Məhkəmə qərarları › İş №2(078)-296/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-296/2024

17.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-296/2024 17.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X15 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək qardaşları 02 yanvar 1966-cı il tarixdə doğulmuş X4 və 01 fevral 1968-ci ildə doğumuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirmişdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs- X8 və X13 onun qardaşlarıdır. 02 yanvar 1966-cı il tarixdə doğulmuş X8 və 01 fevral 1968-ci ildə doğulmuş X13 uşaqlıqdan əlildir. X13 xx.xx.1996-cı il tarixdən, X8 xx.xx.2007-ci il tarixdən Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X9 “Şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatdadır. Onlar özünü idarə edə bilmir. Hazırda qardaşları ilə o maraqlanır. Kamal və Ələddin psixi qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlamır və öz hərəkətlərini idarə edə bilmir. Heç nə başa düşmür, özləri istədiyini başa sala bilmir, əqli zəifliyindən əziyyət çəkirlər. Onlar fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə onların qəyyumu olaraq lazım olan sənədləşmə işlərini apara bilər. Buna görə də qardaşlarının fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə psixiatrik ekspertizasının rəyinə görə X4 və X1 onun məhkəmə iclasında iştirakına imkan vermədiyindən o, məhkəmə iclaslarına dəvət olunmamış və dindirilməmişdir. Məhkəmə iclası zamanı dindirilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X20 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələri fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs 02 yanvar 1966-cı il tarixdə doğulmuş X4 və 01 fevral 1968-ci ildə doğulmuş X6 yaşadığı yerə baxış keçirmişdir. X4 və X6 yaşadığı mənzil istismar idarəsindən və qonşulardan alınan məlumata görə X8 və X13 ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmir. S.Vəliyev araşdırma nəticəsində X4 və X6 xəstə olduğunu, bu səbəbdən onların ailə həyatı qurmadığını, hazırda ərizəçinin yanında yaşadığını və onların qayğısının ərizəçi tərəfindən çəkildiyini bildirmiş və qeyd etmişdir ki, komissiya belə nəticəyə gəlmişdir ki, X4 və X6 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmaması müəyyən olunmuşdur Məhkəmənin qiymətləndirməsi: xx.xx.1966-cı il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 ilə X11 02 yanvar 1966-cı il təvəllüdlü X8 adlı övladları vardır. xx.xx.2016-cı il tarixdə təkrar verilmiş AZ-İİİ seriyalı 534403 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 ilə X11 01 fevral 1968-ci il təvəllüdlü X13 adlı övladları vardır. xx.xx.2023-cü il tarixdə təkrar verilmiş AZ-V seriyalı 213726 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 ilə X11 xx xxxx 1958-ci il təvəllüdlü (Süleymanova) Ərizəçi adlı övladları vardır. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X17 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1922 nömrəli məktubda qeyd edilmişdir ki, X13 xx.xx.1996-cı il tarixdən “Şizofreniya paranoid forma” diaqnozu ilə Dispanserdə qeydiyyatdadır. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X17 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1923 nömrəli məktubda qeyd edilmişdir ki, X8 xx.xx.2007-ci il tarixdən “Şizofreniya paranoid forma” diaqnozu ilə Dispanserdə qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2063 nömrəli arayışa əsasən X2 şəhəri, Xətai döngə 18, ev 3 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2064 nömrəli arayışa əsasən X3 şəhəri, Xətai döngə 18, ev 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2002-ci il tarixdə verilmiş 046596 nömrəli vəsiqənin surətindən məlum olur ki, X8 əlildir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin və müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin izahatını dinləyib, eyni zamanda iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki,məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarından Ərizəçi X4 və X6 bacısı olması, həmçinin X4 və X6 hazıradək ailə qurmaması müəyyən olunmuşdur. Həmin Məcəllənin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq Naxçıvan Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2(078)-296/2024 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Naxçıvan MR Səhyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X10 verdiyi xx.xx.2024-cü il tarixli 58 və 59 nömrəli Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəyindən məlum olmuşdur ki, X5 və X7 “Şizofreniya paranoid forma Qüsurlu vəziyyət” xəstəliyi aşkar olunur, onda öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə toplanmış digər sübutlardan məlum olmuşdur ki, X4 və X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Ərizəçi qardaşları üzərində qəyyum təyin olunmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və ona izah olunmuşdur ki, həmin şəxs üzərində onların qəyyum təyin olunması üçün müvafiq məhkəmənin qətnaməsi olmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı 02 yanvar 1966-cı il tarixdə doğulmuş X4 və 01 fevral 1968-ci ildə doğumuş X6 həqiqətən ağıl zəifliyinin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi müəyyən olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi hazırda X4 və X6 bacısı, yəni Ərizəçi himayəsində yaşayır, eyni zamanda onun bütün növ tələbatları ərizəçi tərəfindən qarşılanır. Mülki işin məhkəmə araşdırması zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X15 məhkəməyə verdiyi izahatından məlum olmuşdur ki, Ərizəçi tərəfindən X4 və X6 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 28 aprel 1949-cu ildə anadan olmuş X18 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 02 yanvar 1966-cı il tarixdə doğulmuş X8 və 01 fevral 1968-ci ildə doğumuş X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar