Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-474/2023 05.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın əmlakın onun tərəfindən qəbul edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 ölümündən sonra ünvan 1 ünvanında və ünvan 2 onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, atası X17 xx.xx.1994cü il tarixində, anası X7 xx.xx.2021-ci il tarixində vəfat etmişlər. X1 ölümündən sonra ünvan 3 ünvanında və ünvan 4mışdır. Mərhum X1 ölümündən sonra qeyd olunan mirasları o qəbul etmişdir. Mərhum X1 həyat yoldaşı-X17 (vəfat edib), oğlu- X18 (vəfat edib), qızı-İddiaçı, qızı- Cavabdeh2, qızı-X15, qızı- Mercan (Abbasova) Gülnar Eldar qızı adlı vərəsələri vardır. Mərhum qardaşı X18 xx.xx.2021-ci il tarixində vəfat etmiş, ailə həyatı qurmamışdır. Mərhum X1 ölümündən sonra ünvan 5 ünvanında və ünvan 6ktiki olaraq o qəbul etmişdir və idarə edir. Cavabdehlər başqa evdə yaşayırlar. Mərhum N.Vəliyevanın ölümündən sonra cavabdehlərdən kimsə həmin evlərdə yaşamamış və mirasa sahiblik etməmişlər. Hazırda həmin miraslara o sahiblik edir, mərhum anası N.Vəliyevanın ölümündən sonra həmin miraslarda qalıb yaşamaqla mirasın onun tərəfindən qəbul olunmasını hamıya nümayiş etdirmiş, əlavə olaraq evin bütün komunal xərcləri onun tərəfindən ödənilmişdir. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan şəhər bir saylı notariat ofisinə müraciət etmişdir. Bir saylı notariat ofisi 11 yanvar 2023-cü il tarixli məktubunda vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Mülki iş üzrə 05 iyun 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq Cavabdeh1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 05 iyun 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının Vəkil mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı özünün hüquqlarını müdafiə edəcəyini bildirməsini, vəkilinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq iddiaçının vəkili Vəkil iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün saymışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmişlər. Cavabdeh3 xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda İddiaçı mərhum anası X3 qalmış miras əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasını xahiş etdiyini, qeyd olunan əmlakda bacısı İddiaçı yaşadığını, bu səbəbdən də iddianı qəbul etdiyini, məhkəmə proseslərində iştirak edə bilməyəcəyini qeyd edərək işə onun iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda İddiaçı mərhum anası X3 qalmış miras əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasını xahiş etdiyini, qeyd olunan əmlakda bacısı İddiaçı yaşadığını, bu səbəbdən də iddianı qəbul etdiyini, məhkəmə proseslərində iştirak edə bilməyəcəyini qeyd edərək işə onun iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan teleqramları nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 08 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 izahatında atası X8 xx.xx.1994-cü il tarixində, anası X4 xx.xx.2021-ci il tarixində vəfat etdiyini, anası X4 ölümündən sonra Naxçıvan şəhəri, Sabir küçəsi ev 27 ünvanında və ünvan 7 qaldığını, anası X4 ölümündən sonra qeyd olunan miras əmlakları İddiaçı faktiki olaraq qəbul etdiyini, həmin miras əmlaklarda bacısı Təranənin yaşadığını, kommunal xərcləri onun ödədiyini, iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində özünün iddiaçı ilə qonşu olduğunu, onun ailəsini yaxından tanıdığını, 2-3 il olar ki, iddiaçının anası X4 vəfat etdiyini, mərhum Natellanın ölümündən sonra ondan miras qalmış fərdi yaşayış evində İddiaçı və onun bacısı İlhamənin yaşadığını, onlardan başqa heç kəsi orada görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində özünün iddiaçı ilə illərdir qonşu olduğunu, Təranənin ana, ata və qardaşının yasında iştirak etdiyini, iddiaçının mərhum anası X9 vəfat etdikdən sonra ondan miras qalmış mənzildə Təranənin yaşadığını, onun həmin mənzili idarə etdiyini, xərclərini ödədiyini bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, X8, X10, İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mərhum X4 vərəsələri olması, Naxçıvan şəhəri, X28 küçəsi, ev 27 və ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakların X4 mülkiyyətində olması, vərəsələr X8 və X10 ölməsi mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarında olan NMR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan Naxçıvan şəhəri, X28 küçəsi, ev 27-də olan 0.037 hektar torpaq sahəsində yerləşən 65.4 kv.metr fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X4 adına Daşınmaz əmlakın dövlət reyestrində 18/53 nömrəli reyestr kitabının 10357 nömrəli vərəqində qeydiyyata alınması; - İş materiallarında olan nömrəli NMR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan ünvan 8-da yerləşən 60.25 kv.metr mənzilin tam mülkiyyət hüququ üzrə X4 adına Daşınmaz əmlakın dövlət reyestrində 12/31 nömrəli reyestr kitabının 5990 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı mənzilistismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 184 nömrəli arayışdan Cavabdeh1 ünvan 9 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 91 nömrəli arayışdan Cavabdeh2 ünvan 11 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı mənzilistismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 183 nömrəli arayışdan İddiaçı ünvan 9 ünvanında qeydiyyatda olması; -iş materiallarında olan və ünvan 12əfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, 386896 nömrəli çıxarışdan X8 xx.xx.1993-cü ildə Naxçıvan şəhərində ürəyin xroniki işemiya xəstəliyi səbəbindən ölməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1994cü il tarixdə 18 nömrə ilə qeyd edilməsi; -iş materiallarında olan və ünvan 12əfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, 551104 nömrəli çıxarışdan X4 xx.xx.2021-ci ildə Naxçıvan şəhərində dəqiqləşdirilməmiş ürək çatmamazlığı səbəbindən ölməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 560 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş ünvan 12əfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, 165186 nömrəli çıxarışdan X10 xx.xx.2021-ci ildə Naxçıvan şəhərində dəqiqləşdirilməmiş kəskin miokard infarktı səbəbindən ölməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 246 nömrə ilə qeyd edilməsi; -iş materiallarında olan və ünvan 12əfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, AZ seriyalı, ******* nömrəli çıxarışdan X17 və X4 birgə nikahından 29 aprel 1965-ci il tarixdə X18 adlı övladlarının doğulması; -iş materiallarında olan və ünvan 12əfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, 599487 nömrəli çıxarışdan X17 və X4 birgə nikahından 12 sentyabr 1963-cü il tarixdə X15 adlı övladlarının doğulması; -iş materiallarında olan və ünvan 12əfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, JQ seriyalı, 377138 nömrəli çıxarışdan X17 və X4 birgə nikahından 05 iyul 1983-cü il tarixdə X13 adlı övladlarının doğulması; -iş materiallarında olan və ünvan 12əfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, JQ seriyalı, 305764 nömrəli çıxarışdan X17 və X4 birgə nikahından 27 yanvar 1976-cı il tarixdə Cavabdeh2 adlı övladlarının doğulması; -iş materiallarında olan və ünvan 12əfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, AZ seriyalı, ******* nömrəli çıxarışdan X17 və X4 birgə nikahından xx xxxxxx 1967-ci il tarixdə İddiaçı adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı mənzilistismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 182 nömrəli arayışdan X4 X17, X18, İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş ünvan 12əfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan X10 nikahı haqqında akt qeydi aşkar edilmədiyi məlum olur. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X9 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 X4 qanun üzrə vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mərhum X4 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən Cavabdeh1 izahatını, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə göndərdikləri teleqramları da nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə cavabdehlərə izah edir ki, iddiaçının miras əmlakı faktiki qəbul etməsi, miras qoyanın digər vərəsələrinin bu hüquqdan məhrum edilməsi hesab edilmir. Mirası qəbul etmiş hər bir vərəsə mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia təmin edilməli; -25 noyabr 2021-ci il tarixdə ölən X3 miras qalmış Naxçıvan şəhəri, X28 küçəsi, ev 27 ünvanında yerləşən 0.037 hektar torpaq sahəsi və üzərində yerləşən 65.4 kv.metr fərdi yaşayış evinin və ünvan 8 ünvanında yerləşən 60.25 kv.metr mənzilin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -iddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 25 noyabr 2021-ci il tarixdə ölən X3 miras qalmış Naxçıvan şəhəri, X28 küçəsi, ev 27 ünvanında yerləşən 0.037 hektar torpaq sahəsi və üzərində yerləşən 65.4 kv.metr fərdi yaşayış evinin və ünvan 8 ünvanında yerləşən 60.25 kv.metr mənzilin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-474/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-474/2023
05.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver