Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-302/2022 11.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 28 aprel 1996-cı il tarixində anadan olmuş qızı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs- X10 onun övladıdır. Tofiqə 28 aprel 1996-cı ildə Naxçıvan şəhərində doğulmuş, 27.06.2005-ci il tarixdən Y.Budaqov adına Naxçıvan MR X3 “Doğuş travması nəticəsində əqli zəiflik. İmbeçillik səviyyəsində. Epileptik tutmalarla” xəstəliyi ilə qeydiyyata alınmışdır. Mütəmadi olaraq müalicə almışdır. Qızının hər bir ehtiyacının ödənilməsində şəxsən özü iştirak edir. Qızının qəyyumu (himayəçisi) olmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və oradan ona bildirmişdirlər ki, bunun üçün yalnız məhkəmənin bu barədə müvafiq qərarı olmalıdır. Buna görə də qızı X5 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi qeyd olunanların nəzərə alınaraq qızı 28 aprel 1996-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə psixiatrik ekspertizasının rəyinə görə X1 onun məhkəmə iclasında iştirakına imkan vermədiyindən o, məhkəmə iclaslarına dəvət olunmamış və dindirilməmişdir. Məhkəmə iclası zamanı dindirilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X11 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələri fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs 28 aprel 1996-cı il təvəllüdlü X5 yaşadığı yerə baxış keçirərərk müayinə aktı tərtib edilmişdir. X5 yaşadığı mənzil istismar idarəsindən və qonşulardan alınan məlumata görə T.Həmidova ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmir. S.Əliyeva araşdırma nəticəsində T.Həmidovanın xəstə olduğunu, bu səbəbdən onun ailə həyatı qurmadığını, hazırda ərizəçinin yanında yaşadığını və onun qayğısının ərizəçi tərəfindən çəkildiyini bildirmiş və qeyd etmişdir ki, komissiya belə nəticəyə gəlmişdir ki, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmaması müəyyən olunmuşdur. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan Babək rayon Qoşadizə kənd İcra Nümayəndəliyi tərəfindən 04.07.2012-ci il tarixdə təkrar verilmiş AZ-İİ seriyalı 669912 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X12 ilə Ərizəçi 28 aprel 1996-cı il təvəllüdlü X10 adlı övladları vardır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 31.01.2022-ci il tarixdə verilmiş 107 nömrəli arayışa əsasən Həmidova X8 şəhəri, Tumbul kəndində qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 31.01.2022-ci il tarixdə verilmiş 108 nömrəli arayışa əsasən X2 şəhəri, Tumbul kəndində qeydiyyatdadır. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 tərəfindən 07.02.2022-ci il tarixdə Naxçıvan MR Vəkilər Kollegiyasının sədri Kamil Şükürovun 02.02.2022-ci il tarixli 2/04 nömrəli məktubuna verilmiş 76 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan 1996-cı il təvəllüdlü X10 27.06.2005-ci il tarixdən “Doğuş travması nəticəsində əqli zəiflik. İmbeçillik səviyyəsində. Epileptik tutmalarla” diaqnozu ilə dispanser qeydiyyatında dayanır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin, və müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin izahatını dinləyib, eyni zamanda iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki,məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarından Ərizəçi X5 anası olması, həmçinin X5 hazıradək ailə qurmaması müəyyən olunmuşdur. Həmin Məcəllənin 319-cu maddəsində qeyd olunmuşdur ki,hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq Naxçıvan Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(078)-302/2022 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Naxçıvan MR Səhyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X4 verdiyi 14 aprel 2022-ci il tarixli, 32 nömrəli Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəyindən məlum olmuşdur ki, X10 27.06.2005-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X3 qeydiyyata alınıb. T.Həmidova “Anadangəlmə əqli zəiflik. İmbeçillik səviyyəsində. Epileptik tutmalarla” xəstəliyi aşkar olunur, onda öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə toplanmış digər sübutlardan məlum olmuşdur ki, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzrərində qəyyum təyin olunması üçün lazımdır. Ərizəçi övladı üzərində qəyyum təyin olunmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və ona izah olunmuşdur ki, həmin şəxs üzərində onun qəyyum təyin olunması üçün müvafiq məhkəmənin qətnaməsi olmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı 28 aprel 1996-cı il təvəllüdlü X5 həqiqətən ağıl zəifliyinin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi müəyyən olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi hazırda X5 anası, yəni Ərizəçi himayəsində yaşayır, eyni zamanda onun bütün növ tələbatları ərizəçi tərəfindən qarşılanır. Mülki işin məhkəmə araşdırması zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X7 məhkəməyə verdiyi izahatından məlum olmuşdur ki, Ərizəçi tərəfindən X5 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 28 aprel 1996-cı il tarixdə anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 28 aprel 1996-cı il tarixdə anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-302/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-302/2022
11.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver