Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-419/2021 27.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı “İddiaçı xx xxxx 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək mərhum atası X1 mərhum babası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul faktının təsdiqi və mərhum atası X1 qəbul etdiyi miras əmlakın atasının ölümündən sonra onun, yəni X4 tərəfindən qəbul olunması faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxx 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə hər hansı bir məlumat verməmişlər. İddiaçı xx xxxxx 2021-ci il tarixli ərizəni məhkəməyə göndərərək iddia ərizəsini geri götürdüyünü və iddiasının baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün saymışdır. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı heç bir etiraz daxil olmamışdır. İddiaçı tərəfindən məhkəməyə göndərilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə Azərbaycan Respublikası MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan filialına xx xxxx 2021-ci il tarixli, 11142 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx xxxx 2021-ci il tarixli, 11142 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-419/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-419/2021
27.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver