Məhkəmə qərarları › İş №2(078)-438/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-438/2024

24.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-438/2024 24.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək bacısı 21 may 1974-cü il tarixdə doğulmuş X10 və 29 avqust 1979-cu il tarixdə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirmişdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxslər- X18 onun bacısı, X17 onun qardaşıdır. X4 21 may 1974-cü ildə və qardaşı X17 29 avqust 1979-cu ildə Naxçıvan şəhərində anadan olub. Onlar İ qrup əlildir və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Naxçıvan şəhər şöbəsində əlilliyi olan şəxs kimi qeydiyyatda dayanır. Onların kənar şəxsin qulluğuna ehtiyacı vardır. X18 və X17 özünü idarə etmək qabliyyətində deyildir. Yəni onun sayəsində özlərini idarə edirlər. Bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onların hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, fəaliyyət qabiliyyətinin olmaması səbəbindən onların hüquqlarını həyat keçirə bilmir. Buna görə də bacıqardaşının fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə psixiatrik ekspertizasının rəyinə görə X10 və X1 onun məhkəmə iclasında iştirakına imkan vermədiyindən o, məhkəmə iclaslarına dəvət olunmamış və dindirilməmişdir. Məhkəmə iclası zamanı dindirilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X19 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələri fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs 21 may 1974-cü il tarixdə doğulmuş X10 və 29 avqust 1979-cu il tarixdə doğulmuş X7 yaşadığı yerə baxış keçirmişdir. X10 və X7 yaşadığı mənzil istismar idarəsindən və qonşulardan alınan məlumata görə X18 və X17 ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmir. A.Vəliyev araşdırma nəticəsində X10 və X7 xəstə olduğunu, bu səbəbdən onların ailə həyatı qurmadığını, hazırda ərizəçinin yanında yaşadığını və onların qayğısının ərizəçi tərəfindən çəkildiyini bildirmiş və qeyd etmişdir ki, komissiya belə nəticəyə gəlmişdir ki, X10 və X7 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmaması müəyyən olunmuşdur Məhkəmənin qiymətləndirməsi: Mülki işin materiallarında olan xx.xx.1967-ci il tarixdə Naxçıvan şəhər VVAQ bürosu tərəfindən verilmiş evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Rəşid Şahbaz oğlu ilə Rzayeva (Hüseynova) Nazxanım Alış qızı arasında həmin tarixdə nikah bağlanmış və bu barədə 8 nömrəli akt qeydi icra edilmişdir. xx.xx.1988-ci il tarixdə təkrar verilmiş Xİİ-JQ seriyalı 381299 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Hüseynov Rəşid Şahbaz oğlu ilə X6 xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi adlı övladları vardır. xx.xx.1974-cü il tarixdə verilmiş İİ-JQ seriyalı 486152 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Hüseynov Rəşid Şahbaz oğlu ilə X6 xx.xx.1974-cü il təvəllüdlü X18 adlı övladları vardır. xx.xx.1979-cu il tarixdə verilmiş Vİ-JQ seriyalı 277714 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Hüseynov Rəşid Şahbaz oğlu ilə X6 xx.xx.1979-cu il təvəllüdlü X17 adlı övladları vardır. Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə təkrar verilmiş AZ-İ seriyalı 117545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, Hüseynov Rəşid Şahbaz oğlu ürəyin işemiya xəstəliyi diaqnozu ilə xx.xx.1991-ci ildə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm kitabının 238-ci səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 497325 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, Rzayeva (Hüseynova) Nazxanım Alış qızı qaraciyər çatışmazlığı diaqnozu ilə xx.xx.2015-ci ildə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm kitabının 256-ci səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF phş Naxçıvan şəhər şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 155 nömrəli arayışda qeyd olunmuşdur ki, X11 Şöbədən İ dərəcəli əlilliyə görə hər ay 270 manat müavinət və 200 manat məbləğində Prezident təqaüdü ödənilir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF phş Naxçıvan şəhər şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 156 nömrəli arayışda qeyd olunmuşdur ki, X15 Şöbədən İ dərəcəli əlilliyə görə hər ay 270 manat müavinət və 200 manat məbləğində Prezident təqaüdü ödənilir. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X14 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 98 nömrəli məktubda qeyd edilmişdir ki, X17 xx.xx.1983-cü il tarixdən “Anadangəlmə əqli zəiflik. İmbesillik səviyyəsində” diaqnozu ilə Dispanserdə qeydiyyatdadır. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X14 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 99 nömrəli məktubda qeyd edilmişdir ki, X18 xx.xx.1981-cü il tarixdən “Anadangəlmə əqli zəiflik. İmbesillik səviyyəsində” diaqnozu ilə Dispanserdə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2006-cı il tarixdə verilmiş 034618 nömrəli vəsiqənin surətindən məlum olur ki, X18 İ qrup əlildir. İş materiallarında olan xx.xx.2006-cı il tarixdə verilmiş 034620 nömrəli vəsiqənin surətindən məlum olur ki, X17 İ qrup əlildir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Naxçıvan şəhər 2 nömrəli SİƏDN tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 227 nömrəli arayışa əsasən X2 şəhəri Sabir küçəsi ev 102 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Naxçıvan şəhər 2 nömrəli SİƏDN tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 228 nömrəli arayışa əsasən X3 şəhəri Sabir küçəsi ev 102 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Naxçıvan şəhər 2 nömrəli SİƏDN tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 242 nömrəli arayışa əsasən Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin və müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin izahatını dinləyib, eyni zamanda iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki,məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarından Ərizəçi X10 və X7 qardaşı olması, həmçinin X10 və X7 hazıradək ailə qurmaması müəyyən olunmuşdur. Həmin Məcəllənin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2024-cü.il tarixli, 2(078)-438/2024 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəməpsixiatriya ekspertizası təyin edilmiş, Naxçıvan MR Səhyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 verdiyi xx.xx.2024-cü il tarixli 102 və 103 nömrəli Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəylərindən məlum olmuşdur ki, X12 və X8 “Ağır dərəcəli əqli gerilik” psixi xəstəliyi aşkar olunur, onlarda öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə toplanmış digər sübutlardan məlum olmuşdur ki, X10 və X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxslər üzərində qəyyum təyin olunması üçün lazımdır. Ərizəçi bacı-qardaşı üzərində qəyyum təyin olunmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və ona izah olunmuşdur ki, həmin şəxslər üzərində onun qəyyum təyin olunması üçün müvafiq məhkəmənin qətnaməsi olmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı 21 may 1974-cü il tarixdə doğulmuş X10 və 29 avqust 1979-cu il tarixdə doğulmuş X7 həqiqətən ağıl zəifliyinin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi müəyyən olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi hazırda X10 və X7 qardaşı, yəni Ərizəçi himayəsində yaşayır, eyni zamanda onun bütün növ tələbatları ərizəçi tərəfindən qarşılanır. Mülki işin məhkəmə araşdırması zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X13 məhkəməyə verdiyi izahatından məlum olmuşdur ki, Ərizəçi tərəfindən X10 və X7 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 21 may 1974-cü il tarixdə doğulmuş X18 və 29 avqust 1979-cu il tarixdə doğulmuş X17 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 21 may 1974-cü il tarixdə doğulmuş X18 və 29 avqust 1979-cu il tarixdə doğulmuş X17 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar