Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-447/2025 10.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının nümayəndəsi X4, cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, X36 və X27 Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısının 10 oktyabr 2024-cü il tarixli, 208 nömrəli sərəncamına əsasən sosial kirayə müqaviləsi ilə onun adına verilmiş ünvan 1 ünvanında yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 sosial kirayə müqaviləsi əsasında mərhum X7, anası X10 və ona verilmişdir. X7 23 fevral 2924-cü il, anası X10 isə 17 avqust 2019-cu il tarixlərdə vəfat etmişlər. Hazırda həmin mənzilin tək kirayəçisi özü olduğundan Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısının 10 oktyabr 2024-cü il tarixli, 208 nömrəli sərəncamı ilə sözügedən yaşayış sahəsinin sosial kirayə müqaviləsi onun adına dəyişdirilmişdir. Qardaşı Cavabdeh1 həmin mənzili 2019-cu il tarixdə kirayə verib, qazanc əldə edərək ailə üzvləri ilə birlikdə mülkiyyətində olan ünvan 2 ünvanında yaşayır, ona həmin mənzildə yaşamağa imkan vermir. Özü anadangəlmə 1-ci qrup əlildir, başqa yaşayış yeri olmadığından bacısı evində yaşayır. Qardaşı Sədi və ailə üzvləri mənzilində pasport qeydiyyatında olduqlarına görə mülkiyyəti üzərində sərəncam hüquqlarını istədiyi kimi həyata keçirə bilmir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə təqdim etdikləri etiraz ərizəsində göstərmişlər ki, İddiaçı bizə qarşı iddia ərizəsi ilə Naxçıvan şəhər Məhkəməsinə müraciət edərək ünvan 3 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsini xahiş etmişdir. Sözügedən mənzil Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında qanununun 5-ci maddəsinə əsasən kirayəçi X5 ilə bağlanılmış kirayə müqaviləsi əsasında 15 dekabr 1972ci il tarixli, 295 saylı qərarla mülkiyyətə verilməsi ilə bağlı Order verilmişdir. Sözügedən mənzilə sonradan ailə üzvləri olaraq bizdə qeydiyyata düşmüşük. Lakin iddiaçı Kərimova X8 Şəhər İcra Hakimiyyətinin 10 oktyabr 2024-cü il tarixli, 208 №-li sərəncamını əsas götürərək bizə qarşı əsassız olaraq belə bir iddia tələbi ilə müraciət etmişdir. Eyni zamanda qeyd etmək istəyirik ki, sərəncam verilib sosial kirayə müqaviləsi üzrə mənzil İddiaçı adma dəyişdirilən zaman yuxarıda qeyt etdiyim kimi qeyd olunan mənzildə qeydiyyatda olan şəxslərin bizim razılığımız nəzərə alınmamışdır. Həmçinin Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında qanununun 9-cu maddəsinə əsasən həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmamışdır. Həmin mənzildə orderdə qeyd olunduğu kimi mərhumun ailə üzvləri olaraq 19 il olar ki yaşamışıq. Biz 2021-ci ilin sentyabr ayında müvəqqəti olaraq işləmək üçün Türkiyə Respublikasına getdik. 2023-cü ilin mart ayında biz Türkiyə Respublikasından qayıdaraq yenidən həmin mənzildə yaşamışıq. X5 23 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Mərhumun bütün dəfn və digər xərclərini çəkmişik. Biz 2024-cü ilin noyabr ayınadək sözügedən mənzildə yaşamışıq. Mənzilin bütün kommunal xərclərini ödəmişik. 2024-cü il noyabr ayından biz həmin mənzili kirayə vermək məqsədi ilə ünvan 4 ünvanında yaşadıq, lakin həmin fərdi yaşayış evinin normal şəraiti olmadığından biz mənzili kirayə vermədik və daimi olaraq mənzilə gedib-gəlirik. İddiaçı isə həmin mənzildə yaşamamışdır. Hesab edirəm ki, idddiaçmın iddiası əsassızdır, bizə qarşı ünvan 3 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi tələbi təmin oluna bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər 02 aprel 2025-ci il tarixdə bizə rəsmi olaraq çatdırılmışdır. İddiaçı bizə qarşı ünvan 3 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına bir dəfə iştirak etmiş, məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi qismində izahat verən X11 iddianı müdafiə edərək izahatında İddiaçı hal hazırda Şəkərabadda onun evində yaşadığını, atalarının 22 fevral 2024-cü ildə vəfat etdiyini, atasının sağlığında evin birini qardaşına verdiyini, digər evin ona verdiyini, hazırki evi bacısına verməyi düşündüyünü, o evin boş olduğunu, qardaşıgilin evi kirayə verdiyini, 2020-ci ildən qardaşı və ailəsinin Türkiyədə olduğunu, atası vəfat etdikdən sonra noyabr ayından yenidən qayıtdıqlarını, 2019-a qədər anasının Məhsətiyə baxdığını, 2019 dan sonra atasının baxdığını, 6 il ərzində özünün mütəmadi olaraq bacısına baxdığını, başqa kimsənin olmadığını, başqa kimsənin kömək etmədiyini, özünün işləmədiyini, başqa ölkənin də vətəndaşlığı olduğunu, işləmədiyini, bacısına baxdığını, heç bir köməyinin olmadığını, atasının 3 evindən, Azərbaycan məhəlləsindəki evi qardaşına, Şəkərabaddakı evi özünə digər evin də bacısına çatacağını, atasının anasının, bacısının, qardaşının bütün xərclərini özünün ödədiyini, o evi də özünün aldığını, bu evdən başqa bütün evlərin onun vəsaiti hesabına alındığını və atasının adına rəsmiləşdiyini, bunu şahidlərlə də sübut edə biləcəyini bildirmişdir. Daha sonra izahatında bildirmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” “anunun 31-ci maddəsinə əsasən, həmin şəxslərin mənzillə təmin olunmalı olduğunu, Nazirlər Kabinetinin qərarına əsasən əlil olan şəxslərə verilən evdə uçotdakı şəxslərin əgər evi varsa o evdən qeydiyyatdan çıxmalı olduğunu, əlil olan şəxslərin 2-3 nəfərdən artıq insanla yaşamamalı olduğunu, bunun psixi təsirlər yaratdığını, psixi sağlamlığı üçün bunun belə düşünüldüyünü, mənzili bacısının adına keçirdikdən sonra mənzilin dəyişdirilməsi ilə bağlı sosial müdafiə fonduna müraciət edəcəyini, çünki hal-hazırda yaşadıqları Şəkərabaddakı evlərinin şəhərə uzaq olduğunu, masajist və sair digər sağlamlıqla bağlı fəaliyyətlər üçün uzaq olduğunu, şəraitin olmadığını, harasa getmək üçün maşınlarının olmadığını, əlil bacısının bu cəhətdən əziyyət çəkdiyini, evi adına keçirdikdən sonra mənzilin uyğun bir mənzillə dəyişdirilməsi üçün müraciət edəcəyini, atasının qəfldən vəfat etməsi ilə bağlı evi bacının adına keçirməsinin mümkün olmadığını, atası vəfat etdikdən sonra qardaşına üz tutduğunu, bacısının evinin təmin olunmasını istədiyini, bacısının hüquqlarının pozulmasının qarşısının alınmasını, hüquqlarının bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra nümayəndə izahatında 18 avqust 2019-cu ildə anası vəfat etdikdən sonra atası ilə birgə özünün bacısına baxdığını, 5 ildir onunla yaşadığını, bunu sübut edə biləcəyini, qardaşına o zamanlar niyə gəlib bacına baxmırsan deyə soruşduqda, qardaşının mən qıza baxa bilmərəm dediyini, atası vəfat etdikdən sonra o qapını açmadıqlarını, sonra Türkiyəyə çıxıb getdiklərini, bacısına baxmadıqlarını, bacısının atası və özünün ümidinə qaldıqlarını, evdən özlərinin də dedikləri kimi kirayəyə verib maddi mənbə kimi baxdıqlarını, bugünkü gün bacısının oradan maddi mənbə kimi istifadə etmədiyini, özünün 30 il bacısının, həm də qardaşının ailəsini, həm də ata və anasının bütün xərclədiyini ödədiyini, hal hazrıda bacısının və özünün maddi problemlərinin olduğunu, bacısının o evin sahibi olduğunu, kənd yerində qışda yaşamağın çətin olduğunu, isitmək olmadığını, çox xərc tələb etdiyini, sosial müdafiə fonduna da müraciət edəcəyini, hal-hazırda qardaşının əlil bacısının və özünün, ümumilikdə bacılarının qeydinə qalmasını istəyirsə bu məsələyə başdan razılıq verməli və həll etməyə kömək göstərməli olduğunu, əlil bacısının rahat evdə yaşamasını, rifahını düşünməsini, qardaşının bacısının qeydinə qalmalı olduğu halda bu işin məhkəməyə qədər gəlib çıxmamalı olduğunu, atasının vaxtında bu məsələni həll edib evi Məhsətiyə verməli olduğunu, lakin anası vəfat etdikdən sonra atasının xəstə olduğunu, vəfat etdikdən sonra da məsələnin ortalıqda qaldığını, qardaşına dedikdə qardaşının Şəkərabaddakı evi mənə ver mən orda bacıma baxaram dediyini, özünün razı olmadığını, bina evini də Məhsətiyə vermək istəmədiyini, ona gəl sənə aldığım evi Məhsətiyə ver, Məhsəti ilə birgə şəhərdə yaşayaq, buna səbəb isə Şəkərabadın xəstəxanaya bazara uzaq olduğunu, aptekin mağazaların uzaq olduğunu, maşın olmadığı üçün çətinlik çəkdiyini, Məhsətini məhkəməyə gətirmək üçün belə Sosial müdafiə nazirliyinə müraciət etdiyini, onların maşın göndərdiyini, cavabdehə qaldığı evi Məhsətiyə verməsini, bina evinin də Məhsətinin qardaşının adına keçirməsini təklif etdiyini, qardaşının qaldığı evin köhnə şəraitsiz olduğunu, düzəltmək üçün xərc tələb olunduğunu, lakin onun bütün bunları edə biləcəyini, bina evinin qiymətinin 150 min manat ola biləcəyini, özlərinin uşaq vaxtı o evdə 5 nəfər yaşadığını, həyət evində yaşamağın onlara daha rahat olacağını cavabdehin istəsə bina evini ona verməyə hazır olduğunu, təki evlərdən birini bacısının adına keçirməyi, bacısına verməyi qəbul etməsini istədiyini, özünün atası ilə münasibətinin daima yaxşı olduğunu, yaxşı olduğu üçün atasına pullar göndərdiyini, evlər aldığını, hətta qardaşına bankdan da təqdim edəcəyi çıxarışa əsasən 44 min manat adına pul qoyduğunu, bu qədər şeyə baxmayaraq yenə də qardaşı bacısına kömək etmək istəmədiyini, heç bir maddi-mənəvi kömək etmədiyini, özünün də heç nə istəmədiyini, heç kimə ehtiyacının olmadığını, qardaşı evi verdikdən sonra gedib özünün öz ailəsi ilə birgə yaşaya biləcəyini, onlardan nəsə ummadığını, özünün dovlətin köməyi ilə öz səyləri ilə qardaşının bəyənmədiyi həyət evində rahat yaşaya biləcəyini, Məhsətiyə də bunun xoş təsir edəcəyini, dəfələrlə qardaşına evi dəyişməyi təklif etdiyini lakin qardaşının razı olmadığını, qardaşı məhkəmə iclasında evin ata mülkü olduğu üçün satılmasını istəmədiyini və öz evini də dəyişmək istəmədiyini bildirmişdir. O halda satılmamasına və evi dəyişmək istəməməsinə etirazının olmadığını, özlərinin kənddəki evdə birtəhər yaşaya biləcəyini, özünün 3 ali təhsili olduğunu, ailəsini Moskvada olanda pulla təmin etdiyini, qardaşının uşaqlarına belə pul saxladığını, qardaşının universitetini, toyunu, evini və digər hər bir xərclərini özünün etdiyini, atasının kasıb olduğunu, qardaşından o zamanlar tək bir şey istədiyini, atası və anasına baxmasını istədiyini, onları tək qoymamasını istədiyini, lakin onların xəstə atasını xəstə bacısı ilə tək qoyub getdiyini, anası vəfat etdikdə qardaşının qapını açmadığını, qardaşının Türkiyədə olarkən xəstə bacısına 6 il özünün baxdığını, özünün tək başına qaldığını, köməyinin olmadığını, anası xəstə olarkən anasını Moskvaya apardığını, müalicə etdiyini, həmin vaxt atasının əlil bacısı ilə tək qaldığını, qardaşının onları qoyub Türkiyəyə getdiyini, anasını müalicə etdirdikdən sonra qardaşının nəyə müalicə edirsən onsuz axır başı öləcək dediyini, evləndikdən sonra yoldaşı ilə dilində bir cümləsi olduğunu daima ata ana daimi deyil dediklərini, anası xəstə olarkən gəlinin anasını qocalar evinə qoyub evləri adlarına keçirmək istədiklərini, atasının qoymadığını, yasları illəri, qarabayramları tək keçirdiyini, heç birini yalan danışmadığını, yalan danışmağa ehtiyacının olmadığını, məhkəmənin qanuni qərarı verməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh1 izahatında, evdə yaşadıqları müddətdə evin ailəsi üçün xüsusi əhəmiyyəti olduğunu, o evə çox xərc qoyduğunu, evi satmaq istəmədiyini, ata mülkü olduğu üçün razı olmayacağını, yoldaşı və özünün o evin hər bir təsərrüfatı ilə məşğul olduqlarını, bütün kommunalları və xərcləri özlərinin ödədiyini, o evin onların tək dayanacağı olduğunu, yoldaşının dediyi kimi prinsipə görə məsələnin bu yerə gəlib çıxdığını, dəfələrlə evlərinə getsələr də özlərini evə qoymadıqlarını, daima 1-ci qrup əlil bacısına baxmağa hazır olduğunu, danışıb həll edə biləcəklərini, özlərinin aralarında danışıb razılaşa biləcəklərini, özünün orada yaşadığını, təmir işləri gördüyünü bütün 15 il boyunca kommunal ödənişləri etdiklərini, düşmənçiliyin əhəmiyyəti olmayacağını, özləri danışıb həll edə biləcəyini bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh2 izahatında hal hazırda o evdə yaşamadıqlarını, qaynatasının yoldaşına verdiyi evdə yaşadığını, evlərinin taksiparkın yanında olduğunu, bu ilin noyabr ayının sonlarında oraya köçdüyünü, noyabr ayina qədər 2022-ci ilin sentyabrinda Türkiyəyə getdiklərini, 2022-ci ilin sentyabr ayına qədər evin 2 otaqlı olduğuna görə, öz evlərini kirayə verib binalarının yanındakı binadan daha geniş 4 otaqlı ev kirayə götürüb yaşadıqlarını, qaynatasının ölümündən qabaq indi qaldıqları evi qaynatasının yoldaşının adına keçirdiyini, onların 19 il orada qaldıqlarını, kommunalları özlərinin ödədiyini, baldızının onlarda qalmadığını, qaynatasının himayəsində yaşadığını, hal-hazırda noyabr ayından bəri o evdə kirayənin qalmadığını, qışda davamlı o evə gedib gəldiklərini, 1-ci qrup əlil baldızına daima baxdıqlarını, bundan sonra da baxmağa razı olduqlarını, evin əvvəldən icra hakimiyyətinin balansında olduğunu, kişi vəfat etdikdən sonra müqavilənin onların adına dəyişdirildiyini, 2016-cı ildən bəri evləndikdən sonra 2022ci ilə qədər orada yaşadıqlarını bildirmişdir. Daha sonra izahatında iddiaçının dediklərinin çoxunda yalan olduğunu, özünün 20 ildir o evdə gəlin olduğunu, yeni gəldiyi günlərdə belə yoldaşı ilə əlil bacısına baxdığını, onun hətta altını, üstünü təmizlədiyini, hər bir şeyi etdiklərini, iddiaçının Rusiyada yaşadığını, bunları görmədiyini, anası vəfat etdikdən sonra geri döndüyünü, özlərinin heç bir maddiyyat düşüncəsində olmadıqlarını, yoldaşının atasının təmirsiz köhnə möhrədən olan hamamı kuxnası olmayan evi yoldaşına verdiyini, lakin iki mərtəbəli tam təmirli evi qızına verdiyini, şəraitlərin fərqli olduğunu, hal-hazırdakı evlərinin şəraitinin olmadığını, iddiaçının atasının acığını qardaşından çıxdığını, əlil baldızına baxmaqlarının da özlərinin yaxşılıq üçün etdiklərini yenə edə biləcəklərini, iddiaçının dediyi kimi onu əsla rahatsız etmədiklərini bildirmişdir. Daha sonra izahatında qaynatasının vəfatına qədər aralarında bir problemin olmadığını, qayınatası vəfat etdikdən sonra bu ev məsələsindən sonra problemlərin yaşandığını, özünün daima münasibəti qorumağa çalışdığını, uşaqlara bibilərini görmələri gərək olduğunu dediyini, razılaşa biləcəyini lakin prosesdən kənarda razılaşa bilmədiklərini, evi dəyişməyi təklif etsə də qəbul etmədiyini, o evi nə dəyişmək istədiyini, nə də satılmasını istəmədiyini, evin hazırda boş olduğunu, özlərinin istifadə etdiyini, vaxtilə kirayə verdiklərini, lakin hazırda kirayəçi olmadığını bildirmişdir. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayə Komissiyası”nın nümayəndəsi qismində iştirak edən X29 araşdırma nəticəsində müəyyən olunmuşdur ki, cavabdehlərin həmin mənzildə yaşamadığını, 2022-ci ildən bəri həmin mənzildə yaşamadıqlarını, öz mülkiyyətində olan mənzildə yaşadıqlarını, iddiaçının da həmçinin orada yaşamadığını, başqa bir ünvanda yaşadığını, iddiaçının mənzilin 5 ci mərtəbəsi olduğu üçün o evdə yaşaya bilmədiyini, köçüb həyət evində yaşadığını, qeyd etdiyi kimi cavabdehin öz mülkiyyətində yoldaşı və uşaqlar ilə birgə yaşadığını, kirayəni bildiyi qədəri ilə cavabdehlərin verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X17 uzun illərdir Xeyrənsə xanımın ailəsi ilə dost olduqlarını, övladlarının bir sinifdə oxuduğunu, ailələrinin də arasında münasibət olduğunu, dəfələrlə get-gəllərinin olduğunu, evlərində olduqlarını, iftar süfrəsinə dəvət ediləndə getdiyini, başqa vaxtlar da elə belə gedib söhbət etdiyini, hal hazırdakı Azərbaycan məhəlləsindəki evlərinə də getdiyini, orada da olduğunu, orada şəraitlərinin yaxşı olmadığını, 2024-cü ilə qədər Xeyrənsəgilin bina evlərinə gedib gəldiyini, dəqiq tarixi xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qimsində dindirilərək ifadəsi alınan X2 cavan vaxtdan gedib Moskvada yaşadıqlarını, Nətəvanın işləyib bura pul göndərdiyini, bütün evlərin alınmasında, 3 evin alınmasında Nətəvanın etdiyini, Sədinin universiteti oxumasını da Nətəvan ödəmişdir, anaları xəstələnəndə hər şeyi edən, anasını aparıb Moskvada müalicə etdirənin də Nətəvan olduğunu, anaları xəstə olanda da, anaları vəfat edəndən sonra da xəstə olan uşağa atalarının, Nətəvanın və xalalarının baxdığını, sonra Sədigilin evi kirayəyə verib başqa yerə köçdüyünü, sonra Türkiyəyə getdiyini, sonra evin kirayəyə verildiyini, Sədinin özünün Türkiyədən döndükdən sonra Sədidən harada qaldığını soruşduğunu, Sədinin də evimi kirayəyə vermişəm, özüm başqa ev kirayə tutub qalıram dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X30 özlərinin 1972-ci ildə o evə köçdüklərini, Nəriman əmi ilə o zaman orada qonşu kimi tanış olduqlarını, Sədini də o zamandan sonra tanıdığını, 2022-ci ildən sonra Sədinin o evdə yaşamadığını, o evdə kirayəçilərin qaldığını, tələbələrin və bir ailənin zamanla orada kirayədə qaldığını, hal hazırda kirayəçinin olmadığını, 6 aya yaxındır evdə kimsənin yaşamadığını bildirmişdi. Məhkəmə iclasında şahid qimsində dindirilərək ifadəsi alınan X24 1993-cü ildə ailə qurub oraya gəldiyini, qonşuları kimi tanıdığını, hal-hazırda orada kimsənin yaşamadığını, cavabdehlərin 2020-ci ildən oradan çıxdığını, o evdə 2 uşağın doğulduğunu, lakin 3-cü uşağı görmədiyini, onların evdən köçməsindən sonra evin kirayəyə verildiyini, kiraçılardan birinin də onunla birgə televiziyada işlədiyini, lakin yaxından tanımadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X25 2011-ci ildə tələbə vaxtı o binada kirayədə qaldığını, o zamandan bəri Xeyrənsa xanımla tanış olduqlarını, indiyədək də münasibətlərinin olduğunu, ailəvi dost olduqlarını, övladlarının bir ildə dünyaya gəldiyini, birgə bağçaya getdiklərini, qayınatasının verdiyi həyət evində yaşadıqlarını, qaldıqları həyət evinin şəraitinin biraz aşağı olduğunu, digər binada hal-hazırda kirayəçinin olmadığını, Xeyrənsəgilin uzun illər o evdə yaşadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X37 2003-cü ildə tərəflərlə qohum olduqlarını, 2006-cı ildə tərəflərin ailə qurduqlarını, daima gedib gəldiyini, heç bir problemlərinin olmadığını, xeyirə-şərə getdiklərini, qızının da uzun müddət orada yaşadıqlarını, o evdə olarkən qızın o evə gəlin getdiyini, cehizləri o evə apardıqlarını, cavabdehlərin uzun illər o evdə yaşadıqlarını, Nəriman müəllimin rəhmətə getməsindən sonra Azərbaycan məhəlləsinə köçdüklərini, fevral ayında vəfat etdiyini, sonra cavabdehlərin köçdüklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X12 özünün 19 ildir Xeyrənsə müəllimə ilə yaxın olduğunu, İstiqlal küçəsində qaldıqlarını, dəfələrlə evlərinə qonaq getdiyini, iftara çağırdıqlarını, uşaqları olanda da bütün xeyir işlərində onlara getdiyini, o binada yaşadıqlarını, özünün 14 ildir, Azərbaycan küçəsində yaşadığını, cavabdehlərlə qonşu olduğunu bir neçə aylardır, Azərbaycan küçəsində yaşadıqlarını bildirmişdi. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Dövlət Arxivinin 14 may 2024-cü il tarixli, 13/737 nömrəli arxiv çıxarışının təsdiqlənmiş surətinə əsasən, Naxçıvan şəhərində tikilmiş Puşkin küçəsi 75 №-li, 56 mənzilli yaşayış binası istifadəyə verildiyindən X20 dalan İİ, V mərtəbədən sahəsi 29,7 m², 20 №-li mənzil verilməsi nəzərdə tutulmuşdur. Həmin mənzilə dair order yoxdur. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 208 nömrəli, 10 oktyabr 2024-cü il tarixli sərəncamına əsasən, ünvan 1 ünvanında yaşayan İddiaçı ərizəsi nəzərə alınmaqla, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin İddiaçı adına dəyişdirilməsi qərara alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 780 nömrəli, nömrəli, 23 oktyabr 2024-cü il tarixli arayışına əsasən, Kərimova X8 şəhəri, İstiqlal küçəsi, ev 75, mənzil 20 ünvanında yaşayır. Evlənmək haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X28, anası X10 arasında 03 avqust 1967-ci il tarixdə nikah bağlanmışdır. AZ-İİ 672692 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X28 23 fevral 2024-cü il tarixdə vəfat etmişdir. AZ-İ 748702 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X10 17 avqust 2019-cu il tarixdə vəfat etmişdir. ünvan 5r İdarəsinin 18 aprel 2025-ci il tarixli, 55 nömrəli məktubuna əsasən, Kərimov X3 bina 75, mənzil 20 ünvanında qeydiyyatdadır. Amma 2022-ci ildən həmin ünvan kirayəyə verildiyi üçün oradan köçmüşdür və Azərbaycan küçəsi ev 21 ünvanında ailəsi ilə birlikdə yaşayır. ünvan 5r İdarəsinin 18 aprel 2025-ci il tarixli, 56 nömrəli məktubuna əsasən, xx.xx.1969-cu il təvəllüdlü Kərimova X1 bina 75, mənzil 20 ünvanında 1972-ci ildən qeydiyyatdadır və burada yaşayıb. Amma 2022-ci ildən həmin mənzil kirayəyə verildiyi üçün bu ünvanda yaşamır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2024-cü il tarixli arayışına əsasən İstiqlal küçəsi bina 75, mənzil 20 ünvanında X34 aşağıdakı ailə üzvləri yaşayır.
1. İddiaçı
2. Cavabdeh1
3. Cavabdeh2
4. X36
5. X41 X13 AZ-V 214056 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı 1-ci qrup əlildir. Naxçıvan MR Dövlət Arxivinin 05 iyun 2024-cü il tarixli, 13/828 nömrəli arxiv çıxarışına əsasən Naxçıvan Şəhər ZDS İcraiyyə Komitəsinin15 dekabr 1972-ci ill tarixli 295 nömrəli qərarı ilə X20 Naxçıvan şəhəri, Puşkin küçəsi 75 nömrəli binadan dalan 2, mərtəbə 5, mənzil 20, 29.7 m2 mənzil verilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Baş Siğorta Agentliyinin NS seriyalı 218991 və 195913 nömrəli Fərdi qəza siğortası şəhadətnamələri iş materallarına əlavə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Siğorta Xidmətinin PA seriyalı 044880 nömrəli Fərdi qəza siğortası şəhadətnaməsi iş materallarına əlavə olunmuşdur. İş materallarına BA seriyalı 108254, 142605, 024613, 218300, 073553 nömrəli Daşınmaz Əmlakın İcbari Siğortası Şəhadətnamələri əlavə olunmuşdur. ünvan 5r İdarəsinin 01 iyun 2020-ci il tarixli, 611 nömrəli arayışına əsasən Kərimova X16 75, mənzil 20 ünvanında qeydiyyatdadır. Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyinin Naxçıvan MR Uşaq Xəstəxanasının 668/20 və G30/12 nömrəli uşağın inkişaf tarixi kitabçası iş materallarına əlavə olunmuşdur. X14 AZ 461255 nömrəli doğum haqqında şəhadətnamənin surəti iş materallarına əlavə olunmuşdur. X26 AZ 666313 nömrəli doğum haqqında şəhadətnamənin surəti iş materallarına əlavə olunmuşdur. X21 AZ 629991 nömrəli doğum haqqında şəhadətnamənin surəti iş materallarına əlavə olunmuşdur. Naxçıvan Kommunal Qaz Xitmətinin 10 aprel 2025-ci il tarixli arayışında göstərilir ki, Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdən müqavilə bağlanılmış və həmin ildən Cavabdeh1 tərəfindən 2178 manat qaz ödənişi edilmişdir. AR X40 Agentliyinin, Naxçıvan şəhər sukanal idarəsi tərəfindən verilən 10 aprel 2025ci il tarixli arayışa əsasən Cavabdeh1 ilə xx.xx.2017-ci il tarixdə müqavilə bağlanılmış və həmin ildən Cavabdeh1 tərəfinfən ödənilir və sayğac göstəricisində borc yoxdur. Naxçıvan Kommunal İşıq Xitməti tərəfindən verilən 10 aprel 2025-ci il tarixli arayışa əsasən Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə müqavilə bağlanılmış və həmin ildən Cavabdeh1 tərəfinfən ödənilir və son ödəniş xx.xx.2025-ci il tarixdə ödənilmişdir. ünvan 5r İdarəsinin 16 may 2025-ci il tarixli arayışına əsasən İstiqlal küçəsi bina 75, mənzil 20 ünvanının kommunal xərcləri Cavabdeh1 tərəfindən ödənilir. Rabitə Bank AASC-nin 18 aprel 2016-cı il tarixli bank əmanət müqaviləsi iş materiallarına əlavə edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(078)-1275/2023 nömrəli qətnaməsi ilə ərizəçi X18 İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair ərizəsi rədd edilmişdir. Tələbin rədd edilməsinin əsasını o təşkil etmişdir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin .Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 04 noyabr 2023- cü il tarixli 348 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, İddiaçı “Məktəb vərdişlərinin qarışıq tip pozuntusu” psixi xəstəliyi var. İddiaçı öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarındadır. İddiaçı sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan verir. Məhkəmə izahatları, işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iddia tələbinə “hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir” prinsipi ilə yanaşaraq istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alaraq qeyd edir ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhində dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, Plenum qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında göstərilir: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Məhkəmə hazırki iş üzrə hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarındakı hüquqi mövqelərindən yanaşaraq qeyd edir ki, mübahisəli mənzilin sosial kirayə müqaviləsi 10 oktyabr 2024-cü il tarixdə İddiaçı adına dəyişdirilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən onların mübahisəli yaşayış sahəsinə ehtiyaclarının olmasına və iddiaçının onların mübahisəli yaşayış sahəsindən istifadəsini mümkünsüz etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdehlərin mübahisəli yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığı və onların daimi olaraq başqa ünvanda yaşadıqları müəyyən edilmişdir. Həmçinin iddiaçı 1-ci qrup əlildir. Cavabdeh1 mülkiyyətində fərdi yaşayış evi vardır və ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Hazırda mübahisəli mənzildə yaşayış yoxdur və iddiaçı əlil olaraq sosial rifahının yaxşılaşdırılması məqsədilə mənzilə olan “mülkiyyətə gözlənti hüququ”na cavabdehlər tərəfindən yaradılmış maneəni aradan qaldırılmasını tələb etməkdənbu halda haqlı olmuşdur. İş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzilin orderi olmadığından həmin ünvanda hansı şəxslərin istifadə hüquqlarının order əsasında yaranıb-yaranmamasını müəyyən etmək mümkün olmamışdır. Mənzil kirayə müqaviləsinin dəyişdirilməsi barədə Sərəncamda mənzil İddiaçı adına dəyişdirilmişdir. 23 oktyabr 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinə məxsus olan mənzildə kommunal mənzil kirayəçisi X5 olmuş, mənzilin daimi pasport qeydiyyatında olan şəxslər İddiaçı, Cavabdeh1, Cavabdeh2, X36, X41 olmuşdur. Göstərilənlərə əsasən, cavabdehlərin mübahisəli yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, onların həmin yaşayış sahəsinə yaşayış və istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlənrinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edlənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrininmüvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinin məzmumuna görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yeri sayılır, uşaqlar valideynin himayəsində, valideynlərlə bir ailədə yaşamaq hüququna malikdirlər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin ailə üzvləri ilə birlikdə iddiaçıya sosial kirayə müqaviləsi ilə aid olan mənzildən istifadə etmələri Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X19 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, ünvan 1 ünvanında yerləşən mənzilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, övladları X21 və X27 yaşayış və istifadə hüququna xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mübahisə predmetini tənzimləyən hüquq normalarının təhlilindən belə nəticə çıxarmaq olur ki, yaşayış və istifadə hüququ şəxsin yaşayış sahəsinə ehtiyacı olduğu halda verilir və həmin ehtiyac aradan qaldırıldığı halda isə itirilmiş hesab edilir və ya xitam verilir. Yaşayış və istifadə hüququ verilmiş şəxsə kompensasiyanın verilməsi yalnız yaşayış sahəsində yaşadığı və istifadə edildiyi təqdirdə mümkün hesab edilir. Hazırki işdə müəyyən edilmişdir ki, Cavabdeh1, ailə üzvləri ilə birlikdə mülkiyyətində olan mənzildə yaşayırlar, özünün yaşayış evi vardır, lakin mübahisəli mənzilin açarları ondadır və o ailə üzvləri ilə həmin mənzildən istifadə edirlər, eyni zamanda yaşamadıqları müddətdə mənzili kirayə verib qazanc əldə etmişdirlər. Məhkəmə ümumi qiymət verilmiş halları nəzərdən keçirib hesab edir ki, cavabdehlərin yaşayış sahəsinə ehtiyacı yoxdur. Onların həmin mənzildən istifadə etməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnməkdədir. İş materiallarında olan ünvan 5r İdarəsinin 18 aprel 2025-ci il tarixli, 55 nömrəli məktubuna əsasən, Kərimov X3 bina 75, mənzil 20 ünvanında qeydiyyatdadır. Amma 2022ci ildən həmin ünvan kirayəyə verildiyi üçün oradan köçmüşdür və Azərbaycan küçəsi ev 21 ünvanında ailəsi ilə birlikdə yaşayır. Məhkəmə qeyd edir ki, cavabdehlərin hazırda həmin yaşayış sahəsində yaşamamaları mübahisəli yaşayış sahəsinə olan ehtiyaclarının aradan qaldırıldığını təsdiq edən birbaşa sübutdur. Bütün bunların nəticəsində məhkəmə hesab edir ki, bu halda iddiaçının mənafeyi nəzərə alınmalı və əsassız olaraq hüququnun məhdudlaşdırılması aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Buradan da belə hesab etmək olar ki, əgər şəxsin məhkəmə qətnaməsi ilə yaşayış və istifadə hüququ itirilmiş hesab olunursa və ya xitam verilərsə məhz həmin qətnamə əsasında şəxs pasport qeydiyyatından çıxarılmalıdır. Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi tələbinə dair iddia tələbi əsaslı olduğundan təmin olunmalı, sosial kirayə müqaviləsi İddiaçı adına dəyişdirilmiş ünvan 1 ünvanında yerləşən mənzilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, övladları X21 və X27 yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir. Məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən "Kapital Bank"ın Naxçıvan Filialı vasitəsilə xx.xx.2025-ci il tarixdə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Sosial kirayə müqaviləsi İddiaçı adına dəyişdirilmiş ünvan 1 ünvanında yerləşən mənzilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, övladları X21 və X27 yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilsin. İddiaçı tərəfindən "Kapital Bank"ın Naxçıvan Filialı vasitəsilə xx.xx.2025-ci il tarixdə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub iddiaçıya qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva.