Məhkəmə qərarları › İş №2(078)-289/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-289/2022

26.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-289/2022 26.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Mərhum ataları X5 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın, onların (İddiaçı1, İddiaçı2, X1, İddiaçı3) tərəflərindən də qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar tələbi əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, mərhum ataları X1*, mərhum anaları X8 ilə 25 may 1961-ci il tarixində ailə həyatı qurmuşlar. Həmin evlilikdən beş övladları dünyaya gəlmişdir. Mərhum anaları X8 23.*1.1999-cu il tarixində vəfat etmişdir. Mərhum ataları X1* 15 noyabr 2*13-cü il tarixində vəfat etmiş, 14.*3.2*16-cı il tarixdə ölümü haqqında şəhadətnamə verilmişdir. Mərhum ataları X5 ölümündən sonra ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərindəki yaşayış evi miras qalmışdır. Mərhum atası X1* anaları vəfat edəndən sonra qonşuluqda olan X6 mərhum atalarına almışlar. Cavabdehin yaşadığı evlə atalarının yaşadığı evin arası simlə setka ilə kəsilmişdir. Mərhum ataları X5 ölümündən sonra həmin mirasda mərhum atalarının həyat yoldaşı Cəvahir yaşayırdı və onlar da həmin evdə gedib Cəvahirlə birlikdə yaşamışlar. Həmin mirasda yaşamaqla onlar mirası qəbul etmişlər. Mərhum ataları X5 ölümündən sonra yas mərasimi öz pulu ilə yola salınıb. Mərhum ataları X5 (X8 həyat yoldaşı vəfat edib, Cavabdeh1 (övladı), İddiaçı1, İddiaçı2, X3, İddiaçı3, X7) adlı vərəsələri vardır. Mərhum ataları X5 ölümündən həm əvvəl həm də sonra yaşamaqla mirası faktiki olaraq onlar da qəbul etmişlər. Əlavə olaraq cavabdeh Muradov X4 Şəhər Məhkəməsində mərhum ataları X5 adına olan ünvan 1 ünvanında yerləşən miras əmlakı yalnız onun tərəfindən qəbul edilməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia təmin olunmuşdur. Həmin məhkəmə prosesləri zamanı atalarının nigahda olmuş həyat yoldaşı X7 mirasdan imtina etmişdir. Bundan sonra onlar həmin qətnamədən Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına apellasiya şikayəti vermiş və apelyasiya şikayəti qismən təmin olunmuşdur. Bacılar müxtəlif vaxtlarda Naxçıvan şəhər bir saylı Notariat ofisinə müraciət edərək ataları X5 adına olan ünvan 1 ünvanında yerləşən miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Naxçıvan şəhər bir saylı notariat ofisi *7.*6.2*21-ci il və 2*.*9.2*21-ci il tarixli məktublarla vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduqlarını tövsiyə etmişdir. Ona görə də onlar mərhum atalarından qalan miras əmlakın qəbul edilməsi üçün 21 sentyabr 2*21-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Onların iddia ərizələri əsasında məhkəmədə icraatda olan 1125/2*21 saylı mülki işin 13 dekabr 2*21-ci il tarixdə baxışı zamanı qardaşları Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək həmin miras əmlakdan iddiaçılar olan bacılarına yəni onlara cəmi 5** kv.metr torpaq sahəsi verməsinə etiraz etmədiyini bildirmişdir. Onlar da deyilənlə razılaşaraq iddia ərizələrinin baxılmamış saxlanılaraq sənədlərin özlərinə qaytarılmasını məhkəmədən xahiş etmişlər. Bundan sonra Cavabdeh1 hazırda ərizə ilə verdiyi vəddən imtina etdiyindən onlar yenidən atalarından qalmış miras əmlakın onlar tərəfindən qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət edirlər. 26 may 2*22-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. 26 may 2*22-ci il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndələri və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə göndərilərək ərizədə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Naxçıvan şəhər 1 saylı notariat ofisinə və Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə hakimin icraatında baxıldığını, həmin mülki iş üzrə bacı qardaş olan iddiaçılar və cavabdehin öz aralarında razılaşdıqlarından onların irəli sürdükləri iddiadan imtina etdiklərini, ərizələrini nəzərə alaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçıların iddia tələbindən imtina etmələri qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.* və 261.*.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı4 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına *4.*2.2*22-ci il tarixli, 28669 nömrəli qəbzlə ödənilmiş 1** (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı4 qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiadan imtinaları qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı4 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına *4.*2.2*22-ci il tarixli, 28669 nömrəli qəbzlə ödənilmiş 1** (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar