Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-337/2024 19.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı ərizəçi Naxçıvan Baş Gömrük İdarəsinin maraqlı şəxs “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin Müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili şöbəsinin böyük inspektoru Maraqlı şəxs qarşı daşınar əşyaların məhv edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi Naxçıvan Baş Gömrük İdarəsi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən verilmiş ərizə təmin edilərək, 15 dekabr 2023-cü il tarixli 140 nömrəli ekspert rəyinə əsasən 120 adda ərzaq mallarının (1. 10 kq pendir, kofe, 2. 3,7 kq kolbasa, pendir, 3.1,6 kq ton balıq, 4. 4 kq toyuq əti, 5. 15 kq toyuq əti, 6. 3 kq kərə yağı, 7. 5 kq süd 1 lt, 8. 10,5 kq toyuq qanadı (dondurulmuş), 9. 2,4 kq kolbasa, 10. 4,6 kq toyuq əti
11. 2,4 kq kolbasa, 12. 4,5 kq toyuq əti, 13. 6 kq toyuq əti, kolbasa, 14. 5 kq toyuq əti, kolbasa, 15. 8 kq kolbasa, kərə yağı, 16. 12 kq kolbasa, toyuq, danino və digər, 17. 26 kq çaşır, 18. 14,6 kq quyruq və toyuq əti, 19. 20 kq qarışıq ərzaq (sinə əti, limon), 20. 39 kq qarışıq ərzaq (limon, quyruq, toyuq əti), 21. 5,4 kq südburger və pendir, 22. 2,8 kq toyuq əti,
23. 13 kq heyvan quyruğu, 24. 4 kq toyuq və xama, 25. 14 kq heyvan quyruğu, 26. 3,4 kq heyvan quyruğu, 27. 7 kq heyvan quyruğu, 28. 2 kq heyvan quyruğu 29. 20 kq don xəmir,
30. 6 kq kolbasa, 31. 6 kq toyuq əti, 32. 13,95 kq ərzaq (don kartof, sosiska, tərəvəz sosu),
33. 31 kq meyvə (mandarin), 34. 3,4 kq toyuq əti, 35. 8 kq toyuq əti, 36. 4,8 kq limon, 37. 19 kq heyvan quyruğu, 38. 13,5 kq ərzaq (don kartof, burger çörəyi), 39. 10,5 kq çiçək şitilləri (qələm şəklində), 40. 6 kq kolbasa, 41. 2 kq kolbasa və yoğurt, 42. 28 kq toyuq əti, 43. 6 kq pendir, 44. 10 kq yoğurt, 45. 5 kq kolbasa, 46. 7.5 kq qızardılmış kartof və toyuq əti (don halda), 47. 10 kq limon, 48. 6 kq ərzaq (toyuq əti, meyvə), 49. 6 kq kolbasa, 50. 3,8 kq kolbasa, 51. 5 kq meyvəli yoğurt (danone), 52. 22 kq qarışıq ərzaq (yağ, cem, bal), 53. 4,9 kq heyvan quyruğu, 54. 12 kq heyvan quyruğu, 55. 3 kq heyvan quyruğu, 56. 11,5 kq kolbasa, danone, 57. 3,5 kq yoğurt, 58. 20 kq limon, 59. 12 kq kolbasa, 60. 16 kq toyuq əti, kolbasa, limon, 61. 3 kq kolbasa, 62. 4,7 kq kolbasa, 63. 3 kq heyvan quyruğu, 64. 4 kq kolbasa, 65. 28,5 kq qarışıq ərzaq (toyuq əti, kolbasa, danino), 66. 14,5 kq limon, 67. 3 kq çaşır, 68. 12 kq çaşır, 69. 5,4 kq toyuq əti və kolbasa, 70. 2 kq heyvan quyruğu, 71. 5 kq heyvan quyruğu, 72. 5 kq heyvan quyruğu, 73. 8 kq kolbasa, 74. 2,5 kq toyuq əti, 75. 14 kq heyvan quyruğu, 76. 3 kq toyuq dondurma, 77. 2,2 kq toyuq əti və kolbasa, 78. 24 kq çaşır,
79. 5,5 kq bibər, toyuq, 80. 25,7 kq pendir, 81. 40 kq çaşır, 82. 3,4 kq heyvan quyruğu, 83. 2,7 kq heyvan quyruğu, 84. 6 kq kolbasa, toyuq, 85. 12,3 kq pendir və kolbasa, 86. 6 kq kolbasa, 87. 6 kq kolbasa, 88. 34 kq limon, kolbasa, heyvan quyruğu, 89. 10 ədəd kolbasa,
90. 14 kq kolbasa, 91. 5,5 kq heyvan quyruğu, 92. 7 kq quyruq, 93. 29 kq toyuq əti, 94. 8,8 kq limon, 95. 5 kq quyruq, 96. 7 kq toyuq əti, 97. 8 kq pomidor, 98. 6 kq kərə yağı (2 qutu),
99. 9 kq pendir, kərə yağı, 100. 8 kq pomidor, 101. 8 kq pomidor, 102. 18 kq pomidor, 103. 6,5 kq ərzaq, yağ, 104. 6,3 kq ərzaq (kərə yağı, pendir), 105. 15 kq ərzaq (kərə yağı, qatıq)
106. 6 kq ərzaq, kərə yağı, 107. 4,9 kq mayonez, 108. 3 kq yağ, 109. 4.5 kq tomat, 110. 2 ədəd yağ, 111. 2 kq yağ, 112. 6 kq pomidor, 113. 6 kq kərə yağı, 114. 2 ədəd xama, 115. 3,2 kq kərə yağı, 116. 3 kq kərə yağı, 117. 5,2 kq ərzaq (dondurma), 118. 8,5 kq kərə yağı, 119. 2 ədəd kərə yağı, 120. 1 ədəd qatıq (2,1 kq).) məhv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Qeyd olunan maddənin məzmunundan da aydın olur ki, qanunvericilikdə nəzərdə tutulmuş iddia ərizəsinə aid tələbləri xüsusi icraat qaydasında baxılan işlərə dair verilmiş ərizələrə də aid etmək olar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Ərizədən aydın olur ki, Naxçıvan Baş Gömrük İdarəsinin rəisinin müavini Rəşad Bayramov daşınar əşyaların məhv edilməsi tələbi barədə ərizəni imzalayaraq məhkəməyə müraciət etmişdir. Mülki prosessual qanunvericilikdə şəxsin məhkəməyə nümayəndə vasitəsi ilə müraciət etmək imkanı da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 69.1-ci maddəsi ilə müəyyən olunur ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edildikdə isə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər yerinə yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmçinin həmin Məcəllənin 69.3-cü maddəsinin tələbinə görə təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə qeyd edir ki, ərizəni Rəşad Bayramov imzalamışdır. Ərizədə həmin şəxsin Baş İdarə rəisinin müavini olması göstərilmişdir. Lakin iddia ərizəsinə X1 Baş Gömrük İdarəsinin adından ərizəni imzalamaq səlahiyyətinin verilməsi ilə bağlı hər hansı bir sənəd əlavə olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi Naxçıvan Baş Gömrük İdarəsinin maraqlı şəxs “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin Müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili şöbəsinin böyük inspektoru Maraqlı şəxs qarşı daşınar əşyaların məhv edilməsi tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
qəraraaldım:
Ərizəçi Naxçıvan Baş Gömrük İdarəsinin maraqlı şəxs “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin Müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili şöbəsinin böyük inspektoru Maraqlı şəxs qarşı daşınar əşyaların məhv edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi Naxçıvan Baş Gömrük İdarəsinə izah olunsun ki, ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Gülsüm Əliyeva.