Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-430/2022 14.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X7 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Naxçıvan şəhər 2-ci Dövlət Notariat Ofisinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, bağışlanma müqaviləsinin etibarsız hesab olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Naxçıvan şəhər 2-ci Dövlət Notariat Ofisinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 adına verilmiş 22 avqust 2017-ci il tarixli ünvan 2 barədə olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv olunması, Naxçıvan şəhər 2-ci Dövlət Notariat Kontoru tərəfindən X14 adına verilmiş 02 oktyabr 2017-ci İl tarixli, 2-v-96 nömrəli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin ləğv olunması, 11 oktvabr 2017-ci il tarixdə Cavabdeh1 adına verilmiş Naxçıvan şəhər 2-ci Dövlət Notariat Kontorasında qeydiyyata alınan 4ə-170 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, atası X3 ailə başçısı olmaqla 1969-1971-ci illərə dair təsərrüfatbaşına kitabda adına Naxçıvan şəhəri, Bulqan kəndində 0.20 ha torpaq sahəsinin qeydiyyata alındığını, həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilərək ailəsi ilə birlikdə yaşaması üçün atası X5 verildiyini, atasının 1971-ci ildə, anasının isə 1984-cü ildə dünyasını dəyişdiklərini, onun adına isə 1991-ci ildə həmin kənddə 0.1 ha torpaq sahəsinin qeydiyyata alındığını, mərhum qardaşı X2 adına isə 0.01 ha torpaq sahəsinin qeydiyyata alındığını, 0.20 ha torpaq sahəsinin və üzərində olan evin hissəsinə texniki pasport rəsmiləşdirilməklə mülkiyyətinə verildiyini, onun bir neçə il Türkiyə Respublikasında işləyib və yaşamağından istifadə edərək qardaşının ikinci dəfə ailə qurduğu həyat yoldaşı X14 torpaq sahəsinin sərhədlərini dəyişdirərək onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini və üzərində olan yaşayış və qeyri-yaşayış binalarını əsassız olaraq onun razılığı və xəbəri olmadan Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən JN-521 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin rəsmiləşdirilməklə 0.14 ha həyətyanı torpaq sahəsinin qardaşı X2 mülkiyyətinə verildiyini, Naxçıvan şəhər 2-ci Dövlət Notariat Kontoru tərəfindən Nadirin həyat yoldaşı X17 02 oktyabr 2017-ci il tarixli, 2-v-96 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini, buna baxmayaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məktubunda həmin vərəsəlik şəhadətnaməsinin əsasında evin X14 adına rəsmiləşdirilməsinin qeyd olunduğunu, qardaşı Nadir Mirzəyevin 2017-ci ildə vəfat etdiyini, 2017-ci ildə Nadir Mirzəyevin adına qanunsuz olaraq 1164 kv.m-in qanunsuz olaraq dövlət qeydiyyatına alındığını, X14 qanunsuz üsulla əldə olunmuş Nadir Mirzəyevin mülkiyyətini və onun mülikiyyətinin bir hissəsini Cavabdeh1 bağışladığını, X15 2019-cu ilin mart ayında vəfat etdiyini, Cavabdeh1 qanunsuz yolla əldə olunmuş əmlakı və onun mülkiyyətində olan torpağının və daşınmaz əmlakının bir hissəsini saxta sənədlərlə əldə edərək satacağını bildirdiyini, Naxçıxan MR İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(122)-257/2020 nömrəli qərarına əsasən onun itirilmiş mülkiyyətinin geri qaytarılmasının təmin olunduğunu, lakin X2 adına verilmiş qeydiyyatın qərara uyğun olmadığından ləğv olunmalı olduğunu, 02 oktyabr 2017ci il tarixdə Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontorunda qeydiyyata alınan 2v-96 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında həmin fərdi yaşayış evinin 03 oktyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X14 adına qeydiyyata alındığını, 11 oktyabr 2017-ci il tarixdə Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontorunda qeydiyyata alınan 4ə- 170 nömrəli bağışlama müqaviləsi əsasında qeyd olunan fərdi yaşayış evinin 31 oktyabr 2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alındığını, iddiasına Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində baxıldığını və məhkəmənin 27 noyabr 2020-ci il tarixli, 2-1(122)-37/2020 nömrəli qərarı əsasında Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən İddiaçı və mərhum qardaşı X2 Naxçıvan şəhəri, Bulqan kənd ərazisində yerləşən daşınmaz əmlak barəsində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın onlara aid hissəsində ləğv olunması, JN-520A, JN-521 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab olunması və 1990-cı ilin sentyabr ayında onun mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilməklə yaşayış və qeyri-yaşayış binalarının texniki pasportunun əsasında çıxarışın verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulduğunu, qətnamənin icrasının təmin olunduğunu, həmin əmlak üzərində yaranan hüquqlarının 29 yanvar 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını, buna baxmayaraq 1990-cı ilin sentyabr ayında olan X6 verilmiş torpaq sahəsinin ölçüsünün 0.01 ha olmağına baxmayaraq onun adına 0.1 ha torpaq sahəsinin rəsmiləşdirildiyini, halbuki həmin sahələrin miras olmaqla atasına məxsus olduğunu və həyətin bir evdən ibarət olmasına baxmayaraq iki ev olaraq sənədləşdirildiyini və onun hüquqlarının pozulduğunu, tikililərin mərhum Nadirin adına olan torpaq sahəsinin hüdudu içərisində yerləşdiyini, iddia tələbində mübahisələndirdiyi sənədlərin hüquqi qüvvəsinin olmadığını, Naxçıvan MR İnzibati Məhkəməsinin qətnaməsinə əsasən Nadir Mirzəyevə məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edildiyini, onun əsasında da N.Mirzəyevin adına verilmiş 2017-ci il tarixli çıxarışın ləğv edilməli olduğunu, N.Mirzəyevin mülkiyyətinə əmlakın verilməsinin əvvəlcədən və İnzibati Məhkəmənin qərarından sonra da əsasının olmadığını, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş sənədlərin əsasının olmadığını, torpağa münasibətdə ölçüləri düzgün vermədiklərini, İnzibati Məhkəmənin qərarının ona aid hissədə icra olunaraq yeni çıxarış verildiyini, hazırda yeni çıxarış əsasında mülkiyyətində olan əmlakın bir hissəsinin ərazi olaraq Cavabdeh1 adında olmaqla mülkiyyətində qaldığını, İnzibati Məhkəmənin qərarından sonra N.Mirzəyevin adına yeni mülkiyyətə dair sənəd verilmədiyini, İnzibati Məhkəmənin qərarından sonra iddia tələbində mübahisələndirdiyi əqdlərin hüquqi əsasının olmadığını göstərərək, X2 adına verilmiş 22 avqust 2017-ci il tarixli ünvan 2 barədə olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın ləğv olunması, Naxçıvan şəhər 2-ci Dövlət Notariat Kontoru tərəfindən X14 adına verilmiş 02 oktyabr 2017-ci İl tarixli, 2-v-96 nömrəli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin ləğv olunması, 11 oktvabr 2017-ci il tarixdə Cavabdeh1 adına verilmiş Naxçıvan şəhər 2-ci Dövlət Notariat Kontorasında qeydiyyata alınan 4ə-170 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iddiaçının vəkili qismində iddia tələbinə uyğun izahat verən Vəkil1 iddianı müdafiə edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin qətnaməsinə əsasən Nadir Mirzəyevə məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edildiyini, iddia tələbində mübahisələndirdikləri sənədlərin artıq qətnamədən sonra hüquqi qüvvəsinin olmadığını, bu əsasdan N.Mirzəyevin adına verilmiş çıxarışın, vərəsəlik şəhadətnaməsinin ləğv olunmalı və bağışlama müqaviləsinin isə etibarsız sayılmalı olduğunu, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə müraciətinə əsasən mübahisələndirdikləri çıxarışın ləğvinə dair sənədə münasibətdə iddia müddətinin ümumi iddia müddəti olduğunu, məhkəmə tərəfindən mübahisələndirilən sənədlərə münasibətdə hər birinə münasibətdə iddia müddətinin tətbiqinin müzakirə olunmalı olmasını, İnzibati Məhkəmənin qərarının iddiaçıya münasibətdə icra olunduğunu, iddiaçının mülkiyyətinin bir hissəsinin cavabdehin mülkiyyətində qaldığını hesab etdiyini, Nadir Mirzəyevə münasibətdə İnzibati Məhkəmənin qərarının icra olunması barədə məlumatlarının olmadığını, bu səbəbdən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh təşkilat Naxçıvan şəhər 2-ci Dövlət Notariat Ofisinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxışı iclası cavabdeh təşkilat Naxçıvan şəhər 2-ci Dövlət Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi qismində izahat verən X12, İnzibati Məhkəmənin torpaqlara münasibətdə qərar verdiyini, İddiaçı və N.Mirzəyevə verilmiş şəhadətnamələrdə olan ölçülərlə faktiki yerindəki ölçülərin düz gəlmədiyi səbəbindən məhkəmənin hər iki şəhadətnamənin ləğv edilib yenidən şəhadətnamə verilməli öhdəliyini Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyduğunu, İddiaçı münasibətdə qətnamənin icra olunaraq yeni çıxarış verildiyini, N.Mirzəyevə münasibətdə isə qətnamənin bu günədək icra olunmadığını, 2017-ci ildə N.Mirzəyevə verilmiş çıxarışın mövcud sənədlərə əsasən verildiyini, qanuni olmaqla əsaslı olduğunu, onun əsasında da vərəsəlik hüquqi haqqında şəhadətnamə verildiyini, sonradan da bağışlama müqaviləsi verildiyini, həmin əqdlərin verilməsində qanunsuzluğun olmadığını, islahat zamanı texniki səhvliyin olduğunu, səhvliyin bir otağa münasibətdə ölçüdə olmaqla N.Mirzəyevin mülkiyyətinə verildiyini, əlavə olaraq torpaq ölçülərində səhvlik olduğunu, sənəd də olan ölçülərlə yerində ölçünün düz gəlmədiyini, İnzibati Məhkəmənin 1990-cı ildə olan şəhadətnamədəki ölçülərlə texniki pasportdakı ölçülərlə bağlı tərəflərə qeydlər verdiyini, bir otağın yerində baxanda tikilinin içərisində ölçülərdə tikiliş formasına görə fərq verdiyindən mütəxəssisin məhkəmə mübahisəsi zamanı bu hala aydınlıq gətirdiyini, mütəxəssisin rəyinə əsasən 1999-cu il tarixli Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı münasibətdə torpaq sahəsi verilərkən 1990-cı ildə verilən pasportun nəzərə alındığının bildirildiyini, İnzibati Məhkəmənin qərarının da 1990-cı ildə olan pasporta uyğun mülkiyyətin nəzərə alınmasının qeyd olunduğunu, məhkəmə və onların mütəxəsislərinin iştirakı ilə mübahisəli əraziyə baxış keçirildiyini, hüquqi bazada İddiaçı mülkiyyətinə bir hektar torpaq sahəsi verildiyinin göstərildiyini, Babək rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli qərarında 1412 ha torpaq sahəsini qeyd etdiyini, qonşu torpaq sahəsi olan N.Mirzəyevin adına bir hektar torpaq sahəsi hüququ qeyd edildiyini, şəhadətnamədə 1411.50 ha göstərildiyini, faktiki yerində isə həmin ölçünün olmadığını, Nadirin vərəsəsinin notariat kontoruna müraciə etdikdə notariusun təqdim olunmuş sənəddə torpağın ölçüsünün naturada olan ölçü ilə düz gəlmədiyi bildirildiyini, vərəsəni də sənədə 1411 ha göstərilənlə deyil faktiki ölçü ilə razılaşdığından vərəsəlik şəhadətnaməsinin faktiki ölçüyə münasibətdə 1164 ha verildiyini, həmin qeydiyyatı apardıqlarını, mülkiyyətçinin də həmin ölçüdə olan mülkiyyətini bağışladığını, iddiaçının mülkiyyət hüququnun pozulmadığını, mülkiyyətinə texniki pasportda həmin otağa münasibətdə İnzibati Məhkəmənin qərarında qeydlər verildiyini, məhkəmənin qeydindəki göstərişləri İddiaçı izah etdiklərini, N.Mirzəyevə münasibətdə qərarın icra olunmadığını, yeni sənədin verilmədiyini, 2017-ci ildə verilən çıxarışdakı torpağa münasibətdə ölçülərin texniki pasportada göstərilən bir otağa münasibətdə düz gəlmədiyindən, torpağın ölçülərinin düz gəlmədiyini, qonşu sərhədlərin qarışdığını, dəfələrlə yerində baxış keçirildiyini, şəhadətnamələrin ləğv olunaraq pasporta uyğun sənəd uyğun olduğuna görə verildiyini, yeni sənədə görə iddiaçının mülkiyyətində artım olduğunu, cavabdehə münasibətə mülkiyyətində azalma olduğunu, İnzibati məhkəmənin qərarının 1990-cı ildə mövcud olan torpağa münasibətdə ölçülərin düz gəlmədiyindən verildiyini, İnzibati məhkəmənin qərarında N.Mirzəyevin torpağa münasibətdə mülkiyyət hüququnun olmamasının qeyd olunmadığını, N.Mirzəyevin torpaq sahəsi və üzərində tikililər olmasının sənədlərlə təsdiq olunduğunu, hazırda məhkəmə mübahisələri olduğundan yeni sənədlərin verilməsinin dayandığını, Cavabdeh1 hazırda torpaq və tikililərə münasibətdə mülkiyyət hüququnun olduğunu, iddiaçının mülkiyyət hüququnun yeni sənədləşməyə əsasən bərpa olunduğunu, hər hansı hüququnun pozulmasını düşünmədiklərindən iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada dəfələrlə məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxışı iclası Cavabdeh1 iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh1 vəkili və nümayəndəsi qismində izahat verən Vəkil2, iddianı qəbul etmədiklərini, iddiaçının subyektiv hüququ olmadan iddia verdiyini, əqdləri mübahisələndirmək hüququnun olmadığını, müqavilə tərəflərindən biri olmadığından bağlanmış əqdləri mübahisələndirmək hüququnun olmadığını, bu səbəbdən iddia tələbinin əsassız olduğunu, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun pozulmadığını, iddiaçının iddia müddətini ötürməklə müraciət etdiyini, İnzibati Məhkəmənin qanunsuz mülkiyyətə əmlakın verilməsi səbəbiylə şəhadətnaməni ləğv etmədiyini, ölçülərin düz gəlməməsi səbəbindən ləğv edərək yenidən verilməsi öhdəliyinin qoyulduğunu, İnzibati Məhkəmənin qərarına əsasən N.Mirzəyevə torpaq sahəsinin yenidən ölçülməklə verilməsinin istisna olunmadığını, məhkəməyə müddətin tətbiq olunması barədə ərizə təqdim etdiklərini, iddiaçının 2020-ci il tarixdə Naxçıvan MR İnzibati Məhkəməsində müvafiq inzibati orqana qarşı iddia qaldırdığını, hüquqlarını müdafiə etdiyi, vəkili və nümayəndəsi olduğu şəxsin isə üçüncü şəxs qsimində (zəruri cəlbetmə) həmin inzibati iddia üzrə işə cəlb edildiyini, yəni buradan da aydın olur ki, hazırki iş üzrə iddiaçının, yəni istinad olunan maddi hüquq norması üzrə maraqlı şəxs sayılan İddiaçı həmin mirasın açılmasından və miras əmlaka dair notariat əməliyyatının aparılmasından xəbərdar olduğunu, müvafiq əsasın olduğunu bildiyini və buna görə də müvafiq normanın tələbi baxımından bir xeyli müddət keçdikdən sonra həmin vərəsəliyi məhkəmə qaydasında mübahisələndirdiyini, yəni Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin müvafiq miras əmlaka dair aparılmış notariat əməliyyatının sonunda həqiqi vərəsəyə verilən hüquqi sənəd olduğunu, həmin sənəd əsasında şəxsin daşınmaz əmlakın dövlət reyestrinə müraciət edərək miras əmlakı öz adına qeydə aldırdığını, Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibasrızlığının tələb olunmasının əslində həmin vərəsəlik icraatının etibarsızlığı demək olduğunu, yəni iddiaçının iddia müddətini buraxaraq bu şəhadətnaməni mübahisələndirdiyini, iddiaçının müvafiq Bağışlama Müqaviləsinin bağlandığı (rəsmiləşdirildiyi) gündən 5 ildən çox müddət keçdikdən sonra mübahisələndirdiyini, burada da müddətin buraxılmasının hüquqi baxımdan açıq-aydın görünməkdə olduğunu, yəni əqdin-müvafiq olaraq Bağışlama Müqaviləsinin icrasının artıq xx.xx.2017-ci ildə icra olunduğunu, Bağışlama Müqaviləsinin müvafiq daşınmaz əmlakın dövlət reyestrinə təqdim olunduğunu, həmin müqavilə əsasında əmlakın hazırki iş üzrə Cavabdeh1 adına qeydə alındığını, iddiaçının isə artıq 5 ildən sonra müddəti buraxaraq həmin müqaviləni mübahisələndirdiyini, müqavilənin etibarsızlığı məsələsində subyektiv hüququ məsələsinə də diqqət yetirmək laızm olduğunu, müqavilənin tərəfi olmayan bir şəxsin müqaviləni mübahisələndirməsinin hüquqi baxımdan düzgün olmadığını, bu səbəbdən iddiaçının məhkəmənin qərarına istinadan qanuni verilmiş əqdlərin ləğvini tələb etməsinin qanuna uyğun olmadığını, bunların nəzərə alınaraq, iddia müddətinin tətbiq olunmaqla iddianın rəddi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Naxçıvan MR Dövlət Arxivinin 15 noyabr 2019-cu il tarixli, 13/918 nömrəli arxiv arayışına əsasən, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Bulqan kəndinin 1991- 1995-ci illərə dair 8 nömrəli təsərrüfatbaşına kitabında mərhum X9 ailə başçısı olmaqla adına 1990-1992-ci illərdə 0.1 ha, 1993-1995-ci illərdə 0.01 ha torpaq sahəsi qeyd edilmişdir. Naxçıvan MR Dövlət Arxivinin 15 noyabr 2019-cu il tarixli, 13/918 nömrəli arxiv arayışına əsasən, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Bulqan kəndinin 1991- 1995-ci illərə dair 8 nömrəli təsərrüfatbaşına kitabında mərhum X10 ailə başçısı olmaqla adına 0.1 ha torpaq sahəsi qeyd edilmişdir. Naxçıvan MR Dövlət Arxivinin 15 noyabr 2019-cu il tarixli, 13/918 nömrəli arxiv arayışına əsasən, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Bulqan kəndinin 1991- 1995-ci illərə dair 8 nömrəli təsərrüfatbaşına kitabında mərhum X11 ailə başçısı olmaqla adına 0.20 ha torpaq sahəsi qeyd edilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.1015 ha olan fərdi yaşayış evi (72.29 kv.m) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/42 nömrəli reyestr kitabının 8214 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********38-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021). Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış"ın və 30 avqust 2017-ci il tarixli, 2336 nömrəli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışın surətinə əsasən, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.1164 ha olan fərdi yaşayış evi (92.9 kv.m) tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 18/30 nömrəli reyestr kitabının 5802 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********27-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017). 02 oktyabr 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətinə əsasən, X23 22 avqust 2017-ci il tarixdə X6 verilmiş ünvan 2 ünvanında 0.1164 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 92.9 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən 1/1 hissədə pay almalıdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış"ın və 04 oktyabr 2017-ci il tarixli, 2654 nömrəli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışın surətinə əsasən, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.1164 ha olan fərdi yaşayış evi (92.9 kv.m) tam mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 18/30 nömrəli reyestr kitabının 5802 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********27-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017). 11 oktyabr 2017-ci il tarixli Bağışlama Müqaviləsinin surətinə əsasən, X1 şəhəri, Qaraçuq kəndi, 4-cü küçə, döngə 8, ev 24 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.1164 ha olan 2 otaqlı fərdi yaşayış evini (ümumi sahəsi 92.9 kv.m, yaşayış sahəsi 48 kv.m, yardımçı sahəsi 44.9 kv.m) Cavabdeh1 bağışlamışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 06/659 nömrəli, 03 noyabr 2021-ci il tarixli məktubuna əsasən, Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən X2 adına olan fərdi yaşayış evi 02 oktyabr 2017-ci il tarixdə Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontorunda qeydiyyata alınan 2v-96 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında həmin 03 oktyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X14 adına qeydiyyata alınmışdır. AZ-İ seriyalı, 702567 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X9 09 fevral 2017-ci il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 02 oktyabr 2017-ci il tarixli, 1283 nömrəli arayışın surətinə əsasən, mərhum X2 aşağıdakı vərəsələri vardır:
1. X23 həyat yoldaşı 1943-cü il təvəllüdlü. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(122)-37/2020 nömrəli qərarına əsasən, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən İddiaçı və mərhum qardaşı X2 Naxçıvan şəhəri, Bulqan kənd ərazisində yerləşən daşınmaz əmlak barəsində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın onlara aid hissəsində ləğv olunması, JN-520A, JN-521 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab olunması və 1990-cı ilin sentyabr ayında onun mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilməklə yaşayış və qeyri-yaşayış binalarının texniki pasportunun əsasında çıxarışın verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli, 1112 nömrəli arayışın surətinə əsasən, İddiaçı aşağıdakı ailə üzvüləri vardır:
1. X16 həyat yoldaşı 1991-ci il təvəllüdlü;
2. X18 qızı 2014-cü il təvəllüdlü;
3. X13 oğlu 2016-cı il təvəllüdlü. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən göründüyü kimi, Babək rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə JN-521 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X6 ailə üzvləri X23 ilə birlikdə 0.14 ha ölçüsü olan həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən göründüyü kimi, Babək rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə JN-520 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı 0.10 ha ölçüsü olan həyətyanı torpaq sahəsi verilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 1990-cı il tarixli, 100 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportunun surətinə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 1990-cı il tarixli, 107 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportunun surətinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb izahatları, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında iddia müddətinin əhəmiyyəti ilə əlaqədar qeyd etmişdir ki, birinci, o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iddiaçının iddianın əsası kimi istinad etdiyi Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(122)-37/2020 nömrəli qərarı əsasında Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən İddiaçı və mərhum qardaşı X2 Naxçıvan şəhəri, Bulqan kənd ərazisində yerləşən daşınmaz əmlak barəsində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın onlara aid hissəsində ləğv olunması, JN-520A, JN-521 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab olunması və 1990-cı ilin sentyabr ayında onun mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilməklə yaşayış və qeyri-yaşayış binalarının texniki pasportunun əsasında çıxarışın verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması, qətnamənin icrasının təmin olunması bu səbəbdən hazırda verilmiş əqdlərin ləğv və etibarsız hesab olunması tələbinə əsasən bildirir ki, həmin qətnamə torpağa dair verilmiş şəhadətnamələrin ləğv edilməsini və yenidən verilməsini tələb edir. Həmin qətnamə bir hissədə icra olunaraq ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.1015 ha olan fərdi yaşayış evi (72.29 kv.m) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/42 nömrəli reyestr kitabının 8214 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********38-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021). Nadir Mirzəyevə münasibətdə isə qətnamənin icrası ilə əlaqədar sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçı sənəd üzrə ona məxsus torpaq sahəsinin bir hissəsinin Cavabdeh1 mülkiyyətində olduğunu qeyd etsədə bununla əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə iddia tələbində Naxçıvan şəhər 2-ci Dövlət Notariat Kontoru tərəfindən X14 adına verilmiş 02 oktyabr 2017-ci İl tarixli, 2-v-96 nömrəli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin ləğv olunması və 11 oktvabr 2017-ci il tarixdə Cavabdeh1 adına verilmiş Naxçıvan şəhər 2-ci Dövlət Notariat Kontorasında qeydiyyata alınan 4ə-170 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması tələbinə əsasən bildirir ki, iddiaçı həmin əqdlərin mübahisələndirmə müddətini itirdiyindən təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. [326] 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik müddətlə bağlı bəzi hallar nəzərdə tutur ki, bu zaman subyektiv hüquqların mövcud olma müddəti ərzində həmin hüquqların təxirə salınmadan həyata keçirilməsi ilə şərtləndirilir. Əgər iddiaçı həmin müddəti ötürərsə, əqdi mübahisələndirmək hüququnu həyata keçirməzsə, onda o, bu hüququnu itirir. Məhkəmə qeyd edir ki, iddiaçı qanunvericiliklə müəyyən edimiş müddəti buraxdığına görə də onun iddiasının təmin edilməsi üçün hüquqi əsas yoxdur. Ona görə də, İddiaçı cavabdehlər Naxçıvan şəhər 2-ci Dövlət Notariat Ofisinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, bağışlanma müqaviləsinin etibarsız hesab olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının (çıxarışın) ləğvi tələbinə dair iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26.2-ci maddəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29.1-ci maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. 29.2-ci maddəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.3-cü maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 71.1-ci maddəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmişhаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddiaçı Naxçıvan şəhər 2-ci Dövlət Notariat Ofisinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, bağışlanma müqaviləsinin etibarsız hesab olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının (çıxarışın) ləğvi tələbinə dair iddia rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.