Məhkəmə qərarları › İş №2(078)-346/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-346/2023

08.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-346/2023 08.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İddia ərizəsinin qaytarılması barədə) Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək müəyyənetdim: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum əri X1 mülkiyyətində olan Naxçıvan şəhəri Azərbaycan küçəsi ev 27B-də yerləşən miras qalmış daşınmaz əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır. İddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü yoxlanılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 150-ci və 152ci maddələrinin tələblərinə əməl edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə görə ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Lakin iddia ərizəsinə nəzər salındıqdan aydın olur ki, iddiaçı ərizənin forma və məzmununa riayət etməmiş, Cavabdeh1 dair məlumatlar natamam formada göstərilmiş (ünvanı İran İslam Respublikası, Ələmdar şəhəri olaraq göstərilmiş, digər fərqləndirici məlumatları-döngə, küçə, ev nömrəsi qeyd edilməmiş, mobil nömrə olduğu halda həmin nömrə də qeyd edilməmişdir), cavabdehə dair məlumatlar natamam formada göstərilmişdir. Bunları məhkəmənin qeyd etməkdə məqsədi odur ki, Cavabdeh1 dair şəxsiyyət vəsiqəsi məlumatları elektron məhkəmə informasiya sistemindən müəyyən edilmir. İddiaçı cavabdehin İran İslam Respublikasının vətəndaşı olduğu halda ünvanını tam şəkildə qeyd etməlidir ki, iddia ərizəsinin surətinin ona çatdırılması barədə məhkəmə tapşırığı düzgün və konkret ünvan üzrə göndərilə bilsin. Eyni zamanda iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinə əlavə olunan sənədlərin lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməmişdir (ölüm haqqında şəhadətnamə kserosurətdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə görə iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Bu Məcəllənin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazimı sübutların əslini və yaxud lazımi qaydada təsdiq edilmiş surətini təqdim edilməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsində müəyyən edilmişdir ki, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Sənədlərin surətləri dedikdə notarial qaydada təsdiq edilmiş surətlər nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl edilmədən verilmişdir və buna görə də iddia ərizəsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Maddənin də məzmunundan göründüyü kimi qanunvericiliyin tələbinə görə məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödənilməli və onun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmalıdır. İddiaçı tərəfindən iddia ərizəsində dövlət rüsumunun ödənilməsi barədə qəbzin adını qeyd etsə də, qəbz iddia ərizəsinə əlavə edilməmişdir. Buna görə də məhkəmə belə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki, Mülki Prosessual Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmçinin həmin maddədə o da qeyd edilir ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar