Məhkəmə qərarları › İş №2(078)-298/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-298/2023

16.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-298/2023 16.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1992-ci il tarixdən 2006-cı ilədək işlədiyi “X6” MMC-də əməkhaqqı cədvəlində ata adı olan Tağı adının digər hüquq müəyyənedici sənədləri həqiq ata adı olan Nağının eyni şəxs olmaqla ona məxsus olması faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Dəmir yolu 11 saylı X2 5 saylı məntəqəsində xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixədək yol montyor vəzifəsində işləyib. 1985-ci il tarixindən 1989-cu il tarixinədək Badamlı meneral sularında işləyib. Yenidən xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək Azərbaycan Dəmir yolu Naxçıvan Rabitə və İşarəvermə Distansiyasmm 6 saylı rabitə sahəsində elektrik montyoru işləyib. Həmin idarədə xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək Azərbaycan Dəmir yolu Naxçıvan Rabitə və X1 stansiyası elektrik mərkəzləşdirilmə postunda elektrik montyoru vəzifəsində işləyib, həmin idarədə xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Azərbaycan Dəmir yolu Naxçıvan Rabitə və İşarəvermə Distansiyasının 3 saylı rabitə sahəsində elektrik montyoru vəzifəsində işləyib, həmin idarədə xx.xx.1997-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək Azərbaycan Dəmir yolu Naxçıvan Rabitə və İşarəvermə Distansiyasının 3 saylı rabitə sahəsində elektrik mexaniki vəzifəsində işləmişəm. həmin vəzifədə xx.xx.2010-cu il tarixində struktur dəyişikliyi ilə əlaqədar “X6” MMC-nin İnfrastruktur idarəsinin Rabitə və İşarəvermə sahəsinin 4 saylı rabitə sahəsində elektrik mexaniki vəzifəsinə təyin olunub, həmin idarədə xx.xx.2010-cu il tarixindən xx.xx.2016-cı il tarixinədək “X6” MMC-nin İnfrastruktur idarəsinin Rabitə və İşarəvermə sahəsinin 4 saylı rabitə sahəsində elektrik mexaniki vəzifəsində işləyib, həmin idarədə xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək “X6” MMC-nin İnfrastruktur idarəsinin Rabitə və İşarəvermə sahəsinin 4 saylı rabitə sahəsində elektrik mexaniki vəzifəsində işləyib, həmin idarədə xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək “X6” MMC-nin İnfrastruktur idarəsinin Yol sahəsinin 3 saylı Naxçıvan məntəqəsində yol montyoru vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabnetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 21.4-cü bəndinə əsasən güzəştli şərtlərlə Əmək pensiyasına çıxmaq hüququm yarandığından 20 yanvar 2Q19-cu il tarixində tutduğum vəzifəsindən azad olunub. Pensiya almağı ilə bağlı Naxçıvan Dövlət Sosial Müdafiə fonduna müraciət etdikdə ona bildirildi ki, arxivdən maaş cədvəlini təqdim etməlidir. O, Naxçıvan dövlət arxivinə müraciət edib maaş cədvəlini almaq üçün həmin zaman 1992-ci il tarixindən 2004-cü il tarixədək əmək haqqı cədvəlində ata adı Nağı əvəzinə Tağı olaraq yazılıb, 2005-2006-cı illərə dair əməkhaqqı cədvəlində isə ata adının üzəri qaralama edilib. Bundan sonra o, “X8” MMC-nə müraciət edərək işlədiyi dövürlərlə bağlı arayış verilməsini tələb etmiş, “X8” MMC tərəfindən 13 dekabr 2022-ci il tarixli, D/314 nömrəli arayışla 1989cu ildən, 2018-ci ilədək həmin müəssədə işləməyi barədə arayış verilmişdir. Onun “X8” MMC-də işlədiyi dövürlərdə yəni 1992-ci il tarixdən 2006-cı il tarixədək maaş cədvəlində ata adı Nağı əvəzinə Tağı olaraq qeyd olunmuşdur. Ona aid bütün sənədlərdə ata adı Nağı olaraq qeyd edilir. Lakin ata adının səhv yazılması səbəbindən hüquqlarının məhdudlaşdığını, buna görə də məsələnin həlli üçün məcbur qalaraq məhkəməyə müraciət etdiyini bildirən Ərizəçi sonda qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizə ilə eni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili Vəkil izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiq etdiyini, əlavəsinin olmadığını bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. X10 1999-cu ildə vəfat etmişdir. Onun və digər bacı-qardaşlarının sənədlərində ata adına yalnışlıq olmamışdır. Qardaşı Həsənin sənədində olan bu yalnışlıq onun pensiya almasına mane törətmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ərizəçinin və onun vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin məhkəməyə təqdim etdiyi AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, xx.xx.1984-cü il tarixdə verilmiş İT-İ ******* nömrəli əmək kitabçasının surətindən, nikah akt qeydindən çıxarışdan məlum olur ki, ərizəçinin adı, soyadı və ata adı Ərizəçi kimi qeyd olunmuşdur. Naxçıvan MR Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 13/1735 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, 1992-ci il tarixindən 2004-cü il tarixədək əmək haqqı cədvəlində onun adı, soyadı və ata adı Ərizəçi Tağı olaraq qeyd edilmiş, 2005-2006-cı illərə dair əməkhaqqı cədvəlində isə ata adının üzəri qaralama edilib. Ərizəçi “X8” MMC-nə müraciət edərək işlədiyi dövrlərlə bağlı arayış verilməsini tələb etdiyində “X8” MMC tərəfindən 13 dekabr 2022-ci il tarixli, D/314 nömrəli arayışla 1989-cu ildən, 2018-ci ilədək həmin müəssədə işləməyi barədə arayış verilmiş və verilmiş arayışda onun adı Ərizəçi olaraq qeyd olunmuşdur. Mülki işin materiallarında olan xx.xx.1961-ci il tarixdə verilmiş İİ-İE 128562 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Ərizəçi xx xxxxx 1961-ci ildə doğulmuşdur, atası X5, anası X3r. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ərizəçinin izahatına və iş materiallarında olan digər sənədlərə mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə qənaətə gəlir ki, ərizəçinin ərizəsinin əsası kimi göstərdiyi hallar sübuta yetir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: Birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); İkincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə səhvlərin düzəldilməsinin mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Bütün bu qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi X11 hissəsi Elektrik sahəsində işlədiyi 1992-ci il tarixdən 2004-cü illərə dair əməkhaqqı cədvəlində onun adı, soyadı və ata adına münasibətdə Ərizəçi Tağı oğlu olaraq qeyd olunmuş sənədin Ərizəçi məxsus olması faktı təsdiq eidlməlidir. Belə ki, ərizəçinin məhkəməyə təqdim etdiyi bütün hüquq müəyyənedici sənədlərdə onun adı, soyadı və ata adının Ərizəçi olması göstərilmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, Ərizəçi X11 hissəsi Elektrik sahəsində işlədiyi 1992-ci il tarixdən 2004-cü illərə dair əməkhaqqı cədvəlində qeyd olunmuş “Ərizəçi Tağı oğlu” olaraq qeyd olunmuş sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi X11 hissəsi Elektrik sahəsində işlədiyi 1992-ci il tarixdən 2004-cü illərə dair əməkhaqqı cədvəlində qeyd olunmuş “Ərizəçi Tağı oğlu” olaraq qeyd olunmuş sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar