 24 saylı binanın 13-cü mənzilinin X14 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi və onun adına verilmiş hüquqların qeydiyyatı haqqında 02/54 nömrəli Qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbi” çərçivəsində baxılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin həcminin artırılmasına dair ərizə təmin edilərək tələbə X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı vəsiyyətnamənin və özəlləşdirmənin etibarsız hesab edilməsi, onların doğurduğu hüquqi nəticələrin ləğv edilməsi və Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən 24 saylı binanın 13-cü mənzilinin X14 adına verilmiş hüquqların qeydiyyatı haqqında 02/54 nömrəli Qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçının hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 rəsmi qaydada məlumat verilmiş, xx xxx 2019-cu il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı1 iştirak etmiş, bundan sonra iddiaçının hüquqi varisi, həmçinin digər hüquqi varislər İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 dəfələrlə məhkəmənin ünvanına teleqram, faksoqram, ərizə vasitəsilə öz fikrini bildirmiş 18 sentyabr və xx xxxxxxxx 2020-ci il tarixlərində iddia tələbləri üzrə izahatlarını məhkəməyə göndərimişdir. xx xxx 2019-cu il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının hüquqi varisi, həmçinin digər hüquqi varislər İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək izahatında X14 onun qayınatası olduğunu, 1992-ci ildə X12 ilə rəsmi nikaha girib həmin evə gəlin köçdüyünü, mənzilin qeydiyyatına alınaraq orada yaşadığını, gəlin köçən zaman orada qayınatası X23, X2 və onun həyat yoldaşı X4 yaşadığını, mənzilə aid order X14 adına verilsə də, həmin mənzilin Hüseynov Hüseynə ailə üzvlərinin sayına uyğun verildiyini, 2009-cu ildə qayınatasının vəfat etdiyini, onun vəfatından sonra mənzildən istifadə və özəlləşdirmək hüququnun onun ailəsinə keçdiyini, cavabdeh tərəfin 2014-cü ildə vəfat etmiş şəxsin adına çıxarış aldıqlarını, çıxarışdan onların xəbərinin olmadığını, çıxarışın qeyri-qanuni olduğunu, əgər evin sənədləşdirilməsi ilə əlaqədar forma 2 verilərsə hamının razılığı olmalı olduğunu, hazırda evdə o və ailəsinin yaşadığını, bütün kommunal xərcləri özünün ödədiyini, faktiki olaraq evi onun idarə etdiyini, qanuni olaraq onun olmasa da orada qeydiyyatda olduğunu bildirib iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının hüquqi varisi, həmçinin digər hüquqi varislər İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 xx xxxxxxxx 2020-ci il tarixli və xx xxxxxxxx 2020-ci il tarixli yazılı izahatlarında bildirmişdir ki, iddianı onunla əsaslandırmışlar ki, 1992-ci ilin sentyabrın 11də o mübahisəli mənzilin icarədarı olmuş X9 Fəxrəddin Hüseyn oğlu ilə rəsmi nikaha daxil olub, X23 tərəfindən həmin mənzilə gəlin köçürülmüş, mənzilin qeydiyyatına alınaraq bir ailə kimi yaşayıb digər ailə üzvləri ilə bərabər mənzildən istifadə etməklə birgə təsərrüfat aparmışdır. Mənzilə köçürülən zaman orada qayınatası, qayınanası və həyat yoldaşı yaşamış, həmin mənzildə birgə nikahdan 1994-cü ildə qızı Günay, 1995-ci ildə oğlu Hüseyn doğulmuşdur. X2 2005-ci ildə işemik insult xəstəliyindən vəfat etmiş, 2009-cu ildə isə qayınatası Hüseyn Hüseynov vəfat etmişdir. Mübahisəli mənzil Hüseyn Hüseynovun sağlığında onun adına özəlləşdirilməmiş və mənzil üzərində onun mülkiyyət hüququ qeydə alınmamışdır. Ona görə də məhrum Hüseyn Hüseynov ölüm anına qədər mübahisəli mənzilin yalnız icarədarı olmuş, bu səbəbdən də mübahisəli mənzilə dair vəsiyyətnamə qoya və mənzil miras hesab edilə bilməzdi. Hüseyn Hüseynovun ölümündən sonra mənzilə sahiblik, mənzildən istifadə və mənzili özəlləşdirmək hüququ müstəsna olaraq onun ailəsinə keçmişdi. Əgər mənzil miras hesab edilmiş olsaydı onda yalnız onların ailəsinin mülkiyyətinə keçməli idi, çünki mirası faktiki olaraq 5 il əvvəl onların ailəsi Hüseyn Hüseynovun birinci növbəli vərəsəsi olan oğlu Hüseynov Fəxrəddin və onun həmin mənzildən istifadə hüququ olan ailə üzvləri olaraq o və övladları ona sahiblik, idarə etməklə başlamaqla mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Hüseyn Hüseynovun vərəsələri olan qızları qanunla müəyyən edilmiş müddət ərzində nə faktiki, nə də rəsmi olaraq mirası qəbul etməmiş, bu barədə mirasın qəbulu ilə bağlı notariat orqanına belə müraciət etməmişdirlər. Fəxrəddin Hüseynov mirası qəbul etdikdən sonra xəstəliyi ilə əlaqədar uzun müddət stasionar müalicədə olduğundan adına vərəsəlik şəhadətnaməsi ala bilməmiş, dayısı oğluna etibarnamə verərək öz adına şəhadətnamə alınmasını bildirmişdir. Cavabdehlər Fəxrəddinin xəbəri olmadan və iştirakı olmadan mənzili qeyri-qanuni yolla 5 il əvvəl vəfat etmiş Hüseyn Hüseynovun adına özəlləşdirib çıxarış almış, daha sonra Fəxrəddinin verdiyi etibarnamə əsasında vərəsəlik şəhadətnaməsi almaq üçün özlərinin də adlarının qeyd edilməsini təmin etmişlər. Baxmayaraq ki, cavabdehlər üzürlü səbəb olmadan mirasın qəbulu müddətini ötürmüş, notarius onlara şəhadətnamə verməkdən imtina edərək məhkəmədə bununla bağlı iddia qaldırmaq hüquqlarını izah etməklə kifayətlənməli idi. Hesab edir ki, Hüseyn Hüseynov ölüm anına qədər mənzilin icarədarı olmaqla vəsiyyətnamə qoya bilməzdi, həmin vəsiyyətnamənin mövcudluğundan onların xəbəri olmamaışdır. Hüseyn Hüseynovun mübahisəli mənzil üzərində sərəncam vermək hüququ yox idi. Buna görə vəsiyyətnamə etibarsız hesab edilməlidir. Həmçinin mübahisəli mənzilin istər xx.xx.1992-ci ildə Hüseyn Hüseynovun sağlığında, istərsə də xx.xx.2014-cü ildə vəfatından sonra özəlləşdirilərək çıxarış verilməsi qanuni sayıla bilməz. Belə ki, Hüseyn Hüseynov mənzilin icarədarı olmuş, mənzilə dair kirayə müqaviləsi bağlanarkən mənzilin sahəsi onun ailə üzvlərinin sayı nəzərə alınmaqla həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsi ilə müəyyən edilmiş norma daxilində verilmişdir. Digər ailə üzvləri kimi Hüseyn Hüseynovun həmin mənzildən yalnız istifadə hüququ olmuşdur. Onun həmin mənzilə köçürülən zaman istifadə hüququ yaranmışdır. Keçmiş Mənzil Məcəlləsinə görə mənzilin icarədarının razılığı olmadan heç bir halda mənzil Hüseyn Hüseynovun adına özəlləşdirilə və qeydiyyat vəsiqəsi verilə bilməzdi. Həmin mənzildə yaşayan şəxslərin qayınatası və həyat yoldaşının özəlləşdirmədə iştirakları təmin edilməli idi. Əgər mübahisəli mənzil xx.xx.2014-cü il tarixdə özəlləşdirilmişdirsə həmin özəlləşdirilmə qanuni sayıla bilməz. Çünki artıq mövcud olmayan şəxsin adına özəlləşdirilmə həyata keçirilə bilməzdi. Həmin mənzildən istifadə hüququ yalnız ona və övladlarına məxsus olmuş, cavabdehlərin 1989-1990-cı illərdən mübahisəli mənzillə bağlı heç bir hüququ mövcud olmamışdır. Naxçıvan Şəhər XDM İK xx xxxxxx 1991-ci il tarixli 645 nömrəli qərarında Naxçıvan şəhər Texniki inventarlaşdırma bürosunun üzərinə mübahisəli mənzilin Hüseyn Hüseynovun adına özəlləşdirilməsi vəzifəsini deyil, mənzilin fərdi yaşayış evləri sırasına daxil edilməsi və Hüseyn Hüseynovun adına pasportlaşdırılması vəzifəsi qoyulmuşdur. Çünki hələ mənzilin mülkiyyətə verilməsi onun üzərində sərəncam vermək hüququnun əldə edilməsinə səbəb olmur. Sərəncam hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması anından əldə edilmiş sayılır. Qeyd edir ki, mübahisəli mənzil Hüseyn Hüseynovun adına özəlləşdirilərkən hüquqi varisi olduğu X4 nəinki yazılı razılığı alınmamış heç ona bu barədə hər hansı formada məlumat verilməmişdir. Bu səbəbdən də Fəxrəddin Hüseynovun mübahisəli mənzilin atası Hüseyn Hüseynovun adına özəlləşdirilərkən onun adına hüquqların qeydiyyatı haqqında qeydiyyat vəsiqəsi verilməsindən xəbərsiz olmuşdur. Beləkilə Naxçıvan şəhəri Heydər Əliyev prospekti 24 ünvanında yerləşən binanın 13-cü mənzilinə dair həmin mənzilin icarədarı olmuş X23 tərəfindən xx xxxxx 2009-cu il tarixdə qoyularaq Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunda 2V-55 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin və həmin mənzilin X15 adına özəlləşdirilməsinin və onların doğurduğu bütün hüquqi nəticələrin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə iddiaçının hüquqi varisi İddiaçı1 nümayəndəsi və vəkili X21 və vəkili X29 dəfələrlə rəsmi qaydada məlumat verilmiş, xx xxx 2019-cu il tarixdə, xx xxxx 2019-cu il tarixdə, xx xxxx 2019-cu il tarixdə, xx xxxx 2019-cu il tarixdə, xx xxxx 2019-cu il tarixdə, xx xxxxxx 2019-cu il tarixdə, xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclaslarında X30 və xx xxx 2019-cu il tarixdə, xx xxxx 2019-cu il tarixdə, xx xxxx 2019-cu il tarixdə, xx xxxx 2019-cu il tarixdə, xx xxxxxx 2019-cu il tarixdə, xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında X36 iştirak etmiş, keçirilən məhkəmə iclaslarında öz izahatlarını bildirmişlər. xx xxx 2019-cu il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının hüquqi varisi İddiaçı1 nümayəndəsi və vəkili X30 iddianı müdafiə edərək izahatında mirasən qəbulu ilə bağlı Fəxrəddinin xəstəxadan olanda dayısı oğluna etibarnamə verdiyini, beş il Fəxrəddinin evin onun adına sənədləşməsindən xəbəri olmadığını, dayısı oğlu Azərin Fəxrəddini aldadıb evi onun bacılarının adına rəsmiləşdirilməsi üçün etibarnamə aldığını, mənzil özəlləşdirilməli və forma 2 tələb olunmalı halda mənzilin özəlləşdirilməsinin qanunsuz aparıldığını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə və xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının hüquqi varisi İddiaçı1 vəkili X36 iddianı müdafiə edərək izahatında cavabdeh tərəfin 2014-cü ildə vəfat etmiş şəxsin adına çıxarış aldıqlarını, çıxarışdan iddiaçının xəbərinin olmadığını, çıxarışın qeyri-qanuni olduğunu, indiyə qədər evdə iddiaçı və ailəsinin yaşadığınıevin iddiaçının adına olmasa da orada pasport qeydiyyatında olduğunu bildirib iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının hüquqi varisi İddiaçı1 nümayəndəsi və vəkili X21 və vəkili X29 rəsmi qaydada məlumat verilmiş, xx xxxxxx 2020-ci il tarixdə X30 tərəfindən vəsatət məhkəməyə daxil olmuş, həmin vəsatət xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında müzakirə edilərək əsassız hesab edilmiş və rədd edilməsi qərara alınmışdır. Məhkəmə sonuncu məhkəmə iclasının iddiaçının hüquqi varisi İddiaçı1 nümayəndəsi və vəkili X19 və vəkili X24 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh1 izahatında iddianı qəbul etmədiyini, iddianın əsassız olduğunu, uzun illərdir ki, iddiaçının onları məhkəmə iclaslarında əsassız iddialar ilə narahat etdiyini, 2014-cü ildən başlayaraq İddiaçı1 qardaşı Fəxrəddin Hüseynovun xəstəliyindən istifadə edərək bu cür əsassız iddialar qaldırdığını, atası X14 ölümündən əvvəl vəsiyyətnamə qoyduğunu, hər bir övlada pay çatdığını bildirdiyini, atasının ikinci həyat yoldaşına da vəsiyyətnamədə pay verilməsini yazdığını, Fəxrəddin və Kəmalənin atasının vəfatından sonra onun ikinci arvadını evdən qovaraq oraya kirayə qoyduqlarını, neçə illərdir ki, həmin kirayə pulunu onlar tərəfindən alındığını, halbuki vəsiyyətnamə əsasında digər vərəsələr Fəxrəddindən başqa öz paylarını ona verdiklərini, həmin əmlakın hətta açıq hərracının da keçirildiyini və bu gün əmlakın mülkiyyətçisi özünün olduğunu, əmlakı satın aldığını, Fəxrəddin vəfat etdiyindən ona çatan payı 11000 manatı notariusun depozitinə qoyduqlarını, lakin Kəmalənin gedib pulu götürmədiyini, əmlakla bağlı bütün məsələlər bitsə də Kəmalənin vaxtı qəsdən uzadaraq onun mülkiyyətində olan əmlakdan istifadəsinə maneə yaratdığını, o bununla bağlı iddia qaldırsa da hazırki işlə əlaqədar həmin işin icraatının dayandırıldığını, hələ atası Hüseyn Hüseynovun 1992-ci ildə evə mülkiyyət hüququ əldə etdiyini, həmin vaxt Kəmalənin qardaşı Fəxrəddinlə evlənmədiyini, hansı hüquqla həmin qeydiyyat vəsiqəsini mübahisələndiridiyini bilmədiyini, atasının adına 2014-cü ildə özəlləşdirilmə aparılmadığını, çünki əmlakın atasının xüsusi mülkiyyətində olduğunu və 2014-cü ildə sadəcə çıxarış alındığını, etibarsız hesab edilməli olan hər hansı sənəd olmadığını, Kəmalənin məqsədinin məhkəməni uzatmaqla kirayədən gəlir götürmək olduğunu, artıq buna imkan verəyəcəyini bildirib iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Sonuncu məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə sonuncu məhkəmə iclasının Cavabdeh1 iştirakı olmadan keçirilməsini mümükün hesab etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh2 izahatında iddianı qəbul etmədiyini, iddianın əsassız olduğunu, uzun illərdir ki, iddiaçının onları məhkəmə iclaslarında əsassız iddiaları ilə narahat etdiyini, bacısı Gülnarənin dediklərini təsdiq etdiyini, hər hansı əlavəsi olmadığını bildirib iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Sonuncu məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə sonuncu məhkəmə iclasının Cavabdeh2 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh X10 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə işə cavabdeh X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxx 2019-cu il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin notariusu X37 iddianı qəbul etməyərək izahatında vəsiyyətnamə tərtib edilən zaman evin şəxsin mülkiyyətində olub-olmamasını araşdırılmadığını, miras açılanda həmin məsələni araşdırdıqlarını, telefonda Fəxrəddinə vəsiyyətnamə barədə məlumat verdiyini, ona payını istəmədiyini dediyini, Fəxrəddin sağ olanda notariusda özəlləşdirilmə ilə bağlı məlumatın olmadığını, 6 aydan sonra vərəsələr arasında razılıq olduqda da müddət keçmiş olsa belə vəsiyyətnaməni təsdiq etdiklərini, Fəxrəddinin Azərə mirasın qəbulu və ya ondan imtina ilə bağlı etibarnamə verdiyini, həmin etibarnamə notariat kontoruna daxil olduqdan sonra rəsmiləşdirilmə aparılaraq şəhadətnamə verdiyini bildirmişdir. Daha sonra məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrə cavabdeh Naxçıvan şəhər 3 saylı Notariat Ofisinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmiş, sonuncu dəfə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiyindən onun iştirakı olmadan işə baxılması və müvafiq qərar qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdeh təşkilat Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin xx xxx 2019-cu il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X16 izahatında iddianı qəbul etmədiyini, iddianın əsassız olduğunu, 1992-ci ildə əşlakın şəxsi mülkiyyətə verilməsini texniki pasport və qeydiyyat vəsiqəsi əsasında aparıldığını, Cavabdeh2 vəkillə müraciət edərək sənədi itmiş olaraq bildirib yeni dublikat aldıqlarını, vərəsələr içərisində olduğundan həmin sənədi təqdim etdiklərini, bildirib iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi X25 izahatında iddianı qəbul etmədiyini, iddianın əsassız olduğunu, X20 Naxçıvan şəhəri H.Əliyev prospekti 24/13 ünvanında yerləşən 3 otaqlı mənzil Naxçıvan şəhər XDM İK-nın xx.xx.1991-ci il tarixli 645 nömrəli qərarı əsasında xx.xx.1992-ci il tarixdə X14 adına qeydiyyata alındığını və onun adına 5114 inventar nömrəli texniki pasport və mülkiyyət hüququnu təsdiq edən 02/54 nömrəli qeydiyyat vəsiqəsi verildiyini, ümumiyyətlə X14 adına hər hansı özəlləşdirilmə aparılmadığını, mənzili tam mülkiyyət hüququ ilə 1992-ci il tarixdən X14 adına olduğunu, həmin mənzilə bağlı 2014-cü il tarixdə vərəsəlik şəhadətnaməsi əsasında paylı mülkiyyət üzrə X11, Cavabdeh2, X8, Cavabdeh1, X7 və X4 adına xx xxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığını, xx xxxxxx 2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında X11, Cavabdeh2, X8, Hüseynova Mehparə Hüseyn qızının öz paylarını Cavabdeh1 bağışladıqlarından əmlak paylı mülkiyyət hüququ üzrə 5/6 hissə Cavabdeh1, 1/6 hissənin X4 adına qeydiyyata alındığını, xx xxxx 2017-ci il tarixdə Naxçıvan MR Auksion Mərkəzinin əmlakın açıq hərracdan satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə protokolu və alqı-satqı müqaviləsi əsasında xx xxxx 2017-ci il tarixdə həmin əmlakın tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alındığını bildirib iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Növbəti məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə sonuncu məhkəmə iclasının cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Mülki işin məhkəmə araşdırması zamanı iddiaçı tərəfin məhkəməyə sübut qismində təqdim etdiyi iş materiallarına əlavə olunmuş: Ölüm haqqında şəhadətnamədən aydın olur ki, X23 xx xxxxxx 2009-cu il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə xx.xx.2009-cu il tarixdə 466 nömrəli qeyd aparılmışdır. xx xxxxx 2009-cu il tarixdə tərtib edilərək Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunda 2v-55 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş vəsiyyətnamənin surətindən görünür ki, X23 özünə məxsus olan Naxçıvan şəhəri, H.Əliyev prospekti 24-13 yerləşən mənzilii və onun üstündə olan əmlakını 6 nəfər vərəsə arasında (dörd qızı-Rüxsarə, Tahirə, Gülnarə, Mehparə, yoldaşı Sevda və oğlu Fəxrəddin) bərabər şəkildə bölünməsi barədə vəsiyyətnamə qoymuşdur. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il, reyestr **********59-05101-09301 və qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlkət reyestrində çıxarışına əsasən Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan torpaq sahəsində yerləşən 24 nömrəli 3 mərtəbəli binanın 2-ci girişində 3cü mərtəbəsində 68.32 kv.m ümumi, 48.07 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 13 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 12/14 nömrəli reyestr kitabının 2600 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Nikahın bağlanması haqqında şəhadətnamədən aydın olur ki, X12 ilə İddiaçı1 xx xxxxxxxx 1992-ci il tarixdə nikah bağlamış və bu barədə 191 nömrəli qeyd icra edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən aydın olur ki, X12 ilə İddiaçı1 nikahlarından İddiaçı2 xx xxxxxx 1994-cü il tarixdə, İddiaçı3 xx xxxxxxxx 1995-ci il tarixdə doğulmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X12 xx xxxx 2016-cı il tarixdə kəskin ürək çatışmazlığı-ürəyin işemik xəstəliyi diaqnozu ilə Bakı şəhərində vəfat etmiş, bu barədə xx.xx.2016-cı il tarixdə 224 nömrəli aktı qeydi icra edilmişdir. xx xxxxxxx 2018-ci il tarixli 13/1064 nömrəli arxiv çıxarışından aydın olur ki, bəzi aztəminatlı ailələrin yaşadıqları dövlət mənzillərini onların şəxsi mülkiyyətinə verilməsinə dair Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 1991-ci il 20 dekabr 645 nömrəli qərarı əsasında Naxçıvan şəhər Lenin prospekti 24/13 yaşayan X14 yaşadığı dövlət mənzili pulsuz onun şəxsi mülkiyyətinə verlmişdir. Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 1991-ci il 20 dekabr 645 nömrəli qərarından aydın olur ki, 3.Naxçıvan şəhər Lenin prospekti 24/13-də yaşayan X23 müraciət edib aztəminatlı ailə hesab olunduğundan mövcud qanunvericiliyə əsasən yaşadığı dövlət mənzilini onun şəxsi mülkiyyətinə verilməsini xahiş etmişdir. H.Hüseynovun təqdim etdiyi sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, o 5 nəfərarvadı Reyhan, qızı Tahirə, oğlu Fəxrəddin, gəlini Bahar ailə üzvləri ilə üç otaqlı dövlət mənzilində yaşayır. H.Hüseynovun respublika əhəmiyyətli fərdi pensiya kimi ayda 160 manat təqaüd alır, arvadı Reyhan 199.92 manat qocalığa görə, pensiya alır, qızı Tahirə işləmir, oğlu Fəxrəddin şəhər universal ticarət təmirliyində işləyir, arta aylıq əmək haqqı 229 manat gəlini Bahar isə işləmir. Hüseynovun ailə üzvlərinin adambaşına ümumi aylıq gəliri 130 manatdan az olduğu üçün o az gəlirli hesab edilməli və yaşadığı dövlət mənzili pulsuz onun şəxsi mülkiyyətinə verilməsi məqsədəmüvafiq hesab edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Naxçıvan Şəhər İK-nin Heyət iclası qərara alır: 1. Yuxarıda qeyd olunan vətəndaşların ərizələri nəzərə alınsın və aztəminatlı ailə olduqları üçün yaşadıqları mənzillər onların şəxsi mülkiyyətinə pulsuz verilsin. 2. Tapşırılsın ki, 1,2,3 nömrəli mənzil istismar idarələrinə həmin mənzilləri balanslarından çıxarılmasını təmin etsinlər. 3. Tapışırılsın Naxçıvan şəhər texniki inventarlaşdırma Bürosuna həmin mənzilləri fərdi yaşayış evləri sırasına daxil etsin və qərarın təsviri hissəsində adları göstərilən vətəndaşların adlarına pasportlaşdırılsın. Babək Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(079)-164/2018 nömrəli qətnaməsi ilə X4 hüquqi varisləri İddiaçı1, X5 və X6 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Naxçıvan Şəhər Üçüncü Dövlət Notariat Kontoruna qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onunla bağlı bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Naxçıvan MR Auksion Mərkəzinin xx xxxx 2017-ci il tarixli 80 nömrəli məktubundan aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən xx xxxxx 2017-ci il tarixli icra sənədi əsasında ünvan 5 ünvanında yerləşən 13 saylı mənzil Naxçıvan MR Auksion Mərkəzi tərəfindən xx xxxx 2017-ci il tarixdə açıq hərraca çıxarılmış, əmlakın hərracdakı qalibi Cavabdeh1 olmuşdur. Daşınmaz əmlakın alqı-satqısına dair xx xxxxxx 2010-cu il tarixli ******* nömrəli müqavilədən aydın olur ki, Naxçıvan şəhər Azadlıq küçəsi ev 24 mənzil 13-də qeydiyyatda olan İddiaçı1 Bakı şəhəri Nizami rayonu Leonov küçəsi 9-da yerləşən 12 saylı iki otaqlı ümumi sahəsi 49.3kv m, o cümlədən yaşayış sahəsi 36.3 kv m olan mənzili Bakı şəhəri A.Manafov küçəsi 9, mənzil 12-də qeydiyyatda olan X17 40000 (qırx min) manata satın almışdır. İddiaçının hüquqi varislərinin iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, X14 adına Naxçıvan şəhəri, H.Əliyev prospekti 24/13 ünvanın istər 1992-ci ildə, istərsə də 2014-cü ildə düzgün olaraq özəlləşdirilməsi aparılmamış, orada yaşayan şəxslərin razılığı alınmamış, həmin mənzilin özəlləşməsi sənədləri etibarsız olduğundan mənzil üzrə Hüseyn Hüseynovun verdiyi vəsiyyətnamə də etibarsız hesab olunmalıdır. Belə ki, Hüseyn Hüseynov vəsiyyətnamə verərkən mənzil onun mülkiyyətində olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı ( maddə 8.0.3) və ) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzrində hüquqları təsdiq edən aktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri (maddə 8.0.4) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hüquqi varislərini hazırki iddianın predmetlərindən biri olan mərhum X14 adına verilmiş qeydiyyat vəqisəsinin etibarsızlığı tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki qeydiyyat vəsiqəsi verilən zaman iddiaçının hüquqi varisi İddiaçı1 mübahisəli mənzilə gəlin köçməmiş, X12 ilə rəsmi nikah münasibətlərinə daxil olmamış, iddiaçının digər hüquqi varisləri İddiaçı2 və İddiaçı3 həmin vaxt doğulmamışdır. X3 həmin mənzildə yaşamış, lakin istər atasının sağlığında, istərsə də atasının vəfatından sonra həmin mənzillə bağlı hər hansı məhkəmə mübahisəsi mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir, mərhum X4 hələ sağlığında atasına verilmiş qeydiyyat vəsiqəsinin etibarsızlığını mübahisələndirmək üçün imkanı və vaxtı olmuş və onun vəfatından sonra hüquqi varislərinin qeydiyyat vəsiqəsinin etibarsızlığını mübahisələndirmək üçün subyektiv hüquqları mövcud olmamışdır. İddia tələbinin əsaslandırılması zamanı hüquqi varislərin qeyd etdiyi X4 mənzilin özəlləşməsinə dair məlumatının olmaması, bundan onların məlumatı olmasını bildirdiyi halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddianın predmetlərindən biri olan X14 adına mənzilin 2014-cü ildə aparılmış özəlləşməsinin etibarsızlığı və hüquqi nəticələrinin ləğvi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tələb özü-özlüyündə əsassız tələb olmaqla heç bir əsasa söykənməmişdir, çünki mübahisəli mənzil barəsində həmin vaxt heç bir özəlləşmə prosesi aparılmamışdır. Belə ki, iş materiallarından təsdiq edilir ki, mənzil mərhum X14 XDM İcraiyyə Komitəsinin 1991-ci il 20 dekabr 645 nömrəli qərarı əsasında onun ərizəsi nəzərə alınmaqla aztəminatlı ailə kimi şəxsi mülkiyyətinə verilmişdir. Qərardan aydın olduğu kimi mənzil vətəndaşın şəxsi mülkiyyətinə verilməklə müvafiq mənzil istismar idarələrinin balansından çıxarılmışdır. Ümumiyyətlə işin hallarından aydın olur ki, həmin mənzil Qərarla mənzil vətəndaşın mülkiyyətinə verilmişdir. İşə baxılan zaman izahatlardan aydın olmuşdur ki, mənzilin 1991-ci il tarixdə verilmiş texniki pasportu itmiş hesab edirərək dublikatı verilmiş və onun əsasında çıxarış verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin mənzil barəsində 2014-cü il tarixdə hər hansı özəlləşmə aparılmamış, köhnə mülkiyyət sənədi əsasında 2014-cü il tarixdə yeni çıxarış verilmiş, bu hal isə həmin mənzilin şəxsin vəfatından sonra özəlləşmə aparılması kimi qiymətləndiirlməməklə belə olan vəziyyətdə iddiaçının hüquqi varislərinin hüquqlarının pozulması hesab edilə bilməz. Məhkəmə iddia predmetlərinin digəri olan vəsiyyətnamənin etibarsızlığı barədə tələbin əsassız olduğundan rədd edilməsi nəticəsinə gələrkən öz mövqeyini aşğıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuşdur və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki işin araşdırılmış hallarından, məlum olunmuşdur ki, Naxçıvan şəhəri H.Əliyev 24/13 ünvanında yerləşən mənzil Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 1991-ci il 20 dekabr 645 nömrəli qərarı əsasında mərhum X14 mülkiyyətinə verilmişdir. həmin mənzil 1992-ci il tarixdən qeydiyyat vəsiqəsi əsasında X14 mülkiyyətində olduğundan həmin mənzil barəsində miras qoyan vəsiyyətnamə tərtib edərkən onun mülkiyyətində olmuş, həmin əmlak üzərində onun sahiblik, istifadə və sərəncam hüququ da olduğundan mülkiyyətçi olaraq öz mülkiyyəti ilə bağlı məsələni sərbəst və maneəsiz şəkildə həyata keçirmişdir. Ona görə də məhkəmə hesab edir ki, vəsiyyətnamənin etibarsızlığı ilə bağlı iş materiallarında hər hansı əsas müəyyən edilməmişdir. Göstərilən hallara məhkəmə ümumi qiymət verərək belə nəticəyə gəir ki, iddiaçının hüquqi varislərinin iddia tələbləri əsassız olduğundan onun təmin edilməsi üçün iş materiallarında hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı vəsiyyətnamənin, özəlləşdirmənin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, onların doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar