Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-412/2023 04.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum əri X4 mülkiyyətində olan ünvan 2-də yerləşən miras qalmış daşınmaz əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, X5 ilə 1972-ci ildə faktiki evlənib, 26 noyabr 1973-cü ildə rəsmi qeydiyyatdan keçməklə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından üç övladı doğulmuşdur və iş üzrə cavabdehlər onun ödladlarıdır. Həyat yoldaşı İsmayıl Süleymanov 30 noyabr 2021-ci ildə vəfat etmişdir. Qızım Təranə 1996-cı ildə İran vətəndaşı ilə ailə qurub və hazırda İran İslan Respublikasında yaşayır. Digər vərəsələr oğlu-Aslan 25 ildir Bakı şəhərində yaşayır. Bəhrəm isə atasının ölümündən bir il sonra onun yanına gələrək həmin evdə yaşamağa başlamışdır. Həyat yoldaşı X4 ölümündən sonra o, İsmayılın mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən miras qalmış torpaq sahəsini və onun üzərində inşa edilmiş evdə yaşamaqla faktiki olaraq mirası qəbul edib və hazırda həmin daşınmaz əmlaka sahiblik edir, özünün istifadəsindədir. Daşınmaz əmlak mərhum əri X4 mülkiyyətində olduğundan Naxçıvan şəhər Elektrik Şəbəkəsinin, X15 Xidmətinin və Naxçıvan şəhər Su İdarəsi ilə bağlanan müqavilələr İsmayılın adına bağlanmışdır. Lakin müqavilələr mərhumun adına olsa da bu günədək də bütün kommunal xərcləri özü ödəyir. Mirasın onun tərəfimdən qəbul edilib idarə olnmasını məhkəmədə şahidlər də təsdiq edə bilər. Qeyd etdiklərini nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh3 iddianı qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı onun anası, digər cavabdehlər onun bacı-qardaşıdır, qardaşı hazırda Bakı şəhərində, bacısı isə İran İslam Respublikasında yaşayır və onlar da iddianı qəbul edir. Özünün mübahisəli miras əmlakın anası İddiaçı tərəfindən qəbul edilməsinə etirazı yoxdur. Heç digər cavabdehlərin də buna etirazı yoxdur. Qeyd etdiklərinə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə teleqram göndərərək miras əmlakın anası İddiaçı tərəfindən qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. Cavabdeh1 ilə whatsapp sosial şəbəkəsi vasitəsilə əlaqə saxlanılmış və o, miras əmlakın anası İddiaçı tərəfindən qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X13 ifadəsində bildirmişdir ki, o, İddiaçı ilə qonşudur. Firaqə xanımı və onun ailəsini tanıyır və yaxın qonşuluq münasibətləri vardır. Firaqə xanımın həyat yoldaşı İsmayıl Süleymanov 30 noyabr 2021-ci ildə vəfat etmişdir. Firaqə xanımın iki oğlu və bir qızı vardır. Qızı Təranə 1996-cı ildə İran vətəndaşı ilə ailə qurub və hazırda İran İslan Respublikasında yaşayır. Oğlu Aslan Bakı şəhərində yaşayır. Bəhrəm isə atasının ölümündən bir il sonra anasının yanına gələrək həmin evdə yaşamağa başlamışdır. Firaqə xanım ərinin vəfatından əvvəl və sonra həmin evdə yaşamışdır və hazırda yaşamağa davam edir. Məhkəmə baxışı iclasında şahid X14 ifadəsində bildirmişdir ki, o, İddiaçı ilə qonşudur və yaxın qonşuluq münasibətləri vardır. Firaqə xanımın həyat yoldaşı İsmayıl Süleymanov 30 noyabr 2021-ci ildə vəfat etmişdir. Firaqə xanımın iki oğlu və bir qızı vardır. Qızı Təranə 1996-cı ildə İran vətəndaşı ilə ailə qurub və hazırda İran İslan Respublikasında yaşayır. Oğlu Aslan Bakı şəhərində yaşayır. Bəhrəm isə atasının ölümündən bir il sonra anasının yanına gələrək həmin evdə yaşamağa başlamışdır. Firaqə xanım ərinin vəfatından əvvəl və sonra həmin evdə yaşamışdır və hazırda yaşamağa davam edir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, cavabdehin teleqramını, iş materiallarına əlavə edilən sənədlərlər əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan evlənmək haqqında şəhadətnamədən aydın olur ki, X5 ilə İddiaçı arasında 26 noyabr 1973-cü il tarixdə nikah bağlamış və bu barədə 15 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan xx.xx.1973-cü il tarixdə verilmiş İİ-JQ seriyalı 338492 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1973-cü ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 777 nömrəli akt qeydi aparılmışdır. X2 və anası İddiaçıdır. İş materiallarında olan xx.xx.1978-ci il tarixdə verilmiş 496799 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1978-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 681 nömrəli akt qeydi aparılmışdır. X2 və anası İddiaçıdır. İş materiallarında olan xx.xx.1995-ci il tarixdə təkrar verilmiş XİX-JQ seriyalı 367508 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1987-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə xx.xx.1987-ci ildə 1177 nömrəli akt qeydi aparılmışdır. X2 və anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 165641 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə qanaxma və ya infarkt olduğu dəqiqləşməyən insult diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 512 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 350 nömrəli arayışdan aydın olur ki, ünvan 2 ünvanında yaşamış mərhum X4 vərəsələri aşağıdakılardır: - İddiaçı-həyat yoldaşı-1955; - Cavabdeh1-qızı-1973; - Cavabdeh2-oğlu-1978; - Cavabdeh3-oğlu-1987. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhəri, Azərbaycan küçəsində mülkiyyətdə olan 0.0252 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24.15 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, 35.69 kv.m köməkçi sahədən ibarət 27B nömrəli fərdi yaşayış evi xx.xx.2009-cu il tarixdə tam mülkiyyət hüququ üzrə X4 adına **********44-10301 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 13838 inventar nömrəli texniki pasportunun surətindən məlum olur ki, ünvan 2 X4 adına qeydiyyata alınmışdır. Naxçıvan şəhəri, Azərbaycan ev 27B ünvanında qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh3 tərəfindən Naxçıvan şəhər 2 saylı notariat ofisinə verilmiş xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş ataları X3 miras qalmış (ev, mənzil və otaq, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın onlara çatan hissəsindən imtina edirlər. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş G43 nömrəli arayışından aydın olur ki, İddiaçı Naxçıvan şəhəri, Azərbaycan ev 27B ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş G42 nömrəli arayışından aydın olur ki, Cavabdeh3 Naxçıvan şəhəri, Azərbaycan ev 27B ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş G41 nömrəli arayışından aydın olur ki, Cavabdeh2 Naxçıvan şəhəri, Azərbaycan ev 27B ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 704 nömrəli arayışından aydın olur ki, Cavabdeh1 ünvan 4 ünvanda yaşamır. Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında xx.xx.2023-ci il tarixli qərardan aydın olur ki, vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından bu hüququn bərpası məhkəmənin səlahiyyətində olduğundan vərəsəliyin açılmasından imtina edilmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, mərhum X4 vəfatından sonra ondan qalmış ünvan 2 ünvanında yerləşən miras əmlak İddiaçı tərəfindən qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, mərhum X4 vəfatından sonra ondan qalan miras əmlakı İddiaçı faktiki qəbul edərək yaşayır. Belə ki, iş üzrə tərəflərin izahatından və şahidlərin ifadələrindən aydın olur ki, iddiaçı miras əmlakda yaşaması sübuta yetirilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı həyat yoldaşının vəfatından sonra həmin fərdi yaşayış evində yaşamış, evin bütün kommunal xərclərini ödəmiş, evi mühafizə etmiş, onun idarəçiliyini həyata keçirmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında müəyyən edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X1 miras qalan ünvan 2 ünvanında yerləşən əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Naxçıvan filialına 2237 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb iddiaçıya qaytarılmalıdır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X1 miras qalan ünvan 2 ünvanında 0.0252 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24.15 kv.m yaşayış, 35.69 kv.m köməkçi sahədən ibarət daşınmaz əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Naxçıvan filialına 2237 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-412/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-412/2023
04.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver