Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-45/2021 27.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı X6 vəkili və nümayəndəsi Vəkil1, cavabdeh X1, onun vəkili Vəkil2, Cavabdeh2 iştirakları ilə, İddiaçı X6 cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qasımova Səkinə Duvangir qızı iddia ərizəsi üzrə cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək 33000 (otuz üç min) manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindəki yaşayış və istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən məcburi çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı X7 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Onun nümayəndəsi və vəkili iddiaçının Bakı şəhərində yaşadığını və işi ilə əlaqədar məhkəmə iclaslarına gəlməsinin mümkün olmadığını bildirib onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı X6 vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 05 oktyabr 2011-ci il tarixdə bağışlama müqaviləsi əsasında X4 tərəfindən iddiaçı X7 hədiyyə edilmişdir. Hazırda sözügedən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzildə iddiaçının qardaşı X5, onun arvadı Cavabdeh2 və oğlu Cavabdeh3 yaşayırlar və evin pasport qeydiyyatındadırlar. Uzun illərdir ki, tərəflər arasında sözügedən mənzillə bağlı müxtəlif məhkəmə mübahisələri olmuşdur. Üç il əvvəl iddiaçı X10 cavabdehlərə 30000 (otuz min) manat kompensasiya təklif edərək mübahisəli fərdi yaşayış evindən yaşayış və istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırmışdır. Lakin məhkəmə qətnaməsi ilə təklif olunan kompensasiya eyni yaşayış məntəqəsində mənzil əldə etmək üçün yetərli olmadığı qənaətinə gəlinərək iddia rədd edilmişdir. İddiaçı Bakı şəhərində işlədiyi üçün orada kirayə yaşayır və əmək haqqının yarısından çoxunu kirayə ödəyir. Onun evini satmaq fikri yoxdur, özü gəlib evində rahat yaşamaq istəyir. Lakin qardaşı ilə yola gedə bilmir. Hər dəfə evə gələndə müəyyən problemlərinin yaşandığını bildirir. Ona görə də iddianın təmin edilməsini, təklif edilən kompensasiyanın verilməklə cavabdehlərin yaşayış və istifadə hüquqlarına xitam verilməsi və mənzildən məcburi qaydada çıxarılmalarını tələb edir. İddiaçı hesab edir ki, tələb edilən kompensasiya ədalətlidir. Hətta mübahisəli fərdi yaşayış evinin qiymətləndirilməsindən sonra iddiaçı ilə danışmışdır və 36000 (otuz altı min) manat kompensasiya təklif edə biləcəyini demişdir. Lakin iddiaçının 45000 (qırx beş min) manat və ya ondan daha artıq məbləğdə kompensasiya ödəməsinə imkanı yoxdur. Qeyd edilənlərin nəzərə alınıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən cavabdeh X5 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Naxçıvan şəhəri, Əliabad qəsəbəsi döngə 12, ev 27 ünvanında yaşayır və orada daimi pasport qeydiyyatındadırlar. Ev ata həyətidir və həmişə düşünmüşdür ki, bütün bacı-qardaşları ailə qurub evdən getmişlər və ev ona çatacaqdır. Lakin bacısı Səkinə saxta şəkildə onları evin qeydiyyatından çıxararaq imzası atası və anasına aid olmayan imzalar etməklə saxta yolla evi adına sənədləşdirmişdir. O həmin evdə doğulub, orada ailə qurub, bu gün ailəsi, oğlu və oğlunun ailəsi ilə birlikdə ona məhkəmə tərəfindən bölünüb verilmiş otaqda yaşayır. Onlar sözügedən evdə qaldıqları müddətdə əlavə tikinti aparmış, qaldıqları evi müasir formada təmir etdirmişlər. İddiaçı Bakı şəhərində yaşayır və onun evə ehtiyacı yoxdur. Bu gün iki ailə həmin evdən 33000(otuz üç min) manat kompensasiya ilə hara gedə bilər? Özünə harda yaşayış yeri tapa bilər?. Bir şərtlə evdən çıxmağa razı olar ki, iddiaçı ona 60000 (altmış min) manat pul və ya həmin qiymətə üç otaqlı ev alsın, o da evdən çıxa bilər. Hələ 2018-ci ildə apellyasiya instansiyası məhkəməsində onların işinə baxılarkən həyətdə olan torpaq sahəsinin 10 sotunun ona verilməsi barədə ilkin razılıq əldə olunsa da sonradan iddiaçı həmin hakimlərə etiraz ərizəsi göndərmiş və razılığa məcbur edildiyini qeyd etmişdir. Halbuki həmin vaxt ona 10 sot torpaq sahəsi verilsəydi bu gün torpağı satıb özünə müəyyən şərait düzəldə bilərdi. İddiaçı heç cür razılığa gəlmək istəmir. Özü ikinci qrup əlildir, xəstədir. Bu yaşdan sonra iki ailə birlikdə onları çölə atmaq ədalətli deyildir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən cavabdehin vəkili Vəkil2 cavabdehin qeyd etdiyi hallara əlavəsi olmadığını bildirib iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etməyərək yoldaşı X1 fikri ilə razı olduğunu, əlavəsi olmadığını bildirib iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməyinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib,onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyən edilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya yolu ilə xitam verilə bilər. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysetrindən çıxarışdan göründüyü kimi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə 25 oktyabr 2011-ci il tarixdə İddiaçı adına 2 nömrəli reyetsr kitabının 249 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 2-103-2006 nömrəli 10 aprel 2006-cı il tarixli qətnaməsinin surətindən aydın olur ki, X2 Cavabdeh1 qarşı ailəsi ilə birlikdə mənzildən məcburi qaydada çıxarılmas barədə iddiası həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinad edilməklə rədd edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 2-44/2006 nömrəli 16 iyun 2006-cı il tarixli qətnaməsi ilə yuxarıda qeyd edilən qətnamədən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 2-103-2006 nömrəli 10 aprel 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 20 sentyabr 2006-cı il tarixli 6K-2183 nömrəli qərarı ilə yuxarıda qeyd edilən qətnamədən iddiaçı X2 verdiyi kassasiya şikayəti təmin edilməmiş Naxçıvan MR Ali Məhkəməsinin 2-44/2006 nömrəli 16 iyun 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarında olan 17.08.2010-cu il tarixdə Naxçıvan şəhər ƏSMM tərəfindən verilmiş 080466 nömrəli vəsiqənin surətindən məlum olur ki, X5 İİ qrup ümumi xəstə əlildir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 20.10.2017-ci il tarixdə verilmiş 01/579, 01/581 nömrəli, 18.01.2018-ci il tarixdə verilmiş 01/47, 01/48 nömrəli, 19.01.2018-ci il tarixdə verilmiş 01/49 nömrəli arayışlara əsasən X5, Cavabdeh3, Cavabdeh2 ünvan 3 ünvanında yaşayırlar. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 20.10.2017-ci il tarixdə verilmiş 01/580 nömrəli arayışa əsasən Naxçıvan şəhər Əliabad qəsəbə sakini X1 aşağıdakı tərkibdə ailə üzvləri vardır:
1. Cavabdeh2-həyat yoldaşı-1966;
2. Cavabdeh3-oğlu-1987;
3. X11-gəlini-1991;
4. X12-nəvəsi-2012. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin ədalətlə əvəzi kimi çıxış etməlidir. Belə hallarda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzil tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən ödənilən kompensasiya da başqa yerdə yaşamaq və yeni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Məhkəmənin kompensasiyanın hüquqi təbiəti haqqında yürütdüyü bu mülahizə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında nümayiş etdirdiyi prinsipial mövqeyə əsaslanır. Belə ki, Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdi ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onunla elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi kompensasiya məbləğinin mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, ümumiyyətlə şəxsin yaşayış sahəsində olan hüququnu nə dərəcədə təmin edə bilməsinə görə müəyyən edilməlidir. Məsələyə bu cür yanaşdıqda, təklif olunan kompensasiya eyni yaşayış məntəqəsində mülkiyyətdə mənzilin əldə edilməsi üçün yetərli olmayıb, onun dəyərinin əhəmiyyətli hissəsini təşkil etdiyi hallarda da həmin məbləğ itirilmiş istifadə hüququnun ədalətli əvəzi kimi qəbul edilə bilər. Çünki bu halda şəxsin itirdiyi mənzildən istifadə hüququ əvəzinə birbaşa mülkiyyətinə ev (mənzil) əldə etmək üçün real və əhəmiyyətli maddi dəstək qazanır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenum Qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. İş üzrə iddiaçı X6 ərizəsində belə məlum olur ki, o, cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 ümumilikdə 33000(otuz üç min) manat məbləğində kompensasiya ödəməyi təklif etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, .... kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.”. Konstitusiya Məhkəməsinin bu mövqeyinə uyğun olaraq işə məhkəmə tərəfindən baxılarkən bazar qiymətinə uyğun kompensasiya məbləği 45000 (qırx beş min) manat müəyyən edilmiş, həmin məbləğ iddiaçının nümayəndəsi və vəkilinə təklif edilmiş, bu isə iddiaçı tərəfindən qəbul edilməmiş və 36000 (otuz altı min) manat kompensasiya ödəmək üçün iddiaçının maddi imkanı çatdığını, daha artıq məbləğdə kompensasiya ödəyə bilməyəcəyini qeyd etmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında o da vurğulanmışdır ki, “Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar...”. Beləliklə, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. İstifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Cavabdeh X1 yalnız 60000 (altmış min) manat kompensasiya müqabilində və ya eyni məbləğdə mənzill təmin əldə etmək şərti ilə hüquqlarına xitam verilməsinə razılıq verilə biləcəyi tələbi ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda da qeyd edilən Qərarlarında ifadə olunmuş hüquqi mövqe nöqteyi-nəzərindən yanaşılarsa Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu deyil, ona yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsini nəzərdə tutur. O da qeyd olunmalıdır ki, mənzildən istifadə hüququ şəxsin həmin mənzildə mülkiyyətçi kimi paya sahib olması və həmin payı tələb etməsi və ya həmin pay müqabilində kompensasiya ödənilməsini tələb etməsi kimi qəbul edilə bilməz. İstifadə hüququna görə ödənilməli kompensasiya məhkəmə tərəfindən hesablanarkən mənzilin şəraiti, həmin ərazidə kirayə haqlarının miqdarı, mülkiyyətçinin və mənzildən istifadə edən şəxsin maddi imkanı nəzərə alınmaqla mövcud bazar qiyməti ilə ağlabatan həddə təyin edilir. Bu səbəbdən istifadə hüququna xitama görə ödənilməli məbləğ həddən artıq şişirdilmiş olmamalıdır. Məhkəmə hesab edir ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüquqlarına xitam verilməsi müqabilində onlara 33.000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. Həmin ərazidə eyni ölçülü və eyni şəraitli evlərin kirayə qiymətləri ortalama olaraq 200-300 manat həddində olduğu müəyyən edilmişdir. Bu isə təklif olunan 33.000 manat kompensasiya məbləği ilə uzun, ağlabatan bir müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilə biləcəyi qənaətinə gəlməyə əsas vermir. Mülki iş materiallarından da göründüyü kimi, hazırda ünvan 3 ünvanında yerləşən və hazırda cavabdehlərin istifadəsində olan yaşayış sahəsində iki ailə və azyaşlı uşaqlar yaşamaqdadır. Bazar qiymətlərinə uyğun olaraq kompensasiya məbləğinin düzgün müəyyən edilməsi məqsədilə məhkəmə baxışı zamanı Naxçıvan şəhərində Əliabad qəsəbəsində fərdi yaşayış evlərinin kirayə qiymətlərinin öyrənilməsi üçün Naxçıvan şəhərində fəaliyyət göstərərn 1 saylı, 2 saylı və 3 saylı Notariat Ofislərinə sorğu verilmiş, həmin notariat ofisləri tərəfindən alınan cavabdan aydın olur ki, fərdi yaşayış evlərinin şəraitindən asılı olaraq kirayə qiymətləri 200-300 manat arasında dəyişir. Eyni zamanda mübahisəli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair ekspertiza təyin edilmiş və daşınmaz əmlakın qiymətləndirilməsinə dair 18 noyabr 2021-ci il tarixli rəydən aydın olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri 136000 (bir yüz otuz altı min) manat təşkil edir. İstər notariat ofisləri tərəfindən kirayə qiymətləri ilə bağlı məktublardan, istərsə də daşınmaz əmlakın qiymətləndirilməsinə dair ekspert rəyindən də göründüyü kimi, cavabdehlərə iddiaçı tərəfindən təklif olunan 33000 (otuz üç min) manat məbləğində kompensasiya iki ailədən ibarət olan, eyni zamanda hazırki iş üzrə üç nəfərdən ibarət cavabdehlərin mülkiyyətinə mənzil əldə etmək və ya Konstitusiya Məhkəməsinin qərarında da qeyd olunduğu kimi, mülkiyyətçinin hesabına istifadəçilərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən ağlabatan məbləğ deyil. Belə olan halda da məhkəmə iddiaçı X6 ünvan 3 ünvanında yerləşən mənzilindən cavabdehlərə təklif etdiyi bu məbləği yaşayış və istifadə etmək hüquqlarına xitam verilməsini mümkün edən ədalətli və qaneedici əvəz kimi qəbul etmir. Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X6 cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüquqlarına xitam verilməsi və mənzildən məcburi çıxarılmaları tələbinə dair iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı X6 cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüquqlarına xitam verilməsi və mənzildən məcburi çıxarılmaları tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva