Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-357/2022 19.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2, cavabdeh-iddiaçı Cavabdeh3, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qızının və Cavabdeh5 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına və Cavabdeh5 qarşı mirasın faktiki olaraq qəbul olunmasının müəyyən olunması tələbinə dair iddiası üzrə, Cavabdeh3 İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qızına və Cavabdeh5 qarşı mirasın faktiki olaraq qəbul olunmasının müəyyən olunması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anaları X5 miras qalan ünvan 3-nın miras olaraq onlar tərəfindən qəbul olunmasının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 16 mart 2022-ci il tarixdə Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh3 cavabdehlər İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qızına və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X5 miras qalan ünvan 3-nın miras olaraq onun tərəfindən qəbul olunmasının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 17 mart 2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia icraata qəbul edilərək iddia tələbinə iddiaçı-cavabdehlər İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qızına, Cavabdeh5 və cavabdeh-iddiaçı Cavabdeh3 qarşı mirasın faktiki olaraq qəbul olunmasının müəyyən olunması tələbinə dair ilkin iddiası üzrə, cavabdeh-iddiaçı Cavabdeh3 iddiaçı-cavabdehlər İddiaçı1 və İddiaçı2 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qızına və Cavabdeh5 qarşı mirasın faktiki olaraq qəbul olunmasının müəyyən olunması tələbinə dair qarşılıqlı iddiası çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçı-cavabdeh İddiaçı1 iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən ev mərhum anası Səkinə Həsənovaya məxsus olub. Anası 2016-cı ildə vəfat edib. O 1989-cu ildən həmin həyətdə ailə üzvləri ilə birlikdə yaşayır. Bacısı İddiaçı2 isə anasına məxsus evdə yaşayır. Maral ailə qurmayıb. Hazırda da o həyətdə özü üçün bir otaq və bir dəhliz tikib yaşayır. Bacısı isə anasına məxsus evdə yaşayır. O ayrı özünə məxsus evin kommunal xərcini ödəyir, bacısı da ayrı özünə məxsus kommunal xərc ödəyir. Yerdə qalan digər bacı-qardaşları isə ailə qurub həmin evdən çıxıblar. Ara-sıra gəlib getsələr də uzunmüddətli o və Maraldan başqa heç kim həmin həyətdə yaşamayıb. Qardaşı Vilayət ailə qurduqdan sonra 2005-ci ildə arvadı ilə birlikdə anasının sağlığında ananı yola vermədilər. Gəlib əşyalarını yığaraq evdən ailəsi ilə birlikdə çıxıb getdi. Vilayət 2005-ci ildən sonra bir daha həmin həyətdə yaşamadı. Hazırda Vilayətin həmin evin bir otağında bir ədəd yataq və şifoneri vardir. O da həmin həyətdədir. Evin telefon xətti Vilayətin adına idi. Gedib özü telefonu bağlatdırdı. O da təzədən gedib, pul ödəyib evin telefon xəttini bərpa etdirdi. Hazırda da telefon xəttinin aylıq abunə pulunu o ödəyir. Qarşılıqlı iddia ərizəsini qətiyyən qəbul etmir. Anasının ölümündən sonra Vilayət həmin evdə 1 gün belə olsun yaşamayıb. Həmin həyətdə anasının evi baxımsız və köhnə tikili olduğu üçün yas mərasimi Vilayətin evində olubdur. Həmin həyətdən Vilayət 17 ildir ki ailəsi ilə birlikdə çıxıb. Həyət 420 kv.m-dir. Onun qaldığı otağı Əli qardaşı tikibdir. Sonra isə o çıxıb gedib ayrı bir ev aldı. Tikdiyi otağı da ona verdi ki, tikintini başa çatdırsın, o da tikintini başa çatdırmış və ailəsi ilə qalmışdır. O da əlavə 1 otağı və bir dəhliz tikib hazırda o evdə ailəsi ilə yaşayır. Maralın qaldığı hissə 1 otaq 1 dəhlizdən ibarətdir. Onun apardığı tikilinin heç bir qanuni sənədi yoxdur. Özbaşına tikilidir. Boyük qızı boşandıqdan sonra onun cehiz əşyalarını Vilayətin əvvəlcə qaldığı otağa yığmaq istəmişdir. Vilayət gəlib həyətdə ona əl qaldırdı, onu təhqir etdi. O da məcbur qalıb polisi çağırmışdır. Polis gəlib Vilayəti apardı. O bacısı Şəfiqə ilə, Kəkliklə Vilayətə xəbər göndərmişdir ki, gəlsin məhkəmədən kənar bu məsələni razılığa gəlib həll etsinlər. Ancaq Vilayət razılaşmadı. O da məcbur qalıb məhkəməyə müraciət etdim. 2016-cı ildən 2018-ci ilə qədər yəni anası öləndən aralarında mübahisə olana qədər Vilayətin qaldığı otaqda əşyaları çıxarmaq fikri olmayıb. Həmin vaxt imkanı olmadığından evləri təmir edə bilməmişdir. Bu məsələ də açılmayıbdır. Sonra qızı boşandı, gəldi və əşyalarını qoymağa yer olmadı. O da istədi ki, otağı təmir etsin, əşyaları oraya qoysun. Vilayətə xəbər göndərmişdir ki, gəlsin əşyalarını aparsın. O da gəlib həyətdə səs-küy saldı. Evin Vilayət qaldığı otağın arxa divarı uçmuşdu. Vilayətə xəbər göndərmişdir ki, gəlsin divarı tiksin, qonşu narazılıq edir. Lakin Vilayət dedi ki, kim yaşayır o da düzəltməlidir və gəlmədi. Vilayət ailəsi ilə birlikdə köçdükdən sonra onun qaldığı otağı əlavə yan damı kimi istifadə ediblər. Artıq bankalar, köhnəlmiş əşyaları oraya yığıblar. Bacısı Şəfiqə boşandıqdan sonra öz cehizlərini gətirmişdi və həmin vaxt Vilayət köçüb getdiyi üçün otaq boş qaldı, Şəfiqənin də cehizləri oraya yığıldı, bu gün də oradadır. Qardaşı Vilayət anasının ölümündən sonra oraya gəlibgetməyibdir, orada heç bir iş görməyibdir. Onun mirasda haqqı yoxdur. Anasının sağlığında evdən çıxıb gedib, özünə ev tikibdir. Ona görə də qarşılıqlı iddianı qəbul etmir. Qeyd etdiklərini nəzərə alıb ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçı-cavabdeh İddiaçı2 izahatında bildirdi ki, sözügedən ünvan 2 ünvanında yerləşən ev mərhum anası Səkinə Həsənovaya məxsus olub. Anası 2016-cı ildə vəfat edib. Hazırda anasının evində qalır. Ailə qurmayıb. Evin bütün kommunal xərcini o çəkir. Bütün qardaş bacıları kimi Vilayət də anasının ölümündən sonra həmin həyətdə yaşamayıb. Onun qarşılıqlı iddia ərizəsini qəbul etmir. İddiasını müdafiə edir. İlkin iddianın təmin, qarşılıqlı iddianı rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən cavabdeh-iddiaçı Cavabdeh3 izahatında bildirmişdir ki, ilkin iddianı qəbul edir. Öz iddiasını da müdafiə edir. Rəfiqə ilə Maral həmin həyətdə yaşasalar da o da həmin evdə qalıbdır. Həmin evdə əşyaları var. Lakin bacıları Maral və Rəfiqə onu həmin evə qoymurlar. Onun da anasının evində vərəsə kimi haqqı var. 2018-ci ilə qədər evə gedib-gəlmişdir, həyətdə ayrıca otağı vardır. Əşyaları hələ də evdədir. Bacıları ilə yoldaşı yola gedə bilmədiyindən məcbur qalıb evdən çıxmışdır. Özünə ayrı ev tikmişdir. Bu gün də əşyaları otağında qalır. 2018-ci ilə qədər evin telefonu onun adına olub, ödənişləri o aparıbdır. Daha sonra eşitmişdir ki, bacısı Rəfiqə onun otağını təmir etmək istəyir. Həyətdə söz-söhbət oldu, onu polisə verdilər. Sonra gedib telefonu öz adından çıxartmışdır. O da mirası qəbul etmişdir. Sədrlik edən sualına cavabında cavabdeh-iddiaçı göstərmişdir ki, anası 2016-cı ildə vəfat edib. Onun ölümündən sonra həmin həyətdə yaşamamışdır. Anasının yası onun evində olub, qəbir daşını o götürmüşdür. Evdə yaşadığı vaxt qaraj tikmiş, hamam, tualet inşa etmiş, özünə şərait yaratmışdır. Anası ölənə qədər tez-tez evə getmişdir. Ona baş çəkmişdir. Bu gün ona miras çatmalıdır. Vaxtında bilmədiyindən notariusa ərizə ilə müraciət etməmişdir. Sonra qeyd edilənlərə əsasən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh1 izahatında bildirmişdir ki, həmin həyət anası Səkinə Həsənovaya məxsusdur. O 1986-cı ildə ailə qurub həmin evdən çıxmışdır. Sonra 1991-ci ildə boşanaraq həmin anasına məxsus evə qayıtmış, 1996-cı ildə 2-ci dəfə ailə qurmuşdur. Bir müddət 2-ci həyat yoldaşı ilə bilrlikdə həmin həyətdə qalmışdır. 1-ci həyat yoldaşının atasından yəni keçmiş qayınatasından yaşayış və istifadə hüququ tələb etmiş, məhkəmə onun tələbini təmin etmişdir. Daha sonra həmin evin 1 otağında qalmışdır. Vilayət 2005-ci ildə həmin həyətdən ailəsi ilə birlikdə çıxıbdır. Həmin həyətdə Rəfiqə və Maral daimi yaşayıblar. Anası 2016-cı ildə rəhmətə gedəndən sonra o həmin həyətdə yaşamamışdır. Ancaq yaşamasa da həmin evin bir vərəsəsi hesab edilir. O öz vərəsə payını tələb edir. Ev təkcə Maralla Rəfiqəyə yox hamısına çatır. Çünki onlar da ana və atanın övladlarıdır. Ona mirasdan pay verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh2 ilkin iddianı qəbul edərək izahatında bildirmişdir ki, həmin həyət anası Səkinə Həsənovaya məxsusdur. O 2000-ci ildə həmin həyətdən ailəsi ilə birlikdə çıxmışdır. O çıxanda bacılarım Maral və Rəfiqə və qardaşı Vilayət həmin həyətdə yaşayırdılar. 2005-ci ildə də Vilayət anası ilə savaşıb ailəsi ilə birlikdə evdən çıxıb getdi. Həmin həyətdə o 1 otaq tikirdi. Sonra isə özünə başqa ev alıb həmin tikilini yarımçıq vəziyyətdə Rəfiqəyə vermişdir. Rəfiqə də bir otaq bir dəhliz tikdi. Hazırda da Maral anasının evində Rəfiqə isə öz evində qalır. Anası 2016-cı ildə vəfat etdi. Onun vəfatında sonra Maralla Rəfiqədən başqa heç kim o həyətdə qalmayıb. Qarşılıqlı iddia əsassız olduğundan razılaşmır və rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh4 qızı izahatında göstərmişdir ki, ilkin iddianı qəbul edir. Həmin həyət anası Səkinə Həsənovaya məxsusdur. 1979-cu ildə o ailə qurub Culfa rayonu Bənəniyar kəndinə getmişdir. Ara-sıra gəlib anasına baş çəkmişdir. Anası 2016-cı ildə rəhmətə gedəndən sonra nə o, nə də digərləri həmin həyətdə qalmamışdır. Təkcə Maral və Rəfiqə həmin həyətə qalıblar. Hazırda da onlar yaşayırlar. İlkin iddianı qəbul edir. Qarşılıqlı iddia isə əsassız olduğundan razılaşmır. Çünki Vilayət orada yaşamayıbdır. Onun oğlanlarından məcbur edir ki, yalandan ona şahidlik etsinlər. Vilayətin heç bir haqqı yoxdur. Ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh5 izahatında göstərmişdir ki, ilkin iddianı qəbul edir. Həmin həyət anası Səkinə Həsənovaya məxsusdur. 1996-cı ildə ailə qurub o evdən çıxmışdır. 2000-ci ildə yoldaşından ayrılıb anasına məxsus evə qayıtmışdır. 2007-ci ilə kimi anasının evində qalmışdır. Sonra 2008-ci ildə həyat yoldaşı ilə yenidən barışıb o həyətdən çıxmışdır. Bu gün də əşyalrı həmin evdə qalır. Vilayət 2005-ci ildən həmin həyətdən çıxdı. Anası 2016-cı ildə rəhmətə gedəndən sonra o həmin həyətdə qalmamışdır. Qarşılıqlı iddia isə əsassız olduğundan razılaşmır. Ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X22 ifadəsində göstərmişdir ki, tərəflərlə qonşu olmuşdur. Sonra da köçüb hazırkı yaşadığı 21-ci məhəllədə olan evə getmişdir. O mərhum Səkinə xalanı və Teymur əmini tanıyırdı. Məhkəmədə olan tərəflərin hamısını tanıyır. Səkinə xalanın sağlığında həmin həyətdə Maralın, Rəfiqənin və Vilayətin yaşadığını görmüşdür. Əli də orada qalıb. Vilayət də söz-söhbətdən sonra həmin evdən ailəsi ilə birlikdə çıxıb gedib. Səkinə xalanın öldüyü tarix dəqiq yadında deyil. Ancaq Səkinə xala öləndən sonra həmin həyətdə Maralı və Rəfiqəni görmüşdür. Bildikləri bunlardan ibarətdir. Məhkəmə baxışı iclasında şahid X6 ifadəsində bildirmişdir ki, tərəflər onun qohumlarıdır. Cavabdeh4 oğludur. Tərəflər onun xalaları, dayıları və anasıdır. Dayısı Vilayət ondan şahid kimi məhkəməyə gəlməsini xahiş etmişdir. Dayısı Vilayət həmin həyətdə yaşamışdır. Nə vaxta qədər yaşadığını dəqiq bilmir. Dayısı özünə ev tikib ayrılıbdır. Nənəsi Səkinənin sağlığında o beş il orada yaşamışdır. Hərbi xidmətə işə düzəlmişdir və nənəsi ilə birlikdə yaşayırdı. Dayısı Vilayət getdikdən sonra o qaldığı vaxtlar dayısının otağından əl damı kimi istifadə olunurdu. Xalası Maral çörəyini orada saxlayırdı. Artıq əşyalar oraya yığılırdı. Qapı bağlı olmamışdır. Nənəsi 2016-cı ildə vəfat etmişdir. Orada Rəfiqə və Maral xalası yaşayır. Nənəsinin vəfatından sonra Vilayət dayısı orada qalmamışdı. Arada gəlib-getmişdir. Nənəsi sağlılığında deyərdi ki, otaq Vilayətindir. Lakin rəsmi vəsiyyətnaməsi olmayıbdır. Bildirkləri bundan ibarətdir. Məhkəmə baxışı iclasında iştirak edən Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri X23 verdi oğlu və X7 izahatlarında göstərişmişdir ki, ünvan 3 ünvanında 418.6 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 126.5 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi 2480 inventar nömrəli texniki pasport iyul 1962-ci ildə X8 adına olmuşdur. X8 adına olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi pasportda 418.6 kv.metr göstərilsə də faktiki sahəsi 738 kv.metr təşkil edir. Texniki pasportda olan sxematik planlar və yerdə faktiki vəziyyət araşdırılarkən məlum oldu ki, B tikilisinin mövcud vəziyyəti 2480 inventar nömrəli texniki pasportla uyğunluq təşkil edir. Lakin A tikilisində yenidənqurma işləri aparıldığı üçün uyğunluq təşkil etmir. Miras əmlaka aid olan sahə 418.4 kv.metr, bələdiyyə mülkiyyətinə aid olan sahə isə 319 kv.metr təşkil edir. ümumi yaşayış sahəsi faktiki 139.5 kv.metr olsa da miras əmlaka aid olan sahə 126.5 kv metr 13 kv.metr isə əlavə tikililərə aid sahədir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, şahidlərin ifadələrini, iş materiallarına əlavə edilən sənədlərlə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). İş materiallarında olan Naxçıvan Şəhər ZAKS şöbəsi tərəfindən 19 iyul 1957-ci il tarixdə verilmiş 140136 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən aydın olur ki, X14 ilə X19 19 iyul 1957-ci il tarixdə nikah bağlamış və bu barədə 160 nömrəli akt qeydi icra edilmişdir. Nikah bağlandıqdan sonra ər Həsənov, arvad Həsənova soyadını götürmüşdür. İş materiallarında 26 fevral 1968-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh3 22 yanvar 1968-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 129 nömrəli akt qeydi aparılmışdır. X3 və anası X10r. İş materiallarında 20 iyul 1965-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı1 xx xxxx 1965-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 527 nömrəli akt qeydi aparılmışdır. X3 və anası X10r. İş materiallarında 30 avqust 1971-ci il tarixdə verilmiş AZB seriyalı 032510 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı2 23 avqust 1971-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 562 nömrəli akt qeydi aparılmışdır. X3 və anası X10r. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən 18 fevral 1998-ci il tarixdə verilmiş 285759 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 18 fevral 1998-ci il tarixdə ürəyin işemiya xəstəliyi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 44 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 07 iyul 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı ******* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 07.06.2016-cı il tarixdə beyinə qansızma diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 180 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli 01/170 nömrəli arayışdan aydın olur ki, mərhum X8 vərəsələri aşağıdakılardır:
1. X14 (həyat yoldaşı)- vəfat edib;
2. Cavabdeh2-oğlu-1958;
3. Cavabdeh4 qızı-qızı-1959;
4. Cavabdeh1-qızı-1964;
5. İddiaçı1-qızı-1965;
6. Cavabdeh3-oğlu-1968;
7. Cavabdeh5-qızı-1970
8. İddiaçı2-qızı-1971 İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhər Behbud ağa Şahtaxtınski küçəsi 36-da yerləşən ümumi sahəsi 73.9 kv.m olan fərdi yaşayış evi və 0.0418 ha olan torpaq sahəsi 06.01.2022-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X8 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 17 fevral 2022-ci il tarixdə verilmiş 352 nömrəli arayışından aydın olur ki, Həsənov X9 şəhəri Şahtaxtınski küçəsi ev 36-da qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 17 fevral 2022-ci il tarixdə verilmiş 347 nömrəli arayışından aydın olur ki, Həsənova X15 şəhəri Şahtaxtınski küçəsi ev 36-da qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 25 yanvar 2022-ci il tarixdə verilmiş 01/172 nömrəli arayışından aydın olur ki, Həsənova X12 şəhəri Şahtaxtınski küçəsi ev 36-da qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 17 fevral 2022-ci il tarixdə verilmiş 05/324 nömrəli arayışından aydın olur ki, Həsənov X20 şəhəri M.F.Axundov küçəsi ev 19-da qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 17 fevral 2022-ci il tarixdə verilmiş 348 nömrəli arayışından aydın olur ki, Həsənova X13 şəhəri Şahtaxtınski küçəsi ev 36-da qeydiyyatdadır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh3 və X4 07 avqust 1996-cı il tarixdə nikah bağlamış, bu barədə 188 nömrəli qeyd icra edilmişdir. Naxçıvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən 03 fevral 2022-ci il tarixdə verilmiş 25 nömrəli cavab məktubundan məlum olur ki, mirasa dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi xahiş edilmiş, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Naxçıvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş 47 nömrəli cavab məktubundan məlum olur ki, mirasa dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi xahiş edilmiş, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, mərhum X11 vəfatından sonra ondan qalmış ünvan 4 ünvanında yerləşən miras əmlak iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, mərhum X11 vəfatından sonra ondan qalan miras əmlakda İddiaçı2 faktiki qəbul edərək yaşamış və hazırda yaşamaqda davam edir. Həmin miras əmlak olan torpaq sahəsi üzərində tikilən lakin qeydiyyata alınmayan otaqda və dəhlizə isə İddiaçı1 yaşamışdır. İddiaçı2 və İddiaçı1 miras əmlakda yaşaması işin mübahisələndirilən halı deyil, bu hal istər cavabdehlər, istər şahidlər tərəfindən, istərsə də məhkəmə tərəfindən yerində müayinə və tədqiq aparılarkən öz təsdiqini tapmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 miras əmlakda yaşamaları vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki iddia tələbi üzrə vərəsələr İddiaçı2 və İddiaçı1 anasının vəfatından sonra həmin fərdi yaşayış evində yaşamış, evin kommunal xərclərini ödəmiş, evi mühafizə etmiş, onun idarəçiliyini həyata keçirmişdir. Ona görə də məhkəmə ilkin iddianın əsaslı olduğundan təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə qarşılıqlı iddianın rədd edilməsi nəticəsinə gələrkən öz mövqeyini aşağıdakılarla əsaslandırır. Cavabdeh-iddiaçı Cavabdeh3 miras qoyan X1 miras əmlakda yaşaması, həmçinin miras qoyanın sağlığında həmin evdən çıxması işin mübahisələndirilməyən halıdır. Lakin mirasın qəbulu miras qoyanın ölümündən sonra vərəsələr tərəfindən mirasın qəbulunu şərtləndirir və bu halda mirasın hansı üsulla qəbul edilməsi əhəmiyyət kəsb etmir. Cavabdeh-iddiaçı anasından qalan mirasın onun tərəfindən qəbul etdiyini iki halla bildirir, birincisi əşyalarının hələ də miras əmlakda olması, ikincisi miras əmlakda olan telefon nömrəsinin müəyyən müddət üçün onun adında olması. Məhkəmə hər iki halı iş materiallarında olan sübutlarla əlaqəli araşdırıb hesab edir ki, cavabdeh-iddiaçının evdən köçərkən müəyyən əşyasını saxlaması mirasın qəbulu hesab edilmir. Çünki cavabdehiddiaçı 2005-ci ildə evdən köçmüş, 2016-cı ildə miras qoyan vəfat etmişdir. Həmin müddətdə və ondan sonra cavabdeh-iddiaçının həmin əşyalardan istifadə etməklə miras əmlakda yaşaması öz təsdiqini tapmır və həmin halın təkzibi tərəflərin və cavabdehiddiaçının öz izahatları ilə sübuta yetirilir. Yerində müayinə və tədqiq aparılarkən cavabdeh-iddiaçının hələ anasının sağlığında yaşadığı və köçdüyü otağın yaşayış üçün yararsız vəziyyətdə olduğu öz təsdiqini tapmışdır. Bununla yanaşı həmin otağın cavabdehiddiaçı tərəfindən bağlı qalmaması, otaqda cavabdeh-iddiaçının əşyaları ilə yanaşı digər vərəsələrin əşyalarının olması, otağın yaşayış üçün deyil, qeyri-yaşayış üçün istifadə edilməsi də yerində müayinə aparılarkən öz təsdiqini tapmışdır. Həmçinin iddiaçılar izahatlarında otağın arxa divarı söküldükdən sonra Cavabdeh3 bu barədə məlumat verilməklə tikilini bərpa etməsini bildirmələri, cavabdeh-iddiaçının isə məhkəmədə verdiyi izahatında “kim yaşayırdısa o da tikərdi” deməsi, bütün bu hərəkətləri onun dolayı yolla da olsa mirasa sahib çıxmaması kimi qiymətləndirilməlidir. Cavabdeh-iddiaçı mirasın onun tərəfindən bariz şəkildə nümayiş etdirilməsini təsdiq edən mötəbər sübutlarını təqdim etməmişdir. Vərəsənin hər hansı əşyasının miras əmlakda olması mirasın qəbulu hesab edilmir. Mirasın qəbul vərəsənin miras əmlaka sahib çıxmaq, təsərrüfatı idarə etmək, açıqaşkar şəkildə mirası qəbul etdiyini nümayiş etdirmək kimi hərəkətləridir. Digər tərəfdən cavabdeh-iddiaçı telefon nömrəsinin müəyyən dövr üçün onun adında olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə tərəfindən Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinə sorğu verilmiş, sorğuya cavab olaraq Nazirliyin 14 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 5 ünvanındaqeydiyyatda olan ***-**-** sabit şəbəkə telefon nömrəsi 27 may 2010-cu il tarixdən Cavabdeh3 adında olmuş, 09 oktyabr 2018-ci il tarixdən onun adından çıxarılmış, İddiaçı2 adına keçirilmişdir. Qeyd edilən telefon nömrəsi ilə bağlı ödənişlərin hansı şəxs tərəfindən ödənilməsi qeydiyyata alınmamışdır. İşə məhkəmədə baxılarkən telefon xətti ilə bağlı ödənişlərin miras qoyanın vəfatından sonra cavabdeh-iddiaçı tərəfindən aparılması barədə sübut təqdim edilməsi təklif edilmiş, cavabdeh-iddiaçı əlində bununla bağlı sübutu olmadığını bildirmişdir. Bunun əksinə olaraq İddiaçı2 sabit telefon şəbəkə nömrəsi ilə bağlı 2016, 2017, 2018-ci illərə dair ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Bütün bunları ümumiləşdirərək məhkəmə qeyd edir ki, telefon nömrəsinin şəxsin adında olması mirasın faktiki qəbulu o zaman hesab edilə bilər ki, bununla bağlı kommunal xidmətlər də məhz o şəxs tərəfindən ödənilsin. Lakin cavabdeh-iddiaçı məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə bütün qeyd edilənləri nəzərə alıb qarşılıqlı iddianın rədd edilməsi nəticəsinə gəlir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında müəyyən edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Məhkəmə miras əmlakda ona da pay verilməsinə dair Cavabdeh1 öz izahatında bildirdiyi hallarla əlaqədar qeyd edir ki, Cavabdeh1 hazırki iddia ərizəsinə və qarşılıqlı iddia ərizəsinə baxılan zaman qarşılıqlı şəkildə iddia qaldırmamış, miras əmlakın faktiki olaraq onun tərəfindən də qəbul edilməsi və payının müəyyən edilməsini tələb etməmişlər. Ona görə də qeyd edilən hallar hazırki iddianın predmetini təşkil etmədiyindən onlara məhkəmə tərəfindən hüquqi qiymət verilə bilməz. Eyni zamanda hazırki iddia tələbi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi olduğundan və iddia tələbində payın müəyyən edilməsi tələb olaraq göstərilmədiyindən məhkəmə vərəsələr olaraq cavabdehlərin mirası qəbul edib-etməmələri məsələsini araşdıra bilməz. Bu tələbdə məhkəmə yalnız iddiaçıcavabdehlərə və cavabdeh-iddiaçıya münasibətdə miras əmlakın faktiki olaraq qəbul edilməsi məsələsini araşdırmalıdır. Məhkəmə Cavabdeh1 izah edir ki, iddiaçının miras əmlakı faktiki qəbul etməsi, miras qoyanın digər vərəsələrinin bu hüquqdan məhrum edilməsi hesab edilmir. Mirası qəbul etmiş hər bir vərəsə mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət edə bilər. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli, X2 miras qalmış ünvan 6 ünvanında yerləşən miras əmlakın iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, ilkin iddia ərizəsi tam təmin edildiyindən İddiaçı2 tərəfindən X25 Filialına 3584 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızı və Cavabdeh5 alınaraq ona qaytarılmalı, qarşılıqlı iddia üzrə ödənilən dövlət rüsumu iddia rədd edildiyindən cavabdeh-iddiaçı Cavabdeh3 aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İlkin iddia əsaslı olduğundan təmin edilsin. X2 miras qalmış ünvan 6 ünvanında yerləşən miras əmlakın iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddiaçı2 tərəfindən X25 Filialına 3584 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızı və Cavabdeh5 alınaraq ona qaytarılsın. Qarşılıqlı iddia əsassız olduğundan rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh3 aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva