Məhkəmə qərarları › İş №2(078)-482/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-482/2024

25.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-482/2024 25.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkil və nümayəndəsi Vəkil, Cavabdeh və cavabdehin vəkil və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi və pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə X3 arasında “ASAN xidmət” mərkəzi notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AA-İ №1034610 saylı Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Naxçıvan şəhəri, X8 küçəsi, ev 4, mənzil 7 ünvanında yerləşən ümumi sahəsi 34.1 kv.m olan bir otaqlı mənzilin Cavabdeh mülkiyyətinə qaytarılması, faktiki nikah münasibətlərində olduqları müddətdə əldə etdikləri həmin mənzilə və CHEVRELOT CRUZE markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilə 1/2 pay hüququnun tanınması, Omix X300 (3GB/64GB) markalı smartfon telefonun cavabdehdən alınaraq iddiaçıya qaytarılması, olmadıqda onun dəyərini 600 manat pulun, əlavə olaraq əməliyyat olmaq adı ilə iddiaçıdan aldığı 5350 manat və qardaşı X4 borc olaraq alıb cavabdehə verdiyi 15000 ABŞ dolları (25500 manat), dövlət rüsumu olaraq ödənilmiş 134.20 manat, ümumilikdə 6084.2 manat və 15000 ABŞ dolları (25500 manat) və ya ümumilikdə 31584.20 (otuz bir min beş yüz səksən dörd manat 20 qəpik) manat pulun Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 25 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası zamanı İddiaçı və iddiaçının vəkil və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, Naxçıvan Şəhər Məhkəməsində Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi və pul tələbinə dair iddia qaldırdıqlarını, iddia tələbinə dair mülki işin məhkəmənin icraatında olduğunu, mülki iş üzrə məhkəmə hazırlıq iclasının 25 aprel 2024-cü il tarixə saat 09:30-da Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasına təyin olunduğunu, iddiaçı ilə cavabdehin aralarında olan mübahisəni məhkəmədən kənar həll etdiklərindən İddiaçı iddia tələbindən imtina etdiyini, iddia tələbinin baxılmamış saxlanması və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını istədiyini, qeyd olunanalara əsasən iddia tələbinin baxılmamış saxlanması və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh qeyd olunan ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə İddiaçı və iddiaçının vəkil və nümayəndəsi Vəkil 25 aprel 2024-cü il tarixli ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə isə məhkəmənin hazırlıq iclasında iddiaçı və onun vəkil və nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə vəsatət ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, iddiaçının vəkil və nümayəndəsi Vəkil tərəfindən "xxxx" MMC vasitəsilə 12 fevral 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 134.60 (yüz otuz dörd manat altmış qəpik) manat məbləğində dövlət rüsumu iddiaçının vəkil və nümayəndəsi Vəkil geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçının vəkil və nümayəndəsi Vəkil tərəfindən "xxxx" MMC vasitəsilə 12 fevral 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 134.60 (yüz otuz dörd manat altmış qəpik) manat məbləğində dövlət rüsumu iddiaçının vəkil və nümayəndəsi Vəkil geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar