Məhkəmə qərarları › İş №2(078)-372/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-372/2023

14.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-372/2023 14.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7nun adına olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0833 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın X19 ölümündən sonra mərhum X57 tərəfindən qəbul olunması faktının və X26 ölümündən sonra transmissiya qaydasında miras əmlakın iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçılar İddiaçı1 və İddiaçı2 rəsmi qaydada məlumat verilmiş, lakin iştirak etməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdurlar. Məhkəmə işə iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında X48, X49, X36, X61, X58, X37, X59 və X27 cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclası zamanı iddiaçıların vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, mərhum X26 valideynləri X50 ilə X51 14 iyun 1957-ci il tarixdə Naxçıvan rayon ZAQS Bürosunda rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Onların səkkiz övladı doğulmuşdur. X7 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Onun həyat yoldaşı X51 isə xx.xx.1998 –ci il tarixdə vəfat etmişdir. Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 6, ev 20 ünvanında yerləşən fərdi yaşayış evi X19 adına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət reyestrində ******* nömrə ilə qeydiyvata alınmışdır. X19 həyat yoldaşı və səkkiz övladından ibarət vərəsəsi vardır ki, onlardan həyat yoldaşı və oğulları-Bəhman və Yamən vəfat etmişdir. Belə ki, X57 xx.xx.2010-cu il tarixdə, X62 isə 30 may 2009-cu il tarixdə vəfat etmişdir. X26 vərəsələri isə həyat yoldaşı-İddiaçı1 və övladları İddiaçı2 və X20r. X38 vərəsələri isə həyat yoldaşı- X37 və övladları-X63, X59 və X13r. Digər vərəsələrdən X49, X36, X38 ailəsi hal-hazırda Bakı şəhərində, X61 və Cavabdeh isə Türkiyə Respublikasında yaşayırlar. Cavabdeh, X61, İddiaçı2, X39 və İddiaçı1 miras əmlak olan-Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 6, ev 20 ünvanında qeydiyyatdadır. İddiaçı1 ailə qurandan bəri hazırki vatxadək ünvan 2 ünvanında yerləşən yaşayış evində yaşayır. Həyat yoldaşı vəfat etdikdən sonra evin bütün komunal xərclərini, sığortasını ödəyir. 24 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən miras əmlakı faktiki qəbul etməsi barədə ərizə ilə müraciət etdikdə cavab olaraq bildirilmişdir ki, vərəsə mirasın açıldığı üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. X1 və X40 notarial qaydada iddiaçının xeyrinə miras əmlakdan imtina etmişlər. Mirasın iddiaçılar tərəfindən qəbul edilib idarə olnmasını məhkəmədə şahidlər də təsdiq edə bilər. Vəkil sonda qeyd etdiklərini nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X8 ifadəsində bildirmişdir ki, İddiaçı1 onun qızıdır, Aysun da nəvəsidir. Zenfira hazırda Sumqayıt şəhərində övladları ilə birgə yaşayır. 2016cı ildən Sumqayıt şəhərində yaşayırlar. Bəhman onun kürəkəni olub. 2010-cu ildə vəfat edib. Əhəd kişi qızının qayınatası olub. 1997-ci ildə rəhmətə gedib. Qızı mərhum Bəhmanla ailə qurduqdan sonra həmin həyətə gəlin gəlib və orada yaşayıb. Bəhman qızı ilə ailə quranda həm atası, həm anası vəfat etmişdi. O evdə Bəhman, qızı və övladları yaşayıb. Bəhman sümük xəstəsi idi. Qızı ilə 2003-cü ildə ailə qurub. Bəhmanın ölümündən sonra 2016-cı ilə qədər qızı uşaqları ilə orada yaşadı. Sonra Sumqayıta getdi. İndi Sumqayıtda digər qızının ərinin sexində işləyir. 7 ilə yaxındır Sumqayıt şəhərində yaşayır. Məhkəmə baxışı iclasında şahid X14 ifadəsində bildirmişdir ki, iddiaçı Zenfira xanımı tanıyır. Bəhmanın ölümündə yas mərasimində iştirak etmişdir. Bəhmanın sağlığında onların yaşadıqları həyətdə usta kimi işləmişdir.Həyətdə təmir işləri aparmışdır. Bəhman vəfat etdikdən sonra Zenfira xanımın sifarişi ilə həyətdə mətbəx, tualet-hamam tikmişdir. Həyətdə yalnız Bəhmanı, Zenfira xanımı və qızlarını görmüşdür. Məhkəmə baxışı iclasında şahid X28 ifadəsində bildirmişdir ki, iddiaçı Zenfira xanımı tanıyır. Bəhmanın ölümündə yas mərasimində iştirak etmişdir. Bəhmanın sağlığında onların yaşadıqları həyətdə usta kimi işləmişdir. Həyətdə təmir işləri aparmışdır. Bəhman vəfat etdikdən sonra Zenfira xanımın sifarişi ilə həyətdə mətbəx, tualet-hamam tikmişdir. Həyətdə yalnız Bəhmanı, Zenfira xanımı və qızlarını görmüşdür. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X29, X30, X21, X52, X41, X22, X42 və X15 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişdir. Cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X59 və X27 19 may 2023-cü il tarixdə ərizə göndərərək ataları X38 2009-cu ildə vəfat etdiyini və onun yeganı varisləri olduğunu, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi və iddia tələbinin rədd edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X37 09 iyun 2023-cü il tarixdə teleqram göndərərək miras əmlakda gözü olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X23, X24, X16, X43, X31, X17, X32 və X9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçı tərəfin izahatını, şahidlərin ifadələrini, iş üzrə toplanmış sübutları araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Naxçıvan rayon ZAQS bürosu tərəfindən xx.xx.1957-ci il tarixdə verilmiş 140074 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən aydın olur ki, X53 ilə X60 arasında 120 nömrəli nikah bağlamış, nikah bağlandıqdan sonra kişi Əhmədov, qadın Əhmədova soyadını qəbul etmişdir. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş arayışdan aydın olur ki, X50 xx.xx.1997-ci ildə bədbəxt hadisə diaqnozu ilə Babək rayon Əliabad kəndində vəfat etmiş, bu barədə xx.xx.1997-ci il tarixdə ölüm akt qeydləri kitabında 27 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş arayışdan aydın olur ki, X51 xx.xx.1998-ci ildə ürək infarktı diaqnozu ilə Babək rayon Əliabad kəndində vəfat etmiş, bu barədə xx.xx.1998-ci il tarixdə ölüm akt qeydləri kitabında 9 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İƏDN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1449 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhər Əliabad qəsəbəsində yaşamış X19 aşağıdakı vərəsələri vardır: -X51-həyat yoldaşı-1934-vəfat edib; -Cavabdeh-qızı-1954; -X48 qızı-1962; -X49-qızı-1964; -X36-qızı-1966; -X57-oğlu-1969-vəfat edib; -X62-oğlu-1975-vəfat edib; -X61-oğlu-1969; -X58-oğlu-1971. İş materiallarında olan Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 102058 nömrəli nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X57 ilə X10 arasında 33 nömrəli nikah bağlamış, nikah bağlandıqdan sonra kişi Əhmədov, qadın Əhmədova soyadını qəbul etmişdir. İş materiallarında olan Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə təkrar verilmiş AZ-İ seriyalı 793742 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X57 ilə İddiaçı1 xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 adlı övladları var. İş materiallarında olan Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 793730 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X57 ilə İddiaçı1 xx.xx.2006-cı il təvəllüdlü X39 adlı övladları var. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009cu il tarixdə verilmiş AZ-İ seriyalı 369031 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X62 30 may 2009-cu il tarixdə mexaniki boğulma diaqnozu ilə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm akt qeydləri kitabında 449 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İƏDN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1626 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhər Əliabad qəsəbəsində yaşamış X38 aşağıdakı vərəsələri vardır: -X37-həyat yoldaşı-1979; -X63-qızı-2009; -X59-oğlu-1996; -X27-oğlu-1998. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010cu il tarixdə verilmiş AZ-İ seriyalı 435117 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X57 20 iyun 2010-cu il tarixdə intoksikasiya diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə ölüm akt qeydləri kitabında 213 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İƏDN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1450 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhər Əliabad qəsəbəsində yaşamış X33 aşağıdakı vərəsələri vardır: -İddiaçı1-həyat yoldaşı-1984; -İddiaçı2-qızı-2003; -X39-qızı-2006. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi döngə 6-da mülkiyyətdə olan 0.0833 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 50.05 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, 39.30 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə xx.xx.2011-ci il tarixdə X19 adına daşınmaz əmlakın dövlət reyestrində 18/8 nömrəli reyestr kitabının 1471 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan şəhəri bir saylı Notariat Ofisi tərəfindən İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixli məktubuna xx.xx.2022-ci il tarixdə verilmiş 303 nömrəli cavab məktubundan məlum olur ki, iddiaçılara aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İƏDN tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1459 nömrəli arayışından aydın olur ki, Əhmədova X11 şəhəri, Əliabad qəsəbəsi döngə 6, ev 20 ünavnında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İƏDN tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1460 nömrəli arayışından aydın olur ki, X3 şəhəri, Əliabad qəsəbəsi döngə 6, ev 20 ünavnında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İƏDN tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1461 nömrəli arayışından aydın olur ki, X4 şəhəri, Əliabad qəsəbəsi döngə 6, ev 20 ünavnında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İƏDN tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1451 nömrəli arayışından aydın olur ki, Əhmədova X54 şəhəri, Əliabad qəsəbəsi döngə 6, ev 11 ünavnında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İƏDN tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1452 nömrəli arayışından aydın olur ki, X6 şəhəri, Əliabad qəsəbəsi döngə 6, ev 20 ünavnında qeydiyyatdadır. Naxçıvan şəhər Dövlət Sığorta Agentliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş BA 205524 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən aydın olur ki, Əhmədova X11 şəhəri Əliabad 6/20 nömrəli yaşayış evini xx.xx.2020-ci il tarixədək sığortalamış və 40 manat rüsum ödəmişdir. Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AAG 046549 nömrəli mədaxil qəbzindən aydın olur ki, Əhmədova X11 şəhəri Əliabad 6/20 nömrəli yaşayışı evini bir il müddətinə sığortalamış və 40 manat rüsum ödəmişdir. İş materiallarında olan X36 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş atası X19 ölümündən sonra miras qalmış ünvan 4 ünvanında yerləşən 5 otaqlı fərdi yaşayış evindən ona düşən miras paydan gəlinləri İddiaçı1 xeyrinə imtina etmişdir. İş materiallarında olan X40 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş atası X19 ölümündən sonra miras qalmış əmlakdan ona düşən miras payı qəbul qəbul etməmiş və gələcəkdə həmin payın qəbulu ilə əlaqədar heç bir məhkəmə orqanına müraciət etməyəcək. İşin faktiki halları yuxarıda qeyd edilmiş sənədlərlə müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, mərhum X57 X7nun vəfatından sonra miras əmlakı faktiki idarə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Məhkəmə hesab edir ki, mərhum X57 X7nun vəfatından sonra miras əmlakı faktiki idarə etmişdir. Belə ki, iş üzrə iddiaçıların nümayəndəsi və vəkilinin izahatından və şahidlərin ifadələrindən aydın olur ki, X19 vəfatından sonra Bəhman Əhmədov həmin evdə yaşamış, daha sonra İddiaçı1 ilə ailə qurmuş, həmin evdə bir sıra təmir-tikinti işləri aparmış, 2010-cu ildə həmin evdə vəfat etmişdir. İddiaçının qeyd etdiyi bu hallar-yəni mənzilin açarının, evin sənədlərinin mərhum Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin məhz miras əmlakda yaşamaqla, miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə mərhum Bəhman Əhmədov atasının vəfatından sonra atasından miras qalan əmlakda yaşamış, mirasa sahiblik etməklə faktiki idarə etmişdir. Mülki qanunvericiliyin normalarına əsasən miras açıldığı vaxtdan vərəsənin mülkiyyəti hesab edilir. Ona görə də mərhum X26 vəfatından sonra ondan miras qalan əmlakın vərəsələri iddiaçılar İddiaçı1 və X45 tərəfindən qəbul edilməsi şahidlərin ifadələri və iş materialları ilə sübut olunur. Belə ki, mərhum Bəhman Əhmədovun vəfatından sonra onun ailə üzvləri-iddiaçıların sözügedən əmlakda yaşaması, yaşadıqları müddətdə əmlakda müəyyən təmir-tikinti işləri aparmaları öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, X5 miras qalan ünvan 5 ünvanında yerləşən miras əmlakı vərəsələri iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında müəyyən edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Məhkəmə yuxarıda qeyd edilən Plenum Qərarını göstərməkdə məqsədi ondan ibarətdir ki, mərhum X57 tərəfindən X7ndan miras qalan əmlakı sağlığında qəbul etməsi və onun vəfatından sonra isə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi nəticəsinə gəlinməsi gələcəkdə X7nun digər vərəsələri-Cavabdeh və cavabdeh tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X48, X49, X36, X61, X58, X37, X59 və X27 tərəfindən mirasın qəbul edilməsi barədə müvafiq iddia qaldırması hüququndan məhrum etmir. Mirası qəbul etmiş hər bir vərəsə bu barədə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, 22 noyabr 1997-ci il tarixdə vəfat etmiş X18 miras qalan Naxçıvan şəhəri, Əliabad qəsəbəsi döngə 6-da mülkiyyətdə olan 0.0833 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 50.05 kv.m yaşayış, --- kv.m qeyriyaşayış, 39.30 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evinin mərhum X2 qəbul etməsi faktı müəyyən edilməli, X5 miras qalan Naxçıvan şəhəri, Əliabad qəsəbəsi döngə 6-da mülkiyyətdə olan 0.0833 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 50.05 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, 39.30 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evinin X26 vərəsələri İddiaçı1 və İddiaçı2 tərəfindən qəbulu faktı müəyyən edilməlidir. Məhkəmə xərcinə münasibətdə məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə belə hesab edir ki, İddiaçı1 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 16862 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilsin. 22 noyabr 1997-ci il tarixdə vəfat etmiş X18 miras qalan Naxçıvan şəhəri, Əliabad qəsəbəsi döngə 6-da mülkiyyətdə olan 0.0833 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 50.05 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, 39.30 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evinin mərhum X2 qəbul etməsi faktı müəyyən edilsin. X5 miras qalan Naxçıvan şəhəri, Əliabad qəsəbəsi döngə 6-da mülkiyyətdə olan 0.0833 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 50.05 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, 39.30 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evinin X26 vərəsələri İddiaçı1 və İddiaçı2 tərəfindən qəbulu faktı müəyyən edilsin. İddiaçı1 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 16862 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar