Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-474/2024 03.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1966-cı il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirmişdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs- X3 onun qardaşıdır. xx.xx.1966-cı il tarixdə doğulmuş X4 uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Kamal “Alzehimer” (alzaymr-yaddaş pozulması) xəstəliyindən əziyyət çəkir. Hazırda qardaşı onun himayəsində yaşayır. Kamala Rusiya Federasiyasında olarkən əlillik təyin olunmuşdur. Qardaşının hüquqlarını həyat keçirilməsi üçün müəyyən sənədləşmələr lazım olur ki, onun sağlamlıq imkanları məhdud olduğu üçün imzası olmadan həmin hüquqları həyata keçirə bilmir. Kamal fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə onun himayəçisi olaraq lazım olan sənədləşmə işlərini apara bilər. Buna görə də qardaşının fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki işin icraatına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 15 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə 14 fevral 1966-cı il tarixdə Naxçıvan şəhəri Qaraxənbəyli kəndində doğulmuş X1 qeydiyyat yeri barədə məlumatın, eləcə də qeydiyyatdan çıxıb-çıxmaması barədə məlumatın məhkəməyə göndərilməsi barədə sorğu verilmiş, sorğuya cavabda qeyd olunmuşdur ki, 14 fevral 1966-cı il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşı olmadığından o, şəxsiyyət vəsiqəsi ilə təmin olunmamışdır və buna görə də onun sonuncu qeydiyyat yeri barədə məlumat verilməsi mümkün deyil. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 15 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Baş İdarəsinə 14 fevral 1966-cı il tarixdə Naxçıvan şəhəri Qaraxənbəyli kəndində doğulmuş X2 Azərbaycan Respublikası vətəndaşlığından çıxıb-çıxmaması barədə məlumatın məhkəməyə göndərilməsi barədə sorğu verilmiş, sorğuya cavabda qeyd olunmuşdur ki, xx.xx.1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş X2 Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamış və onun Azərbaycan Respublikasının vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmamışdır. xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının 4.4-cü bəndinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaməsı barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə. 4) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İş materiallarından aydın olur ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edirlmiş şəxs X4 Azərbaycan Respublikası vətəndaşı deyil və bu barədə qərar qəbul edilmişdir. Bundan əlavə Şəxs Rusiya Respublikası vətəndaşıdır. Mülki Porsessual Qanunvericilik xüusi icraatın bu kateqoriyadan olan işlərin baxılması aidiyyətini məhz fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri, həmin şəxs əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yer üzrə baxılmasını müəyyən etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəyə Naxçıvan Şəhər Məhkəməsində baxıla bilməz və şəxsin yaşayış yeri olmadığından işə xitam verilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, mövcud olan faktın təsdiq edilməsi yolverilməz olduğundan hazırki tələbə məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Ona görə də MPM-nin 261.0, 261.0.1-ci maddələrinin tələblərinə əsasən, işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024ci il tarixdə 6500 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-ci il tarixdə 6500 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-474/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-474/2024
03.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver