Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-435/2021 12.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiacılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və miras paylarının yenidən müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatıan qəbul edilməsi məsələsinə baxaraq müəyyən etdim: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı2 və İddiaçı1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız sayılması və miras paylarının yenidən müəyyənləşdirilərək İddiaçı2 və İddiaçı1 ümumilikdə mirasın ½ hissəsi miqdarında pay ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiacılar İddiaçı2 və İddiaçı1 məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinə əlavə olunan sənədlərin lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə görə iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Bu Məcəllənin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazimı sübutların əslini və yaxud lazımi qaydada təsdiq edilmiş surətini təqdim edilməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsində müəyyən edilmişdir ki, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Sənədlərin surətləri dedikdə notarial qaydada təsdiq edilmiş surətlər nəzərdə tutulur. Eyni zamanda iddiacılar İddiaçı2 və İddiaçı1 məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddiaçı ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinin tələbinə riayət edilmədən verilmişdir. Belə ki, sözügedən maddənin tələbinə görə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də İddiaçı2 tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-ci il tarixdə 8051 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və miras paylarının yenidən müəyyən edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı2 tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-ci il tarixdə 8051 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-435/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-435/2021
12.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver